Peşə təhsili və insan kapitalı

Peşə təhsili və insan kapitalı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin orqanı

ISSN: 2664-4770
E-ISSN: 2706-7858
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalı 1969-cu ildən “Gənc fəhlə” adı ilə nəşrə başlamış və 2000-ci ildən isə “Sənətkar” adı ilə fəaliyyət göstərmişdir. Jurnalın təşkilati-hüquqi adı Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 23.11.2017-ci il tarixli, 416 nömrəli

Əmri ilə dəyişdirilərək hazırda “Peşə təhsili və insan kapitalı” jurnalı kimi fəaliyyətini davam etdirir.

8 Noyabr – Azərbaycan xalqının milli qürurunun, şərəf və ləyaqətinin zəfər çaldığı gündür. Haqq savaşımız zəfərlə başa ç...
08/11/2024

8 Noyabr – Azərbaycan xalqının milli qürurunun, şərəf və ləyaqətinin zəfər çaldığı gündür. Haqq savaşımız zəfərlə başa çatdı!✊🏻

Zəfərimiz mübarək olsun! 🇦🇿🇦🇿🇦🇿

HÖRMƏTLİ OXUCULAR, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan "Peşə təhsili və insan kapitalı"...
11/10/2024

HÖRMƏTLİ OXUCULAR,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan "Peşə təhsili və insan kapitalı" elmi-praktiki, metodiki jurnalın (2024, cild 7, №3) növbəti nömrəsində (pedaqogika, iqtisadiyyat, texnika, beynəlxalq əlaqələr və metodika bölmələri üzrə) peşəyönümlü bir-birindən maraqlı yazılarla tanış ola bilərsiniz.
Jurnalın 6-cı səhifəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri Yusif Axundovun "Peşə təhsilinin Azərbaycanın dayanıqlı inkişafında və sosial rifahının yüksəlməsində rolu" adlı məqaləsində müəllif son illər ölkəmizdə peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində mühüm addımların atıldığını önə çəkərək qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı peşə sahəsinə göstərilən diqqətin nəticəsində yeni zirvələrə qalxır, sosial inkişafda mühüm fəaliyyətlər əldə edir.
2023-2024-cü tədris ili ərzində peşə təhsilinin maarifləndirilməsi və təbliği istiqamətində genişmiqyaslı fəaliyyətlərin həyata keçirilməsi, eləcə də dəyişən bazarın tələbləri nəzərə alınaraq, 2024-2025-ci tədris ili üçün "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nda yeniliklərin edilməsindən, peşə təhsili müəssisələrinə tələbə qəbulu planına 9 yeni ixtisasın, o cümlədən 2 yüksək texniki-peşə təhsili, 7 texniki-peşə təhsil səviyyələri olmaqla əlavələrin edilməsi ölkənin iqtisadi siyasətinin prioritetlərini və sosial-iqtisadi hədəflərini əks etdirən mühüm addımların atıldığından bəhs etmişdir.
Jurnalın 10-cu səhifəsində AR Təhsil İnstitutunun baş elmi məsləhətçisi, pedaqoji elmlər doktoru, professor, Qabaqcıl təhsil işçisi Vidadi Xəlilovun "Mütaliə mədəniyyəti" sərlövhəli məqaləsində incəsənətin növlərindən danışılır. Müxtəlif nəsillərdən olan insanların mənəvi zənginliyində, şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edən mütaliə prosesinin əsas mahiyyəti, başlıca istiqamətləri yer almışdır.
Junnalın 13-cü səhifəsində isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin təşkili və təhsilverənlərlə iş şöbəsinin müdiri Nərmin Məmmədova Sadıxlının "Peşə təhsilində yeni ixtisasların tədrisi zamanın tələbidir" adlı məqaləsində 2024-2025-ci tədris ilində peşə təhsili üzrə təklif edilən yeni ixtisaslar və onların Azərbaycanın müxtəlif sektorlarının – enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və xidmət sahələrinin gələcək inkişafına töhfəsi öz əksini tapmışdır.
Jurnalın 35- ci səhifəsində ARKTN-nin Baytarlıq Elmi-Tədqiqat İstitutunun baş elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Niyazi Nəcəfovun "Arıların zəhərlənməsinə səbəb olan əsas amillər" mövzusuna həsr olunan məqaləsində müəllif bal arılarının inkişafına, sağlamlığına və məhsuldarlığına təsir edən bir çox amillərdən bəhs etmişdir.
Jurnalın 72-ci səhifəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin təşkili və təhsil verənlərlə iş şöbəsinin Təhsil verənlərlə iş sektorunun müdiri Könül Ələkbərovanın "Peşə təhsilində innovativ yanaşma" adlı məqaləsində Agentliyin müxtəlif istiqamətdə həyata keçirdiyi proqram və layihələri dəstəkləməklə, Azərbaycanın kənd təsərrüfatı sektorunda səmərəli və dayanıqlı inkisafın təmin olunmasına, eləcə də beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqinə mühüm töhfə verməsi və s. fikirləri yer almışdır.
Bu məqalələrlə yanaşı, adlarını qeyd etmədiyimiz digər maraq doğuran yazılar da vardır ki, onlarla tanış olmağı sizlərin ixtiyarına buraxırıq!

