18/01/2024
TƏRTƏR TERRORUNU törədən cinayətkar, terrorçu dəstə haqqında ACI HƏQİQƏTLƏR
Bu gün bilə-bilə öz ölümümün üzərinə gedərək, ölümə bir addım daha yaxınlaşdım.
Mən Sadıqov Nəsimi Allahverdi oğlu 11 mart 1975-ci ildə azərbaycan respublikasının Tərtər rayonu Əskipara kəndində anadan olmuşam. 1992-ci-1993-cü illərdə Moskva Dövlət İnşaat Universitetinin əyani hazırlığında təhsil almışam. 1993-cü-1999-cu illərdə Moskva Dövlət Geodeziya və kartoqrafiya Universitetində ali təhsil alaraq, Mühəndis və iqtisadçı ixtisası almışam. Eləcədə Moskva Dövlət Geodeziya və kartoqrafiya Universitetinin hərbi kafedrasında hərbi təhsil alaraq, Hərbi topoqrafiya ixtisasını bitirərək 1999-cu ildə Leytenant rütbəsi almışam.
1999-2000 -ci illərdə Azərbaycan respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsində Şöbə rəisi vəzifəsində, 2001-2003 cü illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində birinci dərəcəli mühəndis vəzifəsində işləmişəm.
2003-cü ilin Sentyabr ayında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon Şöbəsinin müdiri-Dövlət müffətişi vəzifəsinə təyin edilmişəm. 2005 ci ilin yanvar ayında ərizə yazaraq tutduğum vəzifədən azad olunmuşam.
2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tabeçiliyində olan Topoqrafiya Xidmətinin hərbi hissəsində leytenant rütbəsində topoqraf vəzifəsinə təyin edilmişəm. Hərbi xidmət etdiyimdən təxminən 2 ay sonra, Topoqrafiya Xidmətinin rəisi və eləcədə Hərbi hissənin komandiri tərəfindən mənə qanunsuz əmrlər verildi və məndə həmin qanunsuz əmrləri icra etməkdən imtina etdim və qanunsuz əmrlər və digər cinayətlır barəsində yazılı olaraq dərhal yuxarı komandanlığa Müdafiə nazirliyinə və Baş hərbi prokrorluğa müraciət etdim. Həmin qanunsuz əmrlər və cinayətlər ondan ibarət idi ki, komandanlıq məcbur edirdilər ki, əsgərlərdən hərbi hissəyə düşmək üçün hər birindən 10000 dollar alınırdı və hər ayda hər bir əsgərdən 500 dollar alınırdı. Demək olar ki, hərbi hissənin 30-50 faizi belə idi. Hərbi hissənin Zabitlərinin yarısı isə xidmətdə olmurdular, ancaq əmək haqqı veriləndə gəlirdilər və aldıqları əmək haqqını komandirə verirdilər. hərbi xəritələrin yenilənməsi üçün Dövlət tərəfindən ayrılan küllü miqdarda pul vəsaitini isə saxtakarlıq edərək komandirlər mənimsəyirdilər. Texnikalar və avadanlıqlar üçün ayrılmış yanacaq və ehtiyat hissələri qanunsuz olaraq kaomandanlıq tərəfindən satılaraq mənimsənilirdi. Əsgərlərdən məzuniyyət üçün hər bir əsgərdən 60 manat, şəhərə çıxmaq hər bir əsgərdən 4 manat komandanlıq tərəfindən rüşvət alınırdı. Rüşvət verməyən əsgərlər, birbaşa Baş Qərargah rəisi Nəcməddin Sadıqova və Topoqrafiya Xidmət Rəisi Elçin Abdullayevə tabe olan komendant dəstəsi tərəfindən işgəncələrə məruz qalırdı. Birdəfədə pul verməyən Əsgər həmin Komendat dəstəsi tərəfindən döyülərək, işgəncə verildikdən sonra zorlanmışdı. Həmin Zorlanma hadisəsini isə telefona çəkərək, əsgərləri qorxutmaq üçün digər əsgərlərə göstərmişdilər. Həmin Komendant tağımının komandiri Məşdi idi.
Bu cinayətlərə mənimlə xidmət edən zabitlərin niyə susduğunu digər zabitlərdən soruşanda hamısı deyirdilər ki, ailələri və uşaqlarına görə qorxurlar. Çün ki, həmin cinayətkar dəstənin başçıları, Topoqrafiya Xidmətinin Rəisi polkovnik Elçin Abdullayev və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi General polkovnik Nəcməddin Sadıkov idi, onlarda Müdafiə Nazirindən və heç kimdən qorxmurdular. O vaxt kiçik araşdırmadan məlum oldu, Topoqrafiya xidmət rəisi polkovnik Elçin Abdullayev birinci Qarabağ müharibəsi dövründə Topoqrafiya Xidmətinin hərbi hissəsinin komandiri olduğu dövrdə(hərbi hissə Qazax rayonunda döyüş bölgəsində yerləşdiyi zaman) ermənilərə pul müqabilində qanunsuz silah, yanacaq və məxfi məlumatları satırmış.
