10/02/2023
İnsan bu mənzərələrə baxdıqca nə qədər cılız, eyni zamanda ən üstün yaradılış olduğunun şahidi olur.
Bu səhnələr bütün dünyaya bir mesaj olmalıdır! Kin kidurətlər, paxıllıqlar, ümumiyyətlə dünyada gedən proseslər. Kimsə bu mənzələrə gülür, kimsə ağlayacaq, kimsə həqiqi, kimsə smalik qoyacaq quya ağlayır, kimsə ibrət götürür, kimsə neytrallığını qoruyur, öz vətəndaşı ölə-ölə keyf çəkir, biri bu yazıda səhv tapıb deyəcək: "Yaxşı yazmısan amma flan yerdə hərfi səhvi gedib"., mahiyyət etibarilə biz heç kimik!
Biri qorxacaq bu videoyalara baxamağa, biri baxıb keçəcək, biri özünü ağıllı aparmağa çalışacaq, lakin həqiqət göz qabağında!
Biri deyir ora mənimdir, biri deyir o mənimdir, biri ona verilən dəyərdən sui-istafadə edir, biri söz söhbət yaradır, yalan danşır, biri şükür edəcək özü belə deyil, biri bir müddət etməyəcək yenə başlayacaq “şakallığa” v.s.
Axı biz kimik? "siz kimsiz" sualının cavabı məhz bu, çox yox, iki videoda görmək olar!
Bizlər nəyisə "yaratdığın"ı zənn edərək bəh-bəhlə, sinəyə vura-vura qəzib yuxarıdan aşağa baxmaqla elə bilik nəsə kəşf eləmişik?
Ay, İlon Mask Marsa cerez blutuz mp3 icad edib, ay ABŞ havaya F-567 qaldırıb, ay flankəs sionisti, birinə vəhy gəlir, biri özünü İslam babası adlandırır, biri davamçısı, o birisi xılas edicisi.
Səcdə 32: "Yaratdığı hər şeyi gözəl yaradan və insanı yaratmağa palçıqdan başlayan Odur".
P.s Əsla fikrim kövrəltmək deyir sizi, keçim indi dünyavi prosesslərə 🙂
İstədim bu yazıdan sonra "©️ Nicat Məmmədov" yazım, sonra fikirləşdimki mənə bu yazmağı qismət edənə Odur, nəfəs almağa izin verəndə. Sonra fikrimdən daşındım. 🙂
Sevirəm sizi Azərbaycan xalqı, biz yeganə gözəl Millətik. Tarix boyu bizim kimi gözəl dinə, mədəniyyətə, sahib bir Xalqı aradan aparmağa, izin itirməyə, əl uzadanlar oldu, Azərbaycan Xalqı bunu bilir və yaddaşlara yazıb, kimin kim olduğunu bilirlər.
Bu ara, Türkiyəyə ezam olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşəkkür düşür, artıq ikinci dəfədir ki, Xalqımızı layiqincə təmsil edir və Azərbaycan kişisinin necə olduğunu dünyaya tanıtırır. Hələ 44 günlük müharibədə kölgədə qalsalarda (təbii məsələ MN), arxa cəbhədə az iş görməyiblər.
Şəxsən tanıdığım Azərbaycanın media nümayəndələri evlərindən səfərbər olublar onlarıa minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, İNSAN yaşadmaq üçün gedən hər kəsi bağrıma basıram. 😘
Mən də bu mövzuda cahil ola bilərəm, mənim yazdığım vəhy deyil, mən də sizin kimi bu haqda düşünürəm, axtarıram. Düşündüyüm budur, əks arqument irəli sürən varsa buyurun. ❤