16/08/2024
50 il əvvəlin bu günü, 1974-cü ildə Andreas Papandreu 7 illik sürgündən sonra Yunanıstana geri döndü.
Səhifəmizi bəyənməyi unutmayın . Dəstəyiniz UĞRUMUZDUR !!!
50 il əvvəlin bu günü, 1974-cü ildə Andreas Papandreu 7 illik sürgündən sonra Yunanıstana geri döndü.
156 il əvvəlin bu günü, yəni 1868-ci ildə Peruda zəlzələ və ardınca gələn sunami 70 min insanın həyatına son qoydu.
64 il əvvəlin bu günü, yəni 1960-cı ildə Mərkəzi Afrika Respublikası Fransadan müstəqilliyini elan edib.
231 il əvvəl bu gün, yəni 1793-cü ildə Parisdə Luvr muzeyi rəsmi olaraq açıldı.
Orta əsrlərdə 600 min adam cadugərliyin qurbanı olub. Halbuki bu cür ittihamı sübut etmək həmin illərdə çox çətin başa gəlirdi.
1960-cı illərdən bəri gecələr təpənin yamacında anlaşılmaz şəkildə peyda olan və hərəkət edən işığın mənbəyi uzun illər aşkar edilməyib.
Hər gecə dünyaya qayıdan bir ruhun yaydığı işıq olduğuna inanılan Pauldinq işığını araşdırmaq qərarına gələn Miçiqan Texnologiya Universitetinin tələbələri, bu işığın əslində şossedəki farlardan gələn yüngül bir hiylə olduğunu açıqladılar. (tarixlər 2010-cu ili göstərdi).
1918-ci il iyulun 17-də Rusiya çarı II Nikolay, həyat yoldaşı Aleksandra və beş uşağı öldürülsə də, uşaqların ən kiçiyi olan Anastasiyanın birtəhər sağ qaldığına inanılırdı.
Anastasiyanın ölümdən qaçması ilə bağlı saysız-hesabsız pyeslər, filmlər və kitablar yayımlansa da, tarixlər 1991-ci ili göstərdikdə, Nikolayın, Aleksandranın və onların üç uşağının qalıqları çıxarıldı və Anastasiya da bu qalıqlar arasında idi.
Çarın oğlu Aleksey və qızı Mariyanın cəsədləri isə 2007-ci ildə başqa bir məzarda aşkar edilib.
1980-ci ilin avqustunda avstraliyalılar Maykl və Lindi Çemberlen və onların üç övladı Uluru bölgəsinə düşərgəyə gedir. Ailənin açıqlamasına görə, uşaqların ən kiçiyi, 9 aylıq Azariya vəhşi avstraliyalı dinqo tərəfindən qaçırılıb, lakin səlahiyyətlilərdən heç biri buna inanmayıb.
Anne Lindi qızını öldürdüyünə görə məhkum olunaraq həbs olunduqdan illər sonra bölgədə gəzintiyə çıxan bir turist dinqo mağarasının qarşısında itkin düşən uşaq Azariyanın cırıq paltarlarını tapıb.
İngiltərə kralı III. Riçard 22 avqust 1485-ci ildə Bosworth Fielddə öldürülsə də, cəsədi heç vaxt tapılmayıb.
Əksər insanlar cəsədin zamanla yoxa çıxdığına inansalar da, tarixi qeydlər III Karl Riçardın cəsədinin Lesterdəki Greyfriars kilsəsinə aparıldığını göstərir.
Kral III. Riçardın məzarının yeri Greyfriars Kilsəsi kimi müəyyən edilsə də, əsrlər əvvəl dağıdıldığı kimi bu gün belə bir kilsə yoxdur.
2012-ci ildə bir araya gələn araşdırmaçılar, Kral III Riçardın məzarını tapmaq üçün əvvəlcə Greyfiars kilsəsinin qalıqlarını tapmağa başladı. Bir parkın altını qazaraq kilsəyə çatan arxeoloqlar, burada Kral III Riçardın məzarını aşkar ediblər.
Tarixdə bu gün - 7 avqust
2020 — Tokioda keçən 2020 Yay Olimpiya Oyunlarında güləçi Hacı Əliyev və karateçi İrina Zaretska gümüş, güləçsi Mariya Stadnik isə bürünc medal qazanıb.
Sarıköklü su faydalıdır
Sarıkök onkoloji xəstəliklər başda olmaqla, bir çox problemlə mübarizə aparır.
Hindistanda demək olar ki, bütün yemək və şirniyyatlarda adıçəkilən ədviyyadan istifadə olunur. Ona görə də, bu ölkədə xərçəng xəstəliyinin faizi digər ölkələrə nisbətən dəfələrlə aşağıdır.
Hüceyrələri yeniləyən, eyni zamanda toksinlərdən azad edən sarıköklə hazırlanmış içkini səhər acqarına istifadə etmək daha məqsədəuyğundur.
Hazırlanması isə olduqca asandır. 1 stəkan ilıq suya yarım ç.q sarıkök, 1 ç.q bal əlavə edib yaxşıca qarışdırın və için.
Qeyd edək ki, qan durulaşdırıcı dərman qəbul edən xəstələr bu içkini qəbul etmədən öncə həkimlə məsləhətləşməlidir.
Erməni məsələsi necə yarandı?
Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən çəkinmirdilər. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə şəxsən rəhbərlik edən rus polkovniki Lazaryan (Lazarev) İrandan Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: “… Orada (yəni Şimali Azərbaycanda) siz yeni vətən əldə edəcəksiniz…”. Daim köçəri həyat sürməyə adət etmiş ermənilərə təlqin edilirdi ki, “İran çörəyi yeməkdənsə rus otu yemək daha yaxşıdır”
Tarixin amansız zərbələrinə məruz qalmış və yadelli işğalçılara qarşı mərdi-mərdanə mübarizə aparmış doğma Azərbaycanımızın başına min bir fəlakət gətirilmiş, faciəli hadisələr törədilmişdir. Qanlı və faciəli tariximizin ən ağrılı dövrü məhz XIX yüzilliyin əvvəllərinə düşür. Tarixi ədalətsizlik nəticəsində Azərbaycan torpaqlarının iki yerə parçalanmasını reallaşdıran Gülüstan və Türkmənçay müqavilələri son nəticədə böyük faciələrə səbəb oldu. Bir tərəfdən böyük dövlətçilik təcrübəsinə malik olan Azərbaycan dövlətinin müstəqilliyi əlindən alındı, digər tərəfdən Türkmənçay müqaviləsinin 15-ci maddəsinə uyğun olaraq xaricdə yaşayan ermənilərin Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına köçürülməsi işinə başlanıldı. 1828-1830-cu illərdə İrandan 40 min, Türkiyədən isə 84 mindən çox erməni Zaqafqaziyaya köçürüldü. Köçürülən ermənilər isə yerli azərbaycanlı əhalini getdikcə sıxışdırmağa başladılar. Ermənilərin köçürülməsi işi və Azərbaycan torpaqlarında yerləşdirilməsi fasiləsiz davam etdirilirdi. Rusiya imperatoru I Nikolay (1825-1855) ermənilərin köçürülməsinə nəinki şərait yaratdı, həm də onlar üçün “erməni vilayəti” təşkil etdi. Bu, tarix boyu erməni siyasətçilərinin ən böyük arzusu idi. I Nikolay 1828-ci il martın 21-də “Erməni vilayəti”nin yaradılması haqqında fərman verdi. Həmin fərmana görə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, qədimdən Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqları və Ordubad dairəsi hesabına “Erməni vilayəti” yaradıldı. Ümummilli lider Heydər Əliyevin imzaladığı Prezident fərmanında deyildiyi kimi, ermənilər öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular ki, belə süni ərazi bölgüsü ilə, əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu.
