Sumqayıt 24

Sumqayıt 24 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sumqayıt 24, News & Media Website, Sumqayıt.

Xəbərləri bizimlə izləyin 😉

Sayt: https://sumqayit24.az/

Instagram: https://www.instagram.com/sumqayit24.az/

Telegram: https://t.me/sumqayit24_az

TikTok: https://www.tiktok.com/.az

01/01/2025

⛅️Sabahın hava proqnozu

Sumqayıtda yanvarın 2-də havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Temperatur gecə 4-7°, gündüz 8-13° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 771 mm-yə enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 60-70% olacaq.

👶🏻Sumqayıtda yeni ilin ilk körpəsi doğulub.Körpə qız 01.01.2025-ci il tarixində saat 05:00 radələrində Sumqayıt Tibb Mər...
01/01/2025

👶🏻Sumqayıtda yeni ilin ilk körpəsi doğulub.

Körpə qız 01.01.2025-ci il tarixində saat 05:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə dünyaya gəlib.

Onun boyu 53 sm., çəkisi 3 kq. 700 qr. olub.

📣Bu gündən qüvvəyə minən qərarlar:- Karantin müddəti aprelin 1-dək uzadılır;- Minimum aylıq əməkhaqqı 400 manat olur;- Y...
01/01/2025

📣Bu gündən qüvvəyə minən qərarlar:

- Karantin müddəti aprelin 1-dək uzadılır;

- Minimum aylıq əməkhaqqı 400 manat olur;

- Yaşayış minimumu 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat olur;

- Həqiqi hərbi xidmətə növbəti çağırış başlayır.

- Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.

Azərbaycana viza tələb olunmayan qaydada gələn Rusiya vətəndaşları və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz.

ℹ️ Bundan əvvəl bu müddət bir təqvim ili ərzində 180 gün idi.

01/01/2025

❗️⚠️ Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

Hadisə DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında qeydə alınıb.

Şahidlərin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus “BMW” markalı avtomobil ilə 10-TM-138 dövlət nömrə nişanlı “BMW” markalı maşın toqquşub.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı ölən olmayıb. Lakin yaralıların olub-olmaması ilə bağlı hələlik məlumat verilməyib.

31/12/2024

Sumqayıt 2024-cü illə vidalaşdı. Video: isgenderographer

Yeni iliniz mübarək!Bu gün 2025-ci ilə qədəm qoyuruq. Sumqayit24.az kollektivi adından xalqımızı Yeni il bayramı münasib...
31/12/2024

Yeni iliniz mübarək!

Bu gün 2025-ci ilə qədəm qoyuruq.

Sumqayit24.az kollektivi adından xalqımızı Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, üzümüzə gələn ildə can sağlığı, firavanlıq, xoş əhval-ruhiyyə, möhkəm cansağlığı, birlik və xoşbəxtlik arzulayırıq.

🇦🇿 Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıbAZƏRTAC xəbər verir ki, b...
31/12/2024

🇦🇿 Prezident İlham Əliyev:
İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib.

Ölkəmizin inamla inkişaf etdiyini söyləyən dövlətimizin başçısı bildirib:

“Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır”.

31/12/2024

Ənənəyə sadiq qalaraq bu videonu paylaşmaya bilməzdik😁

Rusiyada Şaxta Babaya yaxınlaşıb Sumqayıta salam göndərməyini istədi, Şaxta Baba sumqayıtlı çıxdı.

Sumqayıtda bir sıra qurumlar öz kadrlarını yenilədilər.2024-cü il işdən azadedilmə və təyinatlarla yadda qalıb. Sumqayit...
31/12/2024

Sumqayıtda bir sıra qurumlar öz kadrlarını yenilədilər.

