06/05/2024
Mediatrends –Media Monitorinq və Təhlil Mərkəzinin
Açıqlaması
Məlumat üçün bildiririk ki, YeniMedia –Media Monitorinq və Təhlil Sistemi tam yenilənib, yenidən dizayn olunub, proqram təminatı və axtarış sistemi təkmilləşdirilib, tam yeni xidmətlər, o cümlədən süni intellekt əsaslı xidmətlər əlavə olunub.
YeniMedia rebrendinq olmaqla 01.05.2024-cü il tarixdən Mediatrends - Media Monitorinq və Təhlil Sistemi olaraq fəaliyyətə başlayıb.
Mediatrends Sizə özünüz, təmsil etdiyiniz qurum və brendiniz haqqında, rəqibləriniz və tərəfdaşlarınız haqqında onlayn mühitdə baş verənlərdən anında xəbədar olmağa, yazılanların pozitiv, yoxsa neqativ olmasına real vaxtda süni intellekt alətlərinin köməyilə nəzarət etməyə, hesabatlar və təhlillər almağa kömək edir.
Mediatrends-də aşağıdakı xidmətlər və imkanlar yaradılıb :
- Onlayn medianın, sosial medianın və TV kanalların monitorinqi
- Limitsiz sayda açar sözlərə və sorğulara görə onlayn mühitdə axtarış imkanları
- Onlayn mühitdə baş verənlərlə bağlı real vaxtda məlumatlar almaq və onları tənzimləmək
- Hesabatlar və təhlillər əldə etmək
- Hesabatları qrafik formada, infoqrafiklər və statistik diaqramlarla əldə etmək
- Rəqiblərlə bağlı hesabatlar əldə etmək
- Hesabatları müxtəlif formatlarda yükləmək
- Süni intellekt əsaslı həssaslıq(sentiment) analizləri əldə etmək
- Onlayn mühitdə baş verənlərlə bağlı anında e-poçt və WhatsApp-a bildirişlər almaq
- Reytinq və gündəm xidmətlərini əldə etmək
- Bir əsas hesaba nəzarət üçün köməkçi hesablar yaratmaq və s.
Hazırda Mediatrends-ə əlavə yeni informasiya mənbələrinin inteqrasiya edilməsi, yeni xidmətlərin hazırlanması, müxtəlif dillər üzrə sistemdən istifadə imkanlarının və mobil versiyanın yaradılması üzərində işlər davam etdirilir.
Suallarınız və yardım üçün [email protected] ünvanına və sosial media hesablarımıza müraciət edə bilərsiniz.
Mediatrends -Media Monitorinq və Təhlil Sistemi
www.mediatrends.az
[email protected]