Ermənilərə belə himayədarlıq edən çarizm onlardan bir əlverişli vasitə və dayaq nöqtəsi kimi istifadə etməyə, nəticədə Qafqazın sərvətlərinə sahib olmağa və ermənilərin əli ilə Şərqə doğru ekspansiya siyasətini genişləndirməyə çalışırdı. Özünün coğrafi-strateji əhəmiyyətinə görə Azərbaycan o zaman Rusiya imperiyasının xarici siyasət diplomatiyasında əsas yer tuturdu. XIX əsrin əvvəllərində Rusiyanın xarici siyasət xəttinin hazırlanmasında və formalaşmasında qatı şovinist olan I Pyotrun “üç istiqamət planı” əsas götürülürdü və bu təcavüzkar plana görə Rusiyanın Şərq siyasətində Azərbaycan torpaqlarını zor gücünə işğal etmək və bu zaman ermənilərdən bir vasitə kimi istifadə etmək nəzərdə tutulurdu. Belə bir zamanda Şərqin məzlum xalqlarını əsarət altına almaq üçün meydan sulayan Avropanın müstəmləkəçi dövlətləri “parçala və hökmranlıq et” taktikasından geniş istifadə edirdilər. Əslində Şərq siyasəti deyilən bu siyasətin banisi sayılan Rusiya imperatoru I Pyotr imperiya dövlətinin gələcək işğalçılıq planlarının əsas proqramını hazırlamışdır. Üç istiqamət adlandırılan Şərq siyasətinin başlıca məzmunu təxminən belə idi:
Azov – Qara dəniz, Bosfor və Dardanel boğazlarından keçib Aralıq dənizinə çıxmaq; Azərbaycan – İran-Fars körfəzi yolu ilə Hind okeanına (I Pyotrun dili ilə İsti okeana) yol açmaq; Orta Asiyanı işğal edəndən sonra Əfqanıstandan keçib Hindistana soxulmaq.
I Pyotrun xarici siyasət diplomatiyasında Qafqazı, xüsusilə Azərbaycanı işğal etmək, buranın sərvətlərinə yiyələnmək ön planda idi. I Pyotr Bakı nefti ilə ciddi maraqlanır və buranı ələ keçirməyə çalışırdı. I Pyotrun işğalçılıq planlarının reallaşmasında yerli ermənilər satqınlıq edərək, rus qoşunlarının müxtəlif yollarla irəliləməsinə bələdçilik edirdilər. I Pyotr Bakını işğal edən general Matyuşkinə “Bakıdan ağ neft göndərmək” sərəncamını vermişdi. I Pyotr işğal edilmiş Azərbaycan torpaqlarında xristiranlaşdırma siyasəti aparırdı. Matyuşkinə yazırdı: “Gilanda və Mazandaranda olan erməniləri və başqa xristianları orada yerləşdirməyə çalışın”.
Qeyd etmək lazımdır ki, XVIII yüzilliyin sonu – XIX yüzilliyin əvvəllərində Şərq siyasəti istər Rusiya imperiyasının və istərsə də Avropa dövlətlərinin xarici siyasət proqramında mərkəzi yerdə dayanırdı. Bu strategiyanı həyata keçirmək üçün Avropanın iri dövlətləri öz aralarında ciddi siyasi gedişlər edir, hərb və ya sülh danışıqlarından istifadə edərək üstünlüyü ələ keçirməyə çalışırdılar.
“Şərq məsələsi”nin ən dəhşətli qolu – “erməni məsələsi” adlanan məsələ tarix səhnəsində arasıkəsilməz faciələr mənbəyinə çevildi. Tarixi hadisələrə bələd olan hər kəsə yaxşı məlumdur ki, bu məsələ Osmanlı imperiyasını zəiflətmək və son nəticədə Şərqin siyasi xəritəsinin dünyanın iri dövlətlərinin mənafeyinə uyğun şəkildə formalaşmasını təmin etmək məqsədi ilə yeridilən siyasətin mühüm tərkib hissəsidir. Erməni xalqının öz müqəddəratını özü təyin etməsi pərdəsi altında dünya siyasətinə daxil olan bu məsələ əslində xarici kapital ilə sıx bağlı olan erməni millətçilərinin mənafeyinə uyğun olaraq Türkiyə və Azərbaycan torpaqları hesabına “dənizdən dənizə böyük Ermənistan” imperiyası yaradılması haqqında tarixdə oxşarı olmayan avantürist, hiyləgər və məkrli bir siyasətdir.
“Erməni məsələsi” Rusiya və İngiltərə tərəfindən ortaya atılan bir məkrli siyasətdir ki, onu bəhanə edib orta əsrlərin qüdrətli dövləti olan Osmanlı dövlətini zəiflətsinlər, torpaqlarını ələ keçirsinlər. V.F.Mayevskinin təbirincə desək, ermənilər “… hər halda başqa dövlətlərin Türkiyənin işlərinə qarışması üçün bəhanə olsun deyə ağlasığmaz, təsəvvürəgəlməz anarxiya yaratmaqdan ötrü əllərindən gələn hər şeyri etmişlər…”.
Şərq tarixini bilən hər kəsə yaxşı məlumdur ki, XIX yüzilliyin ortalarında baş verən Krım müharibəsində Osmanlı dövlətinin tarixi qələbəsi həm Şərqdə və həm də Avropada qüvvələr nisbətini Türkiyənin xeyrinə xeyli dəyişdi və Vyana konqresindən sonra dövlətlər arasında yaranmış balansa ciddi təsir göstərdi. Bu nisbət Rusiyanın xarici siyasət nüfuzuna ağır zərbə vurdu və hərbi qüdrətini xeyli zəiflətdi. Nəticədə Rusiyanın beynəlxalq nüfuzu aşağı düşdü, Avropada rolu zəiflədi, Qara dəniz və boğazlar məsələsində yaxına buraxılmadı. Bundan başqa Krım müharibəsində acı məğlubiyyət dadan Rusiya Balkanlarda üstün hüquqlardan mərhum edildi. Rusiyanın yeni hakim dairələri bu vəziyyətlə barışmaq istəmir və ölkəsinin təklənməsi vəziyyətindən çıxış yolları axtarırdılar. Bunun üçün yeni xarici siyasət proqramı hazırlandı və bu strategiyanı həyata keçirmək üçün Avropa dövlətləri ilə və Türkiyə ilə intensiv danışıqlar, beynəlxalq görüşlər və konfranslar aparmağa başladılar. Nəticədə XIX yüzilliyin 60-70-ci illərində həm Rusiya dövlətinin və həm də Avropa dövlətlərinin marağında olan Şərq böhranı yarandı, getdikcə mürəkkəbləşdi və Qordi düyününə çevrildi. Avropa ölkələri isə Şərq məsələsində və Şərq böhranında daha çox Rusiyanı qızışdırır və onu daha ciddi tədbirlər həyata keçirməyə təhrik edirdilər.
