Stop Korrupsiya

Stop Korrupsiya korrupsiyaya qarşı birlikdə mübarizə aparaq

Address

Mətbuat Pr 529
Baku

Alerts

Be the first to know and let us send you an email when Stop Korrupsiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Stop Korrupsiya:

Share

Category

Redaktordan

Yalan ayaq tutub yeriməz”, “Düz həmişə əyrini kəsər” – Atalarımızın illər öncə dediyi bu məsəllər, indiki dövrümüzdə nə dərəcədə keçərlidir?

Bəzən bir insan bir yalanı o qədər təkrar danışır ki, axırda o yalan həmin insanın gerçək simvoluna çevrilir. Yəni həmin adam özü-özünə inandırmağa çalışır ki, həmin yalan doğurdanda gerçəkdir. Həmin adamlar obrazına günümüzdəki rüşvətxor, millətin qanını içən, millətin cibini soyan, dəfələrlə milləti aldadaraq “hər şey əla olacaq” yalan kəlimələri ilə milləti ağlar günə qoyan məmur tipini göstərmək kifayət edər. Yalanlar uzun illər yerimək əvəzinə dombalaq belə aşdı. O uzun illər ki, hər dəfəsində Prezidentin etimad etdiyi, güvəndiyi bəzi “məmurlar” bu etimatdan sui istifadə edərək camaata divan

tutdular.

Təbii ki, qısa olaraq desək məmur özbaşınalığını, vəzifələrindən sui-istifadə etmə hallarını işıqlandırmaq mətbu orqanların öhdəsinə düşür. Hələ illər öncə bir jurnalistin məmur özbaşınalığına qarşı yanaşmasına, həmin özbaşınalıqları ifşa edib yazmaqla ictimaiyyətə çatdırılmasına “reketçilik” deyilirdi. Guya həmin jurnalist şəxsi mənafeləri üçün bu yazları yazaraq hansısa bir “məmurun” şərəf-ləyaqətinə xələl gətirir. Yeri gələndə də həmin jurnalisti “hədiyyəli” həbsxanaya da göndərirdilər. Lakin yuxarıda qeyd etdiyim kimi illər keçsə belə “Düz həmişə əyrini kəsər”. Son aylarda ard-arda baş verən həbslər buna bir işarədir.

Nearby media companies


Other Newspapers in Baku

Show All