Amerikanın Səsi

Amerikanın Səsi Amerikanın Səsi ən böyük ABŞ beynəlxalq multimedia xəbər təşkilatıdır. Amerikanın Səsinin missiyasına və redaksiya müstəqilliyinə qanunlar təminat verir.

Bu təşkilat 40-dan çox dildə azad mətbuata çıxışın olmadığı yaxud məhdud olduğu məkanlarda yaşayan insanlara informasiya çatdırır. Amerikanın Səsi tam şəkildə ABŞ vergiverənləri tərəfindən maliyyələşdirilən Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin tərkib hissəsidir. Həmin qanunlar Amerikanın Səsinin jurnalistlərini kənar təsirdən, təzyiqdən, hökumət rəsmiləri və siyasi xadimlərin əks-tədbir xar

akterli əməllərindən qoruyur.

1976-cı ildə Prezident Cerald R. Ford Amerikanın Səsinin xartiyasını qanuna imzalayıb. Həmin sənəddə deyilir:

1. Amerikanın Səsi davamlı olaraq etibarlı və yüksək keyfiyyətli xəbər mənbəyi qismində xidmət göstərəcək. Amerikanın Səsinin xəbərləri dəqiq, obyektiv və ətraflı olacaq.

2. Amerikanın Səsi Amerika cəmiyyətinin hansısa seqmentini yox, bütövlükdə Amerikanı təmsil edəcək. Bu xüsusda o, Amerika təfəkkürünün və təsisatlarının balanslı və hərtərəfli mənzərəsini təqdim edəcək.

3. Amerikanın Səsi Birləşmiş Ştatların siyasətini aydın və effektiv şəkildə təmsil edəcək, və həmçinin bu siyasətlərlə bağlı məsuliyyətli diskussiyalar və rəylər təqdim edəcək.

1994-cü ildə ABŞ Konqresi ABŞ Beynəlxalq Yayım Aktını qəbul edib. Bu qanun da Amerikanən Səsinin jurnalistlərindən işlərinin yüksək keyfiyyətli, dəqiq, obyektiv, ətraflı, balanslı olmasını və ABŞ mədəniyyətini və sosial müxtəlifliyini əks etdirməsini tələb edir.

2016-cı ildə Konqres Milli Müdafiə Səlahiyyətləri Aktında yenidən təsdiq edib ki, xəbər toplanışı və reportajların hazırlanması müstəqil və obyektiv qaydada aparılmalıdır. Hər gün Amerikanın Səsinin jurnalistləri azad mətbuat prinsiplərini dünyaya sərgiləmək naminə çalışırlar.

03/15/2025

Ukraynada davam edən müharibə bir çox millətin nümayəndələrini bu ölkənin müstəqilliyi uğrunda mübarizəyə səfərbər edib.

Onların arasında azərbaycanlı könüllülər də var. Azərbaycanlı hərbçilərin Ukrayna ordusunda iştirakı iki xalq arasında dostluq və həmrəylik bağlarını daha da gücləndirir.

ABŞ Senatı cümə günü axşam saatlarında müvəqqəti maliyyələşdirmə qanununu qəbul edərək hökumətin qismən qapanmasının qar...
03/15/2025

ABŞ Senatı cümə günü axşam saatlarında müvəqqəti maliyyələşdirmə qanununu qəbul edərək hökumətin qismən qapanmasının qarşısını aldı və Demokratların bu tədbirə qarşı müqavimətini üstələdi.

Qanun layihəsi 54-46 səs nisbəti ilə qəbul edildi. Bu səsvermədən öncə qanun layihəsinin müzakirəsinin dayandırılması və dərhal səsvermənin keçilməsi üçün daha çətin prosedur maneəsi aşılmalı idi ki, bunun üçün ən azı 60 səs tələb olunurdu.

Respublikaçıların çoxluqda olduğunu Nümayəndələr Palatası 14 mart tarixində maliyyəsinin bitdiyi hökumətin fəaliyyətini davam etdirə bilməsi üçün bu qanun layihəsini həftənin əvvəlində qəbul etmişdi.

Senat Demokratları hökuməti qarşıdakı altı ay ərzində maliyyələşdirəcək, ümumi hökumət xərclərini keçən ilki səviyyədən təxminən 7 milyard dollar azaldacaq və vəsaiti qeyri-müdafiə sahələrdən hərbi xərclərə yönəldəcək müvəqqəti büdcə qanun layihəsini dəstəkləmək məsələsində fikir ayrılığına düşmüşdü.

