CNN Azerbaycan

CNN Azerbaycan Salam doğru ve azad xeber burada \\əməşdaşlığ üçün vacap və ya mesengirle bizim ile ələqə saxlayın
(3)

İrana hərbi texnika qaçıran azərbaycanlı həbs edildi   Ötən ilin sonunda Moskva Apellyasiya Məhkəməsi hərbi texnikan...
01/22/2024

İrana hərbi texnika qaçıran azərbaycanlı həbs edildi

   

Ötən ilin sonunda Moskva Apellyasiya Məhkəməsi hərbi texnikanın qanunsuz ixracı ilə bağlı iş üzrə qərar çıxa CNN Azərbaycan istinadla xəbər verir ki, 2021-ci ilin sentyabrında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycan əsilli Rusiya vətəndaşı Əliyar Qasım oğlu Ağalarovu həbs edib.

O, “Tor” hava hücumundan müdafiə sistemində istifadə olunması üçün Mİ-381 və Mİ-381-1 maqnetronlarının Azərbaycan ərazisindən keçirməklə qaçaqmalçılıq yolu ilə İrana daşınmasında ittiham olunub.

FTX-nin araşdırmasına görə, 2020-ci ilin sonunda Ağalarov Ukraynanın “Ukroboroneksport” dövlət müəssisəsinin törəməsi “Ukroboronservis”in maraqlarını təmsil edən potensial ukraynalı alıcı ilə əlaqə saxlayıb.

Dinləmə zamanı Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət və Texniki və İxrac Nəzarəti üzrə Federal Xidmət 2007-ci ildə “Tor” sistemlərinin Tehrana satılmasına baxmayaraq, maqnetronların rəsmi kanallar vasitəsilə İrana çatdırılmadığını məhkəmədə təsdiqləyib.

Qırmızı dənizdə Yunanıstana məxsus yük gəmisinə raket ilə vurulub Gəmiçilik şirkəti Ambrey, "Malta limanından çıxan Yuna...
01/16/2024

Qırmızı dənizdə Yunanıstana məxsus yük gəmisinə raket ilə vurulub Gəmiçilik şirkəti Ambrey, "Malta limanından çıxan Yunan yük gəmisinin Qırmızı dənizin cənubundan şimalına keçərkən hədəf alındığı və raketlə vurulduğu bildirildi"

Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi atəşə tutmaqda davam edir14-09-2022 / 14:01 Ermənistan silahlı q...
09/14/2022

Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi atəşə tutmaqda davam edir

14-09-2022 / 14:01



Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.
Xeberler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir.
Əməliyyat şəraiti ordumuzun nəzarətindədir.

Yerli turistlər ən çox hansı bölgəyə səfər ediblər?2021-ci ildə daxili səfərlərin ən çox təşkil edildiyi şəhərlərin adla...
09/12/2022

Yerli turistlər ən çox hansı bölgəyə səfər ediblər?

2021-ci ildə daxili səfərlərin ən çox təşkil edildiyi şəhərlərin adları açıqlanıb.

Bu barədə Oxu.Az-a Dövlət Turizm Agentliyindən xəbər verilib.

Bildirilib ki, ən çox ziyarət edilmiş ilk üç destinasiya Bakı, Naxçıvan Muxtar Respublikası və Quba olub.

Bu destinasiyalardan sonra Qusar, Qəbələ, Xaçmaz, Gəncə, Şəki, Sumqayıt və Abşeron isə növbəti ən çox ziyarət edilmiş şəhərlər siyahısındadır. Bakı bütün daxili səyahətlərin 31%-ni, Naxçıvan, Quba, Qusar və Xaçmaz isə 18%-ni təşkil edir. Gəncə, Şəki, Sumqayıt və Abşeron ölkədaxili edilən səfərlərin 15%-dən azını təşkil edir.

Səfərlərin məqsədlərə görə bölgüsündə Bakı, Xaçmaz, Gəncə və Abşeron istisna olmaqla, digər destinasiyalara səfərlərin, demək olar ki, yarıdan çoxu dost-qohum ziyarəti məqsədilə edilib. Yerli turistlər işgüzar məqsədlə əsasən Bakı (26%), Sumqayıt (14%), Abşeron (12%) və Gəncəni (10%) ziyarət ediblər.