Nazirliyin mətbu orqanları ilə görüş keçirilibOktyabrın 3-də Elm və Təhsil Nazirliyinin mətbu orqanlarının redaksiya hey...
04/10/2024

Nazirliyin mətbu orqanları ilə görüş keçirilib

Oktyabrın 3-də Elm və Təhsil Nazirliyinin mətbu orqanlarının redaksiya heyətləri ilə görüş keçirilib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən görüşdə “Azərbaycan məktəbi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Azərbaycan dili və ədəbiyyat tədrisi”, “Peşə təhsili və insan kapitalı” jurnalları və “Azərbaycan müəllimi” qəzetinin nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən nazir müavini Firudin Qurbanov müasir informasiya texnologiyalarının geniş yayıldığı bir dövrdə qəzet və jurnalların əhəmiyyətini itirməməsi baxımdan öz təklif və tövsiyələrini səsləndirib.

Gənclərin maariflənməsində təhsilyönümlü mətbu orqanlarının rolunu xüsusi vurğulayan nazir müavini görüş iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra mətbu orqanların baş redaktorları çıxış edib və onlara verilən dəstəyə görə təşəkkürlərini ifadə ediblər.

Görüşün sonunda mətbu orqanların əməkdaşlarına Elm və Təhsil Nazirliyinin "Fəxri Fərman" və "Təşəkkürnamə"si təqdim edilib.

15/09/2024

Böyük müvəffəqiyyətlərə gedən yol bilikdən keçir.

Bilik Gününüz mübarək!

15/09/2024
15/09/2024

📢 Peşə təhsili müəssisələrinə işə qəbul olunan ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının nəzərinə!

🔹 Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən şəxslər 11-14 sentyabr (saat 18:00-dək) tarixlərində tələb olunan sənədləri qəbul olunduğu müəssisəyə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

🔹 Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun qəbul olunduğu vakansiyadan imtina etməsi kimi qiymətləndirilir.

15/09/2024

📢 Peşə təhsili müəssisələrinə qəbul olanların nəzərinə!