Bir çox Demokratlar Senatdakı liderləri Çak Şumerin cümə axşamı gecə bu qanun layihəsini bəyənmədiyini, lakin hökumətin qapanmasının “daha p*s bir seçim” olduğunu bildirməsindən sonra qəzəblərini ifadə etdilər.

03/15/2025

‼️‼️ Amerikanın Səsinin xəbərlərini VOA tətbiqi vasitəsilə izləyin

Amerikanın Səsinin xəbərlərinə artıq VOA tətbiqi vasitəsilə daha asanlıqla çıxış əldə edə bilərsiniz. VOA tətbiqini cihazlarınıza yüklədikdən sonra, sadəcə olaraq Azərbaycan dilini seçin. Bununla da Amerikanın Səsinin yazılı və vizual məzmunu bir kliklə əlinizdə olacaq.

Prezident Tramp cümə günü Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra Ukraynadakı müharibənin bitməs...
03/15/2025

Prezident Tramp cümə günü Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra Ukraynadakı müharibənin bitməsi üçün yaxşı bir şans olduğunu söylədi.

G7-nin aparıcı demokratik ölkələrinin yüksək səviyyəli diplomatları cümə günü Rusiyanı ABŞ-ın təklif etdiyi atəşkəsə razı olmağa çağırdılar.

https://wxyz.page/Xx9MJ

Suriyada Prezident Bəşər Əsədin devrilməsindən üç ay sonra zorakılıqların yenidən başlaması fonunda BMT-nin Suriya üzrə ...
03/15/2025

Suriyada Prezident Bəşər Əsədin devrilməsindən üç ay sonra zorakılıqların yenidən başlaması fonunda BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi zorakılıqlara son qoyulmasına və mülki vətəndaşların qorunmasına çağırır.

Suriyada Prezident Bəşər Əsədin devrilməsindən üç ay sonra zorakılıqların yenidən başlaması fonunda BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi zorakılıqlara son qoyulmasına və mülki vətəndaşların qorunmasına çağırır.
Geir Pedersen cümə günü, on ildən çox davam ed...

03/15/2025

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Rusiyanın Ukrayna ilə müharibəsinə son qoymaqla bağlı təklifinə dəstəyini ifadə edib, amma deyib ki, təfərrüatlar üzərində çalışmaq lazımdır.

“Biz döyüşlərə son qoymaq təklifləri ilə razılaşırıq, amma biz atəşkəsin davamlı sülhə aparmalı və böhranın əsas səbəblərini aradan qaldırmalı olduğu fərziyyəsindən çıxış edirik,” Putin cümə axşamı Moskvada müxbirlərə deyib.

Böyük Yeddilər qrupunun baş diplomatları cümə günü Rusiyanı Ukrayna ilə müharibədə ABŞ-ın təklif etdiyi atəşkəsə razılaş...
03/15/2025

Böyük Yeddilər qrupunun baş diplomatları cümə günü Rusiyanı Ukrayna ilə müharibədə ABŞ-ın təklif etdiyi atəşkəsə razılaşmağa çağırıb.

Böyük Yeddilər qrupunun baş diplomatları cümə günü Rusiyanı Ukrayna ilə müharibədə ABŞ-ın təklif etdiyi atəşkəsə razılaşmağa çağırıb. “Biz Rusiyanı bərabər şərtlərdə atəşkəsə razılaşmaq və onu tam şəkildə yerinə yetirməklə qarşılıq verməyə çağ...

Təbrizdə siyasi fəal Sima Əlipurun evində İranın təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparıldığı bildirilib.
03/15/2025

Təbrizdə siyasi fəal Sima Əlipurun evində İranın təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparıldığı bildirilib.

Təbrizdə siyasi fəal Sima Əlipurun evində İranın təhlükəsizlik qüvvələri tərəfindən axtarış aparıldığı bildirilib.
Bu barədə Güney Azərbaycan Televiziyası (Günaz TV) və Türk qadını saytı kimi mənbələr məlumat yayıblar.
“İranın İnqilab Qvardiyasının (Sepah...

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edi...
03/15/2025

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edir.

