Kanal Turan

Kanal Turan Bəyənək Dostlar, bu bir telekanalın facebook səhifəsidir Azərbaycanın yeganə müstəqil televiziya kanalıdır. Astra 5b sputnikindən yayımdadlır.

Qurucusu: Qənimət Zahid (Ganimat Zayidov)

«Украинская правда» Ukraynanın nüfuzlu və peşəkar nəşrlərindən biridir. Bu qəzet yalnız Ukrayna üçün deyil, həm də rus v...
30/10/2024

«Украинская правда» Ukraynanın nüfuzlu və peşəkar nəşrlərindən biridir. Bu qəzet yalnız Ukrayna üçün deyil, həm də rus və ingilis dillərində dərc nəşr edilir və Ukrayna ilə bağlı siyasətin müəyyənləşməsində rolu, marağı olan ciddi siyasi çevrələrin də rəyinin formalaşmasında, informasiyalar almasında mühüm rol oynayır. «Украинская правда» bu gün Azərbaycandan müxalifət lideri Əli Kərimlinin Ukrayna müharibəsi, Qərbin və Rusiyanın strategiyaları, o cümlədən Azərbaycanın rəsmi və ictimai baxışlarını təhlil edən yazısını öz oxucularına təqdim edib, həm də yazının sonunda xüsusi təqdimatla. Yazının orijinalını fb dostlarım üçün Azərbaycan dilində paylaşıram (linki isə şərhə əlavə edirəm).

“Ukrayna müharibəsi ilə paralel olaraq Rusiya Cənubi Qafqazı öz nəzarəti altına alağa çalışır

Biz burada - Azərbaycanda böyük narahatlıqla izləyirik ki, Rusiyanın Ukrayna torpaqlarını işğalı demək olar ki, hər gün artır. Təkcə ötən həftə Rusiya ötən bir ildə rekord sayılacaq qədər çox - 200 kvadrat kilometr ərazini işğal edib. Ukrayna ordusunun qəhrəmancasına müqavimətinə baxmayaraq Rusiya işğalının hər gün, hər həftə genişlənməsi Ukraynaya edilən beynəlxalq yardımların yetərli olmadığını əyani şəkildə sübut edir.

Əlbəttə, bu bir həqiqətdir ki, Ukraynanın özünü Rusiya işğalından qoruması üçün
ABŞ, Avropa İttifaqı və Böyük Britaniya başda olmaqla demokratik dövlətlər ötən iki il yarımda Ukraynaya çox böyük dəstək veriblər. Ancaq indi bu çox aydın görünür ki, Rusiyanın işğalçılıq planlarını durdurmaq üçün indiyədək görülmüş işlər kifayət deyil.

Üstəlik, Rusiya işğalının gücləndiyi bu günlərdə demokratik dünyanın bir çox təmsilçilərinin, siyasətçi, ictimai xadim və jurnalistlərin Qərb toplumlarının Ukraynaya dəstəkdən yorulduğunu, Ukraynanın işğalçı dövlətə güzəştə getməli olduğunu ictimai müzakirəyə çıxarması çox təəssüfedicidir. Həmin ictimai - siyasi xadimlər, jurnalist və ekspertlər nəzərə almalıdır ki, Ukrayna xalqının Rusiya işğalına qarşı qəhrəmancasına savaşı təkcə Ukrayna xalqı üçün müstəqillik, ərazi bütövlüyü və azadlıq uğrunda savaş deyil, həm də daha azad, daha ədalətli bir dünya düzəni uğrunda qlobal mübarizənin tərkib hissəsi, hətta episentridir.

İndi artıq hamı başa düşür ki, Rusiya imperializmi bu savaşda qalib gəlsə, Ukrayna ilə kifayətlənməyəcək. Növbəti hədəf keçmiş Sovet respublikaları olmuş Rusiyanın indiki qonşuları olacaq. Əgər Putinin işğalçılıq siyasəti durdurulmasa, dünyadakı bütün avtoritar və totolitar sistemlər ruhlanacaq, özgüvən qazanacaq və daha da sıx birləşərək demokratik Qərbə strateji məğlubiyyət yaşatmaq, hazırkı beynəlxalq hüquqa söykənən dünya düzənini güclülərin hüququ ilə əvəz etmək iddiasına düşəcəklər.

Ona görə də Ukrayna xalqının azadlıq mübarizəsinə beynəlxal dəstək sadəcə davam etməməlidir, həm də daha bir üst səviyyəyə keçməlidir.

