Məktəbəqədər və ibtidai təhsil jurnalı

Məktəbəqədər və ibtidai təhsil jurnalı "Məktəbəqədər və ibtidai təhsil" jurnalı Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi Indexed academic Journal
(1)

26/02/2024
19/02/2024

Bu gün Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan – Türkiyə sənədlərinin imzalanması mərasimi keçirildi.

Mərasimdə həmçinin Türkiyə – Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı.

Fevralın 19-da Ankarada Türkiyə Respublikası Ali Təhsil Şurası ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arası...
19/02/2024

Fevralın 19-da Ankarada Türkiyə Respublikası Ali Təhsil Şurası ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında Anlaşma Memorandumu imzalandı.
Sənəd Türkiyə Ali Təhsil Şurasının sədri professor Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev tərəfindən imzalanıb.

11/12/2023
Elmi-pedaqoji mətbuatın qocaman nümayəndələrindən biriSizə bir elmi jurnaldan bəhs etmək istəyirəm: Elm və Təhsil Nazirl...
22/07/2023

Elmi-pedaqoji mətbuatın qocaman nümayəndələrindən biri

Sizə bir elmi jurnaldan bəhs etmək istəyirəm: Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalından... O jurnaldan ki, 53 il bundan öncə elmi mətbuatın əhəmiyyətini dərk edənlər tərəfindən əsası qoyuldu və elmimizə, təhsilimizə xidmət göstərməsi üçün mükəmməl təməlləri atıldı. Yüz ölçülüb, yüz biçilə-biçilə addımlamağa başladı. Hələ ilk günlərindən elmlə tədqiqatçı, məktəblə cəmiyyət, məktəbəqədər müəssisə ilə ailə arasında körpü rolunu oynadı, elmin, təhsilin dünənindən bugününə, bugünündən sabahına keçid oldu. Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Firudin bəy Köçərli, Nəcəf bəy Vəzirov və digər elm, sənət xadimlərinin yolunu davam etdirə etdirə, zamanəsinin yeni formalaşan pedaqoqlarının elmi-pedaqoji irsini cəmiyyətə təqdim edə-edə yaşadı, yaşa doldu və yaşa dolduqca da özünün zəngin ənənələrini, elmi təcrübə məktəbini yaratdı, müəllimlərin, tədqiqatçıların, təhsil işçilərinin masaüstü vəsaitinə çevrildi. Zaman-zaman onun yaratdığı elmi məktəbin işığına Azərbaycanın istedadlı müəllimləri, alimləri toplaşdı və onlar öz tədqiqatları ilə pedaqoji mətbuatımızın, elmimizin ikişafına öz töhfələrini verdilər. Ən başlıcası isə jurnalın yaradıcılarının müəyyənləşdirdikləri ideyalara, yaradıcılıq kredosuna, mənəvi prinsiplərə sadiq qaldılar. Beləcə, yarım əsr ərzində minlərlə, onminlərlə oxucu qəlbində yer tutmağa, sevilməyə nail oldu, elmi-pedaqoji mətbuatın tanınan, sevilən, istinad olunan yerinə çevrildi. Qədirbilənlərin, elm, təhsil, mədəniyyət təəssübkeşlərinin diqqətində oldu, fəaliyyəti daim izləndi, təqdir olundu “Məktəbəqədər və ibtidai təhsil” jurnalının. Bu gün yenə də öz yolu ilə adımmlayır pedaqoji mətbuatın həmişəcavan nümayəndəsi. Həmişə olduğu kimi yenə də nəbzini təməl təhsilimizin nəbizi ilə döyündürməyə çalışır. Buna nə dərəcədə nail ola bilir, bilmir, bu onunla yanaşı, həm də elmin, təhsilin bugünü ilə bağlıdır. Yanaşı addımladıqları 53 ildə bir-birilərinə hər zaman dəstək olublar, bundan sonra da olacaqlarına şübhə yoxdur...Jurnalın kollektivi mətbuat işçilərini 22 iyul Milli Mətbuat günü münasibətilə təbrik edir, ənənələrə, dəyərlərə sadiqlik, yaradıcılıq uğurları, peşə həmrəyliyi, cansağlığı arzulayır. Onu da arzulayır ki, bütün qəzetlərimiz, jurnallarımız ən azı “Əkinçi” qədər yaşasınlar, yəni həmişə yaşasınlar, ruhunu, simasını, ürəyini qoruya-qoruya yaşasınlar, yaşa dolduqca da mətuatımız, elmimiz üçün qiymətli bir tarixə, xəzinəyə çevrilsinlər...