Topoqrafiya Xidmətinin tabeçiliyində olan hərbi hissədə, Azərbaycanın digər hərbi hissəllərində məxfi məlumatları təyin etdirdiyi topoqraflar vasitəsi ilə toplayaraq Topoqrafiya Xidmət rəisi polkovnik Elçin Abdullayev General polkovnik Nəcməddin Sadıqovun göstərişi ilə erməni və digər xarici dövlətlərin xüsusi xidmət orqanlarına verirdi. Bu məxfi məlumatlar bunlardan ibarət idi; Döyüş bölgəsində olan hərbi hissələrimizin canlı qüvvəsinin və texnikaların, artileriya qurğuların və hərbi hava limanlarının olduğu yerlərin kordinantları və elektron xəritələrin, şəxsi heyyətin sayı haqqında məlumatlardan ibarət idi.
Mən yuxarıda göstərilən cinayətlər barədə Ali Baş Komandana, Müdafiə Nazirinə, Milli Təhlükəsizlik Nazirinə və Baş Hərbi Prokror General leytenant Xanlar Vəliyevə müraciət etdim. Şikayət etdikdən sonra general polkovnik Nəcməddin Sadıqovun əmri ilə(əmr hərbi şəxsi işimdə var) həbs olundum və mənə təziqlər oldu ki, şikayət ərizəmi geri götürüm. 6 gün həbsdən sonra hərbi hissəyə qayıtdım. Hərbi prokrorluq şikayətimə əsasən cinayət işi qaldırdı və Baş hərbi prokrorun müstəntiqi polkovnik leytenant Çingiz adlı müctəntiq qrupun rəhbəri idi. Məndə olan foto şəkillər, video görüntülər, səs yazıları sübut kimi həm Baş hərbi prokrorluğa kopiyasında Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks kəşfiyat idarəsinə verdim.
Cinayətkar dəstə barədə şikayət etdiyim üçün General polkovnik Nəcməddin Sadıqovun və polkovnik Elçin Abdullayevin sifarişə döyüş bölgəsi olan Fizuli rayonunun haramlı düzü tərəfdə məni öldürməyə cəhd olmuşdur. Sonradan Müdafiə Nazirinin göstərişi ilə mənim təhlükəsizliyimi qorumaq məqsədi ilə Əməliyyat idarəsinin rəisi general Eyvaz Cəfərova tapşırılmışdı və şəxsi telefon nömrəsində mənə vermişdilər. Eləcədə generalın tapşırığına görə mənim həyatıma hər hansı su qəsd olsaydı, məsuliyyət Xidmət rəisi polkovnik Elçin Abdullayev və Komandir məsuliyyət daşıyırdı.
10 yaxın zabit və gizirə cinayət işi qaldırıldı və bir zabit həbs olundu Hərbi prokrorluq tərəfindən. Hərbi prokrorluq mənə bildirdi ki, yazdığın faktlar hamısı doğrudu və sübuta yetirildi və cinayət işinin baxılması üçün Bakı hərbi tribunalına göndərildi. Ona yaxın zabitə şərti iş kəsildi və Topoqrafiya xidmət rəisinin rütbəsi polkovnikdən polkovnik leytenant rütbəsinə endirildi, komandirin isə polkovnik leytenant rütbəsindən mayor rütbəsinə endirildi.
Sonralar bir müddət keçəndən sonra, polkovnik Elçin Abdullayevin yaxın adamları bildirdilər ki, Nəcməddin Sadıqov vasitəsi ilə Hərbi prokrora küllü miqdarda rüşvət verilib ki, cinayət işində erməniyə və digər dövlətlərin xüsusi xidmət orqanlarına məxvi məlumatların satılması və əsgərin zorlanması epizodları çıxrılsın, eləcədə cinayyət məcəlləsinin yüngül maddələri ilə təqsirləndirilərək baxılması üçün hərbi məhkəməyə göndərilsin.
Hərbi prokrorluq mənə bildirdi ki, cinayətkar dəstənin ermənilərə və digər xarici dövlətlərin xüsusi xidmət orqanlarına işləmək faktını Milli Təhlükəsizlik Nazirliyi araşdırır. 2007 -ci ildə baş leytenant rütbəsində ordudan təxris olundum
2- ci hissə
Ordudan təxris olunandan sonra Tərtər rayonu Əskipara kəndinə qayıtdım və kənd təsərüfatı məhsullarının istehsalı ilə məşğul olan şirkət qurdum. Ailəmə məxsus və eləcədə kirayə götürdüyüm torpaq sahələrini əkib becərməklə məşğul olurdum.
