Narkotik vasitənin təsiri altında qeyri-etik hərəkətlər edən sürücü həbs edilib
Paytaxtın Nərimanov rayonu, H.Əliyev prospektində “Toyota” markalı, 77-XA-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İsgəndərov Tahir Elşən oğlu qeyri-etik tərzdə avtomobil idarə etdiyi üçün Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı T.İsgəndərovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.İsgəndərovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.
Azərbaycandan 3-cü ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 yaşlı Astara rayon sakini İlyas Dadaşov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ondan 2 kiloqram 100 qram heroin və 3 kiloqram marixuana aşkar olunub. Araşdırmalarla İ.Dadaşovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin 5 kiloqram narkotik vasitəni sifariş əsasında Rusiya Federasiyası ilə sərhədyanı əraziyə çatdırmalı və bunun qarşılığında 1500 manat gəlir əldə etməli imiş.
Məhkəmənin qərarı ilə İ.Dadaşov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Saatlıda narkotiklərlə əlaqədar 7 nəfər saxlanılıb
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Elnur Qəhrəmanov və qardaşı Samir saxlanılıblar. Onların yaşadığı ünvandan 17 ədəd xüsusi aqrotexniki qaydada yetişdirilmiş çətənə kolu aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlər zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Səxavət Şükürov, Salam Süleymanov, Xəyal Əkbərov, Möhlət Kərimov və Şamo Zeynalov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
AYNA-nın fəaliyyəti bundan ibarətdir. ən çox şəhid verən kəndlərdən olan Masallı rayon Kürdəbazlı kənd dayanacağı müasirliyi ilə gözə girməkdədir. Bu kəndin dayanacağı bu halda olduqda onun məktəbinində sökülməsinə heç kəs səsin çıxarmayıb. Qeyd edilən rayonun müvafiq qurumları məsələyə sakit qalaraq kəndi həm məktəbindən həmdə müasirliyə gedişində sunni maneələr yaratmaqdadır.
AZESTETİK GROUP MMC-NİN QURBANLARI DANIŞIR
Bu hadisə ilə bağlı geniş məlumat lazımdı bilənlər drektə yazsın.
Diqqətlə baxın biri oğurluq edir digəri isə hansısa qadına qarşı şiddət göstərir.. Hıəəta qeyd edıək ki, bu hadisə Nəsimi rayon 19-cu Polis şöbəsinin ərasisində baş verib. Bu məsələ ilə bağlı Polisdədə hər hansı məlumat varsa bizimlə baş vermiş hadisənin təfərüatını bölüşməsini xahiş edirik.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Bakı İcra hakimiyyətinin səlahiyyətli şəxsi Zülfü İsmayılovun qanundan kənar qoçuluqla insanların mülkünü yağmalaması ilə üzləşdik. Bəzi obyektlər bağlı olduğu üçün hətta obyektlərin qapıları lomla qırılması əmri verilib...
Bakı Şəhər İcra Hakimiyyəti
Salyanda sürət yarışı təşkil edən şəxslər həbs edildilər.
“TikTok” sosial şəbəkə hesabında yayılan videogörüntü əsasında Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayında aparılan araşdırmalarla Salyan rayon sakinləri Anar Hüseynovun “Hyudai” markalı, Surət Əliyevin isə “VAZ 2107” markalı avtomobillərlə sürət yarışı təşkil edərək avtoxuliqanlıq əməli törətmələri müəyyən olunub.
Digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla kobud qayda pozuntularına yol verən hər iki sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib edilərək baxılması üçün aidiyyatı məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən hər iki şəxsin sürücülük hüququ məhdudlaşdırılmaqla - Anar Hüseynov 15, Surət Əliyev isə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Həm evini uçurdular həm də özünü İXM ilə həbs etdirdilər
ŞİRKƏT RƏHBƏRİ VƏTƏNDAŞ HAQQIN İSTƏDİYİ ÜÇÜN ONU HƏBS ETDİRDİ
Qurbanov Sahib Kamal oğluna məxsus 20 kv ev məhkəmə qərarı olmadan sökülüb. "VİOLA MTK" Əsabil Qasımovq məxsus olduğu iddia edilən şirkət bu gün Qazinin evini başına uçurdub. Hazırda qazi bir neçə dəfə intihara cəhd edib. Lakin Nəsimi icra hakimiyyətinin baş məsləhətçisi (memar) Ələsgər Rüstəmova arxalanaraq vətəndaşın qanuni evindən çıxarmağa çalışır.