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının 2023-cü il II nömrəsi çapa təqdim olunubAzərbaycan Respublikası Elm və Təhsi...
06/07/2023

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının 2023-cü il II nömrəsi çapa təqdim olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirlyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının 2023-cü il ikinci nömrəsi çapa təqdim edilmişdir. Jurnalın bu nömrəsində oxuculara pedaqogika üzrə fəlsəfə doktoru Elnarə Məmmədovanın “Gənclərin mənəvi tərbiyəsində Heydər Əliyev irsindən istifadə”, pedaqogika üzrə fəlsəfə doktoru Laləzar Cəfərovanın “Məktəbəqədər təhsilin keyfiyyətli təşkilinin nəzəri və təcrübi məsələləri”, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidovanın “Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsində istifadə olunan müasir pedaqoji texnologiyalar”, Azərbaycan Respublikası Təhsil İnstitutunun doktorantı Aynur Əlimuradovanın “Birinci sinif şagirdlərinin məktəb mühitinə uyğunlaşdırılması prosesi” (igilis dilində), Bakı Dövlət Universitetinin doktorantı İlahə İskəndərovanın “Bəzi orta məktəb dərsliklərinin gender ekspertizasının nəzəri və təcrübi təhlili”, Bakı şəhəri, Xətai rayonu 72 nömrəli uşaq bağçasının müdiri Dilşad Dadaşovanın “Yay mövsümündə məktəbəqədər müəssisələrdə pedaqoji işin təşkili”, pedaqogika üzrə fəlsəfə doktoru Təranə Sadıqovanın “Məktəbəqədər təhsildə optimal təlim metodlarından istifadə”, “Evrika liseyinin ibtidai sinif müəllimi ”Nüşabə Ağalarovanın “İbtidai sinif şagirdlərinə lakonik nitq bacarıqlarının aşılanması yolları”, Azərbaycan Respublikası Təhsil İnstitutunun doktorantı Xatirə Xəlilovanın “Tərbiyəçi-müəllim hazırlığında “Nitq inkişafı metodikasi” fənninə yeni yanaşmalar” mövzusunda tədqiqat işləri yer alıb. Jurnalın bu nömrəsinə də məktəbəqədər və ibtidai təhsilin aktual problemlərini əhatə edən mövzular cəlb edilmiş, əhəmiyyətli elmi yeniliyi, aktuallığı ilə seçilən məqalələrə, elmi-nəzəri, metodiki baxımdan zəngin fikirlərə, təcrübəyə, müasir pedaqoji tendensiyaların tədqiqi nəticələrinə əsaslanan araşdırmalara üstünlük verilmişdir.
Qeyd edək ki, “Məktəbəqədər və ibtidai təhsil” jurnalı 1950-ci ildən çap olunur. «Məktəbəqədər və ibtidai təhsil» jurnalı məktəbəqədər və ibtidai təhsil sahəsində elmi-nəzəri məqalələrin, müasir dövrün tələblərinə uyğun milli və xarici təcrübəni praktik və nəzəri baxımdan əks etdirən araşdırma materiallarının nəşrini həyata keçirir. Jurnalda təlimin məzmununu, tərbiyəçi və müəllimlərin, psixoloq və defektoloqların pedaqoji təcrübəsini ümumiləşdirən məqalələrə yer verilir. Müasir təlim texnologiyalarının, pedaqoji innovasiyaların təbliği, ailə-məktəb, müəllim-şagird, tərbiyəçi uşaq münasibətlərinin pedaqoji-psixoloji aspektlərini əks etdirən yazıların dərci jurnalda daim diqqət mərkəzində saxlanılır. Məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc olunur. Müəlliflərin şəxsi maraqlarını əks etdirən, elmi-metodiki nəticəsi olmayan məqalələr qəbul edilmir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasındadır.

