TvPress.Az Internet Gazety

TvPress.Az Internet Gazety Новостная страница, которая охватывает ежедневные события происходящие как в стране ,так и в мире.
(2)

Bu mövzuda çox maraqlı felyeton var, şərh yerindəki linkdən oxuya bilərsiniz
23/11/2024

Bu mövzuda çox maraqlı felyeton var, şərh yerindəki linkdən oxuya bilərsiniz

23/11/2024

Həkimlər pul naminə körpələri belə məhv edirlər - Sosioloqdan sensasion açıqlama

22/11/2024

SOSİOLOQ: Bu səbəbdən insan bədəni plastikləşir

22/11/2024

Trampın 1-ci prezidentliyi dövründə (2017-də) Konqres bütün dövlət orqanlarının ildə bir dəfə məcburi auditinin aparılması barədə qanun qəbul etdi. Pentaqonun ilk tam auditi 2018-ci ildə keçirildi və fantastik məbləğdə çatışmazlıqlar aşkar etdi.

Bu ilki 7-ci audit noyabr ayının ortalarında başa çatdı. 1700 auditorun cəlb olunduğu yoxlama büdcəyə $178 milyona başa gəldi.

Pentaqonun bu ilki büdcəsi $824 milyard olmuşdur (ABŞ büdcəsinin ən böyük xərc maddəsi). Audit zamanı Pentaqonun $4,1 trilyonluq aktivləri və $4,3 trilyonluq öhdəlikləri yoxlanmışdır. Bunların azı 25%-i üzrə Pentaqon lazımı sənədləri təqdim edə bilməmişdir. $100 milyardlarla vəsaitin hara, nə məqsədləri sərf olunduğu naməlum qalmışdır (!!!).

Müqayisə üçün: Azərbaycanın 2024 üçün illik büdcə xərci ~$25 milyarddır.

Xatırladıram ki, bu Pentaqonda 7-ci ardıcıl auditdir ki, uğursuzluqla başa çatır. Lakin indiyədək buna görə Pentaqonda heç kim nə həbs edilib, nə də vəzifəsindən çıxarılıb. Səbəbini özünüz bilirsiniz.

Pentaqondakı bu "bazar"dan qəzəblənən Tramp yeni kabinetində Piter Heqseti müdafiə naziri qoymaq istəyir. Piter zabit və müharibə veteranı olsa da heç vaxt Pentaqon məmurlarından olmayıb, rütbəcə də mayordan yuxarı qalxmayıb (nazir, adətən, general rütbəsində olurdu). Yəni Pentaqonun "mətbəxindən" uzaq, korrupsiyaya bulaşmamış adamdır. Pentaqonun ən sərt tənqidçilərindən biridir.

Tramp Piteri müdafiə naziri qoymaqla Pentaqonu – bu "Avqi tövləsini" təmizləmək (Heraklın 12 qəhrəmanlığından biri) istəyir. Çoxlu generalların işdən çıxarılması, istefaya göndərilməsi, bəzilərinin hətta həbs edilməsi gözlənilir. Pentaqon məmurları isə 50%-dək ixtisar ediləcək. xərclərin azaldılması üçün, çox güman ki, ABŞ dünyaya səpələnmiş 850-yə yaxın hərbi bazalarının bir çoxundan imtina edəcək. Gündəlikdə ABŞ-ın NATO-dakı iştirak payını azaldacağı da var.
Asif Şəfəqqətov

21/11/2024

Xərçənglə mübarizədə Yapon təcrübəsi

21/11/2024

Müharibə qalibləri var-yoxdan çıxaran prossesdir- Pyer Buast Bizi isə müharibə yox, Qərb-Avropa dünyası, beynəlxalq təşkilatlar var-yoxdan çıxarmağa hər vasitə ilə çalışır. Ordumuzun Qarabağda nəinki uğurlu hərbi əməliyyatlar aparması, hətta əsgərlərimiz bircə add...

21/11/2024

Əzizlərini itirən insanlarımız mərhum şair Nüsrət Kəsəmənlinin “Biri vardı, biri yox” şeirini dinləyər, ya da ədibin nəzm əsərinin sözlərinə həsr olunan mahnıya qulaq asar. Səmimi deyim ki, çox az şeir əzbər bilirəm. Amma Nüsrət müəllimin məşhur şeiri tez-te...