2021-ci ildə Xaçmaz şəhəri 45% olmaqla əsas istirahət məkanı kimi qeydə alınıb, halbuki 2020-ci il üçün bu rəqəm 28% olub. Quba (40%), Qusar (39%) və Şamaxı (38%) isə digər əsas istirahət şəhərlərindən hesab olunur. Sağlamlıq məqsədilə Bakı (16%) və Sumqayıt (16%), alış-veriş məqsədilə isə əsas şəhərlər Gəncə (13%) və Şəmkirdir (8%). Dini və digər məqsədli ziyarətlər ölkədaxili səfərlər üçün elə də maraqlı deyil.

Yerli turistlərin səfərlərinin əksəriyyəti orta hesabla bir-üç gün (34-44%) və dörd-yeddi gün (24-33%) təşkil edib. Birgünlük səfərlərin əksəriyyəti Bakı və Abşerona həyata keçirilib (17%). 8-14 günlük səfərlərdə üstünlük verilən şəhərlər Şəmkir, Bərdə və Şəkidir (hər biri 14%). Səyahət müddətinin 15 gün və daha uzun müddət təşkil etdiyi rayonlar arasında isə Bərdə və Xaçmaz qeyd edilməlidir.

Azərbaycanlı dənizçilərin də olduğu gəmiyə hücumla bağlı yeni FAKTLARYunanıstanın Sahil Mühafizəsi tərəfindən atəşə tutu...
09/11/2022

Azərbaycanlı dənizçilərin də olduğu gəmiyə hücumla bağlı yeni FAKTLAR

Yunanıstanın Sahil Mühafizəsi tərəfindən atəşə tutulan heyətində azərbaycanlıların da olduğu “Anatolian” adlı gəmi Türkiyənin Çanaqqala boğazına yan alıb.

Türkiyənin Sahil Mühafizə Komandanlığının iki gəmisinin müşayiət etdiyi gəmi Qaranlıq liman adlı ərazidə lövbər salıb.

“Əvvəlcə iki gəmi gəldi, atəşə davam etdi. Gəminin “körpü üzəri” dediyimiz hissəsinə doğru nişan aldılar, ora atəş açdılar. Türkiyə gəmilərinin gəldiyini gördükdə bölgəni tərk etdilər.

Anons edə bilərdilər. Gəmini dayandırmağın bir çox yolu, üsulu, qaydası var. Məhkəmə qərarı verə bilərdilər, bayrağın aid olduğu dövlətə xəbərdarlıq edə bilərdilər. Məlumat verib, icazə ala bilərdilər. Biz tək gəmi deyilik ki, o sularda minlərlə gəmi var”, - deyə gəminin aid olduğu şirkətin rəsmisi Cengiz Oluc bildirib.

C.Olucun sözlərinə görə, hadisə zamanı “körpü üzəri” adlanan hissədə şüşə sınıb, bundan başqa gəmiyə zərər dəyməyib.

Ukrayna ordusu Lisiçanska doğru irəliləyirRusiya qoşunları Balakleya və İzyumdan Donetsk istiqamətində yenidən qruplaşdı...
09/10/2022

Ukrayna ordusu Lisiçanska doğru irəliləyir

Rusiya qoşunları Balakleya və İzyumdan Donetsk istiqamətində yenidən qruplaşdırılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə əməliyyat Donetsk istiqamətindəki qüvvələri gücləndirmək üçün həyata keçirilib.

Ukrayna mənbələrindən yayılan məlumata görə, ölkənin Silahlı Qüvvələri artıq Luqansk vilayətinin Lisiçansk şəhərinə çatıblar. Bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday təsdiqləyib.

Hələlik təfərrüatlar açıqlanmayıb.