Təxminən 2007-ci ilin sentyabr ayı idi Tərtər rayonu Əskipara kəndinə mənim yanıma mülki geyimdə bir şəxs gələrək özünü Azərbaycan Respublikası Milli Təhlükəsizliyi Nazirliyinin polkovniki kimi təqdim etdi və mənimlə vacib söhbət etmək istədiyini bildirdi. Mən onunla Tərtər şəhərində, Tərtər çayının kənarında yerləşən restorana getdik. Polkovnik(adı mənə məlumdur, onun təhlükəsizliyi baxımından burda adını yazmıram) mənə bildirdi ki, onlarda məlumat var ki, yüksək vəzifəli məmurlar, Müdafiə Nazirliyinin yüksək rütbəli Generalların daxil olduğu cinayətkar dəstə var ki, onlar düşmən ölkə olan ermənistan və digər xarici dövlətlərin xüsusi xidmət orqanlarına işləyirlər. Onlarda olan məlumata görə həmin cinayətkar dəstə üzvləri Tərtər və Qazax rayonu ərazisində ermənilərnən təmasda olur və döşmən tərəfə keçib gəlirlər. Polkovnik məndən xahiş elədi ki, onlara kömək edim və bildirdi ki, məni rəsmi zabit kimi işə qəbul etməyə hazırdılar. Mən isə bildirdim ki, mən sahibkarlıqla məşğulam və onlarda əmək haqqı azdır. Polkovnik isə bildirdi ki, mən orduda olanda Nəcməddin Sadıkovdan və onun cinayətkar dəstəsindən şikayət eləmisən Milli Təhlükəsizlik Nazirliyinə. Milli Təhlükəsizlik Nazirliyidə bilir ki, general polkovnik Nəcməddin Sadıkov və onun cinayətkar dəstəsi ermənilərə və digər dövlətlərin xüsusi xidmət orqanlarına işləyirlər. Polkovnik xaiş etdi ki, bu işdə onlara kömək edim ki, sübutları toplamaqda və cinayətkar dəstənin erməni-düşmən tərəfə keçən vaxtı müəyyən edək ki, cinayətkar dəstəni cinayət başında yaxalasınlar.
Eləcədə polkovnik bildirdi ki, mənim təhlükəsizliyim baxımdan mənim adım hallanmıyacaq, bütün sənədlərdə mənim adım başqa adla qeyd olunacaq. Mən polkovniklə razılaşdım. Polkovnikin tapşırığına və Əməliyat planına görə, cinayətkar dəstənin üzvlərinin müəyyən edilməsi, onların mülki və hərbi vəzifəli şəxslərlə, yerli polislə əlaqələri və onların cinayətkar dəstədə rolu, vəzifələri, erməni-düşmən tərəfə keçərək apardıqları mal və erməni tərəfdən gətirdikləri malın adı, cinayətkar dəstənin erməni-düşmən tərəflə əlaqə vasitəsi, düşmən tərəfə keçid marşurutu.
Palkovnik ilkin olaraq Tərtər rayonunda yaşayayan erməni millətindən olan, Tərtərdə tokar işləyən Asdan və onun qardaşı Hərbi Zavodda kran şoferi işləyənin adını verdi ki, mən onu izləyim və əlaqələrini öyrənim. Erməni Asdanı araşdırdıqdan sonra məlum oldu ki, Asdan Tərtər rayon İcra Hakimiyyətində Komendant vəzifəsində işləyən Valid adlı şəxslə tez-tez görüşür və yaxın dostdular. Eləcədə Asdanın qardaşı Validin bacısı oğlu, Tərtər rayon İcra Başçısının birinci müavini vəzifəsində işləyən Bəylərov Vidadi Edilxan oğlu ilə və onun qardaşı Bəylərov Qabil Edilxan oğlu ilə tez Tərtər çayının yanındakı restoranda görüşürlər. Bu vəzifəli şəxslərin sadə erməni tokar Asdan və onun erməni qardaşı kran şoferi ilə restoranda tez-tez görüşməsi çox şübhə çəkirdi. Bunları izləyərkən bir gün Validin(o zaman Tərtər Rayon İcra hakimiyyətinin komendantı işləyirdi sonra isə Bərdə rayon İcra hakimiyətinin komendantı işləyirdi), Bəylərov Validin, Asdanın və onun qardaşının, Bəylərov Qabilin həmin eyni restoranda Yevlax rayonundan olan, əslən Ermənistanlı Vedidən olan Maz(kalxeda) yük maşını şoferi olan Vəli adlı şəxslə görüşünü gördüm.