21/11/2024

2030-dək Azərbaycanı ciddi təhlükə gözləyir

20/11/2024

20 noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür Son onilliklərdə dünyanın əksər regionlarında doğum səviyyəsi aşağı düşür. Eyni zamanda yeni ailələrin sayı azalır, boşanmalar sürətlə artır. Nəticədə getdikcə gənclərin çəkisi azalır və əhali qocalır. Əvvəllə...

20/11/2024

2005-ci ilin qışı idi. Bir vaxtlar məşhur (hazırda isə tarixin zibilliyinə qovuşan) Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nəzdindəki litseyin 8-ci sinifində oxuyurdum. Bu litseyin özəlliklərindən biri də o idi ki, əksər siniflərdə üç-beşdən çox şagird olmazdı, bə...

20/11/2024

Dünyamızın axırına çıxmaq üzrəyik: qorxunc faktlar səsləndirildi

20/11/2024

Qeysəriyyə: sifarişlə doğuş və “zerkalni” ad günü

20/11/2024

📌 Digər ölkələr:

2. Lüksemburq – 11 380 AZN
3. ABŞ – 11 110 AZN
4. İslandiya – 11 090 AZN
5. Norveç – 9 670 AZN

Bunların aylıq maaşı bizim illik maaşımıza oxşayır. 😅

19/11/2024
Bəs görəsən Azərbaycan rayonları öz gəlirləri ilə öz xərclərini təmin edəcək vəziyyətdədirlərmi? Sosioloq Elçin Bayramlı...
19/11/2024

Bəs görəsən Azərbaycan rayonları öz gəlirləri ilə öz xərclərini təmin edəcək vəziyyətdədirlərmi? Sosioloq Elçin Bayramlı Sonxeber.az-ın mövzu ilə bağlı bu sualını cavablandırıb:
"Azərbaycan rayonlarının çox az bir hissəsi öz gəlirləri ilə öz xərclərini ödəmək iqtidarındadır. Yəni bunu təbii halda etmək olar. Rayonlara qoyulan investisiyaları kəsmək doğru deyil. Ondansa regionlarda elə bir iqtisadi mühit yaratmaq lazımdır ki, həqiqətən də rayon öz gəliri ilə özünü idarə edə bilsin. Bu, bütün dünyada belə tətbiq olunur. Yerli özünü idarəetmə sistemi qurulur və yerli mailiyyə resurslarının çox böyük hissəsi regional idarəetmədə regional xərclərə sərf olunur. Az bir hissəsi isə mərkəzi hökumətə təqdim olunur. Bu baxımdan yanaşma düzgündür, çalışmaq lazımdır ki, rayonlar Bakıdan asılı olmasın. Ölkə iqtisadiyyatının 3/4-nü Bakı verir. Əksər regionlar dotasiyalarla -mərkəzi büdcədən ayrılan vəsaitlərlə yaşayır. Bunu dəyişmək lazımdır. Amma dəyişmək təbii proses olmalıdır. Əvvəlcə regionlara iqtisadi investisiyalar yönəldilməlidir. Orda iqtisadi rəqabət mühiti yaradılmalıdır. Bürokratik maneələr aradan qaldırılmalıdır. Azad iqtisadi rəqabət və imkanlardan istifadə etməklə həmin rayon öz gəlirləri ilə öz xərclərini tam şəkildə ödəyə bilər. Belə bir proses aparılsa, əlbəttə ki, Azərbaycan rayonlarının ən azı 90 faizi öz xərclərini ödəyə bilər. Bu proses dünya təcrübəsində olduğu kimi qaydasında aparılsa, ölkənin tarazlıq inkişafı təyin olunsa, rayonların dövlət büdcəsindən asılılığı azalacaq. Sadəcə proses düzgün şəkildə aparılmalıdır. Bütün maneə və problemlər ortadan qaldırılmalıdır. Yoxda süni şəkildə statistika xatirinə etməklə problemlər həll olmur. Səneye müəissiələri olmayan, təsərrüfatları bərbad vəziyyətdə olan rayon necə öz xərclərini özü ödəyə bilər? Necə dotasiyalardan kənar yaşaya bilər? Bu çox çətin məsələdir. Əvvəlcə şərait yaratmaq lazımdır. Onsuz da sonra avtomatik həmin rayon özü iqtisadi gəlirlər əldə edib mərkəzdən asılılığını azaldacaq. Bu məsələyə düzgün yanaşan ölkəkər iqtisadi cəhətdən inkişaf edib tarazlı, regional balans şəraitində yaşayır. Bizdə isə çox ciddi disbalans var. Ölkə iqtisadiyyatı Bakıdan ibarətdir. Bu məsələni kompleks şəklində həll etmək lazımdır".