Rusiya - Ukrayna müharibəsinə yanaşma konseptual olaraq dəyişməlidir. Söhbət təkcə Ukraynanın işğala məruz qalmasından və onun özünümüdafiəsinə yardım etməkdən yox, Rusiyanın liderliyi ilə diktataturaların və qeyri - demokratik rejimlərin demokratik dünyaya qarşı, bəşəri dəyərlərə, azadlıq və ədalətə, dünya düzəninə qarşı başlatdığı hibrid savaşı durdurmaq və işğalçıları məğlub etmək üçün dünyanın bütün demokratik qüvvələrinin səfərbər olunmasından getməlidir.
Əks tərəfdə avtoritar rejimlər məhz bunu edir. Çin öz istehsal vasitələrilə Rusiyaya kömək edir, İran ballistik raketlər və PUA-lar göndərir. Şimali Koreya isə son həftələrdə 12 min nəfər əsgər və zabitini artıq Rusiya ərazisinə yerləşdirib və bu əlbəttə ki, son deyil. Rusiyanın qələbəsi üçün Şimali Koreya daha çox hərbçi də göndərə bilər.

Biz bu sualı tez - tez verib, cavab axtarmalıyıq: Nəyə görə dünyadakı avtoritar və totalitar sistemlər qətiyyət və sürətlə birləşdikləri halda dünyadakı demokratiyalar şərə qarşı mübarizədə hələ də tərəddüdə, ləngliyə, qətiyyətsizliyə yol verirlər?

Əminəm ki, beynəlxalq irticaya qarşı ön cəbhədə vuruşan Ukrayna xalqı bu sualı tez - tez verir. Ancaq bu sual tək ukraynalıların sualı olmalı deyil. Bu sual bütün dünyadakı demokratik qüvvələrin özü - özünə və həmkarlarına ünvanlamalı olduğu sualdır.

Orası aydındır ki, diktaturalar və avtoritar dövlət başçıları öz şəxsi və qeyri məhdud hakimiyyətlərini, bir çoxları isə həm də dövlətin sərvətlərini oğurlayıb, daha da varlanmaq imkanlarını qorumaq üçün birləşirlər, bir-birlərinə dəstək verirlər. Öz əbədi hakimiyyət arzularını gerçəkləşdirmək üçün insanları kütləvi şəkildə ölümə göndərir, ölkələrinin milli resurslarını öz ambisiyaları üçün göz qırpmadan xərcləyirlər. Ancaq dünyadakı demokratik qüvvələrin də daha effektiv və daha sürətli birləşməsi üçün səbəbləri ciddidir. Qaydalara əsaslanan beynəlxalq düzəni, bütün dünyada azadlığı, insan hüquqlarını, azad rəqabət imkanını, ümumbəşəri dəyərləri tiranlardan, diktaturalardan qorumaq, dünyanın yenidən cəngəllik qaydalarına aparılmasına imkan verməmək birləşmək üçün daha ciddi səbəblərdir.

Azərbaycanın hazırda İlham Əliyev rejiminə müxalifətdə olan demokratik qüvvələri Ukraynanın haqlı mübarizəsini tam olaraq dəstəkləyir. Biz onun da fərqindəyik ki, Ukraynaya qarşı apardığı işğalçı savaşla paralel olaraq Rusiya ən müxtəlif vasitələrdən istifadə etməklə daha bir strateji cəhətdən önəmli coğrafiya olan Cənubi Qafqazı da öz nəzarətinə keçirməyə çalışır. Rusiya bu məqsədlə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına mane olmağa çalışır və Cənubi Qafqazın hər üç ölkəsində avtoritar, qeyri - demokratik qüvvələri dəstəkləyir. Kremldə haqlı olaraq belə hesab edirlər ki, harada bir qeyri - demokratik qüvvə varsa, həmin qüvvə Rusiya hakimiyyətinin real və ya potensial müttəfiqidir.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin işğalçı Putinlə imzaladığı müttəfiqlik haqda bəyannaməyə də bu kontekstdə yanaşmaq lazımdır. Saxta seçkilər vasitəsilə formalaşmış və öz repressiv hakimiyyətini qorumaq üçün 300 nəfərdən artıq ictimai - siyasi fəalı, jurnalisti həbs etdirmiş, ölkədə fundamental hüquq və azadlıqları, siyasi rəqabət aparmaq imkanını tam olaraq məhdudlaşdırmış Azərbaycan hakimiyyəti rəsmi olaraq işğalçı Rusiyanı dövlətimizə müttəfiq saysa da, xalqımızın böyük əksəriyyəti məhz Ukraynanı, azadlıq, demokratiya və ləyaqət uğrunda vuruşan Ukraynanı özünə müttəfiq sayır”.