Bundan sonra Yevlaxdan olan, amma Bakı şəhərində kirayədə yaşayan Vəliynən tanış adam taparaq bir iş adamı kimi görüşdüm. Bir neçə dəfə görüşəndən sonra, restoranda yeyib içəndən sonra özünü qorxmaz, ürəkli olduğunu, yüksək vəzifədə adamları olduğunu bildirdi. Vəli bildirdi ki, Tərtərdən Bakıya qanunu-qanunsuz istənilən malı maşınla daşıyıb gətirə bilər və eləcədə xaricə istənilən malı Gömrükdən problemsiz çıxara bilər, təbii ki pul-rüşvət verməklə. Vəli mənimlə görüşündə bildirdi ki, Yevlax Rayon İcra Başçısı Elmar Vəliyev bütün nə gizli işləri var, yəni gizi qanunsuz malların daşınmasını ona tapşırır. Eləcədə onların ağsaqqalı Respublika Baş Hərbi Prokroru general leytenant Xanlar Vəliyevdir. Mən dəfələrlə Vəli ilə görüşəndən sonra, mən ondan soruşdum ki, Elmar Vəliyev kimi adam sənin arxanda durur və normal sənə pul verir, nədən başqa işlə məşğul olmaq istəyirsən. Vəli isə bildirdi ki, təhlükəlidir, qorxuludu və bu işin axırı yoxdu. Biz onunla Bakıda Xalqlar Dostluğunun kruqunda olan restoranda çoxlu araq içərək yeyib içmişdik. Vəli Elmar Vəliyevin tapşırığı ilə necə Tərtər rayonu Əskipara kəndinin içərisindən, Əskipara kənd fermasının yuxarı hissəsindən, mənə məxsus Mərguşavan ərazisində yerləşən fermamın yanından, keçərək Tərtər-Ağdərə yoluna çıxaraq erməni düşmənlərinin işğalında olan Ağdərə şəhərinin giriş hissəsində yerləşən bazadan
yük maşınlarını yükləyərək geri dönürdülər. Vəlinin dediyinə görə 3 və bəzən 4 yük maşını, bir kran, bir dənədə ekskavator olurdu, həmin cinayətkar dəstə Yevlax şəhərində yerləşən bazadan böyük qutularda yükləri yüklədikdən sonra, onları təxminən ona yaxın maskalı üzləri görünməyən hərbi geyimdə olan şəxslər müşahiyyət edirdilər Tərtər rayonuna. Tərtər şəhərinin giriş hissəsində, 59AA005 dövlət nömrə nişanlı NİVA avtomobili və 59AA002(Validin bacısı oğlu Tərtər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Bəylərov Vidadi)dövlət nömrə nişanı ilə VOLQA markalı avtomobil qarşılayıb müşahiyyət edirdilər. Volqa Avtomobildə Bəylərov Vidadi və Valid , NİVA da isə Qabil Bəylərov idilər. Yük maşınları və ekskavator Əskipara kəndinin içərisindən, kran və Niva və Volqa isə Səhlabad kəndinin üst tərəfində yerləşən kanalın yanında olan yolla gedirdilər Qapanlı tərəfə. Yük maşınları düşmən tərəfə gecə saat 23-00 dan sonra keçirdilər. Vəlinin dediyinə görə onlar düşmən tərəfə keçən zaman həmin ərazidə yerli hərbiçilərdən heç kəs olmurmuş, yəni Müdafiə Nazirliyinin Baş Qərargah Rəisinin əmri ilə yol minadan təmizlənirmiş ki, guya dövlət əhəmiyətli tam məxfi əməliyat aparılacaq və ona görədə həmin ərazidə heç kəs olmurmuş. Düşmən tərəfə neytralı keçəndən sonra, düşmən tərəfdən 5 nəfər erməni girov kimi qalırmış bunlar tərəfdə, yük maşınları, kran və Nivanın dövlət nömrə nişanı dəyişdirilərək erməni nömrəsi vurulurmuş və ondan sonra erməni hərbi Uaz avtomobilin müşaiyəti ilə Ağdərə istiqamətinə gedirmişlər. Ermənilərlə görüşdən öncə rus mobil sim kartları ilə əlaqə saxlayırmışlar. Erməni tərəfə Niva avtomobili ilə Bəylərov Qabil gedirmiş. Erməni tərəfdən yükü və pul hesabınıda Bəylərov Qabil aparırmış.
Bir dəfə Bəylərov Qabil ermənini özü ilə Tərtərə, Gəncə və Xanlar rayonuna qonaq aparıbmış.
Bir dəfədə Ermənilərnən bunlar arasında mübahisə düşüb və erməni qranatmyotnan biz tərəfdən keçən kranı vurublarmış. Həmin kran SU-15 idarəsinin kranı olub. Bu məlumatı Yevlaxdan olan demişdir, eləcədə bu məlumatı SU-15 idarəsinin rəhbəri Albəndov Vəlinin şəxsi şoferi Tərtər rayonu Əskipara kənd sakini Qasımov Zaur Valeh oğluda təsdiqləmişdir. Yevlaxlı Vəlinin və Qasımov Zaurun səs yazılı diski(SD) və erməni tərəfdən gətirilmiş 100 sm diametrində olan dəmir boruların foto şəkilləri, qranatamyotla vurulmuş kranın bir hissəsinin SU-15 idarəsinin ərazisində olan hissəsinin foto şəkili, mənim fermamda işləyən Quluyev Asəfin çəkdiyi foto və video görüntülər(erməni tərəfə keçid zamanı) və tərəfimdən toplanmış digər sübutlar diskdə Milli Təhlükəsizlik Nazirliyinin palkovnikə mənim tərəfimdən dəfələrlə verilmışdir. Eləcədə tərəfimizdən müəyyən edilmişdir ki, Tərtər rayonu ərazisində hərbi qulluqçulardan və Polis işçilərindən heç kim bu cinayətkar dəstədə