JURNALIN REDAKSİYASINDA TANINMIŞ ALİMLƏ GÖRÜŞ KEÇİRİLDİ       Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, cə...
26/05/2023

JURNALIN REDAKSİYASINDA TANINMIŞ ALİMLƏ GÖRÜŞ KEÇİRİLDİ

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin İrəvən Müəllimlər Seminariyasının 140 illik yubileyinin qeyd olunması ilə əlaqədar 29 dekabr, 2021-ci il tarixində imzaladığı Sərəncama əsasən ölkənin elmi müəssisələrində bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin orqanı olan “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyası da sərəncamdan irəli gələrək görülən işlərə öz tohfəsini verdi. Belə ki, jurnalın 2022-ci ilin 2-ci nömrəsinin xüsusi buraxılışı İrəvan Müəllimlər Seminariyasının 140 illk yubileyinə həsr edildi.
Xüsusi buraxılışda Nazim Mustafa, Fərrux Rüstəmov, Firdovsiyyə Əhmədova, Misir Mərdanov, Qasım Hacıyev, Cəlal Allahverdiyev, İntiqam Cəbrayılov, Cəbi Bəhramov və başqa tədqiqatçı alimlərin bu mövzuda elmi-tədqiqat işləri yer aldı. Dərc olunan məqalələr elmi ictimaiyyət tərəfindən maraqla qarşılandı. Xüsusi buraxılışda “İrəvan Müəllimlər Seminariyasının xələfi İrəvan Türk Pedaqoji Texnikumu” adlı tədqiqat işi ilə çıxış edən, filologiya üzrə fəlsəfə doktoru, UNEC-in dosenti, İrəvan ədəbi-bədii və maarifçilik mühitinin tədqiqatçısı Cəlal Allahverdiyevlə jurnalın redaksiyasında görüş keçirildi. Tədbirdə redaksiyanın əməkdaşları ilə yanaşı, qonaq qismində “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının baş redaktoru Seyran Səfərov da istirak edirdi.
“Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktor əvəzi Böyükağa Mikayıllı öncə qonaq haqqında iştirakçılara məlumat verdi. O, qeyd etdi ki, Cəlal Allahverdiyev İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühiti ilə baglı dəyərli araşdırmaların, “İrəvan ədəbi mühiti”, “İrəvan pedaqoji məktəbi”, “Təhsil tariximizdən: İrəvan pedaqoji məktəbi”, ”İrəvanda milli maarifçilik mühiti”, “İrəvanda ictimai-siyasi və mədəni mühit”, ”İrəvan ensiklopedik foto toplu”, ”Ömrün illəri”, ”İrəvan müəllimlər seminariyası” kitablarının müəllifidir. Cəlal Allahverdiyev İrəvan mühitini xarakterizə edən çoxsaylı elmi, publisistik məqalələri ilə oxucuların görüşünə gəlib. Bütün bunlarla yanaşı, o, geniş ictimai iş aparır, azərbaycanlıların əzəli yurd yeri olan İrəvan torpaqlarına qayıdış missiyasını hədəfləyən İrəvan icmasının işində fəal iştirak edir.
Tədbirdə Cəlal Allahverdiyev İrəvan Türk Pedaqoji Texnikumunun yaradılması tarixindən, texnikumun fəaliyyət göstərdiyi dövrlərdə qarşılaşdığı maneələrdən, bu elm ocağında ilk əmək fəaliyytinə başlamış dünya şöhrətli alim Yusif Məmmədəliyev, müxtəlif dövrlərdə texnikuma rəhbərlik etmiş Mehdi Kazımov, Bəhlul Yusifov, Mustafa Mustafayev, Həbib Məmmədzadə və Əsgər Cəfərov kimi görkəmli şəxsiyyətlərin elmimizə və təhslilimizə verdiyi töhfələrdən söhbət açdı. Bildirdi ki, 1924-cü ildən başlayaraq cəmi 24 il müddətində fəaliyyət göstərən bu elm ocağı ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin inkişafında və qorunmasında mühüm rol oynamış, Azərbaycan elminə görkəmli maarif xadimləri bəxş etmişdir. O, eyni zamanda, bu elm və təhsil ocağının azərbaycanlı müəllim kadrların hazırlanmasındakı xidmətlərindən bəhs etdi, Azərbaycanın tarixi torpaqlarındakı bir çox mədəniyyət və maarif ocaqlarının erməni millətçiləri tərəfindən darmadağın edilməsindən, onların minlərlə ziyalılarımızı qətlə yetirərək Azərbaycan elminə vurduğu zərbələrdən, zaman-zaman azərbaycanlı əhaliyə qarşı törətdikləri saysız-hesabsız cinayətlərdən də söhbət açdı.
Cəlal Allahverdiyev həmçinin İrəvan maarifçilik mühitinin tədqiq olunması sahəsində aparılan işlərdən, tarixi torpaqlarımıza qayıdış konsepsiyasından, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi mənəvi dəstəkdən ətraflı danışdı. Cəlal Allahverdiyev redaksiya əməkdaşlarının suallarını cavablandırdı, eyni zamanda “Məktəbəqədər və ibtidai təhsil” jurnalının fəaliyyətindəki yenilikləri təqdir edərək, redaksiya ilə əməkdaşlığından məmnunluğunu ifadə etdi.