Redaksiya təqdimatı: Əli Kərimli Azərbaycandakı ən böyük müxalifət partiyası olan AXCP-nin sədridir. AXCP Azərbaycanın Avropa İttifaqına inteqrasiyasını təbliğ edən əsas qüvvədir. Azərbaycan hakimiyyəti AXCP-yə qarşı repressiya aparır. 50 nəfərə qədər AXCP fəalı siyasi məhbus həyatı yaşayıb. Bu ilin avqustunda hakimiyyət Əli Kərimliyə qarşı qondarma cinayət işi başladıb. Əli Kərimlinin üzərində qurulmuş sifarişli məhkəmə Azərbaycanda COP 29 tədbiri keçiriləcək deyə dekabrın 2-nə qədər təxirə salınıb”.

Bəzən belə suallar da olur ki, COP bir iqlim konfransıdır, bunun azadlıqlara nə dəxli var. İlk baxışdan, sadəlövh şəxslə...
30/10/2024

Bəzən belə suallar da olur ki, COP bir iqlim konfransıdır, bunun azadlıqlara nə dəxli var. İlk baxışdan, sadəlövh şəxslər üçün ağlabatan görünə biləcək sualdır. Amma yalnız səthi yanaşanda belə görükə bilər. Gəlin, məsələyə bir az dərindən baxaq və problemi çox asanca qavrayacağıq ki, Qlobal İqlim təhlükəsizliyi probleminə həsr edilən bu konfransların- sammitlərin azadlıqlara nə dəxli var. Bəri başdan deyim ki, birbaşa dəxli var, amma bircə sahə üzrə, mətbuat azadlığı istiqaməti üzrə nə dəxlinin olduğunu sübut edən faktları dinləyin... (şərhdəki linki açın və dinləyin o sirri).

29/10/2024

Amerikadan canlı yayım 🇦🇿

Qənimət Zahid: Fransa mətbuatına belə bir yazı yazdım. Bu yazıda Fransanın, Avropanın siyasilərinə dövlət xadimlərinə mü...
04/10/2024

Qənimət Zahid:

Fransa mətbuatına belə bir yazı yazdım. Bu yazıda Fransanın, Avropanın siyasilərinə dövlət xadimlərinə müraciət etdim ki, siyasi mühacirləri təqib edən qətl seriyaları yalnız bizi yox, sizin özünüzü də hədələyir. Yazının tərcüməsini də buraya atıram, oxuyun.

Sentyabrın 29-da, səhər saat 7.30-da yaşadığı mənzilə girən cinayətkarlar siyasi mühacir, azərbaycanlı dissident Vidadi İsgəndərliyə 21 bıçaq zərbəsi vurdular. Oktyabrın 1-də, o, Milhouse hospitalında öldü.
Bu, Azərbaycan diktatorunun göstərişi ilə həyata keçirilən bir sui- qəsd hadisəsidir...