iştirak etməmişdir. Əksinə Tərtərin yol polis işçisi Şaiq adlı şəxs bir dəfə həmin yük maşınını saxlamış, lakin Tərtər İcra Başçısının birinci müavini Bəylərov Vidadinin göstərişi ilə dərhal buraxılmışdır. Birdə tam axıra qədər müəyyən edə bilmədik ki, hərbi hissə komandiri Dadaş adlı şəxs bu cinayətlərin içindədilər yoxsa yox. Eləcədə müəyyən etdik ki, erməni-düşmən tərəfə silah-sursat aparılırmış bir dəfədə qutunun içərisində əsgər aparılıb erməni tərəfə. Bir neçə dəfədə Tərtər rayon İcra Hakimiyyətinin Ərazi İdarə etmə şöbəsinin müdiri vəzifəsində işləmiş Şahlar(həmin dəstənin üzvü olan) tərəfindən Tərtərin Bəyimsarov kəndinin erməni qəbirstanlığından çıxarılmış erməni cəsədləri erməni tərəfə keçirilmiş və pul müqabilində ermənilərə təhvil verilmişdir. Cinayətkar dəstə erməni tərəfdən dəmir borular və onların içərisində əsasən narkotik gətirirmişlər. Həmin narkotikin az bir hissəsi Azərbaycanda saxlanırmış. Narkotikin-geroinin çox hissəsi un və mal yemi torbalarında tranzit olaraq avropa ölkələrinə aparılırmış(onların dediyinə görə əsasən mal yemi və un torbalarında sərhəd-gömrük məntəqəsini keçən zaman narkotikin olmasını İtlər və xüsusi qurğularla müəyyən etmək olmurmuş)
Nəhayət həmin Cinayətkar dəstənin üzvlərini və erməni-düşmən tərəfə növbəti keçid tarixini və zamanını müəyyən edib Polkovnikə məlumat verdim. Bu əməliyat dövründə həmin palkovnik bir neçə dəfə tərtərə gəlmiş, əraziləri və SU-15 idarəsinin həyətində olan dəmir borulara və kranın qalıqlarına bərabər baxmışdıq.
Palkovnikin və nazirliyin planı ondan ibarət idi ki, planın birinci hissəsində həmin cinayətkar dəstənin erməni-düşmən tərəfə keçib gəldiyi zaman yüklə-narkotiklə bərabər cinayət başında Tərtər rayon icra başçısının birinci müavini Bəylərov Vidadini və onun qardaşı Bəylərov Qabili, Validi, Tərtərdə yaşayan erməni Asdanı və qardaşını, İcra hakimiyyətinin ərazi İdarə etmə şöbəsinin müdiri Şahları, Korpus komandirini, Tərtər SU 15 idarəsinin sahibi və rəhbəri olan Albəndov Vəlini, Albəndov Vəlinin Respublika Prokurorluğunda İstintaqa Nəzarət İdarəsinin rəis müavini işləyən Albəndov Elşəni və onun Prezident Mühafizə xidmətində işləyən Cəbrail adlı generalı, Albəndov Vəlinin Tərtər rayonu yol polisinin rəisi işləmiş Tərtərdə radikal dindarların rəhbərlərindən olan oğlunu, Nəcməddin Sadıkovun Bakıdan göndərdiyi şəxsi adamı -maskalı gizli dəstəni və digərləri dərhal həbs etmək və onların izzahatları və toplanmış digər sübutlar əsasında planın ikinci hissəsində Tərtər rayon İcra Başçısı Vidadi İsayevin və Yevlax şəhər İcra başçısının həbs edilməsi üçün nazir Prezidendən razılıq almalı idi. Planın üçünçü hissəsinə əsasən Cinayətkar dəstənin başında duran əsas general polkovnik Nəcməddin Sadıkovun, general leytenant Xanlar Vəliyevin və digərlərinin həbsinə razılıq alıb həbs etmək idi. Həbsləri Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi təyinatlı dəstəsi həyata keçirməli idi. Mənim bildiyim qədər bu əməliyat tam məxfi hazırlanmışdı və bu əməliyat haqqında yerli hüquq mühafizə orqanları, eləcədə respublika səviyəsindədə digər hüquq mühafizə orqanları məlumatsız idi.
Palkovnikə Cinayətkar dəstənin səhərisi günü keçəcəklərini, keçid vaxtını məlumat verdikdən sonra, palkovnik bildirdi ki, rəhbərliyə məruza edəndən sonra sənə telefon vasitəsi ilə deyəcəm. Təxminən 2 saatdan sonra Palkovnik bildirdi ki, sabah Xüsusi təyinatlı dəstə orda olacaq və cinayət başında həbslər olacaq. Ancaq səhərisi günü palkovnik zəng edib bildirdi ki, əməliyat dayandırıldı və rəhbərliyin əmridir və məni təcili Bakıya çağırdı. Palkovnik mənimlə görüşündə bildirdi ki, bu məlumatları heç bir yerdə danışmayım və bu hadisələri bir dəfəlik unudum. Bu hadisədən sonra Tərtər rayonunda hüquq mühafizə orqanları və İcra başçısı Vidadi İsayev araşdırma apardılar, günahı olmuyanları belə yalandan həbs etdilər, sonra isə rüşvət alıb buraxdılar.
3-cü hissə
2010-cu ilin avqust ayından Bakıda işləməyə getdim. İnşaat şirkətində işləməyə başladım. EURO TİKİNTİ Mənzil Tikinti Kooperativi təsis etdim və həmin şirkətdə sədr oldum. Mənim sədr olduğum şirkət Heydər Əliyev prospektində 8 mərtəbəli yaşayış binası tikib başa çatdırdı.