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin orqanı olan “Azərbaycan” qəzetinin...
12/05/2023

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin orqanı olan “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatı ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək, lüğət, izahlar, şərhlər və adlar göstəricisi əlavə edilməklə nəşrə hazırlanmaqdadır. Bugünədək “Azərbaycan” qəzetinin (1918-1920) bir xüsusi buraxılışı və 5 nüsxəsi Azərbaycan əlifbasına köçürülmüşdür.

Qəzetin oxucular üçün əlçatan olması və elmi tədqiqatlarda istifadə olunması məqsədilə hazırlanan nəşrləri elektron versiyada aşağıdakı keçiddən oxuya bilərsiniz:

https://ada.edu.az/azerbaijannewspaper

Böyük ehtiramla anırıq.
10/05/2023

Böyük ehtiramla anırıq.


JURNALIN 2023-CÜ İL BİRİNCİ NÖMRƏSİ AKTUAL MÖVZULARLA OXUCULARIN İXTİYARINDADIR...https://ppe-journal.edu.az/frontend/up...
08/04/2023

JURNALIN 2023-CÜ İL BİRİNCİ NÖMRƏSİ AKTUAL MÖVZULARLA OXUCULARIN İXTİYARINDADIR...

https://ppe-journal.edu.az/frontend/uploads/files/M%C4%B0T%202023%20%E2%84%961.pdf

XÜSUSİ ÖYRƏNMƏ ÇƏTİNLİYİ – DİSLEKSİYA
VƏ YENİ TƏLİM LAYİHƏLƏRİ: RƏQƏMSAL
BACARIQLAR VƏ STEAM

İlhamə Əsədova

AR Təhsil İnstitutu, Təhsilin iqtisadiyyatı və idarə olunması
şöbəsinin böyük elmi işçisi

Məqalədə şagirdlərin xüsusi öyrənmə çətinliyi – disleksiya
və onun növləri haqqında məlumat verilir, disleksiyalı şagirdlər, onlara xas olan ümumi və fərdi xüsusiyyətlər açıqlanır. Xüsusi öyrənmə çətinliyinin səbəblərinin müəyyən edilməsi, disleksiyalı şagirdlərın aşkarlanması və onlarla təlimin təşkili yolları təhlil olunur. Belə şagirdlərlə təlimin təşkili zamanı müasir təlim layihələrinin tətbiqi təlimin səmərəliliyini artırmaq, şagirdlərın qavrama qabiliyyətini asanlaşdırmaqla yanaşı, vaxtdan səmərəli istifadə etmək baxımından da əhəmiyyətlidir. Məqalədə STEAM
və rəqəmsal bacarıqlar layihəsinin mahiyyəti açıqlanmış, “rəqəmsal
bacarıqların aşılanması məqsədinin reallaşdırılması işinə nədən başlamalı” sualı cavablandırılmışdır. Müəllif dünya alim və tədqiqatçılarının əsərlərinə istinad edərək disleksiyalı insanlar sırasında dahi şəxsiyyətlər, ixtiraçı və mühəndislərin olduğuna dair faktlar göstərmişdir. Məqalədə şagirdlərin pedaqoji və psixoloji diaqnostikasının dəqiqliklə aparılması və təlimin səmərəli təşkilinə nail olmaq üçün müəllimlərin peşəkarlığının artırılması məsələlərinə də toxunulmuşdur.

Bu xəbərə sevinməmək mümkün deyil.                                                                                      ...
15/03/2023

Bu xəbərə sevinməmək mümkün deyil.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlının dünyanın ən reytinqli ali təhsil müəssisələrindən sayılan Massaçusets Texnologiya İnstitutuna qəbul olmaları xəbəri bütünlükdə cəmiyyətimiz üçün sevincli bir hadisədir. Xarici universitetləri araşdırarkən belə istedadlı qızlarla həmsöhbət olmağa həmişə can atmışam və bizim qızlarımızın da belə uğur qazanmalarını hər zaman arzulamışam. Nə yaxşı ki, bu gün bizim də arzularımız reallaşır. Bu qızlar cəmiyyətimiz üçün gur işıqdırlar. Bu uğur Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin böyük uğurudur. Deməli bizim müəllimlərimiz və şagirdlərimiz bunu bacarırlar və zaman keçdikcə Fidan və Dənizin uğurlarını təkrar edənlərin, eləcə də daha böyük uğurlar qazananların sayının artacağı şübhə doğurmur.
Fidan və Dənizi ürəkdən təbrik edir, daha böyük nailiyyətlər arzulayıram.

