19/08/2024
Putinin səfərinə görə ac-susuz qalanlar, yaxudda 40 il "səhra" sınağından çıxmaq ehtiyacı...
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etməsinə, dövlətimizin başçısı İlham Əliyevlə səmimi dostluq münasibətlərinə həm ölkə xaricində, həm də ölkə daxilində etiraz edən və narazı qalanlar var.
Məsələn, qonşumuz Ermənistan dünən axşam Naxçıvan, bu gün də Kəlbəcər istiqamətindən ordumuzun mövqelərini atəşə tutub.
Ölkəmizin daxilindəkilər isə "söz atəşi" açmaqla məşğuldurlar. Birazda iddialı görünənlər də var. Sosial şəbəkələrdə görə bildiklərimdə biri yazır ki, onun əli minlərlə azərbaycanlının qanına batıb, gəlməsin! Harada əli batıb, onu yazmayıb. Digəri də elan edir ki, Putin Azərbaycanı tərk edənə qədər aclq elan edirəm. Ən kreativi budur. Çünki bunu dieta kimi də qəbul etmək olar. Xeyirli və müalicəvi etiraz metodudur.
Ortada söyüşlə danışanlar da var. Təbii ki, klaviatura arxasında. Uzaqdan söyüş isə nə "mentavoy", nə də ki "pantovoy" doğru hərəkət deyil. Əminəm ki, üzünə söyə bilməzlər. Məşhur filimdə deyildiyi kimi, adamın lap gülməyi gəlir...
Azərbaycana hansı prezidentin gəlib-getməsini dövlət başçısı İlham Əliyev müəyyənləşdirir. Həmin İlham Əliyev ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması uğrunda 20 il savaşıb və sonda qalib gəlib. Məsələlərə bu prizmadan baxın.
Bu "bazar"ı da yığışdırmaq lazımdır. Yoxsa düşünürsünüz ki, ölkəmizin dövlət və milli maraqları sizin cılız iddialarınızdan kiçikdir? Əsla...
Həqiqətən də hər bir xalq 40 il "səhra" sınağından çıxmalıdır. Bu olmalıdır ki, milli və dövlət maraqları nədir, anlasın və bu cür "sabotaj"la məşğul olanları çıxdaş edə bilsin.
Tanrı Azərbaycanı qorusun!