BAKI jurnalı

BAKI jurnalı Bakı jurnalının rəsmi instagram səhifəsi
Official instagram page of Baku magazine
Официа

Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərəmovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə ...
30/11/2020

Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərəmovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Əsgərin atası İslam Şahkərəmov bu barədə "BakıJurnalına"a bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib:

"Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm.

Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vətən müharibəsinin əsas simalarından hesab edilir.



https://Facebook.com/bakjurnal
https://Twitter.com/bakjurnal
https://T.me/bakijurnali
https://Ok.ru/profile/596690084128
#баку

29/11/2020

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.

Müdafiə Nazirliyindən BAKIJURNALI-na verilən məlumata görə, noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.

Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.

Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.

Qeyd edək ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir.



https://Facebook.com/bakjurnal
https://Twitter.com/bakjurnal
https://T.me/bakijurnali
https://Ok.ru/profile/596690084128
#баку

“Ermənistan böhrandan növbədənkənar seçkilər yolu ilə çıxa bilər”.“  ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, b...
29/11/2020

“Ermənistan böhrandan növbədənkənar seçkilər yolu ilə çıxa bilər”.

“ ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan Moskvada erməni icması ilə görüşündə bildirib.

Azərbaycana bütün cəbhələrdə, o cümlədən informasiya məkanında uduzduqlarını deyən Sarkisyan ölkədə 1994-cü ildən əhalinin sayında artım olmadığını, Azərbaycan orduya böyük sərmayə qoyduğu halda, Ermənistanın hələ də 90-cı illərin ortalarındakı fikirlərlə yaşadığını etiraf edib.

“İstənilən ölkədə belə bir faciəyə səbəb olan hökumət istefaya getməlidir. Güclü siyasətçi yenidən qayıda bilər. Amma indi Ermənistan başqa ölkədir, əvvəlki kimi davam etmək olmaz. Böhrandan çıxmağın sivil yolları var: erkən seçkilər, xalqın razılığı əsasında hökumətin qurulması. Bu o demək deyil ki, hər bir partiyanın öz naziri olmalıdır. Əksinə, keçid hökuməti öz sahəsi üzrə ixtisaslaşmış şəxslər tərəfindən təşkil edilə bilər, onu isə ümumi etimadı qazanmış şəxs qurmalıdır. Belə hökumət yeni seçkilərə qədər altı ay və ya bir il işləməlidir”, - deyə Sarkisyan Paşinyanı istefaya çağırıb.

Ermənistan prezidenti, eyni zamanda konstitusiyada da dəyişikliklər edilməli olduğunu, parlament, hökumət və prezident institutu arasında tarazlığın vacibliyini qeyd edib.


https://Facebook.com/bakjurnal
https://Twitter.com/bakjurnal
https://T.me/bakijurnali
https://Ok.ru/profile/596690084128
#баку

"Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçınılmaz edəcək"."  " Trend-ə istinadən xəbər verir ki, bu...
29/11/2020

"Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçınılmaz edəcək".
" " Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasına görə, sərt təbirlərə, məhdiyyətlərə gedirlər:
"Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddur. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir".
Onun sözlərinə görə, artıq virusdan təkrar yoluxma halları da təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdır.


https://Facebook.com/bakjurnal
https://Twitter.com/bakjurnal
https://T.me/bakijurnali
https://Ok.ru/profile/596690084128
#баку

Address

Baku
AZ1010

Alerts

Be the first to know and let us send you an email when BAKI jurnalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BAKI jurnalı:

Videos

Share

Category


Other Magazines in Baku

Show All

You may also like