Beləliklə, müharibəyə ciddi hazırlaşan Rusiya 1877-ci il aprelin 12-də (24-də) Türkiyəyə müharibə elan etdi. Bu müharibə 1878-ci il fevralın 19-da (martın 3-də) San-Stefano sülh müqaviləsi ilə başa çatdı. San-Stefano müqaviləsinin şərtləri ilə razılaşmayan Avropa dövlətləri yenidən bu məsələni müzakirə etdi və özlərinin xeyrinə dəyişdirmək üçün Berlin konqresinə toplaşdılar. Bismarkın sədrliyi ilə keçirilən bu konqres 1878-ci il iyunun 1-dən iyulun 1-dək çəkdi. San-Stefano müqaviləsinin 16-cı maddəsində deyilirdi: “Türkiyə ermənilər yaşayan vilayətlərdə tezliklə həyat şəraitini yaxşılaşdırmaq və yerli əhəmiyyətə malik islahatları həyata keçirmək öhdəliyini götürür və ermənilərin təhlükəsizliyini kürd və çərkəzlərdən qoruyacağına zəmanət verir”.
San-Stefano sülh müqaviləsinin bu 16-cı maddəsi az sonra Berlin konqresinin 61-ci maddəsi ilə yenidən formalaşdırıldı və “erməni məsələsi”nin həllində erməniləri tam razı sala biləcək sənədlə yekunlaşdı. 61-ci maddədə deyilirdi: “Sultan hökuməti ermənilərin yaşadıqları vilayətlərdə yerli ehtiyacların zəruri etdiyi islahatları gecikdirmədən həyata keçirməyi və onların asayişini, təhlükəsizliyini kürdlərlə çərkəzlərdən qorumağı öhdəsinə götürür. Bu sahədə görüləcək tədbirlər böyük dövlətlərə bildiriləcəkdir. Və onlar da tədbirlərin həyata keçirilməsinə nəzarət edəcəklər”. Beləliklə, beynəlxalq münasibətlərin diqqətində olan “erməni məsələsi” nəinki erməniləri razı saldı, eyni zamanda Osmanlı dövlətinin daxili işlərinə qarışmaq və ona nəzarət etmək mexanizminin rolunu açıq şəkildə böyük Avropa dövlətlərinin ixtiyarına verdi.
Beləliklə, ermənilər ilk dəfə beynəlxalq sənəddə belə xatırlanırlar… Məlum olduğu kimi, Berlin konqresi San-Stefano müqaviləsinin həmin 16-cı maddəsini ləğv etdi, çünki konqres iştirakçısı olan böyük dövlətlər bəyan etdilər ki, Anadolunun heç bir hissəsində erməni əhalisi çoxluq təşkil etmədiyindən erməni xalqının muxtariyyəti haqqında söhbət belə gedə bilməz. Türkiyə ermənilərinin keçmiş patriarxı Xrimyanın başçılıq etdiyi nümayəndə heyəti vətənə demək olar ki, əliboş qayıtdı.
Beləliklə, “erməni məsələsi” XIX-XX yüzilliklər boyu böyük dövlətlərin əlində bir vasitə olmuş və sözün əsl mənasında Osmanlı Türkiyəsinə qarşı çevrilmişdir. Türkiyə alimləri haqlı olaraq göstərirlər ki, “erməni məsələsi” əslində ermənilərin deyil, türk torpaqları üzərində mənafeləri toqquşan böyük dövlətlərin – Çar Rusiyası ilə İngiltərənin məsələsi kimi siyasi həyata atılmışdır. Tarixi hadisələrin gedişi göstərir ki, bütün XX əsr boyu azərbaycanlılar üçün əsl tarixi fəlakətə çevrilmiş olan “erməni məsələsi”, sonralar isə uydurma Qarabağ problemi zəngin sərvətə malik olan Qafqazda öz nüfuzunu itirmək istəməyən Rusiya imperiyasında siyasi hadisələrin gedişi ilə bilavasitə bağlı olmuşdur.
“Erməni məsələsi” Rusiyanın xarici siyasətinin gündəliyində həmişə olmuşdur. İmkan tapdıqca bu məsələnin həyata keçirilməsi, ya da ondan Osmanlı dövlətinə qarşı istifadə etməyin yolları araşdırılırdı. 1799-cu ildə Peterburqda “erməni məsələsi” müzakirə edilərək “isti dənizə doğru” siyasətini həyata keçirməsi vasitələrinin tapılmasına çalışılırdı.
Avropa dövlətləri tərəfindən Şərq məsələsinin tərkib hissəsi kimi yaradılan “erməni məsələsi” onların əlində oyuncaq bir vasitəyə və getdikcə mürəkkəbləşən beynəlxalq bir problemə çevrilmişdir. V.Qurko-Kryajin Böyük Sovet Ensiklopediyası üçün yazdığı “Erməni məsələsi” məqaləsində erməni məsələsini Şərq məsələsinin bir hissəsi adlandırmaqla, onun həm zahiri və həm də daxili mahiyyətini belə fərqləndirir: Zahiri mahiyyət: böyük dövlətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvvələrini gücləndirməyə, beləliklə, ölkəni zəiflətməyə çalışırlar. Daxili mahiyyət: öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli müqəddəratın müstəqil təyin edilməsi uğrunda mübarizə aparırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin.
Qərbi Avropa ölkələri və Rusiya xarici siyasət strategiyasında üstünlüyü ələ keçirmək və özlərinin işğalçılıq planlarını daha asanlıqla reallaşdırmaq üçün XIX yüzilliyin sonu – XX yüzilliyin əvvəllərində “erməni məsələsi”ndən istifadə edərək ona həm də böyük ümidlərlə yanaşırdılar. Öz növbəsində Rusiya hakim dairələri Balkanlarda və Şərqdə möhkəmlənmək və üstünlüyü ələ almaq üçün bu avantürist kartdan istifadə edir və hətta Türkiyə torpaqlarında “Türkiyə Ermənistanı” yaratmağı vəd edirdilər. Bu vəddən həvəsə düşən ermənilər Türkiyə vilayətlərində qanlı aksiyalar həyata keçirməyə başladılar. Milli zəmində baş verən bu dəhşətli qırğınlarda on minlərlə türk öldürüldü. Samsunda, İstanbulda, Vanda dinc türklər amansızcasına məhv edilməyə başlandı. Bu qırğınları həyata keçirən ermənilər sürətlə bu işi gördülər ki, həmin ərazilərdə türklərin kökü kəsilsin və türksüz, Türkiyə torpaqları hesabına “Erməni dövləti” yaratsınlar. Ermənilər əslində türklərə qarşı əsl soyqırımı həyata keçirdilər (bax: Rusiyanın Van və Ərzurumdakı baş konsulu Mayevskinin xatirələri. B., 1994). Belə bir vaxtda, Rusiya dövləti ermənilərə kömək etmək üçün edilən xahişlərə və yalvarışlara biganə qalmadı. 1912-ci ildə erməni kilsəsinin katalikosu Rusiya hökumətinə Türkiyə ermənilərini müdafiə etmək üçün xahişlə müraciət etdi. Rusiya öz növbəsində Türkiyə Ermənistanında geniş islahatlar proqramını irəli sürsə də Almaniya buna etiraz etdi. Hətta iş o yerə çatdı ki, Antanta dövlətləri 1914-cü il yanvarın 26-da erməni vilayətlərində islahat keçirmək barədə müqavilə imzaladı. Əgər nəzərə alsaq ki, bu zaman Türkiyənin beynəlxalq və daxili siyasi vəziyyəti xeyli mürəkkəb idi, onda çox şey aydınlaşar. Türkiyə Balkan və Trablis müharibələrində xeyli itki vermişdi, üstəlik yeni dünya müharibəsinin alovları yaxınlaşmaqda idi. Vəziyyətin belə ağır və mürəkkəb olmasına baxmayaraq, Türkiyə hökuməti qəti addım atdı və islahatların keçiril-məsindən imtina etdi. Türkiyə hökumətinin qəti və prinsipial mövqeyi doğru idi. Ona görə ki, Türkiyə ərazisində və vilayətlərin heç birində ermənilər çoxluq təşkil etmirdilər və necə ola bilərdi ki, qədimdən türk yurdu və türk torpaqları olan bir dövlətdə yeni bir bufer dövləti olacaq “Türkiyə Ermənistanı” deyilən qondarma və uydurma bir dövlət yaradılsın?
