SAT-7 TÜRK / Azərbaycanca

SAT-7 TÜRK / Azərbaycanca Mesihçi mədəniyyət və ənənəsini, Türk və Azərbaycan dillərində danışan hər kəsə çatdırmağı hədəfləyən və Türksat üzərindən efirdə olan tək TV kanalıdır.

müxtəlif proqramlar vasitəsilə, həyata dair bütün suallara Tanrı sözü vasitəsilə cavablar vermək

Turksat peykinde:
Türksat 4A 42° Batı 11824 V 8000

İnternet üzərindən də baxa bilərsiniz: www.sat7turk.com/canli-yayin/

PASTOR VƏ BƏŞ XRİSTİAN ÖLDÜRÜLÜBNigeriyanın mərkəzindəki Nasarava əyalətində Fulani çobanlarının hücumu nəticəsində bir ...
13/04/2024

PASTOR VƏ BƏŞ XRİSTİAN ÖLDÜRÜLÜB

Nigeriyanın mərkəzindəki Nasarava əyalətində Fulani çobanlarının hücumu nəticəsində bir pastor və beş xristian həlak olub.

Kadarko bölgəsindəki icma lideri Denis Utsa, “Silahlı hücumçular Tse-Abir Azer kəndinə basqın etdilər. Həyatını itirənlərdən başqa onlarla xristian yaralanıb. Terrorçular tərəfindən güllələnən pastor Kinqsli Orşaz aparıldığı xəstəxanada dünyasını dəyişib. İki gündür davam edən hücumlarda 6 xristian həyatını itirib. Yaraqlılar köçkün xristianların yaşadığı düşərgəyə də hücum ediblər” dedi.

Polis sözçüsü Ramhan Nansel bildirib ki, polis əməkdaşları hücumların qarşısını almaq üçün yerləşdirilib. Open Doors təşkilatının 2024-cü il Dünya İzləmə Siyahısı hesabatına görə, 1 oktyabr 2022-ci il və 30 sentyabr 2023-cü il tarixləri arasında 4118 xristian inanclarına görə öldürülüb, 3 mindən çox xristian qaçırılıb. Həmçinin kilsələrə və xristian institutlarına 750 hücum edilib. (Mənbə: Christianity Today)
__________

KİLSƏYƏ BASQIN ZAMANI 18 XRİSTİAN HƏBS EDİLİBÇinin Anhui əyalətindəki Fuyang Maizhong Reformçu kilsəsinə basqın edilib. ...
13/04/2024

KİLSƏYƏ BASQIN ZAMANI 18 XRİSTİAN HƏBS EDİLİB

Çinin Anhui əyalətindəki Fuyang Maizhong Reformçu kilsəsinə basqın edilib.

Həbs edilən 18 nəfər arasında kilsə ağsaqqalı Çanq Şun da var. Çanq Şun altı ay ərzində üç dəfə həbs edilib. Fuyang Maizhong Reformçu kilsəsi hakimiyyət tərəfindən dövlətin nəzarətində olan “Vətənpərvərlik Hərəkatı”na qoşulmağa məcbur edilib.

Polis icma üzvlərinin telefonlarını və kompüterlərini ələ keçirib. Saxlanılan 18 nəfərin ən azı iki həftə həbsdə qalacağı gözlənilir. Kilsə bütün təzyiqlərə baxmayaraq Rəbbə sadiq qalır. (Mənbə: Persecution)
__________

YAĞIŞLAR NƏTİCƏSİNDƏ ONLARLA İNSAN HƏYATINI İTİRİBBoliviyada son 3 ayda leysan yağışların səbəb olduğu daşqınlar nəticəs...
12/04/2024

YAĞIŞLAR NƏTİCƏSİNDƏ ONLARLA İNSAN HƏYATINI İTİRİB

Boliviyada son 3 ayda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 52 nəfər həyatını itirib.

Başda La Paz olmaqla bir çox şəhəri təsir edən yağışlar çoxlu sayda insan tələfatına və dağıntılara səbəb olub.

Səlahiyyətlilər tərəfindən edilən açıqlamada, leysan yağışların 133 qəsəbədə daşqınlara səbəb olduğu və 51 min 668 insanın bu vəziyyətdən zərər çəkdiyi bildirilib.

Bildirilib ki, 911 evin dağıldığı, 1251 evə isə qismən ziyan dəydiyi yağışlarla əlaqədar bəzi rayonlarda “qırmızı həyəcan” elan edilib. (Mənbə: Anadolu Agentliyi)
__________

İNANCINA SADİQ QALAN QOCANIN SAXLANMASI DAVAM EDİRİndoneziyada Apollinaris Darmavan adlı qoca 2020-ci ildən həbsdədir. 2...
12/04/2024

İNANCINA SADİQ QALAN QOCANIN SAXLANMASI DAVAM EDİR

İndoneziyada Apollinaris Darmavan adlı qoca 2020-ci ildən həbsdədir. 2020-ci ilin avqustunda Darmavan sosial mediada dini təhqir etdiyi iddiası ilə saxlanılıb.

Katolik olan qoca sosial media hesablarından İncili təbliğ etmək üçün istifadə etdi və “Allaha aparan altı yol” adlı kitab yazdı. Onun işi yerli əhalinin qəzəbinə səbəb olub. Ekstremistlər 8 avqust 2020-ci ildə Darmavanın evinə basqın etdilər. O, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmazdan əvvəl döyülüb.

Darmavan, fərdlərə və cəmiyyətə qarşı nifrət və ayrı-seçkilik yaratdığı iddiası ilə Bandunq Rayon Məhkəməsi tərəfindən 5 il həbs və 52 min dollar cərimə kəsilib. (Mənbə: Persecution)
__________

MİNLƏRLƏ İLAHİYYAT KİTABI BAĞIŞLANACAQXristian xeyriyyə təşkilatı dünya üzrə teoloji resurslardakı boşluğu doldurmaq üçü...
08/04/2024

MİNLƏRLƏ İLAHİYYAT KİTABI BAĞIŞLANACAQ

Xristian xeyriyyə təşkilatı dünya üzrə teoloji resurslardakı boşluğu doldurmaq üçün 10 000-dən çox kitab bağışlayacaq.

