Kulis az

Kulis az Kulis.az – “APA Group”un tərkibində fəaliyyət göstərən online mədəniyyət portalıdır. Baş redaktor: Ulucay Akif

Kulis.az – Azərbaycan dilində fəaliyyət göstərən online ədəbiyyat və mədəniyyət portalıdır.

4 aprel 2011-ci il tarixindən internet istifadəçilərinin ixtiyarındadır. Hazırda Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsi üzrə ən böyük elektron layihədir. Portalda gündəlik ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr

, reportajlar, araşdırmalar, ictimaiyyətin diqqətində olan hadisələrlə bağlı müəllif yazıları, müzakirələr, sorğular, sənətkarların həyat və yaradıcılığından maraqlı faktlar, videomateriallar təqdim edilir. Operativ materiallarla ölkənin ədəbi-mədəni prosesinə işıq tutmaqla yanaşı, müsabiqə və yarışmalar təşkil etmək, müzakirə və sorğular keçirməklə bu prosesə təsir etmək imkanına malikdir. Kulis.az saytı yaradıcılıqla məşğul olan və bizimlə əməkdaşlıq etmək istəyən hər kəsin üzünə açıqdır.

09/12/2024

Gözlərindəki təmiz, duru, ləkəsiz dünya... 🥹

"Birdən o, yavaşca çığırıb susdu, sonra son dərəcə gözəl olan bu gözlər - doğan ananın müqəddəs gözləri yenidən açıldı; ...
09/12/2024

"Birdən o, yavaşca çığırıb susdu, sonra son dərəcə gözəl olan bu gözlər - doğan ananın müqəddəs gözləri yenidən açıldı; bu key gözlər - mavi göyə baxır, bu gözlərdə minnətdar, fərəhli bir təbəssüm yanır və əriyir; ana ağır əlini qaldırıb yavaş-yavaş özünə və uşağa xaç vurur..."

İnsanın doğulması - Qorkinin hekayəsi

“Maksim Qorkiyə. Əzizim Aleksey Maksimoviç, Sizdən xəbər-ətər yoxdur. Haradasınız? Nə iş görürsünüz? Üç gün əvvəl L.N.To...
09/12/2024

“Maksim Qorkiyə.

Əzizim Aleksey Maksimoviç, Sizdən xəbər-ətər yoxdur. Haradasınız? Nə iş görürsünüz?

Üç gün əvvəl L.N.Tolstoygildə idim. O, sizi çox təriflədi və dedi ki, siz çox gözəl yazıçısınız. Sizin “Yarmarka” və “Çöldə” hekayələriniz onun xoşuna gəlir, “Malva” isə yox. O dedi: “Psixologiyadan başqa hər şeyi quraşdırmaq olar. Qorkidə isə psixoloji qondarmalara rast gəlirik. O, duyub yaşamadıqlarını təsvir edir”.

Bax, belə! Tolstoy sizin haqqınızda məni çox sorğu-suala tutdu. O, sizinlə çox maraqlanır. Görünür, o mütəəssir olmuşdur.

Cümə axşamı “Qağayı”nın qapalı tamaşası olacaqdır. Gələsi olsanız, Sizə yer verərəm”.

Sizin A.Çexov. 25 aprel 1899, Moskva,

"Tiktokda xəstəsini, fiziki məhdudiyyətli qohumunu, övladını canlı yayımlara çıxaranlar var.Açıq deyim, qarşıma çıxan ki...
09/12/2024

"Tiktokda xəstəsini, fiziki məhdudiyyətli qohumunu, övladını canlı yayımlara çıxaranlar var.

Açıq deyim, qarşıma çıxan kimi dərhal çevirirəm. Ürəyim dözmür. Çox mənfi enerji alıram. Fiziki məhdudiyyətli və əqli çatışmazlığı olan birinin qarşısına telefonu qoyurlar, o da (Allah belə insanlara şəfa versin) məlum, özünü idarə edə bilmir, qışqırır, gülür, əsəbiləşir. Bir ana, bir ata necə belə bir şey edə bilər? Övladının çəkdiyi əzabı canlıya çıxarıb necə qazanc mənbəyinə çevirə bilərsən?"

"Bunun adı dilənçilikdir!" - Tik-tokda xəstə adamları canlı yayıma çıxaranlar

"Bəlkə də, Azərbaycan səhnəsində cəmi bir neçə aktyor tapılar ki, istedadı yalnız milli dramaturgiyanın sayəsində parlay...
09/12/2024

"Bəlkə də, Azərbaycan səhnəsində cəmi bir neçə aktyor tapılar ki, istedadı yalnız milli dramaturgiyanın sayəsində parlayıb, demək olar ki, öz soydaşlarından başqa bir obrazı yaratmayıb. Yaradıbsa da, sırf milli obrazların ifaçısı kimi parlayıb. Elə onun da əcnəbi obrazları yadıma düşmür".