Birinci Dünya müharibəsi başlanan kimi ermənilər öz murdar planlarını həyata keçirmək üçün Türkiyə vilayətlərində qanlı qırğınlar törətdilər. Ermənilər sürətlə silahlanır və türk kəndlərini amansızcasına yandırırdılar. Türkiyənin belə ağır zamanında düşmən orduları hücuma keçdilər, yunan qoşunları hücumla bir çox türk şəhərlərini ələ keçirdilər. 1915-ci ilin martında Vanda erməni üsyanı başlandı. Ermənilər 3 min nəfərdən çox türkün üstünə benzin tökərək yandırdılar. Van vilayəti ermənilərin əlinə keçdi. 1916-cı ilin aprelinə qədər rusların və ermənilərin birləşmiş ordusu Şərqi Anadolunun böyük bir hissəsini – Trabzonu, Ərzurumu, Muşu, Bitlisi, Vanı ələ keçirmişdilər. İngilislər Qarsı işğal etmiş, fransızlar isə Adananı və Kilikiyanı tutmuşdular. Osmanlı dövləti 1918-ci il oktyabrın 30-da Mudros sülh müqaviləsini imzalayaraq Birinci Cahan müharibəsindən çıxdı. Acı məğlubiyyət nəticəsində Osmanlı dövləti özünün faciəli tarixini yaşayırdı. Mudros müqaviləsi Türkiyə üçün ağır şərtlər irəli sürürdü. Müqavilənin şərtlərinə görə Türkiyə parçalanır, qədim Anadolu torpaqları düşmən əlinə keçirdi. Hətta düşmən donanması İstanbulda lövbər salmışdı. Vəziyyətin ağırlığı bir də ondan ibarət idi ki, Türkiyə torpaqları hesabına “Türkiyə Ermənistanı” yaradılması nəzərdə tutulmuşdu. Türkiyənin ağır vəziyyətə düşməsindən istifadə edən düşmən orduları bir-birinin ardınca Türkiyə şəhərlərini və türk vilayətlərini işğal edirdilər. Belə ağır bir vəziyyətdə ikən sultan hökuməti biabırçı Sevr müqaviləsini (10 avqust 1920-ci il) imzaladılar. Sevr müqaviləsinin şərtləri Türkiyə üçün olduqca ağır və həqarətli idi. Bu müqaviləyə görə Sultan Türkiyəsi öz ordusunu buraxmalı, hərbi donanmasını əslində ləğv etməli, Suriya, Fələstin, Ərəbistan yarımadası, Transiordaniya və Mesopotamiyadakı torpaqlarından məhrum edilməli, İzmir şəhəri Yunanıstana verilməli idi. Müqaviləyə görə Ermənistana müstəqillik verilməli və yeni yaradılacaq Ermənistanın ərazisi Ərzurum, Van, Trapezund və Bitlis əyalətlərinə qədər genişləndirilməli idi. Bu, ayrıca maddə kimi qəbul edilmişdi. Osmanlı Türkiyəsi bax belə parçalandı və çox ağır vəziyyətə düşdü. Ağır və acı taleyini yaşayan Türkiyə bir dövlət olaraq tarixdən silinmək təhlükəsi ilə üz-üzə qaldı.
Beləliklə, avropalıların “xəstə adam” adlandırdıqları Sultan Türkiyəsinin yaraları yenidən qövr eləməyə başladı. Türkiyənin belə ağır durumunda “Ya istiqlal, ya ölüm” şüarını irəli atan Mustafa Kamal Paşa ilk baxışda mümkün olmayan bir şəraitdə bütün türk xalqını ayağa qaldırdı, düşmənə qarşı ölüm-dirim savaşına girdi, milli mübarizədə milli birliyi təmin edən əvəzsiz bir lider, müharibə meydanlarında əfsanəvi bir komandan, qüdrətli dövlət yaradan böyük siyasi xadim, millətin simasını dəyişdirən qorxmaz bir inqilabçı oldu. Ağlın və elmin rəhbərliyini, sağlam düşüncəni qəbul edən Atatürk girişdiyi mübarizənin əvvəlindən sonuna qədər türk millətinin yüksək keyfiyyətlərinə güvənmiş, qazandığı hər bir qələbənin dahiliklə millətin olduğunu söyləmişdir. Sanki uca Tanrı onu parçalanmış, qəlbi viran olmuş, düşmən tapdağı altında inildəyən türk torpaqlarının, türk yurdunun qurtuluşu üçün, bir xilaskar kimi türk millətinə bəxş etdi. Türkiyəyə qarşı haqsız torpaq iddiaları Atatürkü çox üzürdü. Məhz bu səbəbdən aslan kimi meydana atılan dahi öndər Atatürk böyük və parlaq zəfərlər qazanaraq türk torpaqlarını düşməndən azad etdi və türk xalqının qəlbində müqəddəs bir heykəl ucaltdı.
Atatürkün rəhbərliyi ilə türk xalqının milli azadlıq mübarizəsi, ölüm-dirim savaşı 1922-ci il oktyabrın 11-də Antanta dövlətləri ilə imzalanan Mudaniya müqaviləsi ilə başa çatdı. Müqaviləyə görə Ədirnə də daxil olmaqla Şərqi Trakiya yunanlardan azad edildi, İstanbul və boğazlar Türkiyəyə qaytarıldı. Bundan sonra Türkiyə bir dövlət olaraq ayağa qalxmağa başladı.
Ancaq belə bir vaxtda ermənilər dinc durmur, böyük dövlətlərin qılığına girməkdən əl çəkmirdilər. Mudaniya müqaviləsinin şərtləri ermənilərin “Türkiyə Ermənistanı” yaratmaq ümidlərini qırdı. Lakin erməni millətçiləri öz təbliğatından qalmır, Antanta dövlətləri və digər böyük dövlətlərlə yaltaqcasına danışıqlar aparırdılar. Bundan sonra ermənilər qarşıdakı Lozanna konfransına ciddi hazırlaşmağa başladılar. Başlıca məqsədləri nəyin bahasına olursa-olsun “böyük Ermənistan” dövləti yaratmaq, dənizlərə çıxışı ələ keçirmək idi.
Hətta ermənilər konfrans iştirakçılarına özlərinin həyasız memorandumunu təqdim etdilər. Həmin memorandumla “erməni məsələsi”nin həllinin 3 variantını göstərmişdilər:
Ermənilər üçün ərazi ayrılması; Ermənistan ərazilərinin ona Şərqi Anadolu torpaqlarını birləşdirmək yolu ilə genişləndirilərək dənizə çıxışını təmin etmək; Bu ərazilərə Sevr müqaviləsi əsasında Suriya, sonra isə Ankara müqaviləsinə əsasən Türkiyə Kilikiyasına verilmiş hissələri birləşdirmək.
Nəhayət, Lozanna konfransı 1922-ci il noyabrın 20-də toplandı və aylarla öz işini davam etdirdi. Çətin və mürəkkəb şəraitdə aparılan danışıqlardan sonra nəhayət, 1923-cü il iyulun 24-də müqavilə imzalandı. Lozanna müqaviləsinə görə yeni Türkiyə dövlətinin istiqlaliyyəti bütün dünya tərəfindən təsdiq edildi, Türkiyənin milli sərhədləri müəyyənləşdirildi, sosial-iqtisadi, siyasi və diplomatiya sahəsində Türkiyə üçün əhəmiyyətli və tarixi qərarlar qəbul edildi.
