Ən Yeni Azərbaycan

Ən Yeni Azərbaycan Azərbaycan və dünyadan xəbərlər

28/03/2024

Azərbaycan təhsilində ən böyük problem nədir?

22/08/2023

Avqustun 15-də erməni lobbisi və Qərb institutlarının dəstəyi ilə “İştirak evi” adı ilə tanınan yeni “şeytan yuvası”nda bir qrup “nowar”çu (özünü müharibə əl...

26/06/2023

Maklerlərin bazarı öldü

13/06/2023

Qızların fiziki və mənəvi sağlam olması, gələcəyə əmin addımlarla irəliləməsi yolunda “Qızlara ağ yaraşır” sosial layihəsi həm qlobal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna əsaslanır.

Dəyərli valideynlər, cüdo məktəbləri və bölmələri olan bölgələrimizdə 7-14 yaşlı qızları cüdoya yazdırın, onlar da adını tarixə yazsın.

04/06/2023

Çox peşəkar işləyirlər, hətta aralarında xanımlar da var. Bir sözlə çox mükəmməl qoruyurlar. Həqiqətən də sənətkarı qorumaq lazımdır.

22/05/2023
17/05/2023

Hamı ən səmimi ürək sözlərini yazsın. Düşmənə casusluq edənə, şəhidlərimizə hürənə nə deyərdiniz? Hamı yazsın.

16/04/2023

"ARB" telekanalı hər zaman olduğu kimi yeniliklərə imza atmaq ənənəsini davam etdirir. Hər bazar saat 17..00-da efirə gedən "Maqazin plus" verilişi bu bazar, aprelin 16-da efirə yeni aparıcısı Zümrüd ilə çıxacaq. 20 illik jurnalistika və efir təcrübəsi olan Zümrüd Şahova ...

Molla rejimi İranda insan haqlarını pozmaqda, sui-qəsdlər törətməkdə davam edir.Son məlumatlara görə rejim gizli agentlə...
07/03/2023

Molla rejimi İranda insan haqlarını pozmaqda, sui-qəsdlər törətməkdə davam edir.

Son məlumatlara görə rejim gizli agentləri vasitəsilə qız məktəblərində zəhərli qazdan istifadə edərək onları zəhərləməyə başlayıb.

Bu barədə Güney Azərbaycan Milli Oyanış Hərəkatının vitse-prezidenti və İran eksperti Elyar Türker paylaşım edib.

Məlumatda qeyd olunur ki, oktyabr ayında başlayan etiraz aksiyalarında qız tələbələrin ön sıralarda olduğunu görən İran rejimi onların təhsilini əngəlləməyə çalışır.

Görünən budur ki, "molla rejimi" xüsusilə Güney Azərbaycanda təhsili qızları özünə, öz varlığına ciddi təhlükə hesab edir.

Qeyd edək ki, İranın ayrı-ayrı şəhərlərində 1 600-dən çox tələbə qız naməlum qazdan zəhərlənib. Onlardan 29-u xəstəxanada müalicə olunur, digər tələbələrin müalicəsi isə ambulator şəraitdə davam etdirilir. Son 3 ayda Qum, Burucerdi, Tehran və Ərdəbil şəhərlərində 71-dən çox məktəbdə 1 600-dən çox tələbə qız zəhərlənib.İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyx ölkə üzrə ümumilikdə 1 657 qız tələbənin zəhərləndiyini bildirib.

“İndiyə qədər Qum şəhərində 799, Burucerdi şəhərində 400, Tehranda 350, Ərdəbildə isə 108 tələbə qız zəhərlənib”,-deyə Zəhra Şeyx bildirib.

Zəhərlənmə hallarının yüngül keçdiyini qeyd edən Zəhra Şeyxi tələbələrin yalnız başgicəllənmə və yorğunluq əlamətləri ilə xəstəxanaya aparıldığını, zəhərlənmənin panika yaratmaması lazım olduğunu bildirib.