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin cinayətkar dəstəsi mənim şirkətimin 30 faizini zorla, hədə qorxu ilə almışdılar. Bu barədə Azərbaycan respublikasının Prezidentinə, Baş Prokuror Zakir Qaralova şikayət ərizəsi yazdım və eləcədə mətbuata- qəzetlərə açıqlama verdim. Bundan sonra məni ölümlə hədələdilər. Hüquq mühafizə orqanları qorxularından heçnə edə bilmədilər. Məndə öz təhlükəsizliyimi qorumaq məqsədi ilə 2016 cu ilin dekabrında Azərbaycanda 5 şirkətimi bağlayıb rusiyaya işləməyə getdim.
Moskva şəhərində yaratdığım EURO STROY Məhdud Məsuliyətli Cəmiyətin 100 faizli sahibi idim və həmdə Baş direktoru idim. Tez bir zamanda 2017 ci ilin əvvəllərində Şirkətim Moskva ətrafında yerləşən iki şəhərdə yol təmiri və yola qışda xidmət göstərmək tenderi olan, təxminən 300 000 dollara yaxın kontrakt bağladım. 2017 ci ilin sentyabr ayında mənim şirkətim Rusiyanın Xakasiya respublikasında 9 km olan, təxminən 30 000 000 dollar dəyərində olan yol inşaatının kontraktını bağladım. Eləcədə Rusiyanın Krasnoyarsk vilayətində kansk şəhərində dəyəri təxminən 35 000 000 dollar olan yol inşaatının kontraktını bağladım. Kontraktdakı qrafikə uyğun olaraq Xakasiyada olan yol inşaatını 2017 ci il üçün nəzərdə tutulan işi və 2018 ci ildə nəzərdə tutulan işi gördüm. Tək Xakasiyada yol İnşaatı üçün şirkətim iki ədəd asfalt zavod, yol inşaatı üçün lazım olan maşın və avadanlıqları alıb quraşdırmışdım, təxminən 3 000 000 dollarlıq. Moskva şəhərində isə iki ədəd asfalt zavod, iki mərtəbəli ofis və depo binası, iki hektar özəl torpaq zavod üçün, dəmir yol xətti və digər maşın və avadanlıqlar mülk kimi şirkətimə almışdım, bazar qiyməti ilə təxminən 5000 000 dollarlıq.
4-cü hissə
Təxminən may ayının əvvəli 2017 -ci ildə mən Bakı şəhərinə gəlmişdim uşaqlarımın yanına, həmin zaman eşitdim ki, mənim doğulduğum Tərtər rayonundan kütləvi həm mülki, həmdə hərbi şəxslərin həbsi gedir və bir neçə şəxsdə ölüb. Həmin həbs edilən şəxsləridə vətənə xəyanətdə ittiham edirlər. Eləcədə eşitdim ki, mənim doğulduğum Qəhrəman Tərtər rayonundan gələn avtobusun qarşısını Kürdəmir rayonunda bir qrup şəxs kəsərək Tərtər rayonundan olan sadə insanları döyərək, təhqir etmişlər ki, Tərtərlilər satqındılar, vətən xainidilər və erməni düşmənlərinə pul müqabilində işləyirlər.
Təxminən 9-10 may 2017-ci ildə sahər mən Azərbaycan Respublikası Xarici Kəşfiyat Xidmətinə getdim, orda olan növbətçiyə bildirdim ki, məsul vəzifəli şəxslə Tərtər hadisələri ilə bağlı görüşmək istəyirəm və eləcədə bildirdim ki, məndə vacib məlumatlar var. Bir az gözlədikdən sonra oranın bir əməkdaşı çıxdı və mən ona öz adresimi və telefon nömrəmi saxladım. Eləcədə yuxarıda 2-ci hissədə yazdıqlarımı qısa ona danışdım və bildirdim ki, Tərtərdən və hərbiçilərimizdən vətən xaini olmaz. Ermənilərə-düşmənə işləyən bunlardı və bəzi adları verdim. onuda bildirdim ki, məndə sübut üçün səs yazıları, foto və video görüntülər var, onlarında kopiyasını sizə təqdim edə bilərəm. oda bildirdi ki, tamam mən rəisə məruzə edim siznən əlaqə saxlayacam. məndə ordan bir başa aeroporta getdim, ordanda təyarə il rusiyaya uçdum( ora tək getməmişdim, şahidimdə var)
5-ci hissə
Maraqlıdı ki, bu hadisədən sonra Vergi nazirliyinin Quba rayon işçiləri, sonra isə Vergi Nazirliyinin İstintaq idarəsi mənim təsisçi olduğum(həmin şirkətdə direktor olmamışam) şirkətdə hansı ki, 2016 cı ildə şirkətin fəaliyyətini dayandırıb ölkədən çıxıb getmışəm, həmdə həmin şirkət işlədiyi vaxt vergi nazirliyindən hər il yoxlama olub və akt var ki, heçbir qanun pozuntusu yoxdur və vergiləridə ödənilib, amma bunlara baxmayaraq araşdırma apararaq mənə qarşı 2 maddə ilə cinayət işi qaldırıb və mənə federal axtarış verib Prokrorluq və Daxili işlər nazirliyi. 2018 ci ildə məni Abakan, Novosibirsk və moskva aeroportlarında saxladılar ki, sən Federal axtarışdasan. Məndə məni saxlayan polislərə deyirəm ki, mən azərbaycan vətəndaşıyam, mənim interpol axtarışım var? Deyirlər interpol axtarışın yoxdur.