Xatırladaq ki, Ukrayna ordusu uğurlu əks-hücum nəticəsində Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini işğaldan azad etməyə müvəffəq olub. Həmçinin, artıq Kupyansk şəhəri üzərində də nəzarəti ələ keçirilib və Ukrayna bayrağı ilə müvafiq ərazidən foto dərc olunub.

Jurnalist Əvəz Zeynallı saxlanıldı?Jurnalist Əvəz Zeynallının saxlanıldığı iddia olunur. Learn MoreBu barədə sosial şəbə...
09/10/2022

Jurnalist Əvəz Zeynallı saxlanıldı?

Jurnalist Əvəz Zeynallının saxlanıldığı iddia olunur.

Learn More

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Ə.Zeynallı bu gün günorta saatlarında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Qeyd edək ki, onun həbsdə olan iş adamlarından birinin ailəsindən 20 min manat pul tələb etdiyi iddia olunur.

Azərbaycanda muzdla çalışan işçilərlə bağlı AÇIQLAMA2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalı...
09/09/2022

Azərbaycanda muzdla çalışan işçilərlə bağlı AÇIQLAMA

2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin daha çox hansı sahələrdə işlədiyi açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 14,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Ümumilikdə 2022-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və ya 1,7 faiz artaraq 1719,1 min nəfər olmuş, onlardan 897,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 821,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bakıda ağacları qəsdən qurudan şirkətlə bağlı AÇIQLAMADövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keç...
09/09/2022

Bakıda ağacları qəsdən qurudan şirkətlə bağlı AÇIQLAMA

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların quruduğu faktı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-a bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Ailə Park” MMC tərəfindən qəsdən qurudulduğu və təbiətə ümumilikdə 11 760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib

II Elizabet - dünya tarixinin 70 ilinin şahidi - ŞƏRH + FOTOBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kr...
09/09/2022

II Elizabet - dünya tarixinin 70 ilinin şahidi - ŞƏRH + FOTO

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası Elizabet Aleksandra Mariya Vindzor vəfat etdi. Dünya tarixində çoxlu dövlət başçıları ölüb. Ancaq onların arasında elələri var ki, xatırlananda böyük tarixi hadisələr, tanınmış insanlar, yeni kəşflər və s. bu kimi məsələlər də yada düşür.

Kraliça Elizabet belə şəxsiyyətlərdən idi. O, 1926-cı il aprelin 21-də Meyferddə, Böyük Londonda anadan olub. II Elizabet 1952-ci il fevralın 6-da taxt-taca sahib olub, 1953-cü il iyunun 2-də isə rəsmi tacqoyma mərasimi keçirilib. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və bu birliyə daxil olan 17 dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın kraliçası, Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu idi. Elizabet 1953-cü il mayın 29-dan 1961-ci ilədək Cənubi Afrika İttifaqının kraliçası olub. Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Vindzorlar sülaləsinin nümayəndəsi idi.



Qeyd edək ki, Böyük Britaniya monarxının səlahiyyətləri 1689-cu ildə “Hüquqlar haqqında bill” ilə məhdudlaşdırılıb. “Tacın varisliyini nizamlayan, təbəənin hüquq və azadlıqlarını bəyan edən akt” 1689-cu il dekabrın 16-26-da baş vermiş “Şanlı İnqilab” nəticəsində İngiltərə Parlamenti tərəfindən qəbul edilmiş aktdır. Britaniya Konstitusiyasının əsas hissələrindən biri, insan hüquqlarını qanuni olaraq təsdiq edən ilk sənədlərdəndir. Üç əsrdən artıqdır ki, Britaniya monarxının səlahiyyətləri məhdudlaşdırılıb. Onun fəaliyyəti daha çox rəmzi xarakter daşıyır. Bununla belə, onun sənədlərin qəbul edilməsi və hökumət başçısı

Muaythai mesqlerime devetlidir gelmek istiyen şexsler hefte 3gùnù 1-3-5 gùnler Azadliģ Prospekti Qara canavar Wolf club ...
09/08/2022

Muaythai mesqlerime devetlidir gelmek istiyen şexsler hefte 3gùnù 1-3-5 gùnler Azadliģ Prospekti Qara canavar Wolf club Muaythai Uşhu k1 keçrilir Rustem mellim terefinden Ciddi beyler ve ariğlamağ istiyen xanimlarda muraciet ede biler

Lənkəranda 17 yaşlı qız tövlədə intihar etdiLənkəranda intihar hadisəsi olub.Lent.az-ın məlumatına görə, hadisə rayonun ...
09/08/2022

Lənkəranda 17 yaşlı qız tövlədə intihar etdi

Lənkəranda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Ürgə kəndində baş verib.