Sizi unutmadıq…Şəhid Arəstə Baxışova Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 say...
08/03/2023

Sizi unutmadıq…

Şəhid Arəstə Baxışova

Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində"İngilis dili" ixtisası üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı. Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi.
Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı rayonu uğrunda gedən döyüşlər zamanı şəhadətə ucalıb. Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin 12.05.2021-ci il tarixli Qərarına əsasən, Arəstə Baxışova ölümündən sonra ingiltərəli tibb bacısı Florens Naytinqeylin şərəfinə təsis edilən "Florens Naytingeyl medalı" ilə təltif olunub.

Sizi də unutmadıq... Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-d...
08/03/2023

Sizi də unutmadıq...
Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova


Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin Mühəndislik fakultəsini bitirsə də, o jurnalist kimi fəaliyyət göstərməyə başlayır. “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi çalışır. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazır, tez-tez cəbhənin qaynar nöqtələrində olur. Həmçinin heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışır. Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarır. Bir oğul anası olan Salatın onun gələcəyi, əmin-amanlıq içərisində yaşaması üçün bu çətin yolu seçmişdi. Hər zaman olduğu kimi yenə əcəl ölüm zəngini vaxtında çalmır. Daim ön cəbhədə olan Salatın Əsgərova bir gün ordan geri dönə bilmir. İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlir. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir. Qeyrətli vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qaldı. Hazırda o da anasının yolunu davam etdirərək jurnalist kimi fəaliyyət göstərir. Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd adlanır”.

Görkəmli şair Mirvarid Dilbazi  Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy kəndində anadan ...
07/03/2023

Görkəmli şair Mirvarid Dilbazi


Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy kəndində anadan olub. Atası Paşa bəy, anası Cavahir xanımdır. Atasını erkən itirən Mirvarid Dilbazi babası Mustafa ağanın mülkündə Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında, əsrarəngiz təbiətin qoynunda böyüyüb. Böyüdüyü məişət və mədəni mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi və tövsiyələri onun tutumlu bir şəxsiyyət kimi formalaşmasına münbit zəmin yaradıb. 1921-ci ildə ana və bacısı ilə Bakıya köçən Mirvarid Dilbazi qızlar seminariyasında təhsil alıb, Azərbaycan Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsilini davam etdirib.
Yaradıcılığa təhsil illərində başlayan şairənin qadın azadlığı mövzusunda yazdığı “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” adlı jurnalda dərc edilib. Bu jurnalda şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılan, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şeirləri də dərc olunub. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları fondunda şöbə müdiri, sonra Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifələrində işləyib.

Pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova          Həmidova Xalidə Aydın qızı 1981-ci il oktyabrın 7-də Qax şəhəri...
07/03/2023

Pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova




Həmidova Xalidə Aydın qızı 1981-ci il oktyabrın 7-də Qax şəhərində anadan olub. 1997-cü ildə Qax şəhəri 2 saylı məktəb-liseyi bitirib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti Məktəbəqədər təhsilin pedaqogikası və metodikası ixtsası üzrə bakalavr təhsili, 2004-2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “ Pedaqogika nəzəriyyəsi və tarixi” magistr pilləsi üzrə təhsil alıb. Bakalavr təhsili zamanı “ Respublika “ təqaüdü ilə təltif olunub. 2014-2018 –ci illərdə ARTPİ-nin doktorantı olub, dissertasiya mövzusu " Məktəbəqədər təhsil müəssisələrndə nəticəyönümlü idarəetmənin pedaqoji əsasları" mövzusundadır. 2004 –cü ildə H.Əliyev adına Müasir Təhsil Kompleksində tərbiyəçi köməkçisi, 2009-2010 –cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, 2010- 2013-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunda “Əlavə təhsilə xidmət” kabinetində metodist, 2013-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil “ jurnalında şöbə redaktoru, 2015- 2016-cı illərdə "Nərgiz " körpələr evi -uşaq bağçası MMC-nin direktoru vəzifəsində çalışıb, 2018-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində “ Məktəbəqədər təhsilin pedaqogikası kafedrasında baş müəllim vəzifəsində çalışır. Hal-hazırda ADPU-nun Təlim tədris mərkəzinin müdiridir.
Xalidə Həmidova 20-dən çox layihənin iştirakçısı, təhsil sahəsində Respublika səviyyəli işçi qruplarının üzvü olub. Son illərdə 50 dən çox beynəlxalq və yerli təlimdə iştirak edib. Xarici və yerli jurnallarda çap olunan 36 məqalə və tezisin, 17 metodik vəsaitin, 4 bakalavr səviyyəsi üçün dərs vəsaiti, 5 bakalavr səviyyəsi üçün proqramın müəllifidir.
Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən “Saglam Təhsil-Saglam Millət” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətimə və əldə etdiyim uğurlarıma görə “Təşəkkürnamə” ilə təltif olunub.
Müxtəlif layihələr çərçivəsində Almaniya, Latviya, Moldova və s. ölkələrdə təcrübə mübadiləsində olmuşdur.