İran mediasında və sosial şəbəkələrdə də yayılan xəbərlərə görə, bu gün Təbriz, Zəncan, Urmiyə, Xalxal, Germi, Meşginşəhr, Marağa, Əbhar və Xürrəmdərə şəhərlərində qız şagirdlər məktəblərdə zəhərlənib.

Məlum zəhərləmə faktları ilə bağlı Tehranda vanlideynlər Təhsil Nazirliyinin binası qarşısında mitinq keçiriblər. Eyni zamanda digər şəhərlərdə də aksiyalar keçirilib. Məktəbli qızlar ürəkbulanma və baş ağrılarından şikayətlənirlər. Naməlum maddənin qurbanları arasında artıq yüzlərlə şagird var. İranın 31 vilayətindən azı 30 məktəbdə zəhərlənmə hallarının qeydə alındığı bildirilir.

02/02/2023

İranın “Mardomsalari” saytının verdiyi xəbərə görə, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü Əhməd Bəxşayeş Ərdəstani İsfahanda baş verən PUA hücumunun Azərbaycan ərazisindən baş verməsi haqda iddia irəli sürüb: “Bu hücum İsrail ...

07/01/2023

Əməkdar artist Yusif Mustafayev minimum əmək haqqı, pensiya və müavinətlərin artırılmasına münasibət bildirib. Y.Mustafayev Pravda.az-a açıqlamasında “345 manatla dolanmaq mümkün deyil” deyənlərə belə cavab verib: “Dövlətimizin qanunları hamısı məni qane edir. Hök...

16/12/2022

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə “Qızılbulaq” qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Xankəndi yolunda aksiya keçiri...

29/10/2022

Hamı fikrini yazsın, görək səbəb nədir? Bu aparıcılar, tv direktorları öz evlərində belə verilişlərə baxırlar, belə söhb...
28/10/2022

Hamı fikrini yazsın, görək səbəb nədir? Bu aparıcılar, tv direktorları öz evlərində belə verilişlərə baxırlar, belə söhbətlər edirlər?

Düzgün danışmağı öyrədirik😆
27/10/2022

Düzgün danışmağı öyrədirik😆

Çingiz Abdullayev ona ünvanlanan suala sakitcə cavab verə bilərdi, yaxud deyərdi ki, indi yeri deyil. Ancaq əsəbləşib, b...
27/10/2022

Çingiz Abdullayev ona ünvanlanan suala sakitcə cavab verə bilərdi, yaxud deyərdi ki, indi yeri deyil. Ancaq əsəbləşib, belə cavab verməsi düzgün olmadı. Gərək, elə ifadələr işlətməzdi.

xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Xalq yazıçısı Çingiz Abdullayevin jurnalisti təhqir etməsinə münasibət bildirərkən deyib.

Ç.Abdullayevi qınayan deputat bildirib ki, jurnalist sual verirsə, ona cavab vermək lazımdır: "Mənə də sensasiyalı suallar verirlər. Mən həmin sualları təmkinlə cavablandırıram. Hətta heç mənə aidiyyatı olmayan sual olsa belə, cavab verirəm. Məsələn, mən həmin sualın mövzusundan xəbərsizəm deyirəm. O cür qurultayın sonunda belə bir söhbətin olmasını istəməzdim. Çingizin adı gərək, belə hallanmazdı”.

Qurultayın keçirilməsi üçün 203 min manat vəsaitin ayrılmasına gəlincə, deputat bunun təəccüblü olmadığını söyləyib. A.Abbas vurğulayıb ki, 203 min manat belə qurultay üçün “semiçka” puludur:

“203 min manat Azərbaycan Yazıçılar Birliyinin dünənki qurultayı üçün nədir ki? 30-40 qonaq çağırılmışdı. Hamısı da təyyarə ilə gəlmişdi. Beləliklə, bu vəsait təkcə bilet pulunu ödəyir. Qonaqlar üç gündür buradadır. Onların yemək pulu, otel pulu var. Cangüdənlər də fəaliyyət göstərirdi”.

Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayevin AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın hara xərclənməsi barədə suala cavabında jurnalisti təhqir edərək, "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən" deməsi böyük qalmaqala səbəb olub.