ABŞ Dövlət katibi Marko Rubio deyib ki, bu, Prezident Trampın daha sülhsevər dünya vizyonuna uyğun olaraq hər iki ölkə üçün onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək fürsətidir.

https://wxyz.page/XJZwJ

Təbriz Mərkəzi Həbsxanasına köçürülən azərbaycanlı fəal Saman Bidar martın 13-də 500 milyon tümən mülki zəmanət qarşılığ...
03/15/2025

Təbriz Mərkəzi Həbsxanasına köçürülən azərbaycanlı fəal Saman Bidar martın 13-də 500 milyon tümən mülki zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Təbriz Mərkəzi Həbsxanasına köçürülən azərbaycanlı fəal Saman Bidar martın 13-də 500 milyon tümən mülki zəmanət qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb. İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, türk fəal S...

03/15/2025

Martın 14-də həbsdə olan “Meydan TV” əməkdaşlarının həbs qətimkan müddətlərinin artırılması ilə bağlı istintaqın verdiyi təqdimata baxılıb.

Xətai Rayon Məhkəməsində ayrı-ayrılıqda keçirilən iclaslarda “Meydan TV” işi üzrə həbs olunan jurnalistlər Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı, Aysel Umudova, Şəmşad Ağa, Ramin Cəbrayılzadə (Deko), Ülvi Tahirov və Fatimə Mövlamlının barələrində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar verilib.

03/14/2025

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.

Azərbaycan və Ermənistan sülh sazişinin şərtləri barədə razılığa gəliblər. ABŞ Bakı və Yerevan arasında razılığı alqışlayıb – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç şərh edir; Birləşmiş Ştatlar və Ukrayna danışıqları, Tramp administrasiyasının müharibənin sona çatdırılması istiqamətində növbəti addımları və diplomatik səylərdən gözləntilər - Vaşinqtonda Atlantik Şuranın eksperti, ABŞ dövlət katibinin müavininin yardımçısı olmuş səfir Daniel Fridlə müsahibə - Vaşinqtondan hər həftə efirə çıxan Amerika İcmalı proqramında

Moskvada ABŞ nümayəndəsi ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən danışıqlardan sonra Kremlin sözçüsü Dmi...
03/14/2025

Moskvada ABŞ nümayəndəsi ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən danışıqlardan sonra Kremlin sözçüsü Dmitri Peskov cümə günü bildirib ki, Ukrayna ilə Rusiya arasında təklif olunan atəşkəs razılığı ilə bağlı “ehtiyatlı optimizm” üçün səbəblər var.

Telefonla verdiyi brifinqdə jurnalistlərlə danışan Peskov Putinin cümə axşamı verdiyi şərhlərə bənzər fikirlər səsləndirib. Belə ki, Putin ABŞ-ın Rusiyanın Ukrayna ilə müharibəsini 30 gün müddətində dayandırmaqla bağlı atəşkəs razılaşmasına qismən dəstəyini ifadə edib, amma cavablandırılmalı olan bəzi sualların hələ də qaldığını deyib.

Peskov bildirib ki, “hələ də çox iş görülməli olsa da,” Putin “[ABŞ Prezidenti Donald] Trampın mövqeyi ilə həmrəyliyini ifadə edib.” O deyib ki, Putin cümə axşamı gec saatlarda ABŞ-ın xüsusi elçisi Stiv Vitkofla danışıqlar aparıb və həmin görüşdə “Prezident Trampa məlumat və əlavə siqnallar çatdırıb.”

https://wxyz.page/Xg5K9

Martın 14-də həbsdə olan “Meydan TV” əməkdaşlarının həbs qətimkan müddətlərinin artırılması ilə bağlı istintaqın verdiyi...
03/14/2025

Martın 14-də həbsdə olan “Meydan TV” əməkdaşlarının həbs qətimkan müddətlərinin artırılması ilə bağlı istintaqın verdiyi təqdimata baxılıb.

Xətai Rayon Məhkəməsində ayrı-ayrılıqda keçirilən iclaslarda “Meydan TV” işi üzrə həbs olunan jurnalistlər Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı, Aysel Umudova, Şəmşad Ağa, Ramin Cəbrayılzadə (Deko), Ülvi Tahirov və Fatimə Mövlamlının barələrində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar verilib.