2024-cü il işdən azadedilmə və təyinatlarla yadda qalıb. Sumqayit24.az vəzifəsindən kənarlaşdırılan və yeni təyin olunanların siyahısını təqdim edir:

– İyulun 30-da TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Namirə Abbasova Sumqayıt Tibb Mərkəzinin direktor müavini, ilkin səhiyyə xidmətinin rəhbəri təyin olunub;

– Aynur Axundova Sumqayıt İnzibati Məhkəməsinə hakim təyin olunub;

– Emin Abdullayev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi təyin olunub;.

– Rahim Həsənov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi təyin olunub;

– Zaur Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin olunub;

– Rövşən Xəlilov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.

– “Sumqayıt Nəqliyyat” MMC-nin direktor vəzifəsinə Hüseyn Rəhimov təyin olunub;

– Hafiz Yunuslu Sumqayıt Qaz İstismar Sahəsinin Təbii qazın alışı və satışı şöbəsinin rəisi vəzifəsinə təyin olunub;

– 4 nömrəli Sumqayıt şəhər Xəstəxanasının baş həkim vəzifəsinə Bahadır Mahmudov təyin olunub;

– Səyyar Abdullayev Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoru təyin olunub;

– Adilə Süleymanova “Təfəkkür” liseyinin direktoru təyin olunub;

– Mehdiqulu Aslanov Sumqayıt şəhər 33 nömrəli məktəbin direktoru təyin olunub;

– Gülbahar Haqverdiyeva Sumqayıt şəhər 6 nömrəli məktəbin direktor vəzifəsindən azad edilərək 63 nömrəli körpələr evinə rəhbər vəzifəsinə təyin olunub;.

– Nəsibə Cabbarova Sumqayıt şəhər 24 nömrəli məktəbin direktoru vəzifəsindən azad edilib. Bu vəzifəyə Vüsalə Bafayeva təyin olunub;

– Araslan Rzayev Sumqayıt şəhər 28 nömrəli məktəbin direktoru təyin olunub.

Azərbaycanda son 5 ildə uşaqlara ən çox qoyulan adlar məlum olub.Report.аz-ın məlumatına görə, bu müddətdə körpələrə ver...
31/12/2024

Azərbaycanda son 5 ildə uşaqlara ən çox qoyulan adlar məlum olub.

Report.аz-ın məlumatına görə, bu müddətdə körpələrə verilən isimlərin ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb.

Son beş ildə körpələrə Uğur (9 084), Əli (8 506), Zəhra (8 299), Hüseyn (7 945), Yusif (7 943), Zeynəb (6 980), Məryəm (6 875), Aylin (6 583), Fatimə (5 824), Nilay (5 688) adı verilib.

Bundan əlavə, 2024-cü ilin hazırkı dövrünədək körpələrə verilən adların ilk 20-də 12 qız, 8 oğlan adı qərarlaşıb.

Bu il ümumilikdə, 1 832 oğlan uşağına Uğur adı qoyulub. Oğlanlardan 1 389-na Əli adı verilib.

Uşaqlara qoyulan adlar içərisində üçüncü sırada qız adı qərarlaşıb. Belə ki, bu il dünyaya gələn 1 241 qız uşağına Zəhra adı verilib. Bu, il ərzində qızlara ən çox qoyulan ad kimi ilk sıradadır.

Uşaqlara verilən adların siyahısında ilk onluğun 4 və 5-ci sırasını Hüseyn və Yusif adları bölüşdürüb. Bu adlar müvafiq olaraq 1 384 və 1 191 nəfərə qoyulub.

Uşaqlara verilən adlar siyahısında son beşliyi isə qız adları paylaşıb. Siyahıya görə, 1 261 qız uşağına Zeynəb, 1 244-nə Məryəm, 1 161-nə Aylin, 1 145-nə Nilay və 942-nə isə Fatimə adı qoyulub.

İkinci onluqda isə həm qız, həm oğlan adlarına verilən adlar belədir: Mələk (898), Məhəmməd (747), Ömər (882), Raul (1 110), Ayla (1 114), Murad (775), İnci (926), Nuray (607), Dəniz (636), Mədinə (663).