📌 Müsabiqədən keçən şəxslər 10 sentyabr saat 17:00-dək tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

20-dən artıq elmi-metodiki kitabın müəllifi,  filologiya üzrə fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyinin mətbu orqanı o...
06/09/2024

20-dən artıq elmi-metodiki kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyevin Azərbaycan “Koroğlu” dastanının Avropada tədqiqi və nəşri problemləri (XIX-XX əsrin əvvəlləri) (Monoqrafiya) adlı növbəti kitabı işıq üzü görüb. Monoqrafiyada “Koroğlu” dastanının Avropa mətbuatında nəşr olunmuş İ.Şopen, A.Xodzko, J.Sand, A.Haksthauzen və başqa mətnləri /nəşrləri/, həmçinin 1856-cı ildə S.S.Penn tərəfindən dastanın rus dilindəki nəşri geniş tədqiq edilmiş və həmin nəşrlər M.H.Təhmasib nəşri ilə müqayisəli surətdə öyrənilmişdir.
Məlumat üçün bildirək ki, Şahbaz Balakişiyev jurnalistika sahəsindəki səmərəli fəailiyyətinə görə 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına Diplоmuna, 2011-ci ildə isə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “Qızıl Qələm mükafatı” laureatı adına layiq görülmüşdür.
Pedaqoji sahədəki uzunmüddətli fəaliyyətinə görə 2012-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanı və 2021-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır.
Bütün bu uğurlarına görə kollektivimiz adından Şahbaz müəllimi təbrik edir və uğurlar arzu edirik.

04/09/2024

Ermənistanda revanşist qüvvələrin Qərbi azərbaycanlıların qayıdış hüququnu danması ilə əlaqədar bəya...

Redaksiyaya məktub90 illik tarixi inkişaf yolu ilə ölkəmizdə pedaqoji mətbuat salnaməsini yaradan "Azərbaycan müəllimi" ...
04/09/2024

Redaksiyaya məktub

90 illik tarixi inkişaf yolu ilə ölkəmizdə pedaqoji mətbuat salnaməsini yaradan "Azərbaycan müəllimi" qəzetinin respublikamızda pedaqoji fikrin formalaşması və müəllim kadrlarının hazırlanması işində xüsusi xidmətləri olmuşdur.
Qəzet bu gün də özünün peşəkar əməkdaşları, təcrübəli redaksiya heyəti ilə bu şərəfli missiyanı layiqincə yerinə yetirməkdədir.
Redaksiyalarımızın qarşılıqlı əmakdaşlığı və təhsilimizin inkişafı naminə göstərdiyimiz birgə fəaliyyət bu gün öz bəhrəsini verməkdədir. Respublikanın pedaqoji fikir tarixinin inkişafı və bunun gələcək nəsillərə ərməğan olaraq çatdırılması işində mətbuatımız öz töhfəsini verməkdədir.

Əziz həmkarlar, sizi əldə etdiyiniz bu uğurlara görə təbrik edir və işinizdə yeni- yeni nailiyyətlər arzulayıram.
Yolunuz açıq, zəkanız parlaq, qələminiz iti olsun, dostlar!

Hörmətlə,
Şahbaz Balakişiyev, "Peşə təhsili və insan kapitalı" jurnalının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru

24/08/2024
24/08/2024

Anews.az » Azərbaycanda peşə məktəbində oxuyanların 33%-i qadınlardır - MÜSAHİBƏ

24/08/2024

📢 Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilir.

📌 Test imtahanı mərhələsində uğur qazanaraq keçid balını keçən namizədlər 25 avqust tarixinədək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər. Müsahibələrin Bakı, Gəncə, Bərdə,Qəbələ, Cəlilabad və Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.

🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1118/inner

17/08/2024

📌 Müsabiqədən keçən şəxslər 17–26 avqust (saat 17:00-dək) tarixlərində tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

ℹ️ Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

17/08/2024

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

ℹ️ Müsabiqədə iştirak edən şəxslərin nəticələri portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündə yerləşdirilib.

📌Müsabiqədən keçən şəxslər 17–26 avqust (saat 17:00-dək) tarixlərində tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

🔗Ətraflı: https://shorturl.at/r4t3L

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Peşə təhsili və insan kapitalı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Peşə təhsili və insan kapitalı:

Videos

Share

Category


Other Magazines in Agdam

Show All