Milli Xəbər

Milli Xəbər Ölkədə və dünyada baş verən hadisələri anında paylaşırıq

06/11/2025

Qoy Xalq da tanısın evli kişi ilə görüşən ləkələri...

Aparıcı Zaur Kamalın verilişində oğlu Bartunun şair Cığatel İsaqızına verdiyi suallar qarşı tərəfin xoşuna gəlməyib.İllə...
29/10/2025

Aparıcı Zaur Kamalın verilişində oğlu Bartunun şair Cığatel İsaqızına verdiyi suallar qarşı tərəfin xoşuna gəlməyib.İllərlə kirayədə yaşaması, ikinci dəfə ailə qurmaq barədə düşünməsi ilə bağlı sualları Cığatel “ədəbsizlik” kimi dəyərləndirib.

Yenicag.az-a açıqlama verən Zaur qarşı tərəfə səslənib:

“Cığatel xanıma elə gəlir ki, bu suallar ona kiminsə tapşırığı ilə, məqsədli şəkildə verilib. Elə deyil. Sualları redaktor tərtib edib, hamıya verilən standart suallardır, burada inciyəsi nə var ki? Kirayə qalmaq və ailə qurmaqla bağlı verilən sualı o, niyə “ədəbisizlik” adlandırıb, bilmirəm. Redaktor elə bilib, o, həyat yoldaşını çoxdan itirib. Soruşulub ki, gənc ikən həyat yoldaşınızı itirmisiniz, yenidən ailə həyatı qurmaq istəməmisiniz? O da cavab verib ki, həyat yoldaşımı 6 ildir itirmişəm. Burada xətrə dəyiləsi, “ədəbsizlik” hesab ediləsi nə var ki? Kirayə ilə bağlı suala gəlincə, mən özüm də 10 il kirayədə yaşamışam. Nə xətrinizə dəyib ay Cığatel xanım, mən başa düşə bilmədim?”

Bolmart supermarketlər şəbəkəsi bu gündən etibarən fəaliyyətini dayandırıb.Teleqraf-ın məlumatına görə, alış-veriş üçün ...
28/10/2025

Bolmart supermarketlər şəbəkəsi bu gündən etibarən fəaliyyətini dayandırıb.

Teleqraf-ın məlumatına görə, alış-veriş üçün mağazaya üz tutan alıcılar qapıların bağlı olduğunu görüblər. Marketdən alıcılara artıq supermarketlər şəbəkəsinin işləmədiyi bildirilib.

Qeyd edək ki, Bolmart supermarketlər şəbəkəsinin Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə aid olduğu iddia edilir. Qeyd edək ki, o, eyni zamanda SOCAR-ın İnvestisiya departamenti rəhbərinin sabiq müavinidir.

🇦🇿 Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin qızı Ləman Niftəliyeva cüdo idman növü üzrə keçirilən Sumqayıt ...
27/10/2025

🇦🇿 Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin qızı Ləman Niftəliyeva cüdo idman növü üzrə keçirilən Sumqayıt şəhər birinciliyində 40 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.👏

"Receb İvedik" obrazı ilə məşhurlaşan komediya ustası Şahan Gökbakar ailə ilə birlikdə Türkiyəni tərk edib. "Unikal" xəb...
24/10/2025

"Receb İvedik" obrazı ilə məşhurlaşan komediya ustası Şahan Gökbakar ailə ilə birlikdə Türkiyəni tərk edib.

"Unikal" xəbər verir ki, 45 yaşlı aktyor övladları Deniz Efe və Elanın təhsili üçün İngiltərənin paytaxtı Londona köçüb.

Gökbakar bildirib ki, işinə görə tez-tez Türkiyəyə səfər edəcək.

19/10/2025

Qaydaları pozan yox, qardaşı cərimələndi

Xalq artisti Natiq Şirinovun vəkili Mübariz Yolçiyev açıqlama edib. Həmin açıqlamanı olduğu kimi sizə təqdim edirik:  Hö...
11/10/2025

Xalq artisti Natiq Şirinovun vəkili Mübariz Yolçiyev açıqlama edib. Həmin açıqlamanı olduğu kimi sizə təqdim edirik:

Hörmətli dostlar dünən gec vaxtı bu yanlış məlumatı öyrəndim və bu gün səhər tezdən Ali Məhkəmə ilə əlaqə saxladım və məlum oldu ki, xalq artistimiz hörmətli Natiq Şirinovun iddiası qismən (cavabdehin ondan üzr istəməsi hissəsində) rədd olunub, qalan hissələr, yəni 1) “Qavaldaş nağara” əsərinin iddiaçıya məxsus olması barədə təkzibin cavabdehə məxsus sosial şəbəkə hesabında verilməsi; 2) Cavabdehin sahibliyində olan qaval daşı məhv edilməsi; 3) Cavabdeh tərəfindən qaval daşının istifadəsi ilə bağlı məlumatlar (video, foto və s.) ona məxsus sosial şəbəkə hesablarından silinməsi; 4) Cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarını pozmaqla tətbiqi sənət əsərindən qanunsuz istifadə edilməsi ilə əlaqədar cavabdehdən iddiaçı Şirinov Natiq Bahadur oğlunun xeyrinə 10000 (on min) manat məbləğində mənəvi zərər və 844,90 manat rüsumun tutularaq iddiaçıya ödənilməsi hissələri qüvvəsində qalıb.

Onu bildirdilər ki, "üzr istəmə" hissəsinin ləğv olunmasının səbəbi, yeni plenum qərarı olun. Həmin plenum qərarında fiziki şəxsin məhkəmə qərarı (qətnaməsi) ilə başqa şəxsdən məcburi üzr istəməsinin təmin olunması onun şəxsiyyətinin alçaldılması hesab ediləcəyi qəbul olunub.

Hörmətlə Vəkil Mübariz Yolçiyev

Qeyd edək ki, dünən bəzi saytlarda Xalq artisti Natiq Şirinovun ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında xeyli vaxtdır davam edən məhkəmə çəkişmələrində uduzduğu xəbəri yayılmışdı

26.02.1992-26.02.2025. Xocalı Soyqırımından 33 il ötür.🥀 Allah bütün şəhidlərimizə rəhmət eləsin🤲
25/02/2025

26.02.1992-26.02.2025. Xocalı Soyqırımından 33 il ötür.🥀 Allah bütün şəhidlərimizə rəhmət eləsin🤲

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Milli Xəbər posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Milli Xəbər:

Share

Category