Lozanna konfransı tarix salnaməsinə türk xalqının qəhrəmanlıq mübarizəsinin məntiqi nəticəsi kimi daxil oldu və Osmanlı dövlətinin tarixində Atatürkün rəhbərliyi və başçılığı ilə misli görünməmiş bir siyasi zəfər oldu. Türkiyə dövlət istiqlaliyyəti qazandı, ölkə daxilində əcnəbilərin hökmranlığının bütün əsasları məhv edildi, yabançı buxovlar sındırıldı. Ən mühümü o idi ki, ermənilərə aid heç bir maddə nəzərdə tutulmamışdı, erməni daşnaklarının bütün ümidləri dəfn edildi. Ancaq konfransın 37-44-cü maddələrində dini azlıqlara aid müəyyən fikirlər var idi ki, Türkiyə ərazisində bir dini azlıq kimi onu ermənilərə də aid etmək olardı. Lakin sonralar ermənilər Türkiyədə milli azlıq kimi tanınmalarından imtina etdilər, onlar adi Türkiyə vətəndaşı kimi yaşamağa üstünlük verdilər. Bu barədə erməni daşnak lideri O.Kaçaznuni yazırdı: “Artıq Türkiyə Ermənistanı yoxdur. Avropanın böyük dövlətləri bizim məsələni dəfn etdilər”. Daha sonra o, “Daşnaksütyun” partiyasının rəhbəri kimi partiyanın fəaliyyətinə yekun vuraraq “Daşnaksütyun”a artıq heç nə qalmır, partiya özünün qərarı ilə şüurlu və qətiyyətli surətdə öz mövcudluğuna son qoymalıdır” qərarını vermişdi. Lakin daşnaklar öz liderlərinin məsləhətinə əməl etmədilər, onların cinayətkar fəaliyyəti və qanlı əməlləri o vaxtdan bu günə qədər davam etməkdədir.
Beləliklə, “Erməni məsələsi”nin yaranma tarixi, avantürist fəaliyyəti, qanlı əməlləri və cinayətkar hərəkətlərinin tarixçəsi belə olmuşdur. Son olaraq qeyd etmək istəyirik ki, tarixdə yaranmış “erməni məsələsi” uydurulmuş bir mif, çürük ağacı xatırladan bir müqəvva, heç bir sosial əsası və bazası olmayan yalançı nəzəriyyədən başqa bir şey deyildir. Lakin belə bir çürük “erməni məsələsi”nin uydurulması dünyanın böyük dövlətlərinə öz işğalçılıq planlarını həyata keçirmək üçün lazım imiş. Kim bilir, “erməni məsələsi” olmasaydı belə Avropanın böyük dövlətləri onun kimi nəsə uyduracaqdı və nəhəng Osmanlı dövlətinin ixtiyarında olan torpaqları onun əlindən almaq üçün daha hansı kəşf edəcəkdilər? Lakin tarix ondan ibrət dərsi götürməyənləri cəzalandırır. Erməni daşnakları və təbliğatçıları dəfn edilmiş “erməni məsələsi”ni iyirminci yüzilliyin 80-ci illərinin ortalarında başqa bir adla – “Qarabağ problemi” adı ilə yenidən meydana atdılar.
“Qarabağ problemi”nin ortaya atılmasında imperiya mərkəzinin də xüsusi maraq dairəsi olmuşdur. SSRİ rəhbərliyi tərəfindən qızışdırılan “Qarabağ problemi” on minlərlə günahsız adamların kütləvi şəkildə məhvinə, yüz minlərlə insanın məcburi qaçqına, köçkünə və didərginə çevrilməsinə, minlərlə şəhər və kəndin məhvinə, milyardlarla maddi ziyanlara, insan zəkasına sığmayan və təfəkkürə gətiriləsi mümkün olmayan ağır mənəvi sarsıntılara səbəb olmuşdur. Əvvəl “Şərq məsələsi”ni, sonra “erməni məsələsi”ni, daha sonra isə “Qarabağ problemi”ni ortaya atanlar bu gün tarix qarşısında cavab verməlidirlər, bütün dünya dövlətləri tarixi həqiqətlərdən və canlı tarixin özündən ibrət dərsi almalıdırlar.
Beləliklə, tarixi araşdırmalar və tədqiqatlar nəticəsində bir obyektiv həqiqət meydana çıxır ki, Rusiya və xarici dövlətlərin köməyi olmasaydı, ermənilər heç vaxt bugünkü süni dövlətlərini əldə edə və Azərbaycan torpaqlarını işğal edə bilməzdilər.
Müəllif: Nuru MƏMMƏDOV, ProfessorMənbə: 1905.az
Onlardan Allaha şikayət edin
Qanın su yerinə axdığı Suriyada, üzərinə silah tuşlayan caninin gözlərinin içinə baxan körpə uşaq bu sözləri ilə, Yer üzünün mərhəmət hissini itirməmiş bütün sakinlərini ağlatmışdı: «Sizdən Allaha şikayət edəcəyəm. Ona hər şeyi danışacağam».
Bu hadisəni – insanlıq dərsini xatırlayırsınız, yəqin. Və hər xatırladığınızda qəhər boğazınıza dirənir, əllərinizlə üzünüzü qapayıb ağlayırsınız. Əmin olursunuz ki, dünyanı «qan çanağına» döndərən heç bir iqtisad-siyasi məqsəd, bir körpənin yanağından süzülən göz yaşlarına dəyməz… Sonra qarşınıza çıxan ilk uşağı bağrınıza basıb, məsumluğunu qoxlayırsınız. Zülmə uğrayan, mərhəmətsizliklə üzləşən bütün uşaqlara görə, bütün zalımlar adından ondan üzr istəyirsiniz. Əfv diləyirsiniz…
Və siz bu təmənnadəykən, biriləri iki körpə övladını – Abdulla və Xədicəni (digərləri də başqa abdullaları, xədicələri) oğurlayıb ölkədən qaçırlar. Bəli, məhz oğurlayıb – özlərindən, yurdlarından, uşaqlıqlarından və körpə zehniyyəti ilə sevdikləri Allahdan oğurlayıb, yad məmləkətlərə aparırlar.
O məmləkətlərə ki, oradakı uşaqlar hər kəsdən Allaha şikayətçidirlər. Həmin bu biriləri də Allah adı altında, Allaha şikayətçi olan məzlumların sayını daha da artırırlar. Üstəlik Allahın özündən şikayətçi olmalarına rəvac verirlər. Sonra özləri o yad məmləkətlərdə gəbərib, arxalarında gözü yaşlı, ürəyi dağlı, Allahdan incik yetimlər buraxırlar…
Nə uğrunda: şəhidlikmi, Cənnətmi, yoxsa Yaradana dönməkmi? Məgər, onlara nail olmaq bu qədər asandır? Allaha ulaşmaq, Yara qovuşmaq intihar etmək qədər asan olsaydı, Yer üzündə bir nəfər aşiq qalardımı…?
Əzizlərimiz Abdulla və Xədicə!
Əslində, bizə hələ bəlli deyil ki, bu gözəl isimləri siz doğuşdanmı daşıyırsınız, yoxsa sonradan, sizi bu atəşin içinə atmağa hazırlaşan valideynləriniz, öz allahsız əməllərinə rəng qatmaq üçünmü adlarınızı dəyişdiriblər.