 “Mənim kimi birinə o sualı vermək yersiz idi. Mən pul xərcələyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peş...
27/10/2022

“Mənim kimi birinə o sualı vermək yersiz idi. Mən pul xərcələyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında AYB sədrinin müavini, xalq yazıçısı Çingiz Abdullayev ona sual verən jurnalistləri təhqir etməsi faktına münasibət bildirərkən deyib.

Çingiz Abdullayev əlavə edib ki, sözünün üstündə dayanır: “Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”.

Xatırladaq ki, media təmsilçilərindən birinin AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsi barədə sualına xalq yazıçısı təhqirlə cavab verib.

Çingiz Abdullayev jurnalistə “Niyə ölmürsən, utanmırsan” deyə qarşılıq verib.

Media təmsilçisinə verdiyi reaksiyaya görə sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib.

27 oktyabr 2020-ci il…Ermənistanın Bərdədə törətdiyi qanlı terrordan iki il ötdü.
27/10/2022

27 oktyabr 2020-ci il…
Ermənistanın Bərdədə törətdiyi qanlı terrordan iki il ötdü.


Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin qurultay zamanı jurnalistin sualına kobud form...
27/10/2022

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin qurultay zamanı jurnalistin sualına kobud formada cavab verməsi müzakirələrə səbəb olub. Bundan başqa, yazıçının jurnalistlə söhbətində Azərbaycan dilində səlist danışa bilməməsi də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

xəbər verir ki, Bakupost.az-a açıqlama verən Mətbuat Şurasının sədri Rəşad Məcid də məsələyə münasibət bildirib.

Qurum rəhbəri bildirib ki, jurnalist sualı ittiham kimi verəndə, elə də cavab almalı idi:

“Sakit vaxt olan kimi orada xırda mikrofonu yazıçının, alimin ağzına soxan jurnalistlərə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”, - deyə Mətbuat Şurasının sədri açıqlamasında bildirib.

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz isə hesab edir ki, Çingiz Abdullayevin təmsil etdiyi qurumun mövcud normalara zidd olaraq açıqlamadığı bir məsələni sorğulayan jurnalistə qarşı sərgilədiyi münasibət heç bir halda doğru yanaşma deyil:

“Bunu hörmətli Xalq yazıçımıza yaraşdırmadım. Maraqlıdır ki, jurnalistin Xalq yazıçısı Çingiz Abdullayevdən sorğuladığı məsələ qanunvericiliyə görə açıq informasiyadır. Sözügedən vəsait ictimai olduğundan onunla bağlı informasiyalar da , kiminsə sorğulamasından asılı olmayaraq məcburən açıqlanmalıdır, əlçatan olmalı, internet resursda yerləşdirilməlidir. Normalda necə olmalıydı? Düşünürəm ki, qurumda məsul vəzifə daşıyan Çingiz Abdullayev jurnalistin öncədən bu tip açıq informasiyaları əldə edə bilmədiyinə münasibət sərgiləməli, üzrxahlıq etməli , bu tip açıq informasiyaların mənbəyini qeyd etməklə vəsaitdən istifadə ilə bağlı məlumatlarını bölüşə bilərdi”.

Qeyd edək ki, AYB-nin qurultayının keçirilməsi üçün 203 min manat pul ayrılıb. Jurnalist isə qurultaydan sonra pulun hesabatı ilə bağlı Çingiz Abdullayevə sual ünvanlayıb. Xalq yazıçısı isə suala sulla cavab verib: “Utanıb ölmürsən?”

❗Xalq yazıçısı, 85 yaşlı Anar daha 5 il müddətinə Azərbaycan Yazıçılar Birliyinin sədri oldu.
26/10/2022

❗Xalq yazıçısı, 85 yaşlı Anar daha 5 il müddətinə Azərbaycan Yazıçılar Birliyinin sədri oldu.

Tezliklə Azərbaycanda İran agenturasına qarşı “təmizləmə” prosesinə başlanacaq. xəbər verir ki, http://xn--lk-eka63l.az/...
26/10/2022

Tezliklə Azərbaycanda İran agenturasına qarşı “təmizləmə” prosesinə başlanacaq.

xəbər verir ki, http://xn--lk-eka63l.az/ bu barədə etibarlı mənbəyə istinadən məlumat verir.