Langham Partnership təşkilatı tərəfindən irəli sürülən təşəbbüs Ümumdünya Kitab Gününə təsadüf edir. Dünyada qeyri-kafi teoloji resurslara görə liderlik böhranı olduğunu bildirən Langham Partnership, kilsə rəhbərlərinin təxminən 80 faizinin teoloji təhsil almadığını və ilahiyyat məktəblərində kifayət qədər kitab olmadığını bildirdi.

Yardım təşəbbüsü ilahiyyat məktəblərinə öz kitabxanalarını yaratmaq imkanı verəcək. Bundan əlavə, məktəblərə maliyyə dəstəyi və maddi-texniki yardım göstəriləcək. Langham Böyük Britaniya və İrlandiyanın İnkişaf üzrə Meneceri Saymon Foulds dedi: “Biz yoxsulluq, zülm və təqiblərlə mübarizə aparan xristian liderləri təchiz etməliyik. Hər kilsə savadlı liderə layiqdir. Biz kilsə rəhbərlərinin müxtəlif kitablarla dolu kitabxanadan istifadə etmələrini istəyirik. Təhsilin teoloji baxımdan əhəmiyyəti danılmazdır.”

Beynəlxalq İlahiyyat Seminariyasından Rose Çemegemet, "Biz Langhamın Afrikadakı köməyinə görə minnətdarıq. Lenqama ianə verən hər kəsə təşəkkür etmək istəyirəm" dedi. (Mənbə: Christianity Today)
__________

ABORT KONSTİTUSİYA HÜQUQUNA ÇEVRİLDİVersal sarayında Milli Assambleya ilə Senatın bir araya gəldiyi Fransa Konqresinin b...
07/04/2024

ABORT KONSTİTUSİYA HÜQUQUNA ÇEVRİLDİ

Versal sarayında Milli Assambleya ilə Senatın bir araya gəldiyi Fransa Konqresinin birgə iclasında Konstitusiyada abort hüququnu qoruyan dəyişiklik layihəsi təsdiqlənib.

Qəbul edilən qanunla Konstitusiyanın 34-cü maddəsində “qadınlara hamiləliyin könüllü olaraq dayandırılmasından faydalanmaq azadlığı təmin edilir” ifadəsi yazılıb.

Ölkədə uzun müddətdir müzakirə edilən və hökumətin 18 ay üzərində çalışdığı konstitusiya dəyişikliyi Məclis və Senatda qəbul edildikdən sonra Fransa Konqresi düzəlişi təsdiqləmək üçün toplandı.

Konstitusiya dəyişikliyi üçün lazım olan 512 səsi çox aşan dəstəklə, 72 əleyhinə 780 səslə "abort haqqının Konstitusiyaya yazılması" qəti şəkildə qəbul edildi.

Beləliklə, Versal Konqresi dünyada “abort hüququnu” konstitusiya ilə qoruyan ilk qanunverici orqan oldu.

Fransadakı bütün siyasi qruplar qərarı dəstəklədiyi halda, Fransız Katolik Kilsəsinin nümayəndələri qanuna qarşı kampaniya aparıblar. Konqres hamiləliyin könüllü olaraq sonlandırılmasının (IVG) Fransa Konstitusiyasına daxil edilməsinə səs verməzdən bir qədər əvvəl Vatikan da bəyanat verdi və bildirdi ki, "Vatikan insan həyatını məhv etmək cəhdinə qarşıdır". (Mənbə: Voa Türkçe)
__________

SÜLHÜN TƏŞVİKİNƏ SÖZ VERİLDİMərkəzi Afrika Respublikasının Banqassu Yeparxiyasının Monsenyoru Aurelio Qazzera ölkədə fəa...
06/04/2024

SÜLHÜN TƏŞVİKİNƏ SÖZ VERİLDİ

Mərkəzi Afrika Respublikasının Banqassu Yeparxiyasının Monsenyoru Aurelio Qazzera ölkədə fəaliyyət göstərən üsyançı qruplarla dialoqu təşviq edəcəyinə söz verib.

Gazzera, Katolik yardım qrupu Ehtiyacı olan Kilsəyə Yardım (ACN) tərəfindən hazırlanan hesabatda, "Ölkənin əksər hissəsində xaos hökm sürür. Çalışacağam ki, hamını dinləyim və sülhün simvolu olum. Mən üsyançı qruplarla dialoqu davam etdirmək üçün əlimdən gələni edəcəyəm” dedi.

Ölkədəki silahlı dəstələr günahsız insanları qətlə yetirməkdə davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) insanların qarşıdurmalar səbəbindən köçkün düşdüyünü və dolanışıq vasitələrinə çıxışın çətinləşdiyini açıqlayıb.

Qazzera, “Qardaşlarımın əzabına görə üzr istəyirəm. Onlara qarşı məsuliyyətim həmişəkindən daha böyükdür. Çoban təkcə qoyunlarını müşayiət etmir, həm də onları təhlükədən qoruyur. Mən narahatam, amma Rəbbə güvənirəm. Mənim gücüm Rəbbdən gəlir” dedi. (Mənbə: Catholic News Agency)
__________

XRİSTİAN ŞAGİRDLƏR MƏKTƏBDƏN QOVULUBPakistanın Peşəvər şəhərində kasıb xristian şagirdlər ödənişləri ödəyə bilmədikləri ...
05/04/2024

XRİSTİAN ŞAGİRDLƏR MƏKTƏBDƏN QOVULUB

Pakistanın Peşəvər şəhərində kasıb xristian şagirdlər ödənişləri ödəyə bilmədikləri səbəbiylə özəl məktəbdən qovulublar. Şagirdlərin məktəbdən kənarlaşdırılması ölkədə təhsil imkanlarının bərabərliyinin pozulması deməkdir.