Əsas olan bu deyil. Əsas olan – sizin içinizdəki Allahdır. Ondan küsməyin. Sizi həyatla şərəfləndirən, belə şirin körpələrlə dünyanı dəyərləndirən Allah, heç sizin uzaq-uzaq ellərdə, yetimxanalarda, boynubükük, gözüyaşlı qalmağınızı istəyərmi?
Sevimli Abdulla, dillərini bilməsən də, yanındakı qeyri-azərbaycanlı uşaqlara uşaq dilində anlat ki, sizə Yaradanı yanlış tanıdıblar və siz sizi od-alovun içinə atıb qaçan valideynləriniz kimi olmamalısınız. Siz böyüyəndə öz övladlarınıza, baş kəsən, qan tökən, uşaq qatili olan bir Allah barədə deyil, eşq dolu, sizi sevən və sevdiyindən yaradan bir Allah barədə danışmalısınız.
Gözəl balamız, yanındakı bütün uşaqlara çatdır ki, bizim ölkəmizdə sizlərin valideynləriniz kimi düşünənlərin sayı çox azdır. Onlara de ki, biz Allahın qəhr deyil, mərhəmət hissinə layiq görülən bir millətik. Biz bütün yaradılanı sevərik, Yaradandan ötrü.
Və bir də unutmayın… Sizi Allahdan küsdürənlərdən Allaha şikayət etməyi unutmayın! Mənbə: sputnik.az
Əsirlikdən admirallığa yüksəlmiş müsəlman xədim
Orta əsrlər tarixinin ən böyük dəniz donanması olan “İmperial Ming Armadası”nın komandanlığı müsəlman ailədən gələn xədim Zheng Heya tapşırılmışdı.
Əsirlikdən komandirliyə yüksəlmiş, dünya tarixinin ən böyük admiral və diplomatlarından biri hesab edilən Zheng He (1371 – 1433) okeanların ilk fatehlərindən biri sayılır. O, tabeçiliyində olmuş yüzlərlə gəmi və minlərlə nəfərlik heyətdən ibarət əzəmətli donanma ilə Sakit və Hind okeanlarına avropalı dəniz səyyahlarından çox öncə uğurlu ekspedisiyalar təşkil etmişdi. Onun dəniz səfərləri, Çin tarixinin ən qüdrətli hakim ailələrindən biri olan Ming sülaləsinin (1368 – 1644) nüfuzunun bütün Şərqi və Cənub-Şərqi Asiya, Sakit və Hind Okeanı hövzələri və şərqi Afrika ölkələrinə yayılmasında, siyasi, iqtisadi və mədəni təsirinin artmasında, ən əsası, okean yollarının inkişafında, qitələrarası ticari və diplomatik əlaqələrin qurulmasında müstəsna rol oynayıb. Ming armadası ispan, holland, ingilis, fransız və portuqal donanmalarına qədər Qərb dənizlərinə (Hind okeanı) sistematik şəkildə 7 dəfə səfər təşkil etmişdi.
Çinlilərin sahib olduqları yüksək gəmiqayırma texnologiyası, güclü xəritəçilik bacarıqları və maqnetik kompas genişmiqyaslı ekspedisiyaların həyata keçirilməsində mühüm rol oynayıb. Həmçinin Zheng Henın yüksək idarəçilik bacarığı, strateji düşünmə qabiliyyəti, hərbi biliyi və diplomatik zəkası, səfər etdiyi ölkələrdə xalqlararası mədəni, siyasi və iqtisadi əlaqələrin, strateji müttəfiqliklərin qurulmasında böyük rol oynamış, bölgənin geosiyasi və geoiqtisadi mənzərəsinin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdi.İmperial Çin sarayı tarixən müxtəlif ideoloji qrupların əsas mübarizə meydanlarından biri idi. Hakimiyyətə gələn hər sülalənin öz mənafeyinə uyğun olaraq dəstəklədiyi siyasi qüvvələr, daha əvvəl sarayda dominant olmuş qüvvələri sıxışdırırdı. Bu siyasi mübarizə ənənəvi olaraq, Konfutsi (Kongzı), Taoist, Leqalist, Neo-Konfutsi və Buddist tərəfdarları arasında cərəyan edirdi və üstünlüyü ələ ala bilən tərəfin fəlsəfi baxışları, bürokratik sistemin və dövlət siyasətinin özəyini təşkil edirdi. Sarayda təsir və nüfuz dairələri artan başqa bir əsas siyasi qüvvə də xədimlər idi. Uşaqlıqdan sarayda yetişdirilən xədimlər hakim ailənin ən etibarlı kölələri hesab edilirdilər, imperatora, eləcə də hakim ailənin üzvlərinə yaxınlıqları sayəsində olduqca önəmli vəzifələrə qədər yüksələ bilirdirlər. “Əjdaha taxtı” (yarı tanrı hesab edilən Çin imperatorunun taxtı belə adlandırılırdı) uğrunda yaşanan mübarizədə aparıcı siyasi qüvvə olan xədimlər, uzun əsrlər boyu Çinin imperial sülalələrinin taleyinə təsir edə biliblər. Yasaq şəhərdəki (Pekin şəhərində yerləşən, imperator və ailəsinin məskunlaşdığı saray kompleksi) xədimlərin sayı Ming hakimiyyətinin son illərində 70.000 civarında idi və yalnız Mançuların Çində hakimiyyətə gəlişiylə başlayan Qing sülaləsinin (1644 – 1912) dövründə onların sayı, dövlət məsələlərində oynadıqları təsirli rola görə 3000-ə qədər azaldılmışdı. Bu mənada Ming dövründə bilik və bacarıqları sayəsində imperatorun etimadını qazanaraq sarayda yüksək vəzifələrə layiq görülmüş xədimlərdən biri də Zheng He olmuşdu.
Zheng Henın maraqlı və bir o qədər də məşəqqətli həyat hekayəsi olub. Əsl adı Ma He (“Ma” ismi, çinli müsəlmanların “Məhəmməd” adı üçün istifadə etdikləri əvəzləyicidir) olan Zheng He (“Zheng” imperator Yonglenın, ona xidmətləri müqabilində verdiyi addır), Çinin cənub-qərbində, Himalay dağlarının ətəklərində yerləşən Yunnan əyalətində, zəngin müsəlman ailəsində 1371-ci ildə dünyaya gəlib. Onun 10 yaşı olanda monqolların Yuan imperiyasından (1279 – 1368) geriyə qalan son qalası Yunnan əyaləti Ming ordusu tərəfindən ələ keçirilir. Zheng Henın atası Yunnan uğrunda monqollarla çinlilər arasında gedən döyüşdə öldürülür, özü də Ming ordusu tərəfindən əsir alınır. Sonra isə axtalanaraq (Çində 4000 ildir mövcud olmuş ənənə) Ming imperatorun dördüncü oğlu, şahzadə Yonglenın xidmətinə verilir. Gələcək imperator Yonglenın etibarını qazanaraq yaxın dostluq münasibətləri quran Zheng He, onunla birlikdə şimal cəbhəsində monqolların əleyhinə qatıldığı döyüş əməliyyatlarında göstərdiyi şücaət və fədakarlığa görə qısa zaman ərzində böyük nüfuz qazanır. Hərb sənətinin incəliklərini mənimsəməklə bərabər, o, həmçinin Beipingdə (Pekin) təhsil alaraq siyasət, fəlsəfə və ədəbiyyat kimi sahələrdə də elmini artıra bilmişdi. Yongle, Ming taxtı uğrunda şahzadələr arasında gedən mübarizədə Zheng He və silahdaşlarının hərbi və siyasi dəstəyi ilə hakimiyyəti ələ keçirərək 1402-ci ildə bütün Çinin imperatoru ola bilmişdi.