Mən deyirəm ki, Azərbaycan Rusiya Federasiyasına daxil deyil, məni necə federal axtarışa verə bilər? Sonra həmin polislər Verginin müstəntiqi ilə məni danışdırdılar. Mən verginin müstəntiqinə deyirəm ki, mənim cinayət işindən xəbərim yoxdur məni necə axtarışa vermisən? məhkəmə qərarın var? deyir yox.
Deyirəm Azərbaycanı Rusiya federasiyasının tərkibinə vermisiniz ? məni federal axtarışa vermisən? Müstəntiq deyir mənə sifariş veriblər, məndə əmri yerinə yetirirəm. Sonda 2018 ci ilin avqust-sentyabr aylarında 200 000 manat göndərdim aparın ödəyin dövlətə. Sonra isə məlum oldu ki, vergi müstəntiqi 100 000 manatı özü şirinlik rüşvət götürüb, qalan 100 000 manata yaxınıda dövlətə ödəyib və həmin günüdə cinayət işinə və axtarışıma xitam verdilər. Birdə şərtləri o idi ki, sakit durum.
6-cı hissə
2019-cu ilin may ayında rusiyanın Xakasiya respublikasında Çernoqorsk şəhərində Avik şirkətinin direktoru ərizə ilə polisə şikayət edib ki, guya onun şirkəti mənim şirkətimə yol çəkib və mənimdə şirkətim pulunu verməyib. Polisdə araşdırdı və məndə deyirəm ki, mənim şirkətimlə müqavilən var? Deyir yox. Deyirəm demirsən yolu sən çəkmisən? yolun çəkilişində istifadə olunan materialın sənədini göstər və materiala ödədiyin pulun sənədini göstər? İşçilərin əmək haqlarını göstər? ödədiyin vergini göstər? Avik şirkəti göstərə bilmədi. Mən isə şirkətimin materiala, əmək haqqına, vergiyə ödədiyim sənədləri göstərdim. Birdə polisə deyirəm burda polislik nə var? Birinci mənim şirkətimin borcu yoxdur. İkincisidə şirkətimin borcu varsa getsin qanunla mülkü məhkəməyə versin və məhkəmə yolu ilə şirkətimin bank hesabından və ya mülkindən tutsun. Polis isə bildirdi ki, sənin həbs olunmağını bizə sifariş ediblər. Polis rəisi bildirdi ki, təxminən 150 000 dollar ver səndən əlçəkək, indi səni həbs edə bilmirik yoxsa sonra səni həbs edəcəyik. Polisdən soruşdum kimdi mənim həbs olunmağımı sifariş edənlər?
Polis mənə bildirdi ki, Abakandan erməni millətindən olan və Xakasiyanın Xüsusi xidmət orqanına qeyri rəsmi agentlik edən Vardan Aqenesiyan. İkincisi
Abakandan Azərbaycanlı millətindən olan, əslən Göyçaydan olan, qızını erməniyə ərə verən Qədirov Niyazdı və oda Xakasiyanın Xüsusi xidmət orqanına qeyri rəsmi agentlik edir. Üçüncüsü Novosibirsk şəhərindən olan, Azərbaycanlı olan, Vardan Aqenesiyanın dostu və iş ortağı olan, yalandan radikal dindarlıq edərək, Novosibirsk Şəhərində Məsçidə gedərək ora gələn müsəlmanlar haqqında Novosibirsk Xüsusi xidmət orqanlarına məlumat verən və onlara qeyri rəsmi agentlik edən, Dubaydan qeyri qanunu Azərbaycanda Ramiz Mehtiyevin oğlunun Bankı vasitəsi ilə pul köçürdən Quluyev Qəzənfərdi. Onlarada sifarişi Rusiya Xüsusi Xidmət orqanları verib. Məndə məndən istənilən 150 000 dollar rüşvəti vermədim.
24 iyul 2019 cu il gecə saat 00-15 də mənə cinayət işi qaldırılıb və mənim barəmdə axtarış verilib. Sonradan Çernoqorsk məhkəməsinin qərarı ilə sübut etdim ki, mənə qanunsuz axtarış verilib.
Müstəntiqlə mənim vəkilim danışmışdı ki, müstəntiq məni 12 avqusta 2019 cu ilə çağırıb izzahat almağa və müstəntiq bildirməmişdi ki, sən axtarışdasan. Eləcədə müstəntiqə bildirmişdim ki, gedirəm uşaqlarımnan görüşməyə Antaliya şəhərinə. 5 avqust 2019 cu ildə Moskvada məni aeroportda həbs edib apardılar Xakasiyanın Çernoqorsk həbsxanasına. Məni 3 günə yaxın ac, susuz, əli qandallı saxladılar və dindirdilər. Məni psixoloji, fiziki təziqlərlə, işgəncə verərək, əli qandallı, ac, susuz saxlayırdılar ki etmədiyim cinayəti boynuma alım və sənədlərə qol çəkim.