Pedaqoji elmlər doktoru Şərafət Baxışova                                                 Şərafət Baxışova 1960-cı il mar...
07/03/2023

Pedaqoji elmlər doktoru Şərafət Baxışova



Şərafət Baxışova 1960-cı il mart ayının 4-də Bakı şəhərinin Buzovna qəsəbəsində qulluqçu ailəsində anadan olub. Buzovna qəsəbə¬sin¬dəki 125 №li orta məktəbi 1977-ci ildə bitirib.
Ş.Baxışova Bakı Məktəbəqədər Pedaqoji Məktəbində (1984-1987), ADPİ-nin Pedaqoji fakültəsinin məktəbəqədər peda¬qogika və psixologiya ixtisasında (1990-1994) təhsil alıb.
1984-1997-ci illərdə Bakı şəhə¬rinin müxtəlif məktəbəqədər təhsil müəssi-sələrində tərbiyəçi, metodist vəzifələrində çalışıb.
1994-cü ildə Nizami rayonu 125 №li körpələr evi-uşaq bağçasına müdir vəzifəsinə təyin edilib. Özünün bacarığı, işgüzarlığı və təşkilatçılığı ilə körpələr evi-uşaq bağçasında təlim-tərbiyə işlərinin yüksək səviyyədə qurulmasına çalışıb. Ş.Baxışovanın bu fəaliyyəti nəzərə alınaraq 1997-ci ildə Təhsil Nazirliyi Dövlət Nəzarət İdarəsində aparıcı mütəxəssis vəzifəsinə təyin olunub.
1998-ci ildə Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı olub.
Keçən əsrin 90-cı illərindən başlayaraq məktəbəqədər yaşlı uşaqların tərbi-yəsində, uşaqların şəxsiyyət kimi formalaşmasında milli xüsusiyyətlərin nəzərə alınması, milli-mənəvi, xüsusilə, islam dəyərlərindən istifadənin imkan və yollarının araşdırılması ilə bağlı tədqiqatlar genişləndi. Bu baxımdan Şərafət Baxışovanın “Məktəbəqədər müəssisələr və ibtidai siniflərdə islam dəyərlərindən istifadə üzrə işin təşkili yolları” mövzusunda namizədlik dissertasiyası xüsusi aktuallıq kəsb edir.
2006-cı ildə “Məktəbəqədər müəssisələr və ibtidai siniflərdə islam dəyər-lərindən istifadə üzrə işin təşkili yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Elmi rəhbəri professor Y.Kərimov və elmi məsləhətçisi akademik V. Məmmədəliyev və başqa nüfuzlu pedaqoq alimlər Ş.Baxışovanın tədqiqatını aktual və dəyərli bir əsər oldu-ğunu qeyd ediblər.
AAK-ın 5 noyabr 2012-ci il tarixli qərarı ilə Şərafət Aram qızı Baxışovaya ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə dosent elmi adı verilib.
2001-ci ildə Təhsil Problemləri İnstitutunun Təhsilin konseptual problemləri şöbəsində, 2004- cü ildə Məktəbəqədər təlim və tərbiyə şöbəsində elmi işçi, 2009-2012-ci illərdə TPİ-nin Kurikulum Mərkəzində aparıcı elmi işçi vəzifəsində çalışıb.
Ş.Baxışova TPİ-nin Kurikulum Mərkəzində aparıcı elmi işçi vəzifəsində çalışmaqla bərabər, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub. 2000-2006- cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında və 2007-2013-cü illərdə Azərbaycan Dillər Universitetində baş müəllim vəzifəsində çalışıb.
2012-ci ildə ADPU-nun məktəbəqədər təhsilin pedaqogikası kafedrasına baş müəllim vəzifəsinə təyin edilib. 2012-ci ildən məktəbəqədər təhsilin pedaqo¬gikası kafedrasının dosentidir.
