Tribunadan atılan pivə qutusu məşqçinin başını yardı
Tribunadan atılan pivə qutusu məşqçinin başını yardı
Azarkeşlərin atdığı pivə qutusu Meksika millisinin baş məşqçisi Xavyer Aqirrenin başını yarıb.
Hadisə Meksika millisi Millətlər Liqasının 1/4 finalında Hondurasa səfərdə 2:0 məğlub olduqdan sonra baş verib.
Suxumidə, qondarma Abxaziyanın “parlament” binası yaxınlığında “respublika”nın hakimiyyət orqanları ilə Rusiya arasında investisiya sazişinin ratifikasiyasına etiraz olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Bu gün səhər saatlarında Xəzərin sahilində balinaya bənzər canlının tapılması ilə bağlı iddialar yayılıb.
Xəzər dənizi sahilində peyda olan bu balina iqlim dəyişikliklərinə diqqət çəkmək üçün "Captain Boomer" əsəridir.
Bu barədə texnobloger Fərid Pərdəşünas məlumat yayıb. O bildirib ki, dünyanın bir çox şəhərində bu formada zaman-zaman peyda olur, maketdir.
“Bakıda görüşərik...”
“Bakıda görüşərik...”
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşünün keçirildiyi Prezident Administrasiyasını tərk etməzdən öncə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ayaqüstü görüşüb.
Türkiyə Prezidenti İlham Əliyevlə sağollaşarkən “Bakıda görüşərik” deyib.
Güləşçimiz Eldəniz Əzizli (55 kq) 4 qat dünya çempionu oldu
Albaniyanın Tirana şəhərində keçirilən sərbəst güləş üzrə gənclər arasında dünya çempionatının seçmə mərhələsində erməni güləşçi Leva Gevorkyanla türk Hakan Büyüçingili arasında dava olub...
Mahir Emreli Almaniyada daha bir qol vurdu.
İdmançımız “Nurnberq” - “Reqensburq” qarşılaşmasının 23-cü dəqiqəsində fərqlənib.
22 Oktyabr 2024-cü il, Bakı şəhəri Sabunçu rayonu...
Qubada sel avtomobili sürücü ilə birlikdə xeyli məsafəyə gədər aparıb.
Bildirilib ki, Cimi kəndində yaşayan və məktəbdə çalışan Səxavət müəllim “Chevrolet” markalı avtomobili ilə çayı keçən zaman sel gəlib.
Nəticədə nəqliyyat vasitəsini su basıb və 100 m məsafəyə aparıb. Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.
Sakinlər bildirib ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.
Sumqayıt sakini III qrup əlil qadının yardıma ehtiyacı var
Sumqayıt şəhər sakini, III qrup əlil Salmanova Gülnar redaksiyamıza müraciət edib.
G. Salmanova Yeniavaz.com-a müraciətində bildirib ki, ürək xəstəsi olan anası ilə birlikdə Sənaye Məhəlləsi ev 131A ünvanında yaşayır.
Onun sözlərinə görə, anası xəstə olduğu üçün onu tək qoyub işləyə bilmir.
G. Salmanova deyir ki, evlərində sanitar qovşaq və vanna otağı yoxdur, rütubət var. Bu hal onların həyat şəraitini xeyli ağırlaşdırıb, hətta səhhətlərində yeni problemlərin yaranmasına səbəb olub. Evlərində ən azından hamam-tualet və rütubət probleminin həll edilməsini xahiş edirlər:
“Paltar yuya bilmirik, evdə paltaryuyan var amma borular tutulub. Üzr istəyirəm çimirik, evin altı su olur. Qışda qar yağanda evə gəlir, evdə iki gödəkcə geyinməyə məcbur oluruq. Kanalizasiyaya qoşulmalar var, ona görə daşır. Evin hər yeri deşikdir, nəmişlikdir. Xahiş edirəm ev barəsində kömək edin”.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Hər iki qurumdan ehtiyacı olan ailə ilə bağlı maraqlanıb, məlumat veriləcəyi bildirildi.
Ailənin əlaqə nömrəsi: 050 737 20 74
Ailəyə yardım etmək istəyənlər üçün kart hesabı - Leo bank: 5411 2498 0723 0961
Qroznuda güclü partlayış olub
Qroznuda güclü partlayış olub
Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində yanacaq çəni partlayıb.
Yaralananların olduğu bildirilir.