Ən maraqlısı o idiki, rusiya xüsusi xidmət orqanın(FSB) işçisi məndən səs yazıları və video görüntülər olan SD diskləri istəyirdilər.Mən isə elə bilirdim yol inşaatında çəkdiyimiz SD diskləri istəyirlər. Onlar isə bildirdilər ki, Azərbaycanda Xüsusi xidmət üçün yazdığın SD disklərini ver. Mən isə o məlumatlar haqqında heç vaxt heç yerdə, ailə üzvlərimə belə danışmamışdım. Tək birdəfə 2017 ci ildə azərbaycan Xarici Kəşfiyat Xidmətinin Ulduz metrosu yanında olan idarəsində onların əməkdaşına danışmışdım.
Eləcədə 150 000 dollar rüşvət istəyirdilər, birdə ki, kontrakla mənim şirkətimin gördüyü yol inşaatını, bazamı, texnika və avadanlıqları onlara verərək rusiyadan çıxıb getməyimi tələb edirdilər. mən isə razılaşmırdım. 5 gün həbsdən sonra məni ev dustaqlığına buraxdılar. Yəni 24 yanvar 2020 ci il tarixə kimi evdən çölə çıxmaq, telefon və internetdən istifadə qadağan idi. Sonra qayıtdım Moskva şəhərinə. Uzun müddət həkimlərdə müalicə aldım. Həbsxanada polislərin verdiyi işgəncə nəticəsində qarın nahiyəmin sağ hissəində deşik yaranmışdı. 6 oktyabr 2020 ci ildə Moskva şəhərində yerləşən Hosbitalda cərrahiyə əməliyatı olundum. Həbsxanadan öncə 2019 cu ildə moskvada yerləşən hospitalda həkim cərrahın yoxlamasından keçmişdim və mənim sağlamlığımda problem yox idi.
7 ci hissə
Mən 20 aprel 2021-ci il tarixdə sosial şəbəkədə facebook sehfemde baxarkən youtube kanalı olan AzerFreedomTV -nin canl efirində Tərtər Hadisələri, Tərtər işgəncələri barədə baxdım. Sonra AzerFreedomTV -ni araşdırdım, mənə məlum oldu ki, həmin kanalın aparıcısı, İngiltərə dövlətində siyasi sığınacaq almış Qurban Məmmədlidir. Mən Qurban Məmmədli ilə əlaqə saxladım və bildirdim ki, Tərtər cinayətlərini törədən Cinayətkar dəstənin kimlər olduğunu bilirəm və ona yuxarıda yazdığım 2-ci hissədə olanları və digər məlumatları danışdım. Qurban Məmmədli bildirdi ki, bu danışdıqlarını sabah AzerFreedomTV -nin canlı efirində çıx danış qoy bütün dünya bilsin. İlk öncə ailəmin və uşaqlarımın təhlükəsizliyi baxımından qorxdum ki, həmin cinayətkar dəstənin üzvləri və eləcədə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları ailəmi, məni və uşaqlarımı öldürərlər. Məndə 22 aprel, 23 aprel, 24 aprel 2021 -ci il tarixlərdə və eləcədə digər tarixlərdə AzerFreedomTV -nin canlı efirində Tərtər Terrorunu törədən cinayətkar dəstənin üzvlərini adlarını açıqladım. Həmin cinayətkar dəstənin Başında duran şəxslər Azərbaycan Respublikasınının Baş Hərbi Prokroru General leytenant Xanlar Vəliyev, Sabiq Baş Qərargah Risi General polkovnik Nəcməddin Sadıkov, Korpus komandiri general Hikmət Həsənov, bir neçə icra başçıları, Nazirlər və Azərbaycan hakimiyyətinin çox hissəsini işğal etmiş cinayətkar terrorçu dəstədir. Həmin Cinayətkar dəstə Azərbaycan Respublikasının Tərtər rayonu ərazisində 1700 dən çox Azərbaycan hərbiçilərini və mülki şəxsləri işgəncə verərək, döyərək, zorlayaraq işgəncə vermişlər və 10 dan çox insanları işgəncə verərək qətilə yetirmişlər. Həmin cinayətkar dəstə hal-hazırda Azərbaycan hakimiyyətində yüksək vəzifə tuturlar və eləcədə Rusiya Xüsusi Xidmət orqanlarına işləyirlər. AzerFreedomTV -nin canlı efirində çıxışımdan sonra mənə, mənim ailə üzvlərimə dəfələrlə İngiltərədə ölümlə təhdidlər etdilər və hal-hazırdada təhdidlər davam edir. Həmin cinayətkar dəstə nəin ki, mənə və mənim ailəm üçün təhlükədi, həmin cinayətkar dəstə bütün dünya üçün təhlükədir. AzerFreedomTV -nin efirlərində işgəncə görmüş insanların danışdıqlarına baxsanız görərsiniz ki, həmin cinayətkar dəstə bütün dünya üçün təhlükədir.
Nəsimi Sadıqov
18 yanvar 2024 cü il.