Çiçək Sadatova

Azərbaycanda qadınları narkotikə çəkən SƏBƏB – Psixoloqdan ŞOK AÇIQLAMAÖlkədə narkotik satan və istifadə edən qadınların...
19/11/2024

Azərbaycanda qadınları narkotikə çəkən SƏBƏB – Psixoloqdan ŞOK AÇIQLAMA
Ölkədə narkotik satan və istifadə edən qadınların hətta az yaşlı uşaqların sayı artmaqdadır. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən 6 min 247 nəfərdən 6 min 66-sı kişi, 181-i qadın olub.
Bunun səbəbi nədir? pasientləriniz arasında bu problemlərdən əziyyət çəkənlər varmı?
Təəssüflər olsun ki, son zamanlar geniş yayılan narkotik aludəçiləri öz həyat hekayələrini, öz tarixçələrini danışarkən bəzən olub ki, bu insanlar arasında xanımlar da az yaşlı qızlarımız da olub.

Tribunainfo.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, ailə göndərərkən övladında birdən-birə aqressiyaların artması və övladının belə bir hala düşməsi onları psixoloqa gəlməyə vadar edir.
Hətta bu yaxınlarda Tarix Muzeyində böyük bir tədbir keçirildi. 11-ci sinif şagirdi olacaq bir qızın “dostum hansı hallara düşdü, mən onun ailəsinə xəbər vermək istəyərkən məni təhdid etdi amma sonunda dostumu narkotikdən itirdim”, – çıxışını dinlədik.

Bizim bir neçə polis əməkdaşlarımız tədbirdə iştirak edirdi. Tədbir bitdikdən sonra qıza yaxınlaşıb ətrafında bu kimi insanlar varmı, onu da buna vadar edən insanlar varmı deyə polis qarışıq hamımız suallarımızı ünvanladıq ki, toplum olaraq qızımızı qoruyaq.

“Bu gün bəzi insanlar var ki, əgər söhbət xanımlardan gedirsə ilk olaraq xanımları daha çox bu problemə gətirən danışacaq həyat hekayələrinə əsasən özlərini olduqları kimi qəbul etməməkdir. Bir az kilolu olmaları, fiquralarında hansısa problem varsa estetik əməliyyata getmək istəyi olur. “Sən bu dərmanı iç arıqlayacaqsan, istədiyin görünüşü alacaqsan”, – bu kimi təkliflərin fərqinə varmadan, mənşəyi araşdırılmadan, kimdən aldığını bilmədən bu addımları atdıqda təbii ki, görürük ki, narkotikanın ən dərinliyində hamının eşidəcəyi patıdan, metanfetaminlərdən, bunların içərisində M40, M90, ən sürətlə arıqladan ı, iştahı kəsənidir. Fərqinə varmırlar ki, bu artıq narkotik bir maddədir. Bundan istifadə edərkən bir də baxırlar ki, aludəçi olublar. Bunun da müalicəsi olur lakin uzun müddət davam edir. İnsan həmin anda nələri itirdiyinin fərqinə varmır. Ən doğmalarına qarşı olan aqressiyalarının belə səbəbini anlaya bilmirlər. Bu problemlər bu gün müəyyən bir qism , 10 pasiyentdən ay ərzində ikisində və yaxud birində bu cür qarşılaşmalarımız olur.

Əsas səbəblərdən biri də insanların xaotik yaşamasıdır. Yəni “bu mənim öz həyatımdır”, – deyərək atdıqları addımlardır. Sosial platformalarda “bu həyat sənindir” şüarı altında araşdırılmadan digər peşənin sahibləri müxtəlif platformalarda özlərini psixoloq kimi qələmə verirlər və diqqəti cəlb edirlər.
Hətta bu yaxınlarda bir ana bizə müraciət etmişdi ki, TikTok-da hansısa bir psixoloqla tanış olub. Psixoloq onu evinə dəvət edib. Daha sonra içki təklid edib ki, iç, dünya vecinə olmayacaq.
Səbəblərdən biri də bax budur. Həmin valideyn acınacaqlı vəziyyətdə klinikamıza müraciət etmişdi. Daha sonra biz araşdırdıq, hətta bir neçə psixoloqlar, həkimlər həmin səhifəyə yazdılar”.

Dəniz Pənahova

Address

Baku

Telephone

+994702900270

Alerts

Be the first to know and let us send you an email when TvPress.Az Internet Gazety posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TvPress.Az Internet Gazety:

Videos

Share

Category


Other Media Agencies in Baku

Show All