Azərbaycan məktəbi / Academic Journal

Azərbaycan məktəbi / Academic Journal Azərbaycan məktəbi (Azerbaijan Journal of Educational Studies) AR Elm və Təhsil Nazirliyinin nəşri. Educ. Stud. Khalg Tăḣsili Nazirlii̐i.; Azerbaijan S.S.R.

Azerbaijan Journal of Educational Studies
ISSN: 0134-3289
E-ISSN: 2617-8060
LCCN: 2005203402
OCLC no. 9540714
ISO Abbreviation: Azerbaijan J. Short Abbreviation: AJES
Other Title: Azărbai̐jan măktăbi
Frequency: Quarterly
Publication Start Year: 1924
Country of Publication: The Republic of Azerbaijan
Publisher: The Ministry of Education of the Republic of Azerbaijan
Latest Publisher: Azerbaijan S.S.R. Maarif Nazirlii̐i
Language: English, Azerbaijani, Turkish and Russian

26/12/2024
Ekoloji təhsil davamlı təcrübələrə və ətraf mühitin mühafizəsinə münasibətin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb e...
25/12/2024

Ekoloji təhsil davamlı təcrübələrə və ətraf mühitin mühafizəsinə münasibətin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu, fərdlərə öz hərəkətlərinin təsirini başa düşməyə imkan verir, həmçinin təbii ehtiyatların qorunması və tullantıların azaldılması istiqamətində fəal addımları təşviq edir. Ekoloji təhsil təbiətin qorunmasına dəyər verən və fəal şəkildə töhfə verən bir cəmiyyət yetişdirməyə kömək edir.

“Azərbaycan məktəbi” jurnalının 2024-cü il, 4-cü sayında “Ədəbiyyat fənn kurikulumu: Azərbaycanda və xaricdə” başlıqlı m...
25/12/2024

“Azərbaycan məktəbi” jurnalının 2024-cü il, 4-cü sayında “Ədəbiyyat fənn kurikulumu: Azərbaycanda və xaricdə” başlıqlı məqalə dərc olunub.

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Soltan Hüseynoğlu məqalədə bir sıra xarici ölkələrdə hazırlanan kurikulum sənədini təhlil edib, onlardan necə yararlanmağın yolları üzərində dayanıb.

Məqaləni jurnalın rəsmi internet səhifəsindən və beynəlxalq indeksləmə portallarından oxuya bilərsiniz:

https://journals.indexcopernicus.com/search/article?articleId=4140135


İnternetdəki sonsuz məzmun axını insan beyninə necə təsir edir?Sosial medianın mənfi təsirləri və ekran vaxtının azaldıl...
24/12/2024

İnternetdəki sonsuz məzmun axını insan beyninə necə təsir edir?
Sosial medianın mənfi təsirləri və ekran vaxtının azaldılmasının vacibliyi haqqında “Azərbaycan məktəbi” jurnalının “Aktual” bölməsində “SOS media” rubrikasında “İlin sözü ekran vaxtının azaldılmasını tələb edir” başlıqlı məqalədə araşdırılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://as-journal.edu.az/ilin-sozu-ekran-vaxtinin-azaldilmasini-t%C6%8Fl%C6%8Fb-edir


24/12/2024

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltanın jurnalın 100 illik yubiley tədbirindəki çıxışında qeyd etdiy...
20/12/2024

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltanın jurnalın 100 illik yubiley tədbirindəki çıxışında qeyd etdiyi kimi:

“Jurnalımız 80 ildən çoxdur ki, “Azərbaycan məktəbi”dir. Bu illər ərzində o həqiqətən bir məktəb rolunu oynayıb. Yeni məktəb olmaqla, müəllimə kömək etməklə yanaşı, yeni-yeni araşdırmaçıların, təhsil tədqiqatçılarının inkişafına töhfə verib. Təhsilin bütün pillə və səviyyələrində gedən proseslər, yeniliklər, islahatlar, mütərəqqi addımlar burada öz əksini tapıb.”

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://as-journal.edu.az/elmin-vƏ-tƏhsilin-gucunƏ-guvƏnƏnlƏrdƏn-olun


İkinci dil öyrənmək yaddaşı, problem həll etmə bacarıqlarını inkişaf etdirir, eyni zamanda beynin elastikliyini artırır....
19/12/2024

İkinci dil öyrənmək yaddaşı, problem həll etmə bacarıqlarını inkişaf etdirir, eyni zamanda beynin elastikliyini artırır. Bundan əlavə, başqa bir dilə yiyələnmək yeni təcrübələrə və bütün dünyada müxtəlif insanlarla əlaqələrə qapılar açır. Müxtəlif dillərdə ünsiyyət qurmaq bacarığı həm şəxsi, həm də peşəkar baxımdan güclü vasitədir.


Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yu...
17/12/2024

Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki, nəşr edilən jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkmək olub.

Ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

https://www.as-journal.edu.az/az%C6%8Frbaycan-dilind%C6%8F-elmi-n%C6%8Fz%C6%8Fri-pedaqoji-jurnalin-n%C6%8Fsri-vacibdir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov “Azərbaycan Məktəbi” jurnalının 100 illik yu...
17/12/2024

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov “Azərbaycan Məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə baş redaktor Arzu Soltana və jurnal kollektivinə təbrik məktubu ünvanlayıb:

“Hörmətli Arzu xanım,
“Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti adından Sizi və jurnalın bütün kollektivini səmimi-qəlbdən təbrik edir, fəaliyyətinizə yeni uğurlar arzulayırıq.
Bir əsrlik tarixi ərzində “Azərbaycan məktəbi” jurnalı milli təhsilimizin inkişafında, maarifçilik ideyalarının təbliği, pedaqoji fikrin zənginləşməsi və elmi-praktik tədqiqatların geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynamışdır. Bu jurnal Azərbaycan təhsil tarixinə dərin iz salmış, təhsil siyasətinin formalaşdırılmasında mühüm tribuna kimi çıxış etmişdir. Təsadüfi deyildir ki, Azərbaycan elmi-ictimai fikrinin tanınmış simaları – Bəkir Çobanzadə, M.S.Ordubadi, Abdulla Şaiq, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Abasqulu Abbaszadə, Maqsud Cavadov, Cümşüd Zülfüqarlı, Mehdi Mehdizadə və başqaları ayrı-ayrı dövrlərdə jurnalla əməkdaşlıq etmiş və ideyalarını xalqa məhz “Azərbaycan məktəbi” vasitəsilə çatdırmışlar.
Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə “Azərbaycan məktəbi” jurnalı arasında mövcud olan əməkdaşlıq əlaqələri də yüksək qiymətə layiqdir. Universitetimizin alim və pedaqoqlarının jurnalınızda dərc edilən elmi məqalələri milli pedaqogikanın inkişafına dəyərli töhfələr vermişdir və bu gün də verir. Bu əməkdaşlıq həm də gələcək nəsillərin maarifləndirilməsi və təhsilin inkişafı istiqamətində ortaq səylərimizin bariz nümunəsidir. Redaksiya Şurasının üzvü olaraq jurnalın fəaliyyətində iştirak etmək və bu tarixi uğurların yazılmasına şahidlik etməkdən böyük fəxr və məmnunluq hissi duyduğumu böyük qürur hissi ilə qeyd etmək istərdim.
Jurnalın 100 illik tarixi fəaliyyətində onun redaksiya heyətinin, müəlliflərinin və bütün əməkdaşlarının zəhmətini xüsusi qeyd etmək istəyirəm. Bu zəhmət milli təhsilimizin tarixi salnaməsini yaratmaqda, onun gələcək inkişafına töhfə verməkdə böyük əhəmiyyət kəsb edir.
Sizi və komandanızı bir daha bu əlamətdar yubiley münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni nailiyyətlər və daha böyük uğurlar arzulayıram.
Dərin hörmətlə,
ADPU-nun rektoru, professor Cəfər Cəfərov”


17/12/2024
17/12/2024
Nobel mükafatçısı, ABŞ-nin Şimali Karolina universitetinin professoru, “Azərbaycan Məktəbi” jurnalının Redaksiya Şurasın...
17/12/2024

Nobel mükafatçısı, ABŞ-nin Şimali Karolina universitetinin professoru, “Azərbaycan Məktəbi” jurnalının Redaksiya Şurasının üzvü Aziz Sancar “Azərbaycan Məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə baş redaktor Arzu Soltana və jurnal kollektivinə təbrik məktubu ünvanlayıb:

“Hörmətli Arzu Soltan!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-nəzəri, pedaqoji “Azərbaycan Məktəbi” jurnalının kollektivini, Sizi və tədbirin bütün iştirakçılarını ürəkdən salamlayıram.
Jurnalın 100 illik yubileyinin qeyd olunması münasibətilə Sizi və bütün əməkdaşlarınızı təbrik edir, bu möhtəşəm nailiyyətin Azərbaycan təhsilinin inkişafında oynadığı əvəzsiz rolu xüsusi vurğulamaq istəyirəm. 1924-cü ildən başlayaraq “Azərbaycan Məktəbi” jurnalının maarifləndirmə işlərindəki dəyərli töhfələri, pedaqoji elmlərin formalaşmasındakı rolu və müəllimlərə dəstək kimi mühüm vəzifələri şərəflə yerinə yetirməsi Azərbaycan təhsil tarixində mühüm bir səhifə açmışdır.
Bu əlamətdar gündə jurnalın keçmişdən gələcəyə uzanan zəngin irsini bir daha dəyərləndirərək, onun gələcək fəaliyyətlərində də böyük uğurlar qazanacağına inanıram. Azərbaycan təhsilinin inkişafında jurnalın oynadığı rola öz dərin ehtiramımı bildirir, onun ikinci əsr fəaliyyətində də bu missiyanı şərəflə davam etdirəcəyinə əmin olduğumu vurğulayıram.
Jurnalın bu günə qədər göstərdiyi xidmətlərə görə bütün yaradıcı heyətinə minnətdarlığımı çatdırır, tədbir iştirakçılarına ən xoş arzularımı və təbriklərimi çatdırıram.
Dərin hörmətlə,
Aziz Sancar

Nobel mükafatçısı,
ABŞ-nin Şimali Karolina universitetinin professor,
“Azərbaycan Məktəbi” jurnalının Redaksiya Şurasının üzvü”


Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yu...
13/12/2024

Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə planlaşdırılan tədbir 16 dekabr tarixində keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə nazirliyin rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, təhsil işçiləri və digər qonaqların iştirakı nəzərdə tutulur.

Tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki nəşr edilən jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkməkdir.


Kayzen fəlsəfəsi kiçik, lakin davamlı dəyişikliklərlə böyük nailiyyətlər əldə etməyin sirrini öyrədir. Yaponların təhsil...
13/12/2024

Kayzen fəlsəfəsi kiçik, lakin davamlı dəyişikliklərlə böyük nailiyyətlər əldə etməyin sirrini öyrədir. Yaponların təhsil və iqtisadiyyatda qazandıqları uğurların arxasında dayanan bu fəlsəfə, hər kəsin inkişafa töhfə verməsini təşviq edir.

Yaponların uğur sirrini öyrənmək və Kayzen fəlsəfəsinin təhsildə və həyatda necə möcüzələr yaratdığını kəşf etmək üçün “Kayzen fəlsəfəsi nədir?” adlı məqaləmizi aşağıdakı linkə keçid edib oxuya bilərsiniz!

https://as-journal.edu.az/kayzen-f%C6%8Fls%C6%8Ff%C6%8Fsi-n%C6%8Fdir


Azərbaycan təhsilinin inkişaf yolunu əks etdirən “Azərbaycan Məktəbi” jurnalının 2024-cü il üçün 4-cü sayı işıq üzü görü...
11/12/2024

Azərbaycan təhsilinin inkişaf yolunu əks etdirən “Azərbaycan Məktəbi” jurnalının 2024-cü il üçün 4-cü sayı işıq üzü görüb.

Jurnalın baş redaktoru Arzu Soltanın oxuculara ünvanladığı müraciətdə qeyd edildiyi kimi:

“Əziz oxucu!
Ulu öndər Heydər Əliyev deyirdi ki: “Azərbaycan təhsili, məktəbləri sona çatmış XX əsrdə çox böyük nailiyyətlər əldə edib. Əsrin əvvəllərində Azərbaycanın mütəfəkkir şəxsləri, maarifçiləri, ziyalıları, müəllimləri xalqımızı savadsızlıqdan, ətalətdən çıxarmaq, maarifləndirmək, təhsili inkişaf etdirmək üçün bir çox işlər görmüşlər. Əgər Azərbaycan Respublikasının təhsil tarixi yazılsa, – bu tarix yazılmalıdır, – şübhəsiz ki, hər mərhələdə görülən işlər orada əksini tapacaq və tapmalıdır”.
Bu gün biz fəxrlə deyə bilərik ki, 100 yaşlı “Azərbaycan məktəbi” jurnalı həmin tarixi tədqiq edənlər, öyrənənlər, yazanlar üçün etibarlı və əvəzolunmaz mənbə rolunu oynayır. Burada bir əsr boyu Azərbaycan təhsilində baş verən bütün hadisələr, yeniliklər, islahatlar, mütərəqqi addımlar qabaqcıl elm və təhsil xadimlərinin, ziyalıların, pedaqoqların qələmindən çıxan məqalələr vasitəsilə işıqlandırılıb.
Əminik ki, jurnal bundan sonra da Azərbaycan elmi və təhsili ilə yanaşı addımlayacaq.
Azərbaycan məktəbi ilə təhsilin tarixini yazanlardan olun!”

Jurnalın yeni sayı ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

https://as-journal.edu.az/az%C6%8Frbaycan-m%C6%8Fkt%C6%8Fbi-2024-4

Address

Afiyəddin Cəlilov, 86. Azərbaycan Respublikasının Təhsil İnstitutu
Baku
1073

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124904058

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan məktəbi / Academic Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan məktəbi / Academic Journal:

Share

Category