BAKI KITAB EVI

BAKI  KITAB EVI "KITAB OXUMURSA EVLENME!"
CH. DARVIN SİZİNLƏ İŞLƏMƏK BİZİM ÜÇÜN ODUQCA XOŞDUR!!!
(10)

SALAM, DƏYƏRLİ ZİYARƏTÇİMİZ BU 070-390-39-93NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ İSTƏDİYİNİZ YENİ VƏ İKİNCİ ƏL KİTABI SİFARİŞ VERƏ BİLƏRSİZ.

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!Ən uca kürsüdən dedi sözünü,Bircə hərəkətlə sildi yüzünü,Bilmək istəyirsən əgər düzünü,Ta...
24/12/2023

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustadan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
Müəllif: Zaur Ustac

https://yazarlar.az/2023/12/24/dogum-gununuz-mubar%c9%99k-olsun/


Zaur Ustac  (15.12.2023)  “Zəfər Yolu” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində məkt...
18/12/2023

Zaur Ustac (15.12.2023) “Zəfər Yolu” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində məktəbli şair-publisist, AJB üzvü Sevindik Nəsiboğlunun Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitabının təqdimat mərasimində.

Əli Bəy Azəri
15/12/2023

Əli Bəy Azəri


ƏDƏBİYYAT, www.USTAC.az “XƏZAN” JURNALI PDF: Mart 10, 2021 www.yazarlar.az 42 Şərh “XƏZAN” JURNALININ BÜTÜN SAYLARI BURADA PDF: Salam olsun! Siz bu yazını oxuduğunuz zaman “Xəzan” jurnalının son və əgər arxivdə qalıbsa, istənilən ötən illərdə çap olunmuş nömr...

Bu gün Bayram Bayramovun anadan olduğu gündür. Doğum günündə ədibi rəhmətlə anır, tarixin Şuşa ilə bağlı əlamətdar günlə...
11/12/2023

Bu gün Bayram Bayramovun anadan olduğu gündür. Doğum günündə ədibi rəhmətlə anır, tarixin Şuşa ilə bağlı əlamətdar günlər, illər yaşadığımız zaman kəsiyində əsərlərində Azərbaycanı (Qarabağı, Şuşanı) onun qədər şəhər-şəhər, kənd-kənd, küçə-küçə dedatlı şəkildə yaşadan ikinci bir yazıçı olmadığını diqqətinizə çatdırıram. Allah rəhmət eləsin, ruhu şad olsun. Hal-hazırda Şuşa ilə bağlı respublika səviyyəli müxtəlif tədbirlər keçirilir. Məncə belə layihələrdən birinin ən möhtəşəm elementi (tərkib hissəsi) Azərbaycanın Xalq yazıçısı Bayram Bayramovun səlnaməçilik, tarixilik baxımından olduqca əhəmiyyətli əsərlərindən biri olan "Cıdır düzü" romanının az tirajla olsa belə müasir Azərbaycan əlifbası ilə yenidən nəşr edib, elektron variantını kitabxanalara (heç olmazsa, bircə sabit və dayanıqlı portala) yerləşdirmək ola bilər. Təklif edirəm ki, əlaqədar qurumlar bu incə məqamı mütləq nəzərə alsınlar. Xatırladıram ki, bir gün biz də "bu fani dünyada" olmayacağıq. Edək ki, etsinlər... Sağ olun! Keçənlərə rəhmət, qalanlara can sağlığı... Bayram Salman oğlu Bayramovun ruhuna Fatihə: Amin.