Eyni gündə “Meydan TV” işi üzrə həbsdə olan daha bir jurnalist Nurlan Qəhrəmanlının (Libre) da məhkəmə iclası təyin olunsa da, onun vəkili iclasda iştirak edə bilmədiyindən məhkəmə təxirə salınıb. Bu barədə Qəhrəmanlının həyat yoldaşı Əsli Əlizadə məlumat verib. O deyib ki, proses barədə vəkilə son anda məlumat verilib.

https://wxyz.page/y28lO

03/14/2025

Mukaçevodakı azərbaycanlı könüllülər

Mukaçevo, qərbi Ukraynada yerləşən və münaqişədən qaçan insanlar üçün təhlükəsiz bir sığınacaq rolunu oynayan bir şəhərdir. Burada könüllülər humanitar yardım, təxliyyə və məskunlaşma kimi sahələrdə fəaliyyət göstərir, həmçinin mülki və hərbi nəqliyyat vasitələrinin təmirini həyata keçirirlər. Onların fədakar işi minlərlə insana dəstək olmaqla yanaşı, bölgədə əhəmiyyətli rol oynayır.

03/14/2025

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

“Meydan TV” əməkdaşlarının həbs müddətləri artırılıb

Ukraynalı könüllülər ordunu və məcburi köçkünləri dəstəkləməyə davam edir

İqtisadçı və siyasi fəal Mehdi Nəimi Amerikanın Səsinə müsahibəsində pulunun sürətlə dəyər itirdiyi İranda iqtisadi vəzi...
03/14/2025

İqtisadçı və siyasi fəal Mehdi Nəimi Amerikanın Səsinə müsahibəsində pulunun sürətlə dəyər itirdiyi İranda iqtisadi vəziyyəti dəyərləndirib. O, mövcud iqtisadi və siyasi durumun davam edəcəyi təqdirdə inqilab, çevriliş və ya üsyanla nəticələnə biləcəyini önə çəkib.

İqtisadçı və siyasi fəal Mehdi Nəimi Amerikanın Səsinə müsahibəsində pulunun sürətlə dəyər itirdiyi İranda iqtisadi vəziyyəti dəyərləndirib. O, mövcud iqtisadi və siyasi durumun davam edəcəyi təqdirdə inqilab, çevriliş və ya üsyanla nəticələnə biləcəyini önə ...

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edi...
03/14/2025

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edir.

ABŞ Dövlət katibi Marko Rubio deyib ki, bu, Prezident Trampın daha sülhsevər dünya vizyonuna uyğun olaraq hər iki ölkə üçün onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək fürsətidir.

“İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək və Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır”, Dövlət katibinin martın 14-də yaydığı bəyanatda vurğulanır.

Marko Rubio hələ ötən ay Münhendə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə “Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləmək üçün birgə səyləri” müzakirə etmiş, “davamlı və ləyaqətli sülhün vacibliyi” tərəflər arasında yanvar ayında baş tutan telefon danışığında da vurğulanmışdı.

https://wxyz.page/XJZwJ

Address

330 Independence Avenue SW
Washington D.C., DC
20024

Alerts

Be the first to know and let us send you an email when Amerikanın Səsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amerikanın Səsi:

Videos

Share

Bizim Hekayəmiz

1942-ci il, 1 fevralda ABŞ II Dünya Müharibəsinə daxil olduqdan yeddi həftə sonra Nyu Yorkdakı kiçik studiyadan Almaniyaya 15 dəqiqəlik qısa radio proqramı yayımlandı.

Proqram Amerikanın vətənpərvər mahnısı “Respublikanın Döyüş Himni” ilə başlandı. Sonra Vilyam Harlan Heylin səsi eşidildi. “Biz sizə Amerikadan Səsləri gətiririk. Bu gün və hər gün indən belə biz sizə Amerika və müharibə haqda danışacağıq. Xəbərlər bizim üçün yaxşı ola bilər. Xəbərlər p*s ola bilər. Ancaq biz sizə həqiqəti söyləyəcəyik.”

Bu, 75 il sonra Vaşinqton şəhərində qərargahlanan Amerikanın Səsinin (Voice of America) ilk yayımı idi.

Müharibənin sonunadək Amerikanın Səsi 40 dildə proqram yayımlayırdı ki, bunlar musiqi, xəbər və şərhləri əhatə edirdi.