VETENNAMİNE.AZ xəbər verir ki, növbəni pozmaq istəyən idmançı agentliyin qazi əməkdaşı Namiq Babayevin çənəsini qırıb.
Hazırda Vətən müharibəsi qazisini döyən Rəvan Nəbizadə saxlanılıb.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti
Etiketlər #idmançı #qazi #şəhid #sonxəbərlər #vətənnaminə
Müdafiə Nazirliyi : Silah və hərbi texnika yay mövsümündə istismar rejiminə keçirilir - VİDEO
#mudafiyenazirliyi #vətənnaminə #xəbərlər #media
Azərbaycanın Laçın yolunun Ermənistanla birləşən sıfır nöqtəsində qurduğu sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər paylaşılıb.
Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
#laçın #sərhəd #məntəqə #vətənnaminə
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib – VİDEO
#milli #mudafiyenazirliyi #qəhrəman #vətənnaminə
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə gecə və gündüz vaxtı keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.
Plana uyğun olaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb.
Daha sonra bölmələr atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi və artilleriya qurğularından döyüş atışları icra ediblər.
Bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə keçirilən təlimlərdə şərti düşmən hədəfləri dəqiq atəş zərbələri ilə məhv edilib.
Etiketlər #artilleriya #ordu #qoşun #raket #təlim #vətənnaminə #MüdafiəNazirliyi
VETENNAMİNE.AZ saytı Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.
Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti
Etiketlər #biləsuvar #fhn #partlayış #vətənnaminə
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, aprelin 22-si saat 20:00 radələrində Ermənistana məxsus hər birinin üzərində bir ədəd yaşayış konteyneri olmaqla 2 ədəd yedəkçi KamAZ, 1 ədəd avtokran KamAZ, 1 ədəd UAZ-3151 və 1 ədəd UAZ-Patriot markalı nəqliyyat vasitələrinin kolonda hərəkəti Laçın rayonu ərazisində yerləşən müşahidə kameralarımız tərəfindən qeydə alınıb. Videogörüntülərdən aydın olur ki, Ermənistanın Kornidzor yaşayış məntəqəsi istiqamətindən hərəkət edən avtomobil kolonu əvvəlcə Azərbaycan-Ermənistan şərti sərhədinin Həkəri çayı üzərində yeni inşa edilmiş körpüdən keçərək Azərbaycan ərazisinə daxil olur. Qeyd edək ki, hərbi təyinatlı yüklərin Ermənistandan Azərbaycan ərazisinə daxil olması Rusiya sülhməramlılarının şərait yaratması ilə həyata keçirilib. Müşahidə nəticəsində o da məlum olub ki, avtomobillər sonradan geri qayıdaraq Ermənistan ərazisində, Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun üzərində dayandıqdan sonra avtokran vasitəsilə 2 ədəd yaşayış konteyneri əvvəlcədən hazırlanmış yerə boşaldılıb. Aparılan müşahidə Ermənistan tərəfindən əvvəlcədən razılaşdırılmadan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı birtərəfli qaydada pozaraq Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasını təsbit edir.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti
#laçın #ordu #vətənnaminə #hərbi #MüdafiəNazirliyi
#xəbər #media #abş #vətənnaminə
Şuşada təxribat!- video
#şuşa #təxribat #ordu #hərbi #mudafiyenazirliyi #vətənnaminə
Avropaya yarım ton narkotik aparan maşın saxlanıldı!
#hərbi #müdafiənazirliyi #narkotik #avropa #iran #vətənnaminə
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində “Gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlığı kursları”na qəbul üzrə attestasiya keçirilib.
Attestasiya prosesində könüllü olaraq müraciət etmiş, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş hərbi qulluqçular və hərbi vəzifəlilərlə yanaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaq arzusunda olan qadınlar da iştirak ediblər. Kurslara namizədlərin seçimi zamanı onların hərbi bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı müharibə iştirakçılarına üstünlük verilib. Attestasiya komissiyasından müsbət rəy alan namizədlər imtahanlarda iştirak etmək hüququ qazanıblar.
İmtahanlarda yaxşı nəticə göstərən namizədlər müvafiq kurslara qəbul ediləcək, kursları müvəffəqiyyətlə başa vuran kursantlar Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.
