Baş Küngüt

Baş Küngüt Kəndimiz haqqında məlumat. Yaranışı tarixi, mədəniyyəti, təbiyyəti yaşam tərzi. Baş Kungut Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Etnotoponimdir.

Kungut çayının (Əyriçayın qolu) sahilində, Qızılqaya dağının ətəyindədir. Ərazidə orta əsrlərə aid Kungut qalası var. Toponimin ikinci komponenti XIII əsrdə monqol işğallarında iŞtirak etmiş türkdilli kinqit tayfasının adını əks etdirir. Oykonim "yuxarı Kungut kəndi" deməkdir[1]. Baş Küngüt kəndi Şəkinin ən qədim yaşayış məntəqələrindəndir. Ərazisində Alban məbədi, Həzrət Əli qalası və bir sıra ta

rixi abidələr yerləşir. Təəssüflər olsun ki, bu abidələrdən heç biri dövlət səviyyəsində araşdırılmayıb və hal-hazırda qorunmur. Mədəniyyəti[redaktə | əsas redaktə]
Baş Küngüt kəndi çox gözəl mədəniyyətə malikdir.Burada Baş Küngüt kənd mədəniyyət evi fəaliyyət göstərir. Kəndin zəngin kulinariyası var. Kənddə məhəllələrin tarixi adları vardır və bu adların etimologiyasının araşdırılması maraqlı olar. Məsələn: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər və s.Kəndin mədəniyyətində Novruz bayramı xüsusi yer tutur. Belə ki, Novruz ərəfəsində 10-cu sinif şagirdləri kənd ərazində "Qodu-qodu" gəzir və kənd camaatı onlara sovqat verir və yığılan sovqatla şənlik təşkil olunur. Kənd əhalisi əsasən Azərbaycanlılardan ibarətdir. Lakin, az sayda ləzgilər, avarlar və ruslar da var. Coğrafiyası və iqlimi[redaktə | əsas redaktə]
Baş Küngüt əsasən dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları ilə əhatə olunmuşdur. Kəndin Şərqindən Küngütçay axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur. Kəndin içərisindən isə Qara çay adlı kiçik bir çay axır. Cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur.Baş Küngüt kəndi gözəl iqlim tipinə malikdir. Burada yay turizmi üçün əlverişli olan Küngüt istirahət mərkəzi də vardır. Bu istirahət mərkəzi dağın üzərində, kənddən 130 metr yüksəklikdə yerləşir.

Əhalisi[redaktə | əsas redaktə]
2009-cu il siyahıya alınmasında əhalinin sayı 1600 nəfər təşkil edib. [Mənbə göstərin]

Görkəmli şəxsiyyətləri[redaktə | əsas redaktə]
Görkəmli maarifçi Nazim Hacıyev Baş Küngüt kəndində doğulmuşdur.

Bu gün Müzəffər dayı dünyasını dəyişib. Allah rəhmət etsin məkanı cənnət olsun.
02/12/2024

Bu gün Müzəffər dayı dünyasını dəyişib. Allah rəhmət etsin məkanı cənnət olsun.

09/11/2024

Bayramınız mübarək olsun əziz Azərbaycan xalqı 🇦🇿

08/11/2024
18 oktyabr Azərbaycanın Dövlət müstəqilliyi günüdür 🇦🇿
18/10/2024

18 oktyabr Azərbaycanın Dövlət müstəqilliyi günüdür 🇦🇿

13/10/2024

Bu gün kənd sakinləri,su hövzələrində yaranmış problemlərlə bağlı təmir bərpa işləri görmüşdür.
Bu işdə əməyi keçənlərə allah can sağlığı versin

Bizə oxumağı yazmağı öyrədən əziz  Müəllimlər, bayramınız mübarək olsun, çəkdiyiniz bütün əziyyətlərin bəhrəsini görəsin...
05/10/2024

Bizə oxumağı yazmağı öyrədən əziz Müəllimlər, bayramınız mübarək olsun, çəkdiyiniz bütün əziyyətlərin bəhrəsini görəsiniz,sizlərə uzun ömür can sağlığı arzu edirik.

4 il, Allah şəhidlərimizə rəhmət etsin məkanları cənnət olsun
27/09/2024

4 il, Allah şəhidlərimizə rəhmət etsin məkanları cənnət olsun

08/09/2024

İstirahətinizin xoş keçməsi üçün ən gözəl məkanlardan biri, Farel ailəvi istirahət mərkəzi

27/08/2024

Baş Küngüt kənd toyu . Dilqəm bəy toyun mübarək olsun

22/08/2024

İstirahətin ən gözəl yeri, Küngüt çayı

18/08/2024

Address

Baş Küngüt
Sheki
5500

Website

Alerts

Be the first to know and let us send you an email when Baş Küngüt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share