Rahman Iltifat

17/10/2024
16/05/2024

Yazın yağışları soyuq gətirir,
yağanda da yağa,
yay yağışları.
Dur aç pəncərəni kefin yoxdursa,
say nur damcıları-
say yağışları

28/04/2024

Heyif deyil,
gedəsən...,..ayağın altında yer yırğalana,
baxasan göylərə,
ay yırğalana.
Hələ gül də alasan heç kimdən ötürü,
küçənin sonunda atıb,..gedəsən.
Heç kimə gül almaq da
bir başqa dəlilikdi!

Bir tutan əl yoxdursa,bu cüt əllər də təkdi.
Tənhaların başın sığallamağa,
küçə fənarının işığı bəsdi.
Heyif deyil,
gücündən büdrəyib yeridiyinə -
özünə hirslənib gülə biləsən...ancaq biləsən ki,
heç bircə gülüş də niyəsiz olmur.
Bəlkə də bu tənha,
yazıq dünyanın,
ən çox
yetimləri yiyəsiz olmur.
Heyif deyil,
gedəsən...
ayağın altından qaça,
səs küydən bezən yorğun küçələr.
Ağacdan taqətsiz tutub baxasan.
üç dörd saniyəlik lal ola şəhər.

19/02/2024

Ne düşünyoram?
Düşünyoramki buranı niye belə elədilər?)

10/11/2023

Adam çox vaxt,adamların içində də tək olur

18/04/2023

Başım nə çəkdisə,şəkilini çəkdim,
ürəyin başından odur asdığım.
A Ana,gecələr başımın altda,
bilməm yoxluğundur,yoxsa yastığım.

Taleyin toy tutdu,yaşına qıydı,
bir övlad toyu da bəxtin olmadı.
A Ana,köçməyə vaxt tapa bildin,
birçək ağartmaqa vaxtın olmadı.

Çözlərim yolları çəkib uzadır,
sənin yolundurki çəkilir elə.
Bu gün arxam ilə atacağın su,
yaş olub gözümdən tökülür elə.

Yoxluğunla gəlib nazımı çəkdin,
Səni də bu ümüd torpağa çəkdi.
Ana, torpaq məni torpaq eləsə,
Sənin xətrinə eləyəcəkdir.

Bu taleyi üzümə qaşını çatıb,
Bu taley başımda od alov çatır.
Ümüdüm torpaqdır...
Bu torpaq boyda,
torpaqda bir görüş,ümüdüm yatır.

1986

26/05/2022

Elə soğumuşum ki..
İşte,en çok kendimden..

Ele soğumuşum ki
Arzularım turna tek
Göçüb giderler benden

Her yanımı üşüdür
Kalbimin de üstüne
Kırov olup düşen gam..
Öğle soğumuşum ki
Paltomu, ceketimi
Üstümde üşütürüm

Yolda kalan gözüm de
Yorulub dönüp gelip
Ele soğumuşum ki
Öğle bil benim için
Sibir özleyip gelip

Dokunub ellerime
Daha da soğuyur külek
Dözüp soğukluğuma,
Sen kalmışsın serçe tek.

Ele soğumuşum ki
İşte en çok kendimden...

18/04/2022

Bu soyuq gecəni heyran etməyə
nə yaxşı bu yaz var,
dost ürəyi var.
Elə sevirəmki bu il baharı,..hiss etsə bəlkə də
bir yolluq qalar.
Bu soyuq gecəni isti etməyə-
təki qızınmağa bir səbəb olsun....nə yaxşı bu gecə yaz soyuğu var.
Elə qızdıraqki bu yaz gecəsin,
təzəcə dəmlənmiş kəklikotulu səmavar çayı da paxıllıq etsin.
Elə qızdıraqki bu yaz gecəsin-..elə bilki təkcə gecədə bizik,
gecəni qızdırmaq bizə qalıbdı.
Yazın soyuğundan
bezə bilmərik,
soyuğu boş ver e,
bu yaz inciyər.
Ziyarət etməsək Qızqalasını,..qala inciməz-
yox,
o qız inciyər.
Gündüz bu zorlanan şəhərdən qaçıb,..gecəsin gəzəsən.
Gündüz küçələrə tökülən səs-küy,
gecələr lal dinməz çəkilir küncə,..Bakı da əməlli bir şəhər olur...döşəmə daşların dar arasından otlar da boylanır bahara sarı.
Şəhərdə yaz rəngli
bayraqların da
üzündən bir məsum
azadlıq baxır.
Nə yaxşı bu soyuq yaz gecəsi var,
təki isinməyə bir səbəb olsun.
Töküb çiçəklərin,
vaxt yetişəndə-
yaz özü getsə də,
gecəsi qalsın.

04/04/2022

Baharın ən gözəl yaraşığıdı-
ağac arzuları çiçək çiçəkdi.
Heyif bu baharın çiçəkləri də,
yenə ləçək ləçək töküləvəkdi.

Bu çiçəklər qala payıza kimi,
arı qanadıyla ləçəklər əsə...
Nə olarki,
iki ağacdan biri,
çiçəyin tökməsə,bar gətirməsə?!

23/01/2022

Hisslərin keçib gedər,
tərləmiş şüşələrə yazılan hərif kimi.

Address

Azərbaycan
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Rahman Iltifat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category