Ş.Baxışova 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji elmlər üzrə ixtisaslaşmış müdafiə şurasında “Məktəbəqədər təhsil pillə-sində inkişafetdirici təlimin nəzəri-praktik əsasları” mövzusunda pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə edib. Elmi rəhbəri, pedaqogika üzrə elmlər doktoru, professor F.A.Rüstəmov, rəsmi opponentlər - pedaqogika üzrə elmlər doktoru, professor A.N.Abbasov, pedaqogika üzrə elmlər doktoru, professor H.Əlizadə, psixologiya üzrə elmlər doktoru, professor R.İ.Əliyev və başqa hörmətli, nüfuzlu pedaqoq alimlər Şərafət Baxişovanın tədqiqatı haqqında müsbət fikir söyləyib və onu yüksək qiymətləndiriblər.
AAK 18 mart 2022-ci il tarixli qərarı ilə Şərafət Aram qızı Baxışovaya 5804.01-Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisasında Pedaqogika Elm sahəsi üzrə Elmlər Doktoru elmi dərəcəsi verilmişdir.
Ş.Baxışovanın tədqiqatları məktəbəqədər təhsil sahəsini əhatə edir. O, 2 monoqrafiya, 2 dərs, 8 metodik və 1 didaktik vəsait, 15 proqram, 100-dən artıq elmi-pedaqoji məqalənin müəllifidir. Ş.Baxışovanın məqalələri Bakıda, Moskvada, Tolyattidə, Kiyevdə, Sankt-Peterburqda, İordaniya, Dağıstanda, Odessada bir sıra nüfuzlu jurnallarda çap olunmuşdur.
Ş.Baxışova tələbələri tərəfindən sevilən müəllim, pedaqoqdur. 2006- 2012-ci illərdə Təhsil Nazirliyi və UNİSEF-in birgə təşkil etdiyi treninqlərdə orta məktəb müəllimləri üçün fəal təlim və kurikulum üzrə təlimlər aparıb.
2012-ci ildə Məktəbəqədər təhsilin proqramının (kurikulumunun) hazırlan-masında Təhsil Nazirliyinin sərəncamı ilə yaradılan işçi qrupunun üzvü olub. 2013-cü ildə Respublikanın müxtəlif bölgələrində Məktəbəqədər təhsilin proqramının (kurikulumu) tətbiqi ilə bağlı təşkil olunan treninqlərdə uşaq bağçası müdir, metodist və tərbiyəçiləri üçün təlimlər aparıb.
14 Mart 2016 - cı il tarixində Məktəbəqədər təhsil haqqında qanun layihə¬si-nin hazırlanması məqsədilə yaradılan işçi qrupunun üzvü olub.
2017-ci ildə Məktəbəqədər təhsilin kurikulumunun təkmilləşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən yaradılan işçi qrupunun üzvü olub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış Müsabiqə Komissiyasında ADPU-nun rektorunun tövsiyəsinə əsasən mütəxəssis kimi cəlb olunmuş və iştirak etmişdir.
25.05.2021-ci il tarixində qeydiyyatdan keçən Respublika Təhsil Şurası İctimai Birliyinə üzv seçilib.
Ş.Baxışovanın elmi-pedaqoji tədqiqatlarının əsas istiqamətləri:
-uşaqların milli-mənəvi və dini tərbiyəsi;
-uşaqların məktəb təliminə hazırlığının pedaqoji əsasları;
-inkişafetdirici təlimin nəzəri-praktik əsasları;
-uşaq bağçasında pedaqoji prosesin təşkili;
-uşaqların məktəbəqədər təhsil müəssisələrinə sosial adaptasiya səviyyəsinin müəyyənləşdirilməsi;
-məktəbəqədər təhsildə innovasiyalar;
-məktəbəqədər təhsildə kurikulum islahatı;
-məktəbəqədər təhsildə müasir pedaqoji texnologiyalar və innovasiyalar;
-tərbiyəçi-müəllimin pedaqoji ustalığı;
-uşaqların humanizm tərbiyəsi və s.