Lütf edilən insan haqqında etüdlər

Məni diqqətlə süzəndən sonra nə hisslər keçirdiyimi anladı. Sakit buraxdılar məni. Bir neçə saatdan sonra iki nəfər idba...
09/12/2024

Məni diqqətlə süzəndən sonra nə hisslər keçirdiyimi anladı. Sakit buraxdılar məni. Bir neçə saatdan sonra iki nəfər idbar, bədheybət adam gəldi. Erməni idilər. Qriqoryan mənə yaxınlaşıb sakitcə dedi:
– Evdən adam gəlib yanına. Arvadın mənim kabinetimdədir. Gəlib səni evə aparsın. Əvvəl bura qol çək.
Halsız idim. Həmin iki nəfərin yenə məni döyəcəklərini düşündüyümdən beynimdə yenidən eyni sözlər dolanmağa başladı: “Qol çəkməyəcəyəm”.

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

09/12/2024

Unudulmaz Rəhim Rəhimlinin gözəl ifalarından...

Dəyərli sənətkarlar Əliağa Ağayev, Səyavuş Aslan, Lütfəli Abdullayev, Məmmədsadıq Nuriyev, Fazil Salayev, Vasif Adıgözəl...
09/12/2024

Dəyərli sənətkarlar Əliağa Ağayev, Səyavuş Aslan, Lütfəli Abdullayev, Məmmədsadıq Nuriyev, Fazil Salayev, Vasif Adıgözəlov və başqaları...

1960-ci illər

"Tarix boyu Allaha, dinə inanıb insana qənim kəsilən nə qədər zalımlar görüb insanoğlu. Yaxşı mətn yalnız sevginin gücün...
09/12/2024

"Tarix boyu Allaha, dinə inanıb insana qənim kəsilən nə qədər zalımlar görüb insanoğlu. Yaxşı mətn yalnız sevginin gücünə yarana bilər, sevgisiz inam da, əxlaq da, ədalət də, mərhəmət də saxtadır, qəlpdir".

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09/12/2024

"Amerika Napoleonun işğal edə bilmədiyi yerləri Hollivud filmləri ilə işğal etdi".

Rejissor, aktyor Rza Rzayev "Kulis.az"a kinomuz haqqında danışır.

08/12/2024

Ramiz Rövşən "Bağışla" şeirini səsləndirir...

08/12/2024

Ən yaxşı heyvan səsləri...

Miss Türkiyə, 1936-cı il.
08/12/2024

Miss Türkiyə, 1936-cı il.

"Anamdan öyrənmişdim bunu... Uzun yola çıxanda pıçıldamışdı qulaqlarıma.Rəsmlərə baxıram, qulaq yaddaşımdan dodaqlarıma ...
08/12/2024

"Anamdan öyrənmişdim bunu... Uzun yola çıxanda pıçıldamışdı qulaqlarıma.

Rəsmlərə baxıram, qulaq yaddaşımdan dodaqlarıma süzülür bu sözlər....

"Heç bir ağrı əbədi deyil".

Ətrafa baxıram, insanların hərəsinin gözü bir rəsmdə...

Yox... Bəlkə, belə: rəsmlərə baxıram, hərəsinin gözü bir insanda...".

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

Nadir fotoşəkillər silsiləsindən:Soldan sağa doğru: Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Şamo Arif, professor Abbas Zam...
08/12/2024

Nadir fotoşəkillər silsiləsindən:

Soldan sağa doğru: Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Şamo Arif, professor Abbas Zamanov, Xalq yazıçısı Hüseyn Abbaszadə, Süleyman Rəhimov və yazıçı-jurnalist Adil Babayev.

Paylaşdı: Məcid Rəşadətoğlu

07/12/2024

Fuad Poladov: "Niyə ,görəsən, adam bilmək istəyir?"

Bəstəkar Oktay Kazımi, müğənni Rəşid Behbudov və şair Fikrət Qoca...Rəşid Behbudovun yaradıcılığının son dövründə bu əvə...
07/12/2024

Bəstəkar Oktay Kazımi, müğənni Rəşid Behbudov və şair Fikrət Qoca...

Rəşid Behbudovun yaradıcılığının son dövründə bu əvəzolunmaz sənətkarlarla əməkdaşlığı nəticəsində xeyli sayda unudulmaz əsərlər meydana gəlib.

Address

Agdam

Alerts

Be the first to know and let us send you an email when Kulis az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kulis az:

Videos

Share

Category

Kulis.az

Kulis.az ədəbiyyat, mədəniyyət və art mövzularında müxtəlif janrlı yazılar, ədəbi-bədii yaradıcılıq nümunələri, tənqid və təhlil məqalələri və videomateriallar yayan online dərgidir.