Avropa siyasi dissidentlər- mühacirlər üçün təhlükəli yerə çevrilir. Xüsusilə Fransa. Biz müxtəlif zamanlarda Putinin, İlham Əliyevin, hətta Ramzan Kadırovun Almaniyada və ya Fransada cəza əməliyyatlarını həyata keçirdiyi barədə xəbərləri eşidirik. Dünyanın neft pulları ilə azğınlaşmış diktaturaları ölkədən qaçmağa məcbur olmuş dissidentləri yaxalayıb susdurmağı bacarırlar. Əlbəttə, ölümlə cəzalandırmaq son həddir. Amma yalnız bu deyil axı. Öldürməyə qədər də həyata keçirdikləri tədbirlər var. Avropa ölkələrində şaxələndirdikləri “diaspor təşkilatları” faktiki olaraq Azərbaycanın cəza orqanlarının xaricdəki uzantısıdır. Onlar xəbər toplayırlar, “narahat dissident”lərin ünvanlarını dəqiqləşdirirlər, döyürlər, qorxudurlar. Mən qətiyyən şübhə etmirəm və bilirəm ki, siyasi mühacirlər bu cür faktlarla bağlı müxtəlif Avropa ölkələrində polisə müraciət edirlər. Amma hər zaman da buna bənzər cavab alırlar ki, “axı, sizi öldürməyiblər”.
Bu dissident mühacirlər öz ölkələrində təqib edilməyin necə olduğunu bilirlər, qorxu içində yaşamağın nə olduğunu bilirlər. Hətta öldürülməyin də necə olduğunu bilirlər. Azərbaycanda 2003- cü ildən üzü bəri siyasi qətllərin sayı onlarladır. Siyasi həbslərin sayı minlərlədir.
Amma siz əminsizmi ki, bu diktatorlar cəzasız qaldıqca, ifşa edilmədikcə öz ölkələrindən qovulan siyasi mühacirləri susdurmaqla kifayətlənəcəklər? Mən şəxsən əmin deyiləm. Günün birində eşidəcəksiz ki, onlar Avropada jurnalistləri döyürlər, öldürürlər, siyasətçiləri şantaj edirlər və ya elə onları da döyüb- öldürürlər... Dafne Qaliziya olayı dərs olmadımı?
Kürü diplomatiyasının toruna düşüb siyasətdən qovulan deputatların, başqa siyasətçilərin nümunəsi dərs olmadımı? Əminsizmi ki, sizin siyasətçilərinizi öldürməyəcəklər? Cinayətkar diktaturalar sizin siyasətçilərinizi rüşvətlə ala bildikləri kimi, kriminal elementlərə də rüşvət verib onları öldürə də bilərlər. Nəzərə alın ki, dağılmış Sovet İttifaqı coğafiyasının kriminal aləmi indi həmin coğrafiyada olan diktatorların sərəncamı altındadır, onların göstərişləri ilə hərəkət edirlər.
Avropa ölkələrinin, o cümlədən Fransanın polisi bu cinayəıt hadisəsini araşdırıb qatilləri aşkara çıxara bilməsə, bu artıq dövlətin şərəf məsələsinə çevrilmiş bir qanlı hadisənin seriala çevrilməsi üçün başlanğıc olacaqdır.

https://www.agoravox.fr/tribune-libre/article/vous-pensez-qu-ils-ne-peuvent-pas-257027

03/10/2024

14 il icra başçısı işləyəsən, axırda da yığdıqlarını dələduzlar əlindən ala, heç Heydər Əliyev Fonduna da verə bilməyəsən! :)

10/09/2024

"Əllərində qərar yox, heç nə yox, gəlib deyirlər hasarlayacağıq", - ETİRAZ

Azərbaycanda bir diktatura var. İnzibati rıçaqları ələ keçirərək ölkədə siyasi fəaliyyətləri qadağan etməyi bacarmış bir...
04/08/2024