“Bununla bağlı hazırlıqlar çoxdan başlanmalı idi. Lakin onların ağıllarının başlarına gəlməsi gözlənilirdi. Görünür ki, bunu anlamadılar və bağışlanmayacaqlar”, - deyə mənbə bildirib.

Bu yöndə geniş əməliyyat tədbirlərinin həyata keçiriləcəyi qeyd edilir.

Bəh,bəh,bəh...
26/10/2022

Bəh,bəh,bəh...

 Ötən gecə güneyli fəallar Təbrizdə Azərbaycan bayrağını dalğalandırıblar.Bu barədə “Azad İran” “Telegram” kanalı məluma...
26/10/2022

Ötən gecə güneyli fəallar Təbrizdə Azərbaycan bayrağını dalğalandırıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bununla bağlı yayılan fotoda fəalların əllərində Azərbaycan bayrağını tutduqları və dalğalandırdıqları əks olunub.

Bərdədə 1995-ci il təvəllüdlü arvadı Xasa Orucovanı yaşadığı evdə qətlə yetirən 1996-cı il təvəllüdlü Təbriz Orucovun mə...
26/10/2022

Bərdədə 1995-ci il təvəllüdlü arvadı Xasa Orucovanı yaşadığı evdə qətlə yetirən 1996-cı il təvəllüdlü Təbriz Orucovun məhkəmə prosesi başa çatıb.

məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, T.Orucov 12 müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hacallı kəndində baş verən hadisə bu ilin mayın 25-də qeydə alınıb.

Məhkəmə iclasında ifadə verən Təbriz Orucov bildirib ki, Xasa Orucova ilə 2016-cı ildə ailə həyatı qurub. Onların bu evlilikdən iki övladı dünyaya gəlib.

Onun sözlərinə görə, hadisənin baş verdiyi gün arvadı ilə arasında yaranan mübahisə səhər yeməyi üstündə olub. Belə ki, Təbriz çöldən evə gələrkən arvadının hələ də səhər yeməyini hazırlamadığını görüb. Bu zaman o, əsəbiləşərək həyat yoldaşının ata və anasını söyüb. Nəticədə mübahisə qızışıb. Təbrizin sözlərinə görə, mübahisə zamanı Xasa onun vəfat edən anasını söyüb. Nəticədə o özündən çıxıb və tüfəngi götürərək arvadına atəş açıb.

Atəş səsinə övladları otağa daxil olub. O, böyük oğluna atasının anasını öldürdüyünü heç kimə deməməsini tapşırıb və heç nə olmamış kimi, heyvanlara ot verməyə gedib. Bu zaman Təbrizin böyük oğlu qonşuluqda yaşayan qadına xəbər verib. Həmin qadın isə Təbrizi səsləyərək Xasanın özünü tüfənglə vurduğunu bildirib.

Təbriz yenidən otağa daxil olarkən arvadının xırıldadığını görüb. Xasa qonşunun avtomobili ilə Bərdə Rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib. Təbriz isə tutularaq istintaqa təhvil verilib.

Ölkədə biabırçı hadisə yaşanıb. Oğlan həmcinsini zorla qeyri-təbii yolla cinsi əlaqəyə məcbur edib, eyni zamanda videoya...
25/10/2022

Ölkədə biabırçı hadisə yaşanıb.
Oğlan həmcinsini zorla qeyri-təbii yolla cinsi əlaqəyə məcbur edib, eyni zamanda videoya çəkdirib.
Video teleqram kanallarında yayılıb. Ümid edirik tezliklə hüquq-mühafizə orqanları bu şəxsi tapıb barəsində qanuni tədbir görəcəklər.