Kənd sakini 17 yaşlı Ülviyyə Əliyeva (ad və soyad şərtidir - red.) yaşadığı evin həyətindəki tövlədə özünü asıb.

Onun hansı səbəblə intihar etməsi hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda siyasi partiyalar hansı halda ləğv olunacaqlar?“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra ü...
09/07/2022

Azərbaycanda siyasi partiyalar hansı halda ləğv olunacaqlar?

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra üzvlərinin sayını 90 gün ərzində 10 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.

APA-nın xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin versiyasında keçid müddəalarında əksini tapıb.

Beləliklə, yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun qüvvəyə mindiyi tarixdən 90 gün müddətində üzvlərinin sayının azı 10 min nəfərə çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.

Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiya üzvlərinin reyestri təqdim olunduğu tarixdən 30 gün müddətində onun qanunun tələblərinə uyğunluğunu yoxlayacaq.

Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edildikdə, onun təqdim olunduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyaya təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək. Bu məlumat daxil olduğu tarixdən 15 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestri təqdim etməlidir.

Təqdim edilmiş siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) reyestrin təqdim olunduğu tarixdən 30 gün müddətində bu barədə məlumatı siyasi partiyaya təqdim etməl

09/07/2022

Seyfemize desdey olub bizi ve azad geleceyi desdekleyin

Ərdoğan ABŞ-a səfər edəcəkTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcəkBu barədə çərşənbə günü dövlət başçı...
09/07/2022

Ərdoğan ABŞ-a səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək

Bu barədə çərşənbə günü dövlət başçısının ofisindəki mənbə bildirib.

Onun sözlərinə görə səfər sentyabrın 17-dən 22-dək olan müddətdə planlaşdırılıb.

Azərbaycanda enerji içkiləri ilə bağlı XƏBƏRDARLIQAzərbaycanda enerji içkiləri ilə bağlı xəbərdarlıq edilib.Bu barədə Qi...
09/07/2022

Azərbaycanda enerji içkiləri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda enerji içkiləri ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair yanlış təəssürat yaradan məhsullar istehsal edən sahibkarlıq subyektlərinə və satış şəbəkələrinə ciddi xəbərdarlıq olunub.

Eyni zamanda həm istehsalçı şirkətlər, həm də satış şəbəkələrinin rəhbərləri ilə görüşlər keçirilib, onlara öz fəaliyyətlərini normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirmələri barədə müvafiq göstərişlər verilib.

Qeyd edək ki, nəzarət tədbirləri çərçivəsində enerji içkiləri ilə bağlı agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək 2022-ci il 1 avqust tarixindən ticarət və ictimai iaşə müəssisələrində aidiyyatı qurumlarla birgə 1 537 ticarət və ictimai iaşə müəssisəsində monitorinq həyata keçirilib. Monitorinqlər zamanı qeyd olunan sahədə fəaliyyət göstərən 297 ticarət şəbəkəsində enerji içkisi olmayan içkilərin enerji içkiləri kimi satışının həyata keçirildiyi vitrinlərdə satılması, həmin məhsulların qiymət kağızının üzərində məhsulun enerji içkisi kimi təqdim edilməsi kimi nöqsanlara rast gəlinib.

Aşkarlanan faktlarla bağlı sahibkarlıq subyektləri barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

İran israil münasibətləri  ən son p*k hede çatdığını bilirsiz bes siz hansı  terefdensiz sizce hansı teref haklıdı ?????...
09/05/2022

İran israil münasibətləri ən son p*k hede çatdığını bilirsiz bes siz hansı terefdensiz sizce hansı teref haklıdı ???????