Azərbaycanda bir diktatura var. İnzibati rıçaqları ələ keçirərək ölkədə siyasi fəaliyyətləri qadağan etməyi bacarmış bir hakimiyyət var. Heç bir ölkədə, özəlliklə də çağdaş günlərdə, diktaturanı bir günün, bir ayın, bir ilin,.. içərisində qurmurlar. Tədricən, hər gün, hər ay, hər il qururlar, möhkəmləndirirlər. Diktatura quran hakimiyyətlər təmsil etdikləri xalqları aşağılamaq, onun haqlarını əlindən alaraq öz haqqına çevirmək, özünü millətin üstünə qaldırmaq, imtiyazlarını hər gün bir az daha böyütmək, cəmiyyəti həyatın dibinə doğru sürüşdürməklə bu prosesin qalibinə çevrilirlər,
Cəmiyyət tədricən öz hüquqsuzluğunun daha da dərinləşməsi prosesində psixoloji travma alır, sosial- mənəvi böhran dərinləşir və hər nə isə, bu prosesi bitdə- bitdə şərh etməyə ehtiyac görmürəm. Azərbaycanlıların nisbətən daha geniş rakursda anlamaq və qavramaq qabiliyyətini qoruyub saxlamış kəsimi bu prosesin necə baş verdiyini izləyə və ümumiləşdirə bilirlər. Bu, mühasirə durumudur və mühasirə həlqəsi hər gün bir az daha daraldılır, indiki çərçivəyə sıxışdırılır. «İndiki», elə indiki zamana aiddir, sabah bu həlqə daha da dar olacaq.
Proses, bir qayda olaraq ağrılı olur. Təqiblər, həbslər, qətllər, sürgünlər, bütün bunların hamısı toplumda və ayrı- ayrı insanlarda özünü qoruma instinktlərini gəlişdirir. Bir millət öz perspektivlərini injstinktlərin əsasında mühafizə etməyə başladısa, deməli, diktaturanın zəfər yolu açılmışdır. Mən dəqiq tarix göstərə bilmərəm, konkret olaraq nə zaman, hansı məşum tarixdə toplumun özünüqoruma anlayışı idrak mərhələsindən instinktlər mərhələsinə keçib. Belə çıxır ki, bu prosesdə dəqiq bir tarix yoxdur, tədricən baş verir. Yəni, hamı birdən- birə təslim olmur. İlk sırada həyat kredosu maddi rifahdan başqa heç nəyə hesablanmayan zümrə təslim olur və onlar diktaturanın bərkidilməsi üçün instrument rolunu həvəslə icra etməyə başlayırlar. Daha sonra praqmatik kəsim hissə-hissə, parça- parça təslim olur. Sonra, başqaları və sairə. Amma bəlli bir kəsim heç zaman təslim olmur, əzablı, lap uzaqlarda gördüyü, bəlkə də görmədiyi, sadəcə təsəvvür etdiyi işıq zərrələrini tutaraq yürüyən insanlar qalır diktaturaya qarşı müqavimət cəbhəsində…
Biz təslim olanları çox görmüşük. Daha gec təslim olanlar daha aqressiv olurlar. Onlar həm də vitrində daha aktual görükürlər. İlk sırada yenilənləri diktatura elə ilk növbədəcə basıb yeyir, ifraz edir. Sonra və daha sonra gələnlər isə təslim olmayanlara qarşı həm də ikiqat aqressiv olurlar. «Təslim olmamaq mümkün imiş» düşüncəsinin yaratdığı həsəd onları daha aqressiv edir. (Bu da bir başqa söhbətin mövzusudur).
Amma dediyim ki, heç zaman təslim olmayanlar da olur. Yalnız Azərbaycanda deyil, elə bütün ölkələrdə və bütün tarixlərdə. Tarix kitablarını açın, baxın, orda ən parlaq səhifələr təslim olmayanların nümunəsinə həsr edilmişdir. Tarix onların nümunələrindən ibarətdir.
İndi 21-ci əsrdir və biz Azərbaycanda azadlıqlara nifrəti təbliğ edən «ziyalıları» da görürük və azadlıqları şüar kimi başının üzərinə qaldırıb yaşayanları da görürük. İndi azadlıq şüarlarını dövriyyədən tamamilə çıxarmaq Azərbaycan diktaturasılnın əsas hədəflərindən biridir. Cəmiyyətin çox az bir kəsimi bu şüarları təslim etmir. Onların sayı azdır, amma nümunələri kəsərlidir. Onlar azdır, ammadiktaturanın əzminə görə, heç olmamaları gərəkdir. Lap bircə nəfər olsa belə, onu ictimai rəydən silmək gərəkdir. Təkrar edirəm, bu, Azərbaycan diktaturasının kəşfi deyil, nisbətən yaxın tarixdəki diktaturaların təcrübəsində də görə bilirik. Məsələn, Sovetlər zamanı bu tək adamları dəlixanaya da atardılar. Azadlıq, hüquq- ədalət istəyən insanları ictimai rəydə dəli kimi təqdim etmək idi, cəmiyyətdən təcrid etmək idi Sovet diktaturasının taktikası.