Beynəlxalq Xristian Təşkilatı (ICC) bəyan edib ki, sosial və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs təhsil almaq hüququna malikdir. Şagirdlərin iqtisadi səbəblərə görə məktəbdən uzaqlaşdırılması sosial parçalanmaya səbəb olur.

ICC sosial media hesabında bu haqsızlığı p*sləsə də, məktəb direktorunun səhlənkarlıq etdiyi bildirilib. Məktəb rəhbərliyindən qərarın ləğvi və şagirdlərin təhsillərini davam etdirmələri istənilib. Həmçinin ölkədə xristian tələbələrin keyfiyyətli təhsil alması üçün mübarizə aparmağa ehtiyac olduğu vurğulanıb. (Mənbə: Persecution)
__________

XRİSTİANLARA QARŞI TƏQİBİN TANINMASI TƏLƏB EDİLDİABŞ Nümayəndələr Palatasının üzvü Mişel Stil dövlət katibi Antoni Blink...
30/03/2024

XRİSTİANLARA QARŞI TƏQİBİN TANINMASI TƏLƏB EDİLDİ

ABŞ Nümayəndələr Palatasının üzvü Mişel Stil dövlət katibi Antoni Blinkenə yazdığı məktubda Vyetnamdakı təqibin tanınmasını istəyib.

Məktubda Dövlət Departamentinin ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının (USCIRF) tövsiyələrinə əməl etmədiyi vurğulanır. USCIRF son iki onillikdə Vyetnamı Xüsusi Narahat Olunan Ölkələr siyahısına əlavə etməyə çağırır. Bununla belə, Vyetnam "Xüsusi İzləmə Siyahısı"ndadır.

Stilin məktubunda Vyetnamın şimalında yaşayan Montagnard etnik qrupunun təqib edilməsinə diqqət çəkilib. Vyetnam Kommunist Partiyası məhbuslara və xristianlara qarşı repressiyaları artırdı.

Stil, “Vyetnamda düşüncə cinayətlərinə görə saxlanılanlar tibbi müalicə ala bilmir, işləməyə məcbur edilir və ibadət hüququndan məhrum edilirlər. Onların çoxu səhhətində yaranan problemlərə görə dünyasını dəyişib” dedi.

Stilin məktubu təkcə Vyetnamdakı xristianlara deyil, həm də ABŞ-dakı xristianlara və digər dini azlıqlara dəstəkdir. (Mənbə: Persecution)
__________

İMAN DOSTU ŞİRKƏTLƏR İŞ HƏYATINA NÜMUNƏ OLURAraşdırmalara görə Rolls-Royce, Böyük Britaniyanın ən imanlı şirkətlərindən ...
27/03/2024

İMAN DOSTU ŞİRKƏTLƏR İŞ HƏYATINA NÜMUNƏ OLUR

Araşdırmalara görə Rolls-Royce, Böyük Britaniyanın ən imanlı şirkətlərindən biridir. İman və İş Azadlığı Fondunun apardığı araşdırmada avtomobil istehsalçısı məsləhət firması Baringa Partners LLP ilə birlikdə seçilib.

Araşdırma, şirkətlərin dini müxtəlifliyə önəm verib-vermədiyini və işçilərinin dini ehtiyaclarını ödəyib-ödəmədiyini ölçdü. İman dostu şirkətlər siyahısında Rolls Royce və Baringa-dan sonra Ovo Energy, NATS və Thames Water gəlir.

Digər tərəfdən, inanclara dözümlü olan şirkətlərin istedad qazanma və məhsuldarlıqda necə rəqabət üstünlüyü əldə edə biləcəyi araşdırılacaq. İman və İş Azadlığı Fondu dedi: “Şirkətlərin əksəriyyəti irq, qabiliyyət və cinsiyyətə görə müxtəlif resurs qruplarına malik olsa da, yalnız 12 faizi dinə və imana eyni əhəmiyyəti verir. Məlumatlar göstərdi ki, din və iman müxtəliflik siyasətlərinə daxil edilməlidir”. (Mənbə: Christianity Today)
__________

DİNƏ TƏHQİR QANUNU QÜVVƏYƏ MİNİR2023-cü ilin dekabrında cinayət məcəlləsinin küfr bölməsi Danimarka parlamenti tərəfində...
27/03/2024

DİNƏ TƏHQİR QANUNU QÜVVƏYƏ MİNİR

2023-cü ilin dekabrında cinayət məcəlləsinin küfr bölməsi Danimarka parlamenti tərəfindən rəsmi olaraq dəyişdirildi.

Dəyişiklik edilmiş hissədə aşağıdakı ifadə yer alır: “Şəxs açıq şəkildə və ya geniş kütləyə təsir etmək məqsədi ilə dini etiqad əleyhinə cinayət törədirsə, o, cəzalandırılacaq”. Dəyişiklik Danimarka Cinayət Məcəlləsinin 110-cu maddəsinə daxil edilib.

Dəyişikliyin məqsədinin Danimarkanın xarici əlaqələrini qorumaq olduğu təxmin edilir. Çünki 2017-ci ildə küfr qanununun ləğvi ilə ölkə p*s reputasiya qazandı.

ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) Danimarka parlamentinin qəbul etdiyi qərarı p*sləyib. USCIRF üzvü David Curry, "Küfr qanunu cəmiyyətdəki təhlükəsizlik narahatlıqlarını və nifrəti aradan qaldırmaq üçün kifayət deyil" dedi. (Mənbə: Persecution)
__________

XRİSTİAN QARDAŞLAR İŞGƏNCƏLƏRƏ MƏRUZ QALDILARPakistanın Pəncab əyalətində oğurlanaraq dinini dəyişdirməyə məcbur edilən ...
25/03/2024

XRİSTİAN QARDAŞLAR İŞGƏNCƏLƏRƏ MƏRUZ QALDILAR

Pakistanın Pəncab əyalətində oğurlanaraq dinini dəyişdirməyə məcbur edilən iki xristian qardaş işgəncələrə məruz qalıb. Azam Masih (39) və onun qardaşı Nadim Masih (41) iki nəfər tərəfindən dəmir çubuqlarla döyülüb. Yaralanan qardaşlar imanlarını tərk etmək məcburiyyətində qaldılar.