Professor Kamal Camalovun 50 illik yubileyi münasibətilə "Kamal Camalov -50" kitabı nəşr olunub.“Yazarlar” 50 illik yubi...
06/12/2023

Professor Kamal Camalovun 50 illik yubileyi münasibətilə "Kamal Camalov -50" kitabı nəşr olunub.
“Yazarlar” 50 illik yubileyi münasibətilə Kamal CAMALOVu təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır. Uğurlarınız bol olsun, Kamal müəllim!





https://yazarlar.az/2023/12/04/kamal-camalov-haqqinda-kitab-n%c9%99sr-olunub/

Sübhün ala-qaranlığnda təkəmseyrək ötüb keçən maşınların gur işığı düşdükcə yastandığı çalğusunun sapı şümşad kimi parla...
28/09/2023

Sübhün ala-qaranlığnda təkəmseyrək ötüb keçən maşınların gur işığı düşdükcə yastandığı çalğusunun sapı şümşad kimi parlayırdı. Yaşlı qadın küçədə ondan başqa heç kimin omadığını dəqiq bilsə də, böyük bir qəbahət iş görəcəkmiş kimi bir sağa-bir sola, bir yuxarı, bir aşağı baxaraq diqqətlə ətrafı dinşəməyə başladı. Ən uzaq səsyetəndə belə sanki çox mahir bir dirijorun çubuq işarələri ilə ustalıqla idarə olunduğundan bir-birinə qarışmadan aydın eşidilən quşların ecaskar səsindən başqa heç nə yox idi. Gözü şəffaf polietilen torbaya sataşdıqca Ay Günəşdən işıq alırmış kimi parlaqlığı hiss olunacaq dərəcədə artırdı. Başını qaldırıb eyvanlara bir də baxdı. “Yəqin kimsə lap elə indicə atıb”, – düşüncəsi ilə gözlərinin qabağına

Sübhün ala-qaranlığnda təkəmseyrək ötüb keçən maşınların gur işığı düşdükcə yastandığı çalğusunun sapı şümşad kimi parlayırdı. Yaşlı qadın küçədə ondan başqa heç kimin omadığını dəqiq bilsə də, böyük bir qəbahət iş görəcəkmiş kimi bir sağa-b...

(Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə) Hər şey belə başladı,Gülə-gülə getmişdin…Döndün üzdə təbəssüm,Çöh...
28/09/2023

(Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə)



Hər şey belə başladı,

Gülə-gülə getmişdin…

Döndün üzdə təbəssüm,

Çöhrənə həkk etmişdin…



Tək getmişdin gedəndə,

Yüz min olub qayıtdın…

Özün getdin yuxuya,

Milyonları oyatdın…

Zaur Ustac. O gün

“Sentyabr” şeiri15 Sentyabr Bilik gününə olunmuş bir-birindən gözəl 9 şeirSentyabr gələndəÇox sevinir uşaqlar.Bilik günü...
15/09/2023

“Sentyabr” şeiri
15 Sentyabr Bilik gününə olunmuş bir-birindən gözəl 9 şeir

Sentyabr gələndə

Çox sevinir uşaqlar.

Bilik günü yetişir,

Məktəbə gedir onlar.

Müəllif: Zaur Ustac

1 Sentyabr Bilik gününə olunmuş bir-birindən gözəl 9 şeir Bilik Gününə aid şeirlər 📘📕📗

Zaur Ustac haqqında olan kitablar
09/11/2022

Zaur Ustac haqqında olan kitablar

Ayətxan Ziyad. “Zaur Ustacın yaradıcılığı ədəbi-tənqid müstəvisində”   (Zaur Ustac haqqında) Bakı – 2022, “Red N Line” MMC. Ayətxan Ziyad. “Zaur Ustacın uşaq dünyası” &nb…

Jurnalın Ağdama həsr olunmuş bu sayında Ağdam, onun qəhrəman övladları, şəhidləri haqqında Nəzakət Kərimova-Əhmədovanın ...
05/07/2022

Jurnalın Ağdama həsr olunmuş bu sayında Ağdam, onun qəhrəman övladları, şəhidləri haqqında Nəzakət Kərimova-Əhmədovanın maraqlı yazısı və ağdamlı qələm adamlarından Rahim Üçoğlanlının (Rzayev), Əjdər Əlizadənin, Mina Rəşidin, Vidadi Turan Ağdamlının vətənpərvərlik ruhunda yazılmış şeirləri yer alıb. Bundan əlavə, sonda “Sözün Ağ rəngi” layihəsi çərçivəsində Qarabağ, Ağdam deyə-deyə yurd həsrəti ilə dünyasını dəyişən tanınmış şair Şahmar Əkbərzadənin ruhuna hörmət əlaməti olaraq onun həyat və yaradıcılığına geniş yer verilib.