Dövrün hər ambisiyalı hökmdarı kimi imperator Yongle da (1402 – 1424), Ming imperiyasının qüdrətinin hüdudlarını genişləndirməyə çalışırdı və bu missiyanın həyata keçirilməsi üçün təkcə quruda yox, həm də dənizlərdə hegemon olmağın əhəmiyyətini dərk edirdi. Ming sülaləsindən öncə də mövcud olmuş qədim Çin imperiyalarının böyük hərbi və ticari gəmilər hazırlama potensialı və təcrübəsinə sahib gəmiqayırma sənayeləri var idi. Çinin ilk dəniz donanması qədim Xan imperiyası (e.ə. 206 – e.s. 220) zamanında qurulsa da, daimi olaraq fəaliyyət göstərmiş ilk dəniz donanmasının əsası 1132-ci ildə Song sülaləsi (960 – 1279) tərəfindən qoyulmuşdu. Songlu səyyah və tacirlər, Şərqi və Cənubi Çin dənizlərində hərbi və iqtisadi dominantlığı ələ almışdılar. Songdan sonra və Mingdən öncə Çinə hökm etmiş monqol əsilli Yuan sülaləsinin başçısı Xubilay Xan da (1260 – 1294), hazırlatdırdığı nəhəng hərbi donanma ilə Yaponiya, Vyetnam və İndoneziya torpaqlarına sonu uğursuzluqla bitmiş hücumlar təşkil etmişdi.
Dənizlərə yenidən hökm etmək arzusuyla hərəkətə keçən imperator Yongle, 35 yaşındakı Zheng Henı dövrün ən müasir silah və texnologiyası ilə təchiz edilmiş donanmanın rəhbərliyinə təyin edir. Bununla da Zheng He, dünya tarixində admiralllıq kimi ali rütbəyə yüksələn nadir xədimlərdən biri olur.
Ming dönəmində dünyadakı heç bir dövlət Çinin gəmiqayırma və naviqasiya sahəsində sahib olduğu texnoloji üstünlüklə rəqabət apara bilmirdi.
İlk dəniz səfərinə 1405-ci ildə 317 gəmi və 28.000 nəfərə yaxın heyətlə və Song sülaləsi dövründən istifadə edilən marşrutla hərəkətə başlayan nəhəng Ming armadası, Vyetnam, Tayland, Malayziya və İndoneziya kimi Cənub-Şərqi Asiya ölkələrini ziyarət etdikdən sonra Hind okeanına çıxaraq Cənubi Asiyanın ən böyük beynəlxalq liman şəhəri Kəlkütə (Hindistan) çatır. Adı çəkilən şəhərdə bir neçə ay kommersiya məqsədi ilə qalan donanma, ehtiyacı olan məhsulları tədarük etdikdən sonra limanı tərk edir. Zheng He səfərdən geri dönərkən Malay yarımadasını Sumatra adasından ayıran, Sakit və Hind okeanları arasında yerləşən böyük geostrateji önəmə sahib Malakka boğazına nəzarət edən dəniz quldurlarını Palembang döyüşündə (1407) məhv edərək həm dəniz yollarının təhlükəsizliyini təmin edir, həm də yerlilərin dəstək və hörmətini qazanır.
Bu ekspedisiyaların məqsədi Çinin qüdrətini nümayiş etdirməklə yanaşı, dəniz yollarının təhlükəsizliyini təmin etmək, ticarət marşrutlarının inkişafına əngəl törədəcək maneələri aradan qaldırmaq və Ming imperiyasının ehtiyac duyduğu resurs və məhsulları əldə etmək idi. Bəhs etdiyimiz dövrdə dəniz quldurları ticari gəmi və yollar üçün böyük təhlükə törədirdi, xüsusən, yapon dəniz quldurları (wokou) Çinin və Koreyanın liman şəhərlərinə hücumlar təşkil edərək talançılıq edirdilər. Bölgədə qaçalmalçılıq da geniş yayılmışdı. Bu mənada, Ming armadası bölgədə həm də jandarm rolunu icra edirdi. Bundan başqa, donanma ilə birlikdə Çinin, dəniz sahilində yerləşən əyalətlərindən Cənub-Şərqi Asiya ölkələrinə xeyli sayda çinli miqrant köçərək öz koloniyalarını qururdular.
Qeyd edək ki, 317 gəminin 62-i, donanmanın ziyarət edəcəyi dövlət başçıları üçün nəzərdə tutulmuşdu və Ming imperatorunun səxavətinin göstəricisi sayılan hədiyyələrlə (çay, ipək, çini qablar, zərgərlik məmulatları, yazı və kalliqrafiya nümunələri, dəyərli daş-qaş və s.) doldurulmuşdu.
Gəmilərdə, adətən, əsgər (piyada və süvarilər) və dənizçilərlə yanaşı imperiya maraqlarını təmsil edən dövlət məmurları, tacirlər, astroloqlar, tərcüməçilər, missionerlər, salnaməçilər, mühasiblər, həkimlər, dülgərlər, aşpazlar, kartoqraflar (xəritəşünas) və botaniklər (ziyarət ediləcək ölkələrin fauna və florasını araşdırmaq üçün) də olurdu. Bundan dolayı, Ming donanması, “üzən şəhər” adlandırılırdı. Səyahət əsnasında heyət üzvlərindən hər hansı birinə maddi və fiziki zərər dəysəydi, zərərçəkənin özünə, yaxud ailəsinə təzminat ödənilməsi nəzərdə tutulmuşdu. Ming armadası hər nə qədər sülhməramlı görünsə də, donanmanın tərkibindəki döyüş gəmilərinin sayı, tarixin ən böyük hərbi dəniz donanmalarından biri olmuş İspaniya imperiyasının “Məğlubedilməz Armadası”ndakı (1588-ci ildə La Manş döyüşündə ingilislərin məhv etdiyi məşhur donanma) döyüş gəmilərinin sayından daha çox idi. Yeri gəlmişkən, ispanların döyüşə çıxartdığı “Məğlubedilməz Armada”nın tərkibində olan ümumi gəmi sayı da (130 gəmi), Ming armadasının birinci ekspedisiyası zamanı yola çıxdığı gəmi sayından (317 gəmi) təxminən 2.5 dəfə az idi.
Üçüncü ekspedisiya zamanı (1409), Seylon adasında (Şri-Lanka) mövcud olmuş Kotte dövlətinin hökmdarı Nissanka Alagonakkara ilə münaqişəyə girən Zheng He, onu və ailəsini əsir alaraq Çin imperiyasının paytaxtı Nanjingə (Nankin) gətirir və Alagonakkara, imperatorun vassallığını qəbul edib xərac ödəcəyinə ilə bağlı söz verəndən sonra azad edilir.
Zheng Henin dördüncü dəniz səfəri (1412) miqyasına görə ən böyük ekspedisiya idi. İlk öncə Hörmüz və Fars körfəzinə qədər gələn donanma, ordan Ərəbistan, Misir, Somali və Kenya sahillərində yerləşən limanları ziyarət edir. Burdan cənub istiqamətində yoluna davam edən donanma, Hind okeanının qərbində, Afrika qitəsi ilə Mozambik adası arasında yerləşən, dünyanın ən uzun boğazı olan Mozambik boğazına qədər yol qət edir. Səfərdən qayıdan zaman Sumatra adasının şimalında yerləşən Semudara Sultanlığında üsyan nəticəsində taxtdan salınmış legitim sultan, Zheng Henın siyasi və hərbi dəstəyi ilə yenidən hakimiyyətə qaytarılır və bununla da Semudara Sultanlığı da Ming imperiyasının himayəsinə keçir.