Ekstremistlər qardaşları sərbəst buraxsalar da, onları və ailələrini ölümlə hədələyiblər. Xəstəxanaya yerləşdirilən qardaşlar polisə şikayət edib. Saxlanılan hücumçular Nasim Şah və Sunny Şah yaralama, adam oğurluğu, oğurluq və dini nifrətin qızışdırılması ittihamları ilə mühakimə olunacaqlar. Cinayət keçmişi olan hücumçuların daha əvvəl də xristianlara qarşı hərəkətlər həyata keçirdikləri öyrənilib.

Hadisə xristianların narahatlığına səbəb olub. Azam və Nadim, ailələri ilə təhlükəsiz yerdə gizlənirlər. Ekstremistlər hesab edirlər ki, xristianlar ölüm və ya həbslə üzləşməlidirlər.

Pakistanda xristian qızlar qaçırılır və dinini dəyişdirərək ərə getməyə məcbur edilir. Qızlar müxtəlif təhdidlərə məruz qalsalar da, hakimiyyət hadisələrə susmaqda davam edir. (Mənbə: Barnabas Aid)
__________

XRİSTİANLAR ƏZİYYƏT ÇƏKİRLƏRBeynəlxalq Xristian Təşkilatı (ICC), 2023-cü ilin dekabrından 2024-cü ilin yanvarına qədər N...
25/03/2024

XRİSTİANLAR ƏZİYYƏT ÇƏKİRLƏR

Beynəlxalq Xristian Təşkilatı (ICC), 2023-cü ilin dekabrından 2024-cü ilin yanvarına qədər Nigeriyada Fulani silahlılarının hücumuna məruz qalan "Məcburi köçkünlər” düşərgəsini ziyarət edib.

“Məcburi köçkün düşərgələri yerli hökumət tərəfindən tanınır” dedi Plato əyalətindən yüksək səviyyəli hökumət rəsmisi Sunday Abdu. Hücumlar səbəbiylə təxminən 37 min insan didərgin düşüb. “Onların hamısı düşərgələrə yerləşdirilib” dedi.

Son bir ildə ümumilikdə 1347 nəfərin öldürüldüyü açıqlanıb. Manquda 741, Bokkosda 397, Barkin Ladidə 209 nəfər həlak olub. Düşərgədə qadınlar və uşaqlar qida çatışmazlığından əziyyət çəkirlər. Abdu, "Hökumət əlindən gələni edir, lakin iqtisadi çətinliklər səbəbindən yemək tapmaq çətinləşir" dedi.

Barki Ladi rayonundan olan 43 yaşlı Naomi David, "Bizə kömək edin" dedi. “Ailəmin doqquz üzvünü, o cümlədən həyat yoldaşımı itirdim. Biz əziyyət çəkirik. Hərbçilər torpaqlarımızı işğal ediblər” dedi. (Mənbə: Persecution)
_________

GÜNAHLANDIRILAN XRİSTİANLARA BƏRAƏT VERİLİB2023-cü ilin avqustunda Pakistanda küfrdə günahlandırılan xristian qardaşlar ...
25/03/2024

GÜNAHLANDIRILAN XRİSTİANLARA BƏRAƏT VERİLİB

2023-cü ilin avqustunda Pakistanda küfrdə günahlandırılan xristian qardaşlar Ömər Salim və Umeyr Salim bəraət alıb.

Vəkil Tahir Bəşir bildirib ki, qardaşlar günahsızdırlar və onlara qarşı heç bir sübut yoxdur. Hakim Məhəmməd Hüseyn bəraət hökmü çıxarıb.

Cinayət Məcəlləsinin küfr cinayətini ehtiva edən 295-C maddəsini pozmaqda ittiham olunan qardaşları ölüm cəzası gözləyirdi. Qardaşlar həmçinin Pakistan Terrorla Mübarizə Aktının 9-cu maddəsinə əsasən dini ədavəti qızışdırmaqda ittiham olunublar.

Avqust ayında yalan iddialardan sonra ekstremistlər kilsələrə və xristianların evlərinə hücum ediblər. (Mənbə: Barnabas Aid)
__________

ÜMUMDÜNYA ƏRZAQ PROQRAMI ƏRZAQ PAYLADIBirləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (WFP) Qəzza zolağı...
24/03/2024

ÜMUMDÜNYA ƏRZAQ PROQRAMI ƏRZAQ PAYLADI

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (WFP) Qəzza zolağının şimal hissəsinə ərzaq payladığını açıqlayıb.

“WFP çərşənbə axşamı səhər tezdən Qəzza şəhərində 25 min insana kifayət qədər ərzaq payladı. Bu, fevralın 20-dən şimala doğru gedən ilk uğurlu karvandır", - məlumatda deyilir.

Fevralın 20-də təhlükəsiz şərait yaradılana qədər Qəzzanın şimalına yardımı dayandırdığını açıqlayan WFP, bu yardıma mart ayında yenidən başladığını açıqlasa da, maneələrə görə fasilələrlə qarşılaşdığını və konvoyun talan edildiyini bildirdi.

Ümumdünya Ərzaq Proqramının İcraçı Direktoru Sindi Makkeyn martın 11-də verdiyi açıqlamada hər gün 300 yük maşınının Qəzzaya girməsi lazım olduğunu bildirərək, “Qəzza zolağındakı humanitar şəraitdən narahatıq. Qəzzada aclığın qarşısını almaq üçün vaxt daralır. Qəzzada insanlar acdırlar, daha çox gözləyə bilmirlər və biz onları ruhdan salmamalıyıq” dedi.
__________

GÜCLÜ YAĞIŞ 6 MİNDƏN ÇOX AİLƏYƏ ZƏRƏR VURDUYəmənin Marib şəhərində 6 min köçkün ailənin şiddətli yağış və daşqınlardan z...
24/03/2024

GÜCLÜ YAĞIŞ 6 MİNDƏN ÇOX AİLƏYƏ ZƏRƏR VURDU

Yəmənin Marib şəhərində 6 min köçkün ailənin şiddətli yağış və daşqınlardan zərər çəkdiyi açıqlanıb.