#мирлитературы

"Yazarlar" jurnalının № 07 (19) iyul-2022-ci il tarixli sayı işıq üzü görüb. Jurnalın Ağdama həsr olunmuş bu sayında Ağdam, onun qəhrəman övladları, şəhidləri haqqında Nəzakət Kərimova-Əhmədovanın maraqlı yazısı və ağdamlı qələm adamlarından Rahim Üçoğlanl....

BİR DAHA HƏRB MÖVZULU YAZILAR HAQQINDAQIRX  SƏKKİZİNCİ  YAZI(“Məsləhətli don gen olar”-“Bilməmək ayıb deyil…”)Salam olsu...
13/04/2022

BİR DAHA HƏRB MÖVZULU YAZILAR HAQQINDA

QIRX SƏKKİZİNCİ YAZI

(“Məsləhətli don gen olar”-“Bilməmək ayıb deyil…”)

Salam olsun, dəyərli qələm adamları və çox dəyərli oxucular! Min şükür Uca Yardana! Söhbətimizin mövzusu yenə ............

Zaur Ustac – 17 – ci yazı – YAZARLAR.AZ BİR DAHA HƏRB MÖVZULU YAZILAR HAQQINDA QIRX  SƏKKİZİNCİ  YAZI (“Məsləhətli don gen olar”-“Bilməmək ayıb deyil…”) Salam olsun, dəyərli qələm a…

VAQİF DÜNYASI(Bu gün onun doğum günüdür! Ruhu şad olsun!)Vaqifin barmağından doğulan bir dünya var,Səmədin qələmindən do...
16/03/2022

VAQİF DÜNYASI
(Bu gün onun doğum günüdür! Ruhu şad olsun!)
Vaqifin barmağından doğulan bir dünya var,
Səmədin qələmindən doğulan dünya kimi.
Yeddi qat, yeddi arğac mayası sirr dünya var,
Səttarın fırçasından doğulan dünya kimi.
* * *

VAQİF DÜNYASI (Bu gün onun doğum günüdür! Ruhu şad olsun!) Vaqifin barmağından doğulan bir dünya var, Səmədin qələmind           زائـــور اوستاج

2020-2021-ci illərin bədii publisistikası - Vüqar ƏHMƏDTəşəkkürlər, Vüqar müəllim. Var olun. Allah Sizləri qorusun.Əməyi...
08/03/2022

2020-2021-ci illərin bədii publisistikası - Vüqar ƏHMƏD
Təşəkkürlər, Vüqar müəllim. Var olun. Allah Sizləri qorusun.
Əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Uğurlarınız bol olsun, Dostlar!!!



2020-2021-ci illərin bədii publisistikası - Vüqar ƏHMƏD | Edebiyyatqazeti.az

2020-2021-ci illərin bədii publisistikası - Vüqar ƏHMƏDTəşəkkürlər, Vüqar müəllim. Var olun. Allah Sizləri qorusun.
08/03/2022

2020-2021-ci illərin bədii publisistikası - Vüqar ƏHMƏD
Təşəkkürlər, Vüqar müəllim. Var olun. Allah Sizləri qorusun.

2020-2021-ci illərin bədii publisistikası - Vüqar ƏHMƏD | Edebiyyatqazeti.az

“ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV – 150” TƏDBİRLƏRİ DAVAM EDİR
03/03/2022

“ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV – 150” TƏDBİRLƏRİ DAVAM EDİR

Əbdürrəhim bəy Haqverdiyev – 150 Bu gün Azərbaycan Yazıçılar Birliyində Mustafa Çəmənlinin görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyev – 150 yubiley tədbirləri çərçivəsində tərtib etdiyi “Əb…

"Yazarlar" jurnalının Azərbaycan Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədləşdirmək məqsədilə "25 yarpaq" ...
15/02/2022

"Yazarlar" jurnalının Azərbaycan Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədləşdirmək məqsədilə "25 yarpaq" layihəsi çərçivəsində elan etdiyi müsabiqənin qalibi gənc yazıçı Leyla Yaşar olub.

