KarabakhPost

KarabakhPost Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KarabakhPost, M. F. Axundov küçəsi, Agdam.

31/07/2022

Laçın rayonu, Minkən Kəndi

İyulun 29-31-də Mədəniyyət Nazirliyi və digər dövlət və özəl qurumların təşkilatçılığı ilə Gəncə şəhərinin Hacıkənd qəsə...
31/07/2022

İyulun 29-31-də Mədəniyyət Nazirliyi və digər dövlət və özəl qurumların təşkilatçılığı ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində II Milli Yaylaq Festivalı keçirilib.

“Qarabaginfo” xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, iyulun 30-da ölkəmizin müxtəlif media orqanları nümayəndələrinin Hacıkənd qəsəbəsinə səfəri təşkil olunub.

Səfərdən dönüş zamanı saat 20 radələrində media nümayəndələrini daşıyan avtobus festival ərazisindən yola düşmüşdür. Təxminən 700 metr məsafə qət olunduqdan sonra güclü yağış yağmağa başlayıb, torpaq yolda yaranmış palçıq nəqliyyat vasitəsinin hərəkətində çətinlik yaradıb. Ərazidə xidmət aparan DİN-in əməkdaşları tərəfindən iritutumlu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Avtobusda olan media nümayəndələrinin bir qrupu səfərə məsul olan Mədəniyyət Nazirliyinin əməkdaşı və polis əməkdaşlarının təkidlərinə baxmayaraq, nəqliyyat vasitəsini tərk edərək piyada yollarına davam ediblər. Nazirliyin Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov həmin şəxslərin şəxsi avtomobili ilə qarşılanıb müvafiq qaydada yerləşdirilməsini təmin edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəxsən iştirakı ilə DYP-nin əməkdaşları tərəfindən yüksək manevr imkanlarına malik nəqliyyat vasitəsilə media mənsubları beş-beş Hacıkənd qəsəbəsinə evakuasiya edilib. Qəsəbədə media nümayəndələrinə Niyazi Bayramov və Gəncə RMİ-nin rəisi Vasif Cənnətov tərəfindən yüksək diqqət göstərilib, mikroavtobusla Bakı şəhərinə yola salınıb.

Mədəniyyət Nazirliyi kəskin hava və çətin relyef şəraiti ilə əlaqədar yaranmış xoşagəlməz vəziyyətə görə media nümayəndələrindən və qonaqlardan qarşılaşdıqları duruma görə təəssüf hissi keçirir və narahatçılığa görə üzr istəyir.

30/07/2022

Kəlbəcərdə qeyri-adi təbiət hadisəsi.

Böyük qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonunun Ağalı kənd orta məktəbində sentyabrın 15-dən tədris pro...
29/07/2022

Böyük qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonunun Ağalı kənd orta məktəbində sentyabrın 15-dən tədris prosesi başlayacaq.

“Qarabaginfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə tarixində ilk dəfə olaraq Ağalı kənd məktəbinə vakant yerlər təqdim olunacaq.

Vakansiya seçimində müsabiqə üzrə minimum tələbi ödəyən namizədlər iştirak edə bilərlər.

“Sürix”in prezidenti Ancillo Kanepa Çempionlar Liqası II təsnifat mərhələsinin “Qarabağ”la oyunlarını dəyərləndirib.“Qar...
29/07/2022

“Sürix”in prezidenti Ancillo Kanepa Çempionlar Liqası II təsnifat mərhələsinin “Qarabağ”la oyunlarını dəyərləndirib.

“Qarabaginfo” xəbər verir ki, yerli mətbuata açıqlama verən klub rəhbəri Azərbaycan çempionunun orta səviyyədən yuxarı komanda olduğunu deyib:

“Əlbəttə ki, məyus olduq. Daha çoxu mümkün olardı. Amma onu da qəbul etməliyik ki, “Qarabağ” orta səviyyədən yuxarı komandadı. Villi Qnonto da “Qarabağ”la qarşılaşmada uğursuz çıxış etdi. Blerim Cemayli isə zədə səbəbindən komandaya kömək edə bilmədi”. Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə görə “Sürix”i 5:4 hesabı ilə üstələyərək Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəldi. Ağdam təmsilçisi bu mərhələdə Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.

29/07/2022
İyulun 29-da Qoşulmama Hərəkatının Gənclər Sammiti işini Şuşa seqmenti ilə davam etdirir.“Qarabaginfo” xəbər verir ki, Q...
29/07/2022

İyulun 29-da Qoşulmama Hərəkatının Gənclər Sammiti işini Şuşa seqmenti ilə davam etdirir.

“Qarabaginfo” xəbər verir ki, Qoşulmama Hərəkatına üzv olan 60-a yaxın ölkənin gəncləri bu gün Füzuliyə gediblər.

Tədbir iştirakçıları əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Bildirilib ki, Qarabağın “hava qapısı” adlandırılan hava limani ən müasir səviyyədə inşa olunub. Aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir.

Hava limanı ilə tanışlıqdan sonra tədbir iştirakçıları Şuşa şəhərinə yola düşüblər.

PFL-in prezidenti Ramin Musayev istefa verib. Ətraflı ⤵️http://qarabaginfo.com/2022/07/29/pfl-d%c9%99-yeni-prezident-ram...
29/07/2022

PFL-in prezidenti Ramin Musayev istefa verib.

Ətraflı ⤵️

http://qarabaginfo.com/2022/07/29/pfl-d%c9%99-yeni-prezident-ramin-musayev-getdi/

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən isfefa verib. “Qarabaginfo.com”-un əldə etdiyi xəbərə görə, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayən...

29/07/2022
Bu ilin I yarısında Azərbaycanın strateji valyuta ehiyatları 1,8% artaraq 54,2 milyard ABŞ dollarına çatıb.“Qarabaginfo....
29/07/2022

Bu ilin I yarısında Azərbaycanın strateji valyuta ehiyatları 1,8% artaraq 54,2 milyard ABŞ dollarına çatıb.

“Qarabaginfo.com” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazimov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında bildirib.

“Profisitli tədiyyə balansı fonunda strateji valyuta ehtiyyatları artmaqda davam edir. Bu da, orta və uzunmüddətli perspektivdə valyuta bazarının tarazlığı üçün zəmin yaradır”, – deyə o, qeyd edib.

Xatırladaq ki, bu gün AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə erməni hərbi birləşmələrinə məxsus ...
29/07/2022

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə erməni hərbi birləşmələrinə məxsus xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə “Qarabaginfo.com”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, tapılan 3 avtomat, 2 qumbaraatan, 1 pulemyot, 1 tapança silahları, eləcə də 12 ədəd tank və 5 ədəd piyada əleyhinə mina, 30 ədəd qumbaraatan mərmisi, 2318 ədəd müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Address

M. F. Axundov Küçəsi
Agdam
AZ002

Website

Alerts

Be the first to know and let us send you an email when KarabakhPost posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Agdam media companies

Show All

You may also like