Azərbaycan hələ oraya qədər düşməyib, təslim olmayan, təşkilati quruluşunu qoruyub saxlayan müxalifət var, bu həm də o deməkdir ki, «Azadlıq!» fərdi deyil, mütəşəkkil şüar kimi də aktuallığını qoruyub saxlayır və bu, yerli diktaturanı gerçəkdən çox narahat edir.
Bu insanlar Azərbaycan cəmiyyətinin müqavimət, cəsarət, igidlik potensialı qədərdir. Yəni, azərbaycanlıların cəsarəti onların sayı qədərdir. Siz onları 10-15 nəfərlik, 50-60 nəfərlik, bir neçə yüz nəfər və ya bir neçə min nəfərlik məhdud kontingent saya bilərsiz, amma onlar bir millətin cəsarət əzminin sabahkı günlərə daşıyıcılarıdır. Sayları azaldıqca da, lap son nəfərə qədər də bu tarixi estafeti qırılmağa qoymayacaqlar. Onlar Azərbaycan ruhunun daşıyıcılarıdır, onlara qarşı çıxanlar isə tarixin sürüyüb gətirdiyi, bəzi zamanlarda və bəzi coğrafiyalarda güclənsələr də, tədricən sönməkdə olan qabalığın, cəhalətin, zorakılığın daşıyıcılarıdır.
Azərbaycanda 60 ilə yaxındır davam edən bir ailə hakimiyyəti var, bunun son 30 ili xüsusi amansızlığı və qabalığı ilə davam edən, hər gün bir az daha inzibati heyvərələyini gücləndirməkdə olan bir idarəçilikdir. Bu idarəçilik bütün praqmatikləri özündə həll edib qurtarıb. Amma idealistlərlə sonuna qədər bacara bilməyib.
Məhdud və bəlkə də sıfır qədər düşüncə rakursu olan insanlar onlara ironiya da edə bilər. «Azərbaycanda müxalifət zəifdir» arqumenti təslim olmayanlara qarşı işlədə biləcəyiniz ittiham deyil, bütövlükdə cəmiyyətin öləziyən potensialının təsviridir. Əgər hətta bircə nəfər də «Mən zülmün, ədalətsizliyin qarşısında təslim olmayacağam!» deyərək, öz etiraz ruhunu qoruyub saxlayırsa, siz ona gizli həsədlə baxa bilərsiz, açıq ironiya edə bilərsiniz, bunu praqmatik maraqlarınz da tələb edə bilər, amma hər bir halda, bu hücum qırıntıları ilə onların üzərinə getdiyiniz zaman diktaturanın əlavəsinə çevrilmiş olacaqsız.
Azərbaycanda isə hələ dissidentlər deyil, müqavimət göstərənlərin təşkilati birliyi də var. Bu birlik, bu təmsilçilik yalnız (və ya əsasən) təslim olanların qıcıqlana biləcəyi faktdır.
Diktaturalar həm də ona görə güclənə bilir ki, bütün cəmiyyəti sarmış, xərçəng toxumaları kimi sarmış kütləvi qarışılıqlı inamsızlıq yarada bilir; hər kəsin öz faciəsini ya öz qabiliyyətsizli, ya da özünün ranqında olan kimlərinsə uyğunsuz müdaxiləsi kimi dərk etdiyi situasiya yaradır; kollektiv gücə və istəyə qarşı sosial antipatiyanı təşkil etməyi bacarır və sairə.
İndi Azərbaycanda təslim olmayan yeganə kollektiv birlik Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Bu, o demək deyil ki, bu təşkilatdan kənarda təslim olmayanlar yoxdur. Əlbəttə, var. Amma müqavimətin kollektiv ifadəsi diktaturaları daha çox qorxudur. Bu gün lap zəif olsa da, bir nümunə kimi ölümünə qorxudur. Kollektiv müqavimət nümunələrini tamamilə məhv etmək, sıradan çıxarmaq bütün diktaturaların ən birinci istəyidir.
Bütün bunlara görə, Azərbaycanda kollektiv müqavimət modellərinə münasibətinizi ifadə edəndə mütləq bunu nəzərə almalısız: siz bunu ya diktaturanın səflərində dayanaraq edirsiz, ya da ən yaxşı halda, etdiyinizin mahiyyətini anlamadan edirsiz.