Yəmən hökumətinin dərc etdiyi hesabatda Maribdə yağan güclü yağış və sel nəticəsində zərər görən köçkün ailələr haqqında məlumat verilib.

Hesabatda 204 qaçqın düşərgəsi və köçkün yəmənlilərin yaşadığı bölgələrdə 6495 ailənin leysan və daşqınlardan zərər çəkdiyi bildirilib.

Qeyd edilib ki, sel nəticəsində yəmənlilərin bütün əşyaları, o cümlədən sığınacaq yerləri, qida və sığınacaq materialları zədələnib.

Hesabatda seldən zərər çəkmiş ailələrin qida, sığınacaq, geyim və gigiyena materiallarına, dayanıqlı çadırlara ehtiyacı olduğu bildirilib.

Maribdə 2014-cü ilin sonundan bəri Yəməndə didərgin düşmüş 4,5 milyon insanın 2 milyondan çoxu yaşayır. (Mənbə: Anadolu Agentliyi)
___________

QƏZZADA ÇƏTİN VƏZİYYƏTDƏ OLAN XRİSTİANLARKatolik xeyriyyə təşkilatı “Ehtiyacı olan Kilsəyə Yardım” (ACN) bildirdi ki, Qə...
23/03/2024

QƏZZADA ÇƏTİN VƏZİYYƏTDƏ OLAN XRİSTİANLAR

Katolik xeyriyyə təşkilatı “Ehtiyacı olan Kilsəyə Yardım” (ACN) bildirdi ki, Qəzzada xristianlar müharibənin ən çətin dövrünü yaşayırlar.

Qəzza zolağının şimalında yerləşən Müqəddəs Ailə kilsəsi, şiddətli qarşıdurmaların baş verdiyi yerlərdən biridir. İcma 60-ı əlil və 84-ü qoca olmaqla ümumilikdə 512 xristiana sığınacaq təklif edir. Təhlükəsizlik səbəbiylə adı açıqlanmayan ACN tərəfdaşı dedi: “Yemək tapmaqda çətinlik çəkirik. ACN bölgə əhalisini təmiz su və qida ilə təmin etmək üçün əlindən gələni edir” dedi.

Xristian təşkilatlarının dəstəyi ilə yerli əhali həftədə iki dəfə yemək və iki gündən bir bir tikə çörəklə təmin olunur. Yerli əhali sağlamlıq problemləri ilə mübarizə aparır. Uşaqlar və yaşlılar təcili tibbi yardıma ehtiyac duyurlar. Layihə tərəfdaşı, “İnsanlar kiçik bir qutu yemək almaq üçün saatlarla gəzirlər. Bu məcburi səfərlər gündəlik həyatın bir hissəsinə çevrilib” dedi.

Kilsədən Nəbilə bacı, “İman cəmiyyətimizi gücləndirir. Hamı tükənib. Lakin onlar öz inanclarına həmişəkindən daha sadiqdirlər. Pasxa bayramı yaxınlaşdıqca biz Məsihə əvvəlkindən daha yaxınıq. Bizim üçün dua edin” dedi. (Mənbə: Catholic News Agency)
__________

DAŞQIN VƏ SÜRÜŞMƏ: 32 NƏFƏR HƏYATINI İTİRDİİndoneziyanın Sumatra adasında sel və torpaq sürüşməsi baş verib. Hadisə nəti...
22/03/2024

DAŞQIN VƏ SÜRÜŞMƏ: 32 NƏFƏR HƏYATINI İTİRDİ

İndoneziyanın Sumatra adasında sel və torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində 32 nəfərin həyatını itirdiyi bildirilib.

İndoneziyanın Sumatra adasında baş verən sel və torpaq sürüşməsi nəticəsində ilkin məlumatlara görə 32 nəfər həyatını itirib.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, təbii fəlakət səbəbindən bölgədə 20 min evi su basıb, 70 min insan isə sığınacaqlara yerləşdirilib.

Elektrik enerjisinin kəsilməsi və yolların palçıqla örtülməsi səbəbindən axtarış-xilasetmə işlərinin dayandırıldığı bildirilib.

Ötən ilin dekabrında Şimali Sumatra bölgəsində daşqınlar və torpaq sürüşmələri baş verib.

Təbii fəlakətdə 1 nəfər ölüb, 11 nəfər itkin düşüb. (Mənbə: Anadolu Agentliyi)
__________

AZƏRBAYCANDA İLK DƏFƏ ‘DİNLƏRARASI HARMONİYA’ FESTİVALI KEÇİRİLİBAzərbaycanda fəaliyyət göstərən dini qurumların birgə t...
22/03/2024

AZƏRBAYCANDA İLK DƏFƏ ‘DİNLƏRARASI HARMONİYA’ FESTİVALI KEÇİRİLİB

Azərbaycanda fəaliyyət göstərən dini qurumların birgə təşkilatçılığı ilə Bakıda “Dinlərarası harmoniya” festivalı keçirilib.

Azərbaycanda mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə təşkil olunan festivalda Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Alban-Udi Xristian dini icması və digər dinlərin qurumlarının fəaliyyətini əks etdirən stendlər, sənədli film və videoçarxlar nümayiş etdirilib.

Festivalda açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin vəzifələrini müvəqqəti icra edən Səyyad Salahlı bildirib ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətləri formalaşıb, dini etiqad azadlığı tam təmin edilib, eyni zamanda dini dəyərlərə, ibadət yerlərinə xüsusi qayğı göstərilir.