Bu dəfəki eskpedisiya zamanı onlarla ölkədən donanmaya qatılmış elçilər və hökumət nümayəndələri, imperator Yongleya dəyərli hədiyyələr təqdim edərək hərbi dəstək və ticari imtiyazlar müqabilində sədaqətlərini bildirmişdilər. Qeyd edək ki, Zheng Henin müsəlman olması və islam dəyərlərini dərindən bilməsi onun ərəb və müsəlman ölkələri ilə əlaqələr qurub müttəfiqlər qazanmasına yardımçı olmuşdu. Digər tərəfdən də bölgədəki sabitliyi pozub ticarətə maeəçilik törədən bütün əngəllər (dəniz quldurluğu, qaçaqmalçılıq, hakimiyyət uğrunda gedən daxili çəkişmələr, yerli qəbilələr arasında hökm sürən münaqişələr və s.) zor gücünə olsa da, aradan qaldırılırdı.
1417 və 1422-ci illərdə baş tutan beşinci və altıncı dəniz səfərlərini əvvəlki marşrut üzrə davam edən donanma, daha əvvəl özləri ilə Çinə gətirdikləri dövlət başçılarını, xarici diplomatik nümayəndələri, tacir və digər peşə sahiblərini geri daşımışdılar. Altıncı eskpedisiya zamanı, Zheng He Afrika sahillərinin araşdırılmasını donanmasına tapşıraraq kiçik bir qrupla Çinə geri qayıtmışdı.
Cənub-Şərqi Asiya ölkələri, Hindistan, Ərəbistan, İran, Misir və Şərqi Afrika sahillərinə dəfələrlə lövbər salmış Ming donanması, geri qayıdanda uzaq şərq diyarlarına tamamilə yad olan ekzotik heyvanlarla (zebra, zürafə, aslan, tovuzquşu, dəvəquşu və s.) bərabər, fil və kərgədanın sümük və buynuzlarından düzəldilmiş bəzək əşyalarını imperatora hədiyyə olaraq gətirirdi. Fərqli sivilizasiyalardan gətirilmiş bu və bənzəri hədiyyə və mallar donanmanın maddi qazancını, eyni zamanda nüfuz və qüdrətini daha da artırırdı.
Tarixdə ilk dəfə olaraq Uzaq Şərqdən tutmuş Şərqi Afrika sahillərinə qədər nəhəng bir coğrafiya, tək bir imperial gücün həm siyasi, həm də iqtisadi nəzarəti altına keçmiş və bunun sayəsində Tang dönəmindən (618 – 907) bəri mövcud olan tarixi “dəniz ipək yolu” da inkişaf etmiş, vahid iqtisadi zonanın yaranmasıyla nəticələnmişdi.
1424-ci ildə imperator Yonglenın vəfatından sonra sələfi imperator Hongxi (1424 – 1425), dəniz ekspedisiyalarını qadağan edir. Donanma işinin bütün daxili qərarları birbaşa Zheng Henın özü tərəfindən müstəqil şəkildə verilsə də, Yonglenın ölümündən sonra Konfutsi alimlərinin (daha çox sabitliyin və aqrar cəmiyyət quruculuğunun tərəfdarı olan konfutsiçilər, saraydakı əsas siyasi rəqibləri olan xədimlərin rəhbərliyi ilə təşkil edilən riskli və məsrəfli eskpedisiyalara soyuq yanaşırdılar) siyasi təzyiq və həmlələri ilə saraydakı mövqeləri zəifləyən xədimlər, tədricən, idarəçilik məsələlərindən uzaqlaşdırıldılar. Lakin imperator Hongxinin ani ölümündən sonra onun yerinə gələn oğlu, imperator Xuande (1426 – 1435), babası Yonglenın xarici siyasət kursunu davam etdirərək Zheng Henın səfərə çıxmağına icazə verir.
1431-ci ildə yeddinci və sonuncu səfərinə çıxan Zheng He, Asiyadan Afrikaya qədər uzanan liman şəhərlərini yenidən ziyarət edir. Rəvayətə görə, kiçik bir qrupla donanmadan ayrılan Zheng He, Həcc ziyarəti üçün Məkkəyə yollanır. 1433-cu ildə geri dönüş yolunda vəfat edən böyük admiralın nəşi dənizə tapşırılır (ölüm və dəfniylə bağlı məlumatlar ziddiyyətlidir). Məzarının harda olması heç vaxt dəqiq bilinməsə də, onun şərəfinə təkcə Çində deyil, eləcə də İndoneziya, Sinqapur və Malayziya kimi bir sıra Cənub-Şərqi Asiya ölkələrində məbədlər ucaldılıb. Zheng Henin 1405-ci ildə birinci dəniz səfərinə çıxdığı gün- 11 iyul tarixi də hər il Çinin Milli Dənizçilik günü olaraq qeyd edilir.
Donanma haqqındakı rəsmi saray qeydləri məhv edildiyi üçün, təəssüf ki, Zheng He və ekspedisiyaları barədə məlumatların dəqiqliyində yaşanan sıxıntılar onun haqqında müxtəlif rəvayətlərin yaranmasına səbəb olub. Bunların arasında Ming armadasının Afrikanın Ümid burnundan keçərək Atlantik okeanına çıxması və Xristofor Kolumbdan yarım əsr öncə Amerika qitəsini kəşf etməsi, Avstraliya, Yeni Zellandiya və Antraktidanın şimal ərazilərinə çatmaları, Zheng He və ona yaxın müsəlman xədimlərin səfər etdikləri yerlərdə İslam dinini təbliğ etmələri və məscid tikdirmələri kimi rəvayətlər geniş yayılıb.
İmperator Yongle və Admiral Zheng Henin ölümlərindən sonra donanma tənəzzül dövrünə qədəm qoyur. Çin imperiyası, tədricən, dünyadan təcrid siyasətinə başlayır. Bununla yanaşı, hökumət, donanmanın saxlanma xərclərini Şimal cəbhəsinin möhkəmləndirilməsi, yeni paytaxt Pekinin qurulması və Çin səddinin bərpası kimi böyük məsrəf tələb edən layihələrə yönəldir. Ming paytaxtının Sakit okeana axan Yantsızı çayının (Asiya qitəsinin ən uzun çayı) deltasında yerləşən Nanjing şəhərindən, dənizlərə birbaşa çıxışı olmayan Beijing şəhərinə (Pekin) köçürülməsi və “Böyük Kanal”ın (Xuanxe və Yantsızı çaylarını birləşdirən, dünyanın insan əliylə tikilmiş ən böyük kanalı) bərpa edilərək yenidən istismara verilməsi də Çinin dənizçilik ənənələrinə zərbə vurur. Sonrakı imperatorların laqeydliyi, donanmanın şöhrətinin verdiyi narahatçılıq və Zheng Henin əfsanələşdirilmiş şəxsiyyətinə qarşı yaranmış qısqanclıq ucbatından yüzlərlə gəmi və səfərlərə aid yazılı mənbə və xəritələr yandırılaraq məhv edilir.
Dənizlərdə itirilən gücün cəfasını və peşmançılığını Çin, XIX əsrdə Britaniya imperiyası ilə aparacağı Tiryək müharibələrində çəkəcəkdi.
Müəllif: Vüsal QuliyevMənbə: azlogos.eu
Baku
1133
Be the first to know and let us send you an email when Tarixdə bu gün posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Proqramlaşdırma və Kibertəhlükəsizlik
AzərbaycanИнформационное агентство TREND
Bakhtiyar Vahabzade