31/12/2024

12A nömrəli marşrut avtobusu yolun ortasında sıradan çıxıb. Nəticədə sərnişinlər düşməli və digər nəqliyyat vasitəsini gözləməli olublar.

Qeyd edək ki, sözügedən marşrut xətti Sumqayıtın “Kolxoz” bazarının yanından “Stansiya Sumqayıt” massivinin Şəfəq qəsəbəsinə (Yeni şəhərciyə) qədər işləyir.

Sumqayıtda sabaha olan hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 2025-ci ilin ilk gün...
31/12/2024

Sumqayıtda sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 2025-ci ilin ilk günündə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Temperatur gecə 5-7°, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət isə 70-80% təşkil edəcək.

31/12/2024

Xəbər verdiyimiz kimi, aviqəza qurbanlarının sırasında 21 yaşlı tələbə Mahmud Tütünçiyev də olub.

Sumqayıtda ailəsi ilə birgə yaşayan Mahmudun hava limanında son çəkilən görüntüsü yayılıb.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Allah rəhmət eləsin 🥀

2025-ci il yanvarın 1-dən ölkəmizdə qəbul olunan bir sıra qanunlar qüvvəyə minəcək.Sumqayit24.az həmin dəyişiklərin bir ...
31/12/2024

2025-ci il yanvarın 1-dən ölkəmizdə qəbul olunan bir sıra qanunlar qüvvəyə minəcək.

Sumqayit24.az həmin dəyişiklərin bir qismini təqdim edir:

“Yaşayış minimumu haqqında” Qanun

Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə

Dəyişikliyə əsasən, hərbi qeydiyyata alınmış müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar 18 yaşından 30 yaşınadək orduya çağırılacaqlar. Hərbi xidmətkeçmədə son yaş həddi isə 35-dən 30-a endirilib.

“Turizm haqqında” qanun

Qanuna əsasən, turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsi (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilir.

“Avtomobil yolları haqqında” qanun

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb.

“Gömrük tarifi haqqında” qanuna dəyişiklik

Dəyişikliklə dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilib.

Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanununa uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad olunub.

Qanuna görə, gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdiriləcək. Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

31/12/2024

Sumqayıtda yeni il ab-havası 🙂

Sumqayıt Dövlət Universitetində (SDU) mühüm qərarlar qəbul edilib.Təhsil ocağında professor-müəllim heyətinin maaşları s...
31/12/2024

Sumqayıt Dövlət Universitetində (SDU) mühüm qərarlar qəbul edilib.

Təhsil ocağında professor-müəllim heyətinin maaşları son bir il ərzində iki mərhələdə artırılıb:

- Professorların maaşları 27% artırılaraq 1900 AZN-ə çatdırılıb;
- Dosentlərin maaşları 28% artırılaraq 1600 AZN olub;
- Baş müəllimlərin (elmi dərəcəli) maaşları 37% artımla 1300 AZN-ə yüksəlib;
- Müəllimlərin (elmi dərəcəli) maaşları 27% artırılaraq 1100 AZN təşkil edib.

Eyni zamanda inzibati heyətin maaşı orta hesabla 25%, tədris köməkçi heyətin maaşı isə 20% artırılıb.

Bundan əlavə, universitet rəhbərliyi bayram münasibətilə bütün əməkdaşlara 100 AZN məbləğində mükafat verib. Həmçinin, il ərzində yüksək nəticələr göstərən inzibati heyət üzvləri maaşlarının 50%-i qədər əlavə mükafatla təltif olunublar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gü...
31/12/2024

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

🇦🇿 Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dek...
30/12/2024

🇦🇿 Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verib.

1991-ci ilin 16 dekabrında Azərbaycan xalqınının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.

Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

Sumqayit24.az kollektivi adından azərbaycanlıları təbrik edir, daima, dəmir yumruq kimi birləşməsini arzulayırıq.

Address

Sumqayıt

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt 24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sumqayıt 24:

Share