Qonaqlar festival çərçivəsində Azərbaycandakı dünyaya örnək tolerantlıq mühiti və dünyəvilik modelinə əyani şahidlik imkanı əldə etdiklərini dilə gətiriblər. (scwra.gov.az saytından xülasə)
__________

İSA MƏSİHƏ İMAN EDƏN QADINA KÖMƏK ELİ İki uşaq anası Həvva onun evinə gələn müjdəçilər vasitəsilə İsa Məsihlə tanış oldu...
14/03/2024

İSA MƏSİHƏ İMAN EDƏN QADINA KÖMƏK ELİ

İki uşaq anası Həvva onun evinə gələn müjdəçilər vasitəsilə İsa Məsihlə tanış oldu. Həyat yoldaşı bir çox qadınla evlənmişdi. Bu səbəbdən o, Həvvanın həyatındakı dəyişikliyi hiss etmədi.

Lakin kişi, qadının İsaya iman etdiyini biləndə evin ehtiyaclarını ödəməyi dayandırdı. Həvva ərinin zaman keçdikcə ona qarşı zorakılıq etdiyini deyib. Beynəlxalq Xristian Təşkilatı (ICC) onunla görüşməzdən əvvəl o, bir imanlının evində qalırdı. Kilsə qadının təhlükəsizliyini təmin etməyə çalışırdı.

ICC yemək və sığınacaq təmin etdi. Həvva, “Kim mənim göz yaşlarımı silə bilər? Rəbb həmişə lütfkardır. Rəbbin həyatımda işlədiyini görürəm. Ona əbədi olaraq izzət olsun. ICC-yə ürəkdən təşəkkür edirəm. İsanın yetim və dul qadınların köməkçisi olduğuna inanıram” dedi.
__________

XRİSTİANLAR ARASINDA PARÇALANMALARA QARŞI XƏBƏRDARLIQKardinal Robert Sara bəyan etdi ki, İsa Məsihin davamçıları arasınd...
13/03/2024

XRİSTİANLAR ARASINDA PARÇALANMALARA QARŞI XƏBƏRDARLIQ

Kardinal Robert Sara bəyan etdi ki, İsa Məsihin davamçıları arasında bölünmə İncilin mesajına və missiyasına ziddir.

Keniyada yerləşən Tangaza Universiteti İlahiyyat Fakültəsi tərəfindən təşkil edilən 2024 İlahiyyat Simpoziumunun açılış nitqini edən kardinal Robert Sara, xristianlar arasında bölünmə ilə bağlı xəbərdarlıq etdi. Kardinal Sara, “Əgər biz birləşməsək, İsa Məsih haqqında şəhadətimiz bölünəcək və biz Müjdəni dünyaya təbliğ edə bilməyəcəyik” dedi.

78 yaşlı Qvineya əsilli kardinal dedi: “Ayrılıqlar xristianları istismara qarşı həssas edir. Məsihdə birlik uğrunda mübarizə aparmasaq, vəziyyət daha da p*sləşəcək. Aramızda olan dini, etnik və siyasi fikir ayrılıqlarına görə biz xarici güclər tərəfindən istismar oluna bilərik. Bu prosesdə biz kilsəni bir-birindən ayırmağa çalışan hər cür bidət və radikal baxışların əleyhinəyik. Biz yalnız birlikdə hərəkət etsək uğur qazana bilərik”.

Dua və orucla Rəbbə üz tutmaqla hər cür çətinliyin həll oluna biləcəyini bildirən Kardinal, “Dua və oruc bizi eqoizmdən xilas edir. Həmçinin oruc zamanını yaxşı əməllərlə birləşdirin. Dua edib oruc tutmaqla İncilin təbliği qarşısındakı bütün maneələri dəf edə bilərsiniz” dedi. (Mənbə: Catholic News Agency)
__________

KİLSƏNİN DAMI TƏMİR EDİLDİFulani silahlıları Nigeriyanın kəndlərində kilsəyə çoxsaylı hücumlar həyata keçirib. Kilsənin ...
12/03/2024

KİLSƏNİN DAMI TƏMİR EDİLDİ

Fulani silahlıları Nigeriyanın kəndlərində kilsəyə çoxsaylı hücumlar həyata keçirib. Kilsənin damı uçdu, lakin camaat üzvləri yağışlı havada belə ibadətlərini davam etdirdilər.

Hücumdan sonra camaatdan bəziləri başqa kilsələrə qoşulmağa başlayıb. Pastor, “Gələ bilməyən qardaş və bacıların ən qısa zamanda yanımıza qayıtmasını gözləyirik. Hamımız qorxduq, amma ümidimiz bizi ayaqda saxladı. İnsanlar bu ümidlə kilsəyə gəlməyə davam edirdilər” dedi.

Beynəlxalq Xristian Təşkilatı (ICC) kilsənin damını təmir edib. İbadət xidmətində iştirak edən ICC işçiləri yığıncağın təxminən 70 faizinin geri qayıtdığını söylədi. Kilsəyə müntəzəm olaraq 400-ə yaxın insan gəlir. Pastor, “Kilsə damını təmir etdiyiniz üçün sizə təşəkkür edirəm. Bəzən yağışda, bəzən də günəşdə ibadət edirdik” dedi.

Kilsə 2021-ci ildə Pasxa bayramı zamanı Fulani silahlıları tərəfindən hücuma məruz qalıb. Hələ kilsənin pəncərələri və qapıları yoxdur. Camaat üzvlərindən bəziləri xütbəni dinləmək üçün daşların arasında oturdular.

ICC işçiləri yığıncaqları öz imanlarına və Rəbbə etibarlarına sadiq qalmağa çağırdılar. ICC hücumda pastorun yanan evini bərpa etməyi, kilsəyə pəncərə və qapılar quraşdırmağı və camaat üzvləri üçün stullar verməyi ümid edir.
__________

PARLAMENTDƏ MÜHÜM ADDIMParlament sədrinin müavini vəzifəsinə imanlı bir xristian təyin edildiPakistan Xalq Partiyası (PP...
11/03/2024

PARLAMENTDƏ MÜHÜM ADDIM

Parlament sədrinin müavini vəzifəsinə imanlı bir xristian təyin edildi

Pakistan Xalq Partiyası (PPP) təəccüblü qərar qəbul edərək Sind Əyalət Məclisinin sədr müavini vəzifəsinə xristian olan Entoni Navid-i təyin edib. Bu qərar ölkə siyasətində mühüm addımdır.