#kurs #müdafiə #ordu #vətənnaminə #hərbi
“Hərbi Lisey Günü” təntənə ilə qeyd edilib
Aİ və BMT-nin inkişaf proqramı idealaşdırma təlim düşərgəsinə başlayıb. “Azərbaycanda innovativ və davamlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində keçirilən düşərgənin məqsədi sosial çətinliklərə innovativ biznes həlləri yaratmaqdır.VETENNAMİNE.AZ saytı xəbər verir ki, təlim düşərgəsi Avropa İttifaqı tərəfindən maliyələşdirilən vətəndaş cəmiyyəti təşkilatları ilə iş lahiyəsi çərçivəsində planlaşdırılır.İdealaşdırma təlim düşərgəsinin əsas məqsədi yaradıcı düşüncəni təşviq etmək, gəlir gətirən və dayanıqlı inkişaf məqsədlərində əks olunan məsələlərin həllinə kömək edən innovativ biznes ideaları yaratmaqdır.Düşərgədə İtaliyanın ARCO şirkətinin baş direktoru Enriko Testi, Bakı, Ağdam, Biləsuvar, Gəncə, Goranboy, Göyçay, Qazax, Lənkəran, Masallı, Quba, Qusar, Mingəcevir, Neftçala, Şəki, Zaqatala və Şəmkir rayonlarından 70-dək sosial sahibkar, sosial yönümlü biznes və vətəndaş cəmiyyəti təşkilatları iştirak edib.Asiman XəliliVətən Naminə Mətbuat Xidməti #vetennamine #kesfet #kesfetteyiz #azerbaycan
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, 2023-cü ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında “Hərbi beşnövçülük” üzrə birincilik yarışları keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, o cümlədən Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Yarış iştirakçılarına yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizəyə başlayıblar. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 km məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.
Yekun nəticələrə əsasən qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.
#ordu #vətənnaminə #hərbi #müdafiənazirliyi
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlim keçirilib.
Plana uyğun olaraq snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflər aşkar olunaraq sərrast atəşlə məhv edilib.
Həmçinin komandolar maneələr zolağının keçilməsi üzrə tapşırıqları uğurla yerinə yetirib.
Taktiki-xüsusi təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Komandoların döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir.
#komando #mudafiyenazirliyi #təlim #vətənnaminə
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, “Heydər Əliyev İli” çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun zabitləri Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı və zəngin siyasi irsi ilə tanış olublar.
Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev Ümumilli Liderin həyatı və ictimai-siyasi fəaliyyəti barədə hərbi qulluqçulara geniş məlumat verib. Bildirilib ki, üstün idarəçilik qabiliyyəti, uzaqgörənliyi və yüksək liderlik məziyyətləri ilə dünya siyasət tarixində seçilən Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün həyatını ölkənin gələcək inkişafına, xalqın rifahına həsr edib.
Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.
Bu gün ölkə Prezidenti, Müzəfffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qazandığı misilsiz nailiyyətlər ulu öndərin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təməllərdən güc alır. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəmizlə bu fikri bir daha təsdiqini tapdı.
Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1999-cu il 10 may tarixindən fəaliyyət göstərən muzeydə Ümummilli Liderimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, Moskvada çalışdığı və yaşadığı dövr, Azərbaycana rəhbərlik etdiyi illər və muxtar respublik
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Əlahiddə Ümumqoşun Orduda növbəti zabit təkmilləşdirmə, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Buraxılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafeyin təbrikini şəxsi heyətə çatdıran general-mayor Məhəmməd Həsənov bildirib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayır. Göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikanın müdafiəsində uğurla dayanan Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası hər keçən gün daha da gücləndirilir, silah arsenalı ən müasir silahlarla yenilənir.
General-mayor Məhəmməd Həsənov kursları uğurla başa vuran məzunların onlara etibar olunacaq hər bir vəzifənin məsuliyyətini dərindən dərk edəcəklərinə, bundan sonra da hərbi bilik və bacarıqlarını artıraraq Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni qəbul olunmuş müasir silah, texnika və qurğuları peşəkarlıqla idarə edəcəklərinə inandığını bildirib.
Məzunlar adından çıxış edən mayor Bəhruz Ziyadov və gizir Taleh Həsənov kurs zamanı öyrəndikləri yeni hərbi bilikləri Əlahiddə Ümumqoşun Ordunun hissə və bölmələrində xidmət edərkən, şəxsi heyətin peşəkarlığının artılmasına sərf edəcəklərinə söz verib.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra t
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Komando bölmələri praktiki atış çalışmalarını icra edib - VİDEO
2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrində atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
Atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə bacarıqlarının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Komandolar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.