01/08/2024

Türkiye-Ermenistan normalleşme süreci nasıl ilerliyor?

«Tərsinə millət yetişdirmə» nə deməkdir, bilirsizmi?Famil Xəlilovun faciəsini bilirik. İflic xəstəsi olan, əlləri qurumu...
14/07/2024

«Tərsinə millət yetişdirmə» nə deməkdir, bilirsizmi?

Famil Xəlilovun faciəsini bilirik. İflic xəstəsi olan, əlləri qurumuş, özünə baxmaq imkanı olmayan bu gənci həbs edib atıblar içəri. Bu, bir diktatorun qansızlığıdır, çünki Famil Xəlilov onun xoşuna gəlməyən sözləri danışıb- yazırdı. Bu, diktatordur, amansızdır, qəddardır, qaniçəndir, oğrudur, korrupsionerdir. Onun qoruduğu dəyər də özü- özlüyündə hakimiyyət deyil, hakimiyyət ona daha çox oğurlamaq, daha çox əzmək, daha çox imtiyazlar üçün gərəkdir. Famil Xəlilovu da həbs etməklə, « baxın, mn hətta belələrinə də rəhm etmədən, güzəşt tanımadan cəzalandırıram» mesajını verir.
Amma indi həbsxanada, mərhəmətli cinayətkarların- məhbusların ümidinə qalan, serebral iflic xəstəsi olaraq o məhbəsdə, şübhəsiz, çarəsizlikdən ilan kimi qıvrılan, kamera yoldaşlarının mərhəmətindən asılı olduğuna görə fiziki əzabdan daha çox mənəvi əzab çəkən Famil Xəlilovun ailəsinin başına gətirilənlər də çox və daha çox ibrətamizdir. Onun ailəsini kirayədə qaldığı evdən çıxarırlar. Bakının Binəqədi rayonunda. Bu kirayə evin sahibi isə sıradan bir azərbaycanlıdır. Bu ev sahibinin əlində hüdudsuz səlahiyyətlər yoxdur, intəhasız imtiyazlar yoxdur. Əlində olan yeganə imkan kirayə verdiyi evdə yaşayan ailəni orda saxlamaq və ya onları ordan çıxara bilməkdir. Famil Xəlilovun, bildiyim qədər övladlarından biri də eynən özü kimi iflicdir, xəstədir. Başsızdır ailə və əlsiz- ayaqsızdır. Kirayə haqqını ödəməklərində bir problem yoxdur, bildiyim qədər, bu ailənin o mənzildən qovulması üçün kirayə haqqını verməməkləri səbəb ola biılməz. Bəs nədir səbəb? Əlbəttə, mən şübhə etmirəm ki, yerli polis, göylü polis, inzibati orqanlar da öz sırasında Famil Xəlilovun çöldəki həyatına da əl qoyub. Amma azərbaycanlıların müqavimət imkanı da yoxdur, qalmayıb. Mən Famil Xəlilovun ailəsini dərbədər edən o azərbaycanlı ev sahibini lənətləyə də bilərəm, siz də lənətləyə bilərsiz. Amma bu, məsələnin həlli, problemə adekvat qiymətdirmi? Xəbəri oxuyan kimi lənət gəlir adamın dilinin ucuna və geri dönür. Binəqədinin polis rəisi İlqar Məmmədov haqqında bir- iki dəfə danışmışdım. Unikal qədddarlıq və yaramazlıq nümunəsi olduğunu demişdim. Dəyərlərə tüpürən birisi olduğunu hətta polis orqanlarında da fərqləndirdiklərini demişdim. Amma məqsədim növbəti dəfə bu polismenin qansızlığına diqqət çəkmək deyil.
Azərbaycanlıların bu hala salınmasına diqqət çəkmək istəyirəm. Əlsiz- ayaqsız bir adamın başsız qalmış çarəsiz ailəsini bir də küçəyə atmaq cəzası var, bu cəzanı da azərbaycanlıların əli ilə edirlər. Azərbaycanlıları kütləvi şəkildə ləyaqət göstəricilərindən sürüb uzaqlaşdırırlar. Bəlkə, 30-40 il bundan əvvəl belə kəmfürsətliyə, belə qansızlığa qol çəkə bilən azərbaycanlıları hansısa şəhərlərdə, kəndlərdə- məhəllələrdə barmaqla saymaq olardı, el qınağı adlandırılan ictimai rəy faktoru işə düşərdi. Azərbaycanlıların yüzdə 90 faizi bu situasiyada evində saxlanan o cür ailədən heç kirayə pulu da ya almaz, ya da yubatsalar belə göz yumardı. Amma indi azərbaycanlıların yüzdə 90 faizi elə deyil. El qınağı deyilən o nəsnə də tərsinə çevrilmiş lənət kimi işləkdir. Bunun üçün dirənən adamlara qarşıdır. «Ağlı varsa- etməsin» şəklində.
Azərbaycanlıların hamısını beləcə, tədricən və ya sürətlə, əllərində olan imkanların çərçivəsində cılkkılı diktatorlara çevirə biliblər. Təmənnasızlıq deyə biləcəyiniz o keyfiyyətləri indi hansı ardıcıllıqla görə bilərsiz ki? Dürüstlük, mərdlik, qürur, ləyaqət anlayılşlarını ehtiva edəcək davranışları çox tez- tezmi müşahidə edə bilirsiz, ya əksinə? Özünüzə tez- tezmi sual verirsiz ki, bu millət niyə bu kökə düşdü? Elə bilirsiz, bu və ya başqa millətlər öz- özünə, öz kefindən ötrü bu kökə düşür? Bunu edirlər. Böyük diktator milyonlarla balaca, xırda, cıkkılı diktatorlardan ibarət bir millət yetişdirir. Çünki o, diktatorların nə qədər qəddar olsa da, o qədər qorxaq olduğunu öz təcrübəsindən bilir. Xırda diktatorlar da, onların sayı nə qədər çox olsa, o qədər əlverişlidir böyük diktator üçün. Çünki bu, kütləvi qorxu deməkdir. Cəmiyyət amansız və rəhmsiz olmalıdır. Cəmiyyət qəddar və kəmfürsət olmalıdır. Cəmiyyət qəddarlığa və zülmə qarşı çıxanları özü linç etməlidir. Cəmiyyət azadlıq üçün savaşanları özü bircə- bricə tutub boğmalı, məhv etməlidir. Xırda diktatorların yüz minlərlə, milyonlarla olduğu bir ölkədə, bütün ölkələrdə azadlıq üçün, ədalət üçün savaşanların yeri cəhənnəm kimi olmalıdır,
Famil Xəlilovun başszı- çarəsiz, əlsiz ayaqsız, həm də sözün əsl mənasında əlsiz- ayaqsız ailəsini küçəyə atan azərbaycanlı bir deyil, milyonlarla olmalıdır. Bu, diktatora ləzzət edir. O, azadlıqlara qarşı kütləvi nifrət yarada bildiyindən məmnun olur, xoşbəxt görünür. Heç kim onun qorxusunun nə qədər dərin və titrədici olduğunu görnür, amma o hamının qorxusunu görür və bu da ona ləzət edir. Famil Xəlilovun ailəsinin kirayədə qalan evdən küçəyə atılması faktı da belə xoşbəxtlik yaradan faktlardan biridir. Siz bu faktı bu tərəfdən də dəyərləndirə bilirsizmi?