Müxtəlifliyi müdafiə edən Pakistan Xalq Partiyası bu yanaşma vasitəsilə açıq şəkildə birlik hissini təşviq etdi. Ölkədəki xristianlar bu qərarı müsbət və mühüm addım kimi qeyd ediblər.

Entoni Navid-in təyinatı təkcə şəxsi nailiyyət deyil, həm də Pakistan Xalq Partiyasının müxtəlifliyi təşviq etmək öhdəliyinin simvoludur. Bu əlamətdar qərarın digər tərəfləri də təşviq edəcəyi gözlənilir. (Mənbə: Persecution.org)
__________

İNGİLTƏRƏ KİLSƏSİ UÇURUMUN KƏNARINDAİngiltərə Kilsəsinin Ümumi Sinodunun Londonda toplantısı zamanı Arxiyep*skoplar Şura...
10/03/2024

İNGİLTƏRƏ KİLSƏSİ UÇURUMUN KƏNARINDA

İngiltərə Kilsəsinin Ümumi Sinodunun Londonda toplantısı zamanı Arxiyep*skoplar Şurasının üzvü Yan Paul sərt xəbərdarlıq etdi.

Yan Paul dedi: “İngiltərə Kilsəsi uçurumun kənarında dayanır. O, uçurumun kənarındadır ki, gələcək nəsillərə xarabalıqdan başqa heç nə qoymayacaq.” Xüsusilə cinsiyyətlə bağlı müzakirələrin kilsədə parçalanmaya və qeyri-müəyyənliyə səbəb olduğunu ifadə edən Yan Paul, “10 ildə kilsəyə gedən böyüklər yüzdə 30, uşaqlar isə yüzdə 40 azaldı” dedi. İngiltərə kilsəsinin beş il ərzində dağılacağı düşünülür.

Fərqli məzhəblərdən olan kilsələrin artdığına diqqət çəkən YanPaul, “Biz onlardan öyrənmək istəmirik. Biz bazar günləri bütün xristianların yalnız 18 faizini təmsil edirik" dedi.

Araşdırmalara görə İngiltərədə xristianların yalnız 7 faizi hər həftə kilsəyə gedir. 10 faizi ayda bir dəfə ibadətdə iştirak edir. Vəftizçi pastor Mark Vuds deyib: “Məlumatlara nəzər saldıqda İngiltərə və Uelsdə kilsəyə gedənlərin sayının azaldığını deyə bilmərik. Amma zaman dəyişir. Həqiqətdən qaçmağa davam etsək, İngiltərə kilsəsini gələcək nəsillər üçün xarabalığa buraxacağıq” dedi. (Mənbə: Christianity Today)
__________

QƏZZADA 15 UŞAQ ACLIQDAN ÖLÜBQəzzada Səhiyyə Nazirliyi, 4 aydan artıqdır hücumlarla aclığa sürüklənən və humanitar yardı...
09/03/2024

QƏZZADA 15 UŞAQ ACLIQDAN ÖLÜB

Qəzzada Səhiyyə Nazirliyi, 4 aydan artıqdır hücumlarla aclığa sürüklənən və humanitar yardımların ölkəyə girişinin qarşısı alınan Qəzzada, Kemal Advan Xəstəxanasında 15 uşağın aclıq və susuzluqdan öldüyünü açıqlayıb.

Kemal Advan Xəstəxanasında 15 uşağın qida çatışmazlığı və susuzluq səbəbiylə həyatını itirdiyi bildirilib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf Əl-Qidra, “Elektrik generatorunun və oksigenin kəsilməsi və tibb müəssisələrinin zəifləməsi səbəbindən xəstəxananın reanimasiya şöbəsində qida çatışmazlığı və ishaldan əziyyət çəkən digər 6 uşağın həyatı üçün qorxuruq” dedi.

Yanvarın 26-da Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı çıxardığı müvəqqəti qərarlar Qəzzaya humanitar yardımların çatdırılmasını təmin etsə də, fevralda Qəzzaya daxil olan yardımların yanvar ayı ilə müqayisədə yarıbayarı azaldığını bildirir.

7 oktyabr 2023-cü ildən Qəzza zolağına edilən hücumlarda 30 mindən artıq insan ölüb. (Mənbə: NTV)
__________

PAPA FRANSİSKDƏN QƏZZA ÇAĞIRIŞI: BƏSDİRKatoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk hücuma məruz qal...
08/03/2024

PAPA FRANSİSKDƏN QƏZZA ÇAĞIRIŞI: BƏSDİR

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk hücuma məruz qalan Qəzzada vəziyyətə “Bəsdir” deyərək atəşkəs danışıqlarının davam etdirilməsini təşviq etdiyini bildirib.

Papa Fransisk, “Davam edən düşmənçilik hərəkətləri səbəbiylə Fələstin və İsrail xalqının ağrısını hər gün ürəyimdə daşıyıram. Minlərlə ölən və yaralananlar, köçkünlər, dağıntılar var və bu, iztirablara səbəb olur. Gələcəklərini təhlükə altında görən kiçik və müdafiəsiz insanlar üçün bunun dəhşətli nəticələri var” dedi.

Bu yolla daha yaxşı bir dünyanın qurulmasının mümkün olub-olmadığını sual altına aldığını ifadə edən Papa, “Biz həqiqətənmi bu yolla sülhə nail ola biləcəyimizi düşünürük? Zəhmət olmasa dayandırın! Hamımız bunu deyirik: Bəsdir, xahiş edirəm” dedi.