"Sumqayıt şəhər 22 nömrəli məktəbdə flim kimi olaylar"
22 nömrəli məktəbin 8 sinif şagirdi 64 yaşlı müəllimə tərəfindən təqib edilir deyə valideyin Bakunews.az-a məlumat verib. Məlumatda bildirilir ki, onun atasız böyütdüyü qızı Səfərova Sevda müəllimə tərəfindən təhqir və təhdidlərlə üz-üzə qalıb. Məsələ ilə bağlı Sumqayıt şəhər təhsil sektoruna müraciət etməsinə baxmayaraq təhsil ocağından müəllimə tutduğu əmələ görə uzaqlaşdırılmayıb. Azyaşlının anası redaksiyamıza danışıb. Onun verdiyi məlumatda övladının müəlliməsi tərəfindən qurulan oyunlarla təhsildən uzaqlaşdırması cəhdinində audio səs yazısın yazmağa müvvəfəq olduğun deyir. İcbari təhsilin məcburi olması göründüyü qədər rəhbər şəxslərin tez-tez yadından çıxır. Qeyd edək ki, bir müəllimin şagirdin hansısa əməlindən şübhəli olması təqdirdə məktəbli sumkası şagirdin iştirakı zamanı müəllim tərəfindən yoxlanılmalı və buna şahid kimi hər hansı müəllimdə həmin zaman iştirakçı olmalıdır. Lakin azyaşlının idman dərsinə getdikdən sonra sinif otağında çirkin niyyətinin müavinlə müzakirə etməsi daha sonra tənha qalaraq şagirdin sumkasına mənşəyi bilinməyən məhlulun püskürülməsi azmış kimi onun su qabınada eyni məhlulun tökülməsi artıq valideyni tədirgin edib. Məktəbdə təhqir edildiyin söyləyən şagirdən narahatçılığı olan valideyn övladını audi səs yazma ilə müşahidəyə götürüb. Amma səslərə qulaq asdıqda dəhşətə gələn tənha ana təcili tədbirin görülməsi üçün rəhbərliklərə müraciət edib. Ana çox təəssüf hissi ilə qeyd edir ki, rəhbər şəxslər övladımı araşdırır lakin S.Səfərova ilə bağlı ölçü götürməyib. Ana övladının suyuna tökülən məhlulun mənşəyin bilmədiyin və övladına hansı təsiri verəcəyi qorxusundadı. Təhlük
Toğrul Nəsirli yayılan video müraciətlə bağlı Bakunews.az-a açıqlama verib. Qeyd edilən ərazidə əməkdaşlarımız tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də hərəkətin tənzimlənməsi istiqamətində nəzarət tədbirləri həyata keçirilir. Dayanacaqda yer olmadığı üçün yarana biləcək sıxlıqların qarşısının alınması məqsədilə əlavə tədbir görülür.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyii
"AF HOTEL & AQUA PARK" başqa şirkətə məxsus əraziyə göz dikib...?
Redaksiyamıza şikayət edən vətəndaş Umudov Şəmsəddin Məhəmmədəli (VEKA İNTERNATİONAL LTD ŞİRKƏTİNİN RƏHBƏRİ) oğlu bildirir ki, 2000-ci ildə Novxanı Qəsəbəsində yerləşən ərazi Bakı Şəhəri İcra Hakimiyyətinin verdiyi qərarla onlara ayrılıb. 2015-ci ildə isə İcra Hakimiyyəti tərəfindən onlara ayrılmış ərazi "AFF HOTEL"in sahibi tərəfindən zəbt edilib. 2015-ci ildə isə Umudov Şəmsəddin 1 saylı İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə həmən ərazinin Şəmsəddin Umudova aid olduğunu təsdiq edən qərardat çıxarıb. 2023-cü ildə vətəndaş ilə "Əmlak komitəsi" arasında müqavilə bağlanıb və vətəndaş Ş.Umudov müqavilə əsasında hər ay əraziyə 2147 manat məbləğində pul ödəyir. Şikayətçi qeyd edir ki , yanvar ayında Asan xidmət vasitəsi ilə qeyd olunan əraziyə Çıxarış alınıb. Fevral ayında isə hasarlanma ilə bağlı Binəqədi rayon icra hakimiyyətinə müraciət edən vətəndaş razılıq aldığını qeyd edir. Lakin vətəndaş razılıq əsasında hasarlanma işinə başladığı zaman ərazidə yerləşən "AF HOTEL"in sahibkarı tərəfindən təzyiqə məruz qaldığını bildirir. Qanuni hasarlanma işini icra etdiyim zaman "AF HOTEL AQUA PARK" kimi tanınan istirahət mərkəzinin direktoru Sevinc Rəşidova tərəfindən Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə şikayət olunub. Sevinc Rəşidovanın şikayəti ilə bağlı 42-ci Polis bölməsində təhqiqat başlanıb. Təhqiqat zamanı tərəflərin iştirakı ilə əmlak komitəsinin mütəxəssisləri əraziyə cəlb olunub və yerə baxış keçirilib. Araşdırma nəticəsində məlum olunub ki, ərazidə zəbt olunma halı yoxdur və yer "VEKA İNTERNATİONAL LTD" şirkətinə məxsusdur.
İlkin olaraq Sevinc Rəşidovanın şikayətçi olması əslində başqasına məxsus ərazidə aparıla