26/06/2024

Şüvəlan olayından son bilgilər!

Əli bydən öldürücü sarkazm! Mütləq oxuyun! :)https://www.facebook.com/share/p/BXgNMrg57Q6c4fNV/
25/06/2024

Əli bydən öldürücü sarkazm! Mütləq oxuyun! :)
https://www.facebook.com/share/p/BXgNMrg57Q6c4fNV/

Bu gün səhərdən çox yaxşı xəbər yayılıb. Ümid edirəm ki, Azərbaycandakı 303 siyasi məhbusu həbsdə saxlamağa hakimiyyətin bundan sonra bəhanəsi qalmayacaq.
Azərbaycandakı siyasi məhbusların azad edilməsinə çağırış edən Qərb liderlərinə İlham Əliyev təqribən belə cavab verirdi ki, insan hüquqları sizi həqiqətən narahat edirsə, əvvəlcə “WikiLeaks”, qurucusu Culian Assanjı azad edin, sonra bizim məhbusları müzakirə edərik.

Budur, Böyük Britaniya məhkəməsi
İlham Əliyevin tələbini yerinə yetirdi)) London Ali məhkəməsi “WikiLeaks”, qurucusu Culian Assanjı zaminə buraxıb.
Assanj artıq Böyük Britaniyanı təyyarə ilə tərk də edib.
İndi sıra İlham Əliyevdədir. İndi gərək İlham Əliyev də Azərbaycandakı siyasi məhbusları azad etsin.

Seçimsizliyin yaratdığı çarəsizliyin  qurbanı olan azərbaycanlılar, Qurban bayramınız mübarək olsun! Qeyd: şəkil şərtidi...
16/06/2024

Seçimsizliyin yaratdığı çarəsizliyin qurbanı olan azərbaycanlılar, Qurban bayramınız mübarək olsun!
Qeyd: şəkil şərtidir.

https://www.youtube.com/live/1szBAH47LxY?si=GYgjphiUSN7HaHLr
06/06/2024

https://www.youtube.com/live/1szBAH47LxY?si=GYgjphiUSN7HaHLr

Какая связь между законом об иноагентах и запретом пропаганды ЛГБТ?Что важнее религиозные и национальные ценности или неолиберальные ценности Европы? Южный К...

Adresse

Strasbourg
67200

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Kanal Turan publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager

Type


Autres Média à Strasbourg

Voir Toutes