“Mən Qəzzada və bütün regionda dərhal atəşkəs üçün danışıqların davam etdirilməsini təşviq edirəm ki, girovlar dərhal azad olunsun və öz yaxınlarına qaytarılsın, mülki əhali isə lazımi və təcili humanitar yardıma təhlükəsiz şəkildə çata bilsin”. (Mənbə: Anadolu Agentliyi)
__________

KİLSƏ DAĞIDILIBLaosdakı xristianlar duaya ehtiyac duyurlar. Laos konstitusiyası inanc azadlığını təmin etsə də, kənd yer...
08/03/2024

KİLSƏ DAĞIDILIB

Laosdakı xristianlar duaya ehtiyac duyurlar. Laos konstitusiyası inanc azadlığını təmin etsə də, kənd yerlərində xristianlar zülmə məruz qalırlar.

Kənd rəhbərləri Savannaxet vilayətində kilsəni dağıdıblar. Kaleum Vangke kəndindən olan bir şəxs səlahiyyətlilərin kilsə binasını sökdüyünü və xristianlıqla bağlı bütün kitabları yandırdığını bildirib. Xristianların ibadət etmək, İncili təbliğ etmək və xaricdəki imanlılarla ünsiyyət qurmaq hüququ var. Ancaq kənd yerlərində qanunlar icra olunmur. Kaleum Vangke kilsəsi hökumət tərəfindən tanınmasına baxmayaraq hücumçuların hədəfinə çevrilib. (Mənbə: Barnabas Aid)
__________

SİLAHLI QRUPLARA QARŞI SANKSİYALARABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfirinin müavini Robert Vud Birləşmiş...
07/03/2024

SİLAHLI QRUPLARA QARŞI SANKSİYALAR

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) səfirinin müavini Robert Vud Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş silahlı qrupun liderinə qarşı sanksiyalar tətbiq etdiyini bildirib. Sanksiyaya məruz qalanlar arasında Konqo Demokratik Respublikasında xristianları təqib edən Müttəfiq Demokratik Qüvvələrin (ADF) iki lideri də var.

BMT-nin 2023-cü il hesabatına görə, Konqo Demokratik Respublikasında təqribən 7 milyon dinc sakin öz yurdundan didərgin düşüb. Xristianlar terror təşkilatlarına qarşı xüsusilə həssasdırlar. Konqo hökuməti xristianların təqib edilməsinə səssiz qalır.

ABŞ dövlət katibi Antoni Blinken 2022-ci ildə Konqo Demokratik Respublikasına səfər edib və regionun sabitlik üçün əhəmiyyətini vurğulayıb. Mətbuat şərhində inanc azadlığından bəhs edilməsə də, Konqo Demokratik Respublikasında hüquq pozuntuları dəfələrlə gündəmə gətirilib. 2022-ci ilin iyununda nazir Blinken dini etiqad azadlığının “həyati xarici siyasət prioriteti” olduğunu vurğuladı. Nazir, “Vətəndaşlarına istədikləri inancları seçmək, paylaşmaq və yaşamaq azadlığı verən ölkələr güc qazanacaq və cəmiyyət inkişaf edəcək” dedi. (Mənbə: Persecution)
__________
# # # #

XRİSTİAN KİŞİ EVİNDƏ ÖLÜ TAPILIBİranda 37 yaşlı İbrahim Firuzi adlı xristian öz evində ölü tapılıb. İranda həbs və sürgü...
06/03/2024

XRİSTİAN KİŞİ EVİNDƏ ÖLÜ TAPILIB

İranda 37 yaşlı İbrahim Firuzi adlı xristian öz evində ölü tapılıb. İranda həbs və sürgünə məhkum edilmiş İbrahimin ailəsi gəncin ürək tutmasından dünyasını dəyişdiyini bildirib.

İbrahim 2011-ci ildə ev kilsəsinə getdiyinə və İncili təbliğ etdiyinə görə həbs edilib. Təxminən altı il həbsdə olan İbrahim 2019-cu ilin oktyabrında azadlığa çıxıb. Daha sonra o, Tehrandakı evindən Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətinə sürgün edilib.

İbrahimin cansız cəsədini bir neçə gündür ondan xəbər ala bilməyən qardaşı evində tapıb. (Mənbə: Barnanas Aid)
__________

ÜÇ GÜNDƏ ONLARLA İNSAN HƏYATINI İTİRDİNigeriyada bir çox kənddə baş verən hücumlarda 23 nəfər həyatını itirib, 10 nəfər ...
05/03/2024

ÜÇ GÜNDƏ ONLARLA İNSAN HƏYATINI İTİRDİ

Nigeriyada bir çox kənddə baş verən hücumlarda 23 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Dəhşətli hadisələr zamanı 5 nəfər qaçırıldı, 28 ev yandırıldı. Hücumların kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

Fevralın 16-da radikal silahlılar Benue ştatında bir kilsəyə hücum ediblər. Hücumçular 6 nəfəri edam edib, beş nəfəri qaçırıblar. Fevralın 18-də Kaduna əyalətində 11 xristian öldürülüb, 28 ev yandırılıb. Kənd sakinləri hücum edənlərin vəhşi əməllərini dini şüarlar səsləndirməklə həyata keçirdiklərini bildiriblər. Kajuru rayonundan olan Audu Tanko, “Mənim kəndimdə narahatlıq var. Biz İsa Məsihə inandığımız üçün öldürülürük” dedi.

Fevralın 19-da radikal təşkilatlar Katsina ştatında bir kilsəyə hücum ediblər. Hücum nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Polis mətbuat katibi Abubakar Aliyu hücumu təsdiqləyərək, “6 nəfər güllələndi, 10 nəfər yaralandı. Hücum edənlər həmçinin 3 ev və 10 avtomobili yandırıblar” dedi. (Mənbə: Persecution)
__________

Address

Kaynaslı

Alerts

Be the first to know and let us send you an email when SAT-7 TÜRK / Azərbaycanca posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Nearby media companies


Other Kaynaslı media companies

Show All