Laləzar xanım Cəfərova                                                                                   Cəfərova Laləzə...
06/03/2023

Laləzar xanım Cəfərova



Cəfərova Laləzər Kazım qızı 23 sentyabr 1955-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olub. 1961/1962-ci illərdə I sinfə daxil olub, 1971/1972-ci tədris ilində Biləcəri qəsəbəsindəki 3 nömrəli dəmiryolu orta məktəbini bitirib. 1972-ci ildə Bakı məktəbəqədər pedaqoji texnikumuna daxil olub, 1974-cü ildə oranı fərqlənmə diplomu ilə başa vurub.
1974/75-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o vaxtkı V. İ. Lenin adına APİ) pedaqoji fakultəsinə daxil olub, 1978-ci ildə oranı məktəbəqədər pedaqogika və psixologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1979-cu ildən 1990-ci ilin noyabrınadək Biləcəri qəsəbəsindəki 234 nömrəli uşaq bağçasında tərbiyəçi vəzifəsində işləyib. Paralel olaraq 1980-1990-cı illərdə APİ-nin (indiki ADPU) pedaqoji fakultəsində məktəbəqədər pedaqogika fənni üzrə saathesabı müəllim kimi çalışıb. 1990-cı ildən hal-hazıra kimi Təhsil İnstitutunda (əvvəlki ETPEİ, TPİ) əvvəl elmi işçi, böyük elmi işçi və 2005-ci ildən hal-hazıra kimi şöbə müdiri vəzifəsində işləyir. 1992-2001-ci illərdə Naxçıvan özəl Universitetində 0,5 ştatla, 2001-2006-cı ilədək AMİ-də saathesabı üzrə müəllim, sonrakı illərdə ADPU-da və ADPU-nun tərkibində fəaliyyət göstərən ADPK-də, Bakı Slavyan Universitetində buraxılış imtahanları üzrə imtahan komissiyasının sədri kimi fəaliyyət göstərib.
1987-ci ildə Azərbaycan Respublikası Təhsil İnstitutuna (o vaxtkı TPİ) ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə dissertanturaya daxil olmuş, 1998–ci ildə “Məktəbəhazırlıq qruplarında uşaqların ictimai həyat hadisələri ilə tanışlığı üzrə işin sistemi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının 06.01.1999-cu il tarixli (protokol №02) qərarı ilə pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 2001–2015-ci illərdə Təhsil Nazirliyi Elmi-Metodik Şurasının məktəbəqədər tərbiyə və ibtidai təhsil bölməsinin elmi katibi kimi fəaliyyət göstərib.
2006-cı ildə ona Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 10 oktyabr 2006-cı il tarixli qərarı ilə ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə dosent elmi adı verilib.
Fəaliyyəti müddətində bir nəfərə (Ağayeva Sona Mirağa qızı) elmi rəhbərlik edib və iddiaçı müvəffəqiyyətlə müdafiə etmişdir. 10-dək iddiaçının rəsmi oppanenti olub.
Pedaqoji fəaliyyətində qazandığı uğurlara görə Təhsil Nazirliyi və İnstititut rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanla, müxtəlif fəxri diplomlarla təltif olunub. 2012-ci il 27 noyabrda ”Qabaqcıl təhsil işçisi” döş nişanına, 2018-ci il 4 oktyabrda “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
2014-2019-cu illərdə elmlər doktoru proqramı üzrə qiyabi doktorant olub və dissertasiya işim tamamlamışdır.
İndiyə kimi 210 elmi əsərin, o cümlədən 100-dək metodik vəsaitin müəllifidir. Həmçinin, məktəblərdə təşkil edilmiş məktəbəhazırlıq qruplarının dərs vəsaitlərinin həmmüəllifi və elmi redaktorudur. Azərbaycanın iri neft və qaz layihələrinin əməliyyatçısı olan BP şirkətinin təşəbbüsü və maliyyə dəstəyi ilə “Ömrün uğurlu bünövrəsi” və “Məktəb psixoloqunun stolüstü kitabı” adlı vəsaitlərin həmmüəllifi və elmi redaktoru olmuşdur.

“Məktəbəqədər təhsil” haqqında Azərbaycan Respublikasının Qanununun hazırlanmasında bilavasitə iştirak edib, Təhsil Nazirliyinin və Tİ-nin (əvvəlki TPİ) birgə təşkil etdiyi “Məktəbəqədər təhsil kurikulumu”nun və digər normativ-hüquqi sənədlərin hazırlanması ilə əlaqədar təşkil edilmiş işçi qrupunun rəhbəri kimi fəaliyyət göstərib. Laləzar xanım ailəlidir. İki övladı və 4 nəvəsi var.

Address

Baku

Telephone

+994503449676

Website

Alerts

Be the first to know and let us send you an email when Məktəbəqədər və ibtidai təhsil jurnalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Məktəbəqədər və ibtidai təhsil jurnalı:

Share

Category

Nearby media companies


Other Magazines in Baku

Show All

You may also like