"Yazarlar" jurnalının Azərbaycan Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədləşdirmək məqsədilə "25 yarpaq" layihəsi çərçivəsində elan etdiyi müsabiqənin qalibi gənc yazıçı Leyla Yaşar olub. AZƏRTAC xəbər verir ki, bu münasibətlə gənc yazarın "Da...

Bu povest Azərbaycan Respublikasının Milli Qəhrəmanıgizir İbrahimov MÜBARİZİN əziz xatirəsinə həsr olunur.birinci fəsil1...
07/02/2022

Bu povest Azərbaycan Respublikasının Milli Qəhrəmanı
gizir İbrahimov MÜBARİZİN əziz xatirəsinə həsr olunur.
birinci fəsil
17.06.2010-cu il saat 21:00 “TG” istiqamətində təmas xətti

ƏDƏBİYYAT, www.USTAC.az ORİYENTİR ULDUZU – ZAUR USTAC Fevral 7, 2021 www.yazarlar.az Bir şərh yazın —-YENİYETMƏLƏR ÜÇÜN POVEST—- Bu povest Azərbaycan Respublikasının Milli Qəhrəmanıgizir İbrahimov MÜBARİZİN əziz xatirəsinə həsr olunur. birinci fəsil 17.06.2010-cu i...

Zaurun bu kitabı, sanki sakit axan çayın coşub-çağlayan dənizə - Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxt...
01/02/2022

Zaurun bu kitabı, sanki sakit axan çayın coşub-çağlayan dənizə - Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı.
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz...
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür.
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra... >>>>
Xəzər deltasında göyqurşağı. Zaur Ustacın yeni kitabı haqqında - Kənan HACI yazır>>>>>>

(Zaur Ustacın yeni kitabı haqqında) Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İn...

Xəzər deltasında göyqurşağı. Zaur Ustacın yeni kitabı haqqında - Kənan HACI
28/01/2022

Xəzər deltasında göyqurşağı. Zaur Ustacın yeni kitabı haqqında - Kənan HACI

Xəzər deltasında göyqurşağı. Zaur Ustacın yeni kitabı haqqında - Kənan HACI | Edebiyyatqazeti.az

LƏTİFƏ ORUCUN “SİRLİ GEDİŞLƏR”İNİN SEHRİ
27/01/2022

LƏTİFƏ ORUCUN “SİRLİ GEDİŞLƏR”İNİN SEHRİ

LƏTİFƏ ORUCUN “SİRLİ GEDİŞLƏR”İNİN SEHRİ Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha! Hər dəfə sizlə           زائـــور اوستاج

Hamımız heyrət içində donub qalmışdıq... Ani olaraq ağlıma ilk gələn Əlləş və Vuruşun məsum, yazıq simaları oldu. Halbuk...
26/01/2022

Hamımız heyrət içində donub qalmışdıq... Ani olaraq ağlıma ilk gələn Əlləş və Vuruşun məsum, yazıq simaları oldu. Halbuki, bəlkə də onların yeri indi daha yaxşı idi. Ancaq buna baxmayaraq, haqsızlığa uğradıqlarına görə onların halına acıyırdım...
Məcid dayı isə elə hey təkrar edirdi:
- Dağıl, a belə dünya, dağıl... At izi it izinə qarışıb....

Zaur USTAC,“Yazarlar” jurnalının baş redaktoru,şair-publisist.(hekayə)Mayın son günləri, yazın ən yaxşı vaxtı idi. Kəndimizdə demək olar ki, bütün həyətlərin mənzərəsi eynidir. Yamyaşıl, güllü-çiçəkli həyətlər bol bəhərli gilas ağacları və bəzi həyətlər...

Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənən...
24/01/2022

Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.