Gəncədə əqli geriliyi olan 16 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq edərək hamilə qalmağına səbəb olan 62 yaşlı ...
25/10/2022

Gəncədə əqli geriliyi olan 16 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq edərək hamilə qalmağına səbəb olan 62 yaşlı kişi barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 149 və 157-ci (zorlama və mənzil toxunulmazlığını pozma) maddəsi ilə ittiham edilən 1960-cı il təvəllüdlü Rəşid Gözəlova hökm oxunub. Ona 8 il 3 ay müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, bir neçə ay əvvəl Gəncə şəhərində yaşayan 2005-ci il təvəllüdlü, serebral iflici qalıq dövrü, yüngül dərəcəli əqli gerilik, davranış və nitq pozuntuları diaqnozu ilə xəstəxanada qeydiyyatda olan qızın hamilə olması məlum olub. Aparılan araşdırmalar zamanı onun 2021-ci ildə qonşuluqda yaşayan Rəşid Gözəlov tərəfindən cinsi zorakılğıa məruz qalması müəyyən edilib. Həmçinin anası işdə, bacısı isə dəsrdə olduğu vaxt R.Gözəlov dəfələrlə onun evdə tək olmasını bilərək mənzilə qanunsuz daxil olaraq fiziki məhdudiyyətli qıza qarşı əməllərini davam etdirib, onu öldürməklə hədələyərək baş vermiş hadisələr barədə danışmamasını tələb edib.

Qızın hamilə olması üzə çıxdıqdan sonra isə hüquq-mühafizə orqanlarına müraciət edilib və cinayət işi başlanıb.

Məhkəmə prosesi oktyabrın 18-də başa çatıb.

Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını müalicə üçün 254 min manata ehtiyacı old...
24/10/2022

Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını müalicə üçün 254 min manata ehtiyacı olduğunu bildirib.

Xanəndə bunla bağlı tez-tez instaqram hesabında paylaşım edərək, ona yardım edilməsini istəyir. Bu dəfə də Xasıyeva sənət adamlarına müraciət ünvanlayıb.

“Əziz sənət yoldaşlarım, gec olmadan hərəniz cəmi bir toyun pulunu instaqram hesabımda paylaşdığım karta köçürsəniz, məni və mənsiz qalacaq tək narahat balamı xilas etmiş olarsınız. Dəymirəmmi buna? Axı siz məni çox sevirsiniz” deyə, muğam ifaçısı paylaşımında qeyd edib.

Bu məsələ ilə bağlı jurnalist Pərviz Hüseynin yazdığı sözlər diqqət çəkib. Belə ki, jurnalistin iddiasına görə, Könül Xasıyevanın bir neçə evi var, onları satıb müalicəsinə pul ayıra bilər: “Könül Xasıyevanın neçə evi var, birini satsın əməliyyat olunsun. Hər dəfə camaatdan pul yığır. Keçən dəfə də xəstəlik adıyla pul yığıb, sonra oğlu Kazıma 2 minə it almışdı. Hələ yazıb ki, sənət yoldaşlarım bircə toyun pulunu kartıma köçürsəniz, sağalaram. Niyə də? Allah şəfa versin, o ayrı. Amma bu qədəri də ifratdır, hər şeyin təhəri var!”/Minval.info

44 günlük İkinci Qarabağ müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın anım günüdür.
23/10/2022

44 günlük İkinci Qarabağ müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın anım günüdür.

Allahın yolunu tutan, İmam Hüseyni sevən məsciddə donuz saxlayanla dostluq edərmi? Hər kəs ürəyindən keçəni yaza bilər.....
23/10/2022

Allahın yolunu tutan, İmam Hüseyni sevən məsciddə donuz saxlayanla dostluq edərmi? Hər kəs ürəyindən keçəni yaza bilər...

Onlayn səsvermədə aktiv iştirak edək
18/10/2022

Onlayn səsvermədə aktiv iştirak edək

BBC World News-un efirində verilmiş Azərbaycana həsr olunmuş “AZERBAIJAN. WHERE CULTURE MEETS ADVENTURE” layihəsi Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin qlobal onlayn səsverməsinin final mərhələsinə yüksəlib.Yenilik.az xəbər verir ki, 2022-ci il oktyabrın 1-dən...

Address

Baku

Telephone

+994999000000

Alerts

Be the first to know and let us send you an email when Ən Yeni Azərbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share