Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda qəza enişi edib.
Bu barədə Redaktor.az FHN-ə istinadən xəbər verir.
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.
Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.
Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
İsrail Baş naziri Yair Lapid İsrail Müdafiə Ordusuna və kəşfiyyat xidməti MOSSAD-a İran ətrafında situasiyanın istənilən inkişaf ssenarisinə və mümkün nüvə razılaşmasına hazır olmağı tapşırıb.
Redaktor.az xəbər verir ki, Y. Lapid “Tvitter” səhifəsində İsrailin təhlükəsizliyini müdafiə etmək üçün hərəkətə keçməyə hazır olacaqlarını yazıb.
Baş nazir qeyd edib ki, amerikalılar, bütün dünya bunu başa düşür və İsrail cəmiyyəti də bunu bilməlidir. Y. Lapid İsrailin İranla yeni nüvə razılaşmasına qarşı olduğunu da xatırladıb: “Bu, pis razılaşma idi. Bu razılaşma hələ 2015-ci ildə imzalananda pis razılaşma idi. İndi isə İran texnologiyanın inkişafı baxımından fərqli vəziyyətdədir”.
Y. Lapid İsrail üçün əsas prioritetin İranla yeni nüvə razılaşmasına qarşı çıxmaq olduğunu vurğulayıb: “Biz ilk gündən ABŞ-la strateji münasibətlərimizə ziyan vurmadan bütün gücümüzlə bu razılaşmaya qarşı mübarizə aparmışıq”.
Rusiya Prezidenti Vladimir Putinin rejimi çevriliş nəticəsində devrilə bilər.
Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi və publisist Andrey Piontkovski deyib.
"Keçən həftə Rusiyada daxili çevrilişə cəhd oldu, bunu çox az adam fərq etdi. Onun ilhamçısı qeyri-rəsmi ultrafaşist partiyadır, yəni Aleksandr Duqindir. Putini ifşa edən Qirkin isə son verilişlərdə Putini asmağı belə tələb etdi. Əslində dövlət çevrilişinə cəhd olub”, - müxalifətçi vurğulayıb.
Politoloqun fikrincə, Putini daxili etirazlarla devirmək olar:
"Nüvə silahına sahib olan suveren dövlətə qarşı hərbi təcavüz çox təhlükəli qumar oyunudur. Düşünürəm ki, Qərb liderləri arasında ən qaynar başlar belə bunu başa düşür".
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın ona qarşı cinayət işi başlatmasına isteriya ilə reaksiya verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə o Teleqram hesabında paylaşım edib.
"Mən Kiyevi çoxdan götürərdim, Zelenski və buna bənzərləri isə artıq sorğu-sual üçün zirzəmidə olardılar. Ona görə də Kiyevi almağa imkan vermədiyi üçün Putinə təşəkkür edirəm", - Kadırov qeyd edib.
Bərdədə 14 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən 4 nəfər müəyyən edilib.
Paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (”Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.
Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.
Ayağını yeyən ayı ilə danışıqlar aparmaq olmaz.
Axar.az xəbər verir ki, bu sözləri Kiyevdə səfərdə olan Böyük Britaniyanın istefa verən Baş naziri Boris Conson deyib.
“İndi onunla danışıqlar aparmaq üçün hansısa axmaq planı irəli sürməyin vaxtı deyil. Ayı ayağını yeyərkən onunla danışa bilməzsən, səni yerə zəncirləmiş küçə oğrusu ilə də danışa bilməzsən”, - Conson bildirib.
Yarım il ərzində Rusiya Ukraynada 16.56 milyard dollarlıq texnika itirib.
Axar.az xəbər verir ki, bu barədə “Forbes” nəşri hesabatında bildirib.
“24 fevraldan bəri rus ordusu 16.56 milyard dollar dəyərində 12 142 ədəd texnika itirib. Rusiyanın Ukrayna ərazsinə atdığı raketlərin qiyməti və sayı hesablamaya daxil edilməyib. Ruslarn ən böyük itkisi Qara dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyseri olub. Ukrayna hərbçilərinin aprel ayında batırdığı bu gəminin qiyməti 750 milyon dollardır.
Ukraynanın geri aldığı Zmeyni adasında rusların 165 milyon dollarlıq texnikası məhv edilib. Hərbçilər “Tor”, “Pantsir” və “Strela” kimi 8 ədəd zenit kompleksi məhv edib”, - nəşr bildirib.
“Forbes” Ukrayna ordusunun məhv etdiyi bəzi texnikalarının adlarını və qiymətlərini də dərc edib:
“Moskva” raket kreyseri – 750 milyon dollar
İl 76 təyyarəsi – 86 milyon dollar
“Saratov” desant gəmisi – 75 milyon dollar
Su-30SM təyyarəsi – 50 milyon dollar
Su-34M 40 milyon dollar.
Bildirilib ki, avqustda Krımdakı Saki aerodromunda Rusiyanın 9 ədəd təyyarəsi məhv edilib:
“Bu, İkinci Dünya müharibəsindən bəri Rusiya aviasiyasının ən böyük itkisi hesab olunur.
Rus ordusu ən böyük itkini isə işğalın ilk həftəsində verib. Həmin vaxt Ukrayna ordusu düşmənin 2.2 milyard dollarlıq texnikasını məhv edib”.