Araşdırma  25.01.202225.01.2022 XƏZƏR DELTASINDA GÖYQURŞAĞI Yayımladı: www.Fedai.az Zaur Ustacın yeni kitabı haqqında Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cis...

(hekayə)Mayın son günləri, yazın ən yaxşı vaxtı idi. Kəndimizdə demək olar ki, bütün həyətlərin mənzərəsi eynidir. Yamya...
16/01/2022

(hekayə)
Mayın son günləri, yazın ən yaxşı vaxtı idi. Kəndimizdə demək olar ki, bütün həyətlərin mənzərəsi eynidir. Yamyaşıl, güllü-çiçəkli həyətlər bol bəhərli gilas ağacları və bəzi həyətlərdə artıq sulanmış yaylıq armudlar. Məktəblərin də bağlanmağına az qaldığına görə son günlər işimiz lap çox olur. Bilən bilir. Müəllimin yazı-pozu işi həmişə çox olub. Bu kurikulum çıxandan bəri də, and olsun Allaha ki, ta dərs keçmək, filan yoxdur. İşimiz-peşəmiz ancaq kağız doldurmaqdır. Bütün ili məktəbdə də, evdə də nə qədər yazırsan bitmir ki, bitmir. İlahi, boş-boşuna nə qədər kağız-kuğuz qaralamaq olar!? Səhər-səhər elə darvazanı açıb həyətdən çıxmaq istəyirdim ki, qonşu Məcid dayının məni hayladığını eşitdim:
- Ay Cəfər, ay Cəfər, a bala evdəsənmi?

Zaur USTAC,“Yazarlar” jurnalının baş redaktoru,şair-publisist.(hekayə)Mayın son günləri, yazın ən yaxşı vaxtı idi. Kəndimizdə demək olar ki, bütün həyətlərin mənzərəsi eynidir. Yamyaşıl, güllü-çiçəkli həyətlər bol bəhərli gilas ağacları və bəzi həyətlər...

  özünəməxsus lirizmi və ədəbiyyat bağçasında solmayan bir çiçəyi olan şairdir. Onun müəllifi olduğu “Şehçiçəyim” şeiri ...
16/01/2022

özünəməxsus lirizmi və ədəbiyyat bağçasında solmayan bir çiçəyi olan şairdir. Onun müəllifi olduğu “Şehçiçəyim” şeiri təkdir və düşündürücüdür. O, bu şeiri yazmaqla ədəbiyyat aləminə yeni bir çiçək qazandırmış və söz dünyasını təkrarsız bir nümunə ilə bəzəmişdir. Bütün bunlardan sonra böyük əminliklə demək olar ki, Zaur Ustac söz bağında, ədəbiyyat bağçasında öz çiçəyi olan şairdir.

Həftə içi qəzetinin rəsmi web səhifəsi

Təşəkkürlər,  Fədai qəzeti ! Minnətdaram!
08/01/2022

Təşəkkürlər, Fədai qəzeti ! Minnətdaram!

Köşə  08.01.202208.01.2022 BB… Yayımladı: www.Fedai.az (hekayə) 20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç mən...

Zaur Ustac haqqında
07/01/2022

Zaur Ustac haqqında

Zaur Ustac bioqrafiyası, Zaur Ustac kimdir, Zaur Ustac haqqında məlumat, Zaur Ustac haqqinda melumat, Zaur Ustac vikipediya

        Zaur Ustac Məlahət Hümmətqızına  "Ziyadar" Mükafatını təqdim edir. AYB "Natəvan" klubu. Bakı ş.
06/01/2022


Zaur Ustac Məlahət Hümmətqızına "Ziyadar" Mükafatını təqdim edir. AYB "Natəvan" klubu. Bakı ş.

Ustac Məlahət Hümmətqızına "Ziyadar" Mükafatını təqdim edir. AYB "Natəvan" klubu. Bakı ş.

Təşəkkürlər, "Azərbaycan Ruznaməsi", minnətdaram!
23/12/2021

Təşəkkürlər, "Azərbaycan Ruznaməsi", minnətdaram!

Bayraq, bizim bayrağımız Arazın o tayında bayrağımız dalğalanıb Üstündən yüz Araz axsın,Torpaq, bizim torpağımız!!!Güney, Quzey fərq eləməz,Oylaq, bizim oylağımız!!! Axışı lal, susur Araz,Mil, Muğanı yorur ayaz,Kərkükdən ucalır avaz,O

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Zaur Ustacın “BB” hekayəsini təqdim edir.
21/12/2021

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Zaur Ustacın “BB” hekayəsini təqdim edir.

BB – Zaur Ustac

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Zaur Ustacın “BB” hekayəsini təqdim edir.Oxuyub, bəyənib, səs verək. P...
19/12/2021

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Zaur Ustacın “BB” hekayəsini təqdim edir.
Oxuyub, bəyənib, səs verək. Paylaşaq. Buyurun:

BB – Zaur Ustac

Salam olsun, Dostlar!  (17.12.2021 saat 20:00 - 18.12.2021 saat 23:45). Vacib layihələrə dəstək məqsədilə maliyyə toplam...
18/12/2021

Salam olsun, Dostlar! (17.12.2021 saat 20:00 - 18.12.2021 saat 23:45). Vacib layihələrə dəstək məqsədilə maliyyə toplama marafonu davam edir. Həmişə hörmət etmək istəyən dostlar, buyurun kimin könlündən nə keçir, karta göndərin. Sizin ianələr ən vacib layihələrin gerçəkləşməsinə yönələcək. Paylaşımı görən Dostlar "A" yazın ki, daha çox dost görsün.

Salam olsun, Dostlar! (17.12.2021 saat 20:00 - 18.12.2021 saat 23:45). Vacib layihələrə dəstək məqsədilə maliyyə toplama marafonu davam edir. Həmişə hörmət etmək istəyən dostlar, buyurun kimin könlündən nə keçir, karta göndərin. Sizin ianələr ən vacib layihələrin gerçə...

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Zaur Ustacın “BB” hekayəsini təqdim edir.Oxuyub səs verək, dəstək olaq...
17/12/2021

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Zaur Ustacın “BB” hekayəsini təqdim edir.
Oxuyub səs verək, dəstək olaq. Paylaşaq. Buyurun:

BB – Zaur Ustac

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNƏ QƏBUL BAŞLADI
13/12/2021

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNƏ QƏBUL BAŞLADI

AYB, Azərbaycan Yazıçılar Birliyi, ELAN, MƏLUMATLAR, www.USTAC.az Azərbaycan Yazıçılar Birliyinə qəbul başladı Dekabr 13, 2021 www.yazarlar.az Bir şərh yazın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırır ki, 2022-ci ili...

Psixoloqun qəbulunda (hekayə)Adətim üzrə səhər saat 6:30-da çalarsız-filansız oyanıb yerimin içində bir az eşələndikdən ...
07/12/2021

Psixoloqun qəbulunda
(hekayə)
Adətim üzrə səhər saat 6:30-da çalarsız-filansız oyanıb yerimin içində bir az eşələndikdən sonra əl atıb çarpayının altından sadiq dostum “Redmi”ni qamarlayaraq bağrıma basdım. Hələ tam açılmamış gözlərimi ovuşdura-ovuşdura “Facebook”la “İnstagram” arası “Səfa” və “Mərvə” arasında müqəddəs ibadəti yerinə yetirirmiş kimi, düz 7 dəfə, bəlkə də bir az artıq var-gəl etdim. Sonra qalxıb ..,

Ədəbi düşüncələr Sosial  07.12.202107.12.2021 PSİXOLOQUN QƏBULUNDA Yayımladı: www.Fedai.az ZAUR USTAC “Yazarlar” jurnalının baş redaktoru Bakı şəhəri 29.11.2021  Hekayə Adətim üzrə səhər saat 6:30-da çalarsız-filansız oyanıb yerimin içində bir az eşələndikdən...

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when BAKI KITAB EVI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BAKI KITAB EVI:

Share


Other Book & Magazine Distributors in Baku

Show All

You may also like