İran Avropanı enerji ilə təmin edə bilər - Şərtini AÇIQLADIİran Avropanın enerji ehtiyaclarını ödəyə biləcəyini bəyan ed...
09/05/2022

İran Avropanı enerji ilə təmin edə bilər - Şərtini AÇIQLADI

İran Avropanın enerji ehtiyaclarını ödəyə biləcəyini bəyan edib.

Lakin bunu Nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalanacağı təqdirdə edəcəyini vurğulayıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Çaafi məlumat verib.

Onun sözlərinə görə, İranın nüvə proqramı üzrə beynəlxalq sazişin bağlanması üzrə danışıqlar uğurla nəticələnərsə və Tehran üzərindən sanksiyalar götürülərsə, İran enerji resurslarının tədarükçüsünə çevrilə bilər. Bununla da Avropa ölkələrinin Ukraynadakı vəziyyətlə bağlı iqtisadi böhran fonunda yaranmış ehtiyaclarının böyük hissəsini ödəyə bilər.

“Ümid edirik ki, saziş bağlanacaq və İran dünya ölkələrini və Avropanı enerji ilə təmin etməkdə daha təsirli rol oynaya biləcək”, - deyə Naser Kənani Çaafi bildirib.

O qeyd edib ki, Avropanın İranın enerji potensialına həqiqətən ehtiyacı var, Tehranın köməyi isə olduqca əhəmiyyətli ola bilər.

09/05/2022
Əfqanıstanın Kunar əyalətində baş verən zəlzələ nəticəsində azı səkkiz nəfər ölüb.Bu barədə yerli hakimiyyət orqanlarınd...
09/05/2022

Əfqanıstanın Kunar əyalətində baş verən zəlzələ nəticəsində azı səkkiz nəfər ölüb.

Bu barədə yerli hakimiyyət orqanlarından məlumat verilib.

Təbii fəlakət bazar günündən bazar ertəsinə keçən gecə vilayətin şərqində qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yeraltı təkanların 5,3 bal gücündə olduğunu bildirib. Təbii fəlakət nəticəsində onlarla yaşayış binası dağılıb, qurbanların sayı dəqiqləşdirilir.

A-Haber Merkezi – İran devlet medyası, Bahai dini azınlığına mensup 12 kişinin daha “İslam cumhuriyetinin baş düşmanı İs...
09/05/2022

A-

Haber Merkezi – İran devlet medyası, Bahai dini azınlığına mensup 12 kişinin daha “İslam cumhuriyetinin baş düşmanı İsrail ile bağlantılı olmakla” suçlayarak tutuklandığını duyurdu.

Devlet televizyonu internet sitesi Iribnews, Cumartesi günü geç saatlerde, Mazanderan vilayetinde İstihbarat Genel Müdürlüğü ekiplerinin, "Bahai Siyonist örgütünün 12 üyesini tespit ederek tutukladığını" yazdı.

Haberde, yakalanan kişilerin merkezi, Adalet Evi – (Beyt el-Adl veya işgal altındaki Hayfa) olarak bilinen “Siyonist” örgüte bağlı oldukları, İran’ın iç bölgelerine gönderdikleri “casuslar yoluyla Bahailiği yeniden canlandırmayı amaçladığı” öne sürüldü.

Bahailere baskılar arttı

İran İstihbarat Bakanlığı, Ağustos ayının başında da, ülkede yasaklı olan Bahailik inancı mensuplarından oluşan “Merkezi Ağ” üyelerini gözaltına alındığını açıklamıştı.

Bakanlık, daha sonra bu örgütün üyelerine, "ülke genelindeki anaokullar başta olmak üzere farklı seviyelerde eğitim ortamlarına sızma" talimatı verildiğini öne sürdü.

Fransız Haber Ajansı’na (AFP) göre, İran’daki Bahailere geçen yıl kapsamlı tutuklama, iş yerlerine baskın ve evlerinin buldozerlerle yıkılması gibi değişen artan bir zulümle karşılaştı.

İran Bahaileri tanımıyor

İran'ın en büyük gayrimüslim azınlığı olan Bahai inancının kökeni 19. Yüzyıla dayanıyor. Bahailik tüm halklar arasında birlik ve eşitliğe çağırıyor. Bu inancın mensupları 1817’de İran’da doğan Bahaullah’ın öğretilerine inanıyor.

Dünya genelinde milyonlarla ifade edilen mensupların İran’daki sayılarının yaklaşık 300 bin olduğu tahmin ediliyor.

Bahailik inancı, 1979 İslam Devrimi sonrası iktidara gelen din adamları ve dini temsilciler arasındaki rekabet başta olmak üzere tarihi sebeplerden ötürü yasaklı.

Fransız Haber Ajansı’na (AFP) göre İran siyasi rejimi bu inancın mensuplarını “bidat ehli” olarak tanımlıyor ve genellikle ezeli bölgesel düşmanı İsrail ile irtibatlı olmakla suçluyor.

Şii İslam'ın devlet dini olduğu İran, Hristiyanlık, Yahudilik ve Zerdüşt

Benzema sosial media hesablarını sildiMadrid “Real”ının ulduz hücumçusu Kərim Benzema qəfildən bir neçə məşhur sosial şə...
09/04/2022

Benzema sosial media hesablarını sildi
Madrid “Real”ının ulduz hücumçusu Kərim Benzema qəfildən bir neçə məşhur sosial şəbəkədəki hesablarını silmək qərarına gəlib.

34 yaşlı fransalı futbolçu “Instagram” və “Twitter” hesablarını deaktiv edib. Benzemanın hansı səbəbdən bu addımı atdığı hələlik məlum deyil.

Xatırladaq ki, Kərim bu il “Qızıl top” mükafatının favoritidir. Ötən mövsüm fransalı kral klubu ilə birlikdə Çempionlar Liqasının və İspaniya çempionatının qalibi olub.

Gələn həftə Azərbaycan, İran və Rusiya nümayəndələri Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə həyata keçir...
09/04/2022

Gələn həftə Azərbaycan, İran və Rusiya nümayəndələri Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə həyata keçirilməsi nəzərdə tutulan işləri müzakirə edəcəklər.

Bu barədə İranın Azərbaycandakı səfiri Abbas Müsəvi məlumat verib.

O bildirib ki, görüşdə Rəşt-Astara dəmir yolunun inşasının başa çatdırılması məsələsinə də baxılacaq.

Rəşt-Astara dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən dəmir yoludur. Bu, Avropa, Rusiya və Qafqaz dövlətlərini körfəz və Cənub Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirir. Avropadan Asiyaya və əks istiqamətə daşınacaq yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolundan keçəcək.

Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan, İran və Rusiya yolun Rəşt-Astara hissəsinin də tezliklə tikilib istifadəyə verilməsində maraqlıdırlar. Çünki bu yol Azərbaycanın Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, tranzit imkanlarını da artıracaq.

İran mətbuatı qeyd edib ki, dəmir yolu hazır olduqdan sonra İranın qonşuları ilə də ticarət əlaqələri inkişaf edəcək. Bu yol təkcə İrana deyil, tranzit ölkə olan Azərbaycana da gəlir gətirəcək.

Bakıda keçiriləcək üçtərəfli görüş Rəşt-Astara yolunun tezliklə tikilib istifadəyə verilməsi üçün əhəmiyyətlidir.

Azerbaycan müdafiyə naziri açıqladı 24 saat içinde  29 defe ermeni silahlı güçleri atəşkəsi pozublar
09/04/2022

Azerbaycan müdafiyə naziri açıqladı 24 saat içinde 29 defe ermeni silahlı güçleri atəşkəsi pozublar

Address

Amerika
New York, NY

Alerts

Be the first to know and let us send you an email when CNN Azerbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CNN Azerbaycan:

Share

Nearby media companies


Other News & Media Websites in New York

Show All

You may also like