DİFAİ GƏNCƏ - Müstəqil İnformasiya Portalı

DİFAİ GƏNCƏ - Müstəqil İnformasiya Portalı Gəncədə hökm sürən məmur özbaşınalığı, çoxsaylı korrupsiya halları və haqsızlıqlara qarşı müqavimət mərkəzi. Mübarizə alətimiz alternativ informasiyadır!
(41)

Hörmətli dostlar, əziz Gəncə sakinləri! "GƏNCƏ - Müstəqil İnformasiya Portalı" olaraq yeni fəaliyyətə başladıq. Açılmaqda əsas məqsədimiz Gəncəmizdə olan çoxsaylı problemlərin işıqlandırılması, içtimailəşdirilməsi və mümkün qədər onların həllinə nail olmaqdan ibarətdir. Hamımız bilirik ki şəhərimizin və şəhər sakinlərinin yüzlərlə, minlərlə problemi mövcuddur və bu gün bu problemləri geniş şəkildə

içtimailəşdirməyə və ölkə rəhbərliyinə çatdırmağa heç bir real vasitə yoxdur.
Çünki bütün Tv kanallar, qəzet və əksər internet saytları mövcud problemləri görməzliyə vuraraq ancaq bayağı verilişlər hazırlayıb insanları yuxuya verməklə, məddahlıq edib yalan satmaqla məşğuldurlar. Biz Gəncə haqqında alternativ xəbər mənbəyinə çevrilməyi və sırf obyektiv məlumatlara əsaslanaraq konstruktiv tənqidi materiallar paylaşmağı özümüz üçün hədəf seçmişik!
Əziz dostlar, bütün fəaliyyətimiz dövründə, ələlxüsus da ilkin mərhələdə sizlərin dəstəyinə çox böyük ehtiyacımız var! Səhifəmizin xəbərlərini paylaşın, dostlarınızı səhifəni bəyənməyə dəvət edin, şərhlər yazın, müzakirələrə qoşulun, bir sözlə aktiv olun ki, oxucularımızın sayı artsın, problemlər içtimailəşsin və onların həllinə birlikdə nail ola bilək! Gəncədə rastlaşdığınız, gördüyünüz, bildiyiniz problemlər haqda, korrupsiya halları və məmur özbaşınalığı haqda əlinizdə olan məlumatları, fotoları bizə yollayın. Məlumatlar bütün hallarda mənbənin anonimliyi 100% qorunub saxlanmaqla paylaşılacaq! Təşəbbüsümüzə dəstək olmaq, Gəncə haqda alternativ məlumatlar almaq istəyirsinizsə səhifəni bəyənin (yuxarıdaişarəsi) və xəbərlərimizi paylaşın! Gəlin birlikdə doğma şəhərimizə yiyə çıxaq!

Address

Cavad Xan 11
G***a

Website

Alerts

Be the first to know and let us send you an email when DİFAİ GƏNCƏ - Müstəqil İnformasiya Portalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Media/News Companies in G***a

Show All