📌 Təyyarə qəzasında yaralanan sərnişinlər Vətənə gətirilir
❗📌 Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verirlər.
📌https://shorturl.at/OoYx4
#azal #airlines #baki #qrozni #media #breakingnewstoday #azerbaycan #azerbaijan #accident #Embraer
🇦🇿 Verdiyi bütün vədləri yerinə yetirən, xalqımızı öz ətrafında yumruq kimi birləşdirən, gücümüzü bütün dünyaya nümayiş etdirən İlham Əliyev bu gün 63 yaşını qeyd edir.
✍🏻 Ali Baş Komandanımızın yorulmaz fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycanın hər qarışına ayaq basa bilir, qlobal miqyasda nüfuzlu dövlət kimi tanınır, dünyanın hər yerinə başıuca, qürurla gedə bilirik.
🤝🏻 Bütün azərbaycanlılara ən gözəl hissi – qələbə sevincini yaşadan Lider, xalqınız sizinlə fəxr edir!
✊🏻 Yumruğunuz möhkəm, gücünüz əbədi olsun!
#IlhamAliyev #siyaset #politics #sonxeber #president #azerbaijan #dogumgunu
📌 Albaniya hakimiyyəti 2025-ci ildən başlayaraq ölkədə TikTok platformasını bir il müddətinə bloklayacaq.
Bu barədə Albaniyanın baş naziri Edi Rama bildirib.
E. Rama bu qərarı məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq istəyi ilə əlaqələndirib. Onun sözlərinə görə, Albaniyada valideynlərin 90%-i “TikTok”un bloklanmasını tələb edib.
“Məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq üçün səlahiyyətli orqanlarımız tərəfindən hazırlanmış vasitələrdən istifadə edərək “TikTok”u bloklamaq qərarına gəldik”.
#tiktokviral #albania #blocking #SocialSecurity #tiktok2024 #BreakingNews
📌 Türkiyə Suriyada həm Rusiya, həm də Amerika xarici hərbi bazalarının olmasını dəstəkləmir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "France 24" kanalına müsahibəsində deyib.
“Əlbəttə, biz Suriyada heç bir bazanın olmasının tərəfdarı deyilik - təkcə Rusiyanın deyil, digərlərinin də. Bu, Suriya xalqının qərarı olmalıdır", - nazir bildirib.
#turkey #Syrian #politics #suriye #turkiye #gundem #kesfet
🇨🇳💬 "Fürsətdən istifadə edərək, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının uğurla keçirilməsi münasibətilə Azərbaycan tərəfini bir daha təbrik etmək istəyirəm. Azərbaycanın və digər tərəflərin birgə səyləri sayəsində COP29-da mühüm nəticələr əldə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Bakı sıçrayışı” çoxtərəfli yanaşmanın təntənəsidir və COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir."
#çin #china #cop29baku #cop29azerbaycan #economicgrowth #climatejustice
📌 Mayot sakinləri Makronu fitə basıblar
Fransa prezidenti Emmanuel Makron qasırğadan zərər çəkmiş Mayot adasına gəlib. Yerli sakinlər onu fitə basaraq istefasını tələb ediblər. Bildirilir ki, siklon artıq 30-dan çox insanın ölümünə və 800 milyon avro ziyana səbəb olub.
#xeber
📍 2024-cü ilin yanvar–noyabr aylarında ölkəmiz 203 milyon 23,14 min ABŞ dolları dəyərində 126 min 150,86 ton pambıq ixrac edib.
Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb.
Hesabata əsasən, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 milyon 147,6 min ABŞ dolları və ya 34,5 faiz, həcmi isə 50 min 941,05 ton və ya 67,7 faiz artıb.
Ümumilikdə, hesabat dövründə pambıq ixracı ölkənin ümumi ixracının 0,83 faizini təşkil edib.
#pambiq #ixracat #iqtisadiyyat #xeber #SoftNew #EconomicNews #usd
📢❗Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qış fəsli ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib.
Məlumata görə, Bakıda Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda qarlı və şaxtalı hava şəraitinin avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib, tələb olunan miqdarda qum və texniki duz ehtiyatı toplanıb.
#busstop #azerbaycan #baku #transportation #avtomobil #yol
❗📢 Cari ilin noyabr ayında 12 aylıq inflyasiya 4,4 faiz olub.
İllik qiymət artımı ərzaq malları üzrə 4,4 faiz, qeyri-ərzaq malları üzrə 2,2 faiz, xidmətlər üzrə 6 faiz təşkil edib. Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub.
#erzaq #iqtisadiyyat #economics #inflation #bazaar2024
❗💬 Avropanın mərkəzində - Korsikada onlar (Fransa - red) Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır?
Bu fikirləri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində söyləyib.
#IlhamAliyev #fransa #france #korsika #language #CulturalHeritage
🇦🇿📢 BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ötən ay Bakıda keçirilmiş 29-cu sessiyasından (COP29) sonra “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi reytinq tərtibatında dəyişiklik edib.
Agentliyin təqdim etdiyi yenilənmiş yanaşmadakı dəyişikliklərin məqsədi cari bazar tendensiyalarını nəzərə almaq və təbii fəlakətlərə daha çox həssas olan ölkələr üçün borcun təbiətin mühafizəsi tədbirlərinə dəyişdirilməsi və ödənişlərin ertələnməsi kimi yeni mexanizmlərin qiymətləndirilməsində şəffaflığı təmin etməkdir. Bu barədə məlumat “S&P” reytinq agentliyinin hesabatında yer alıb.
#cop29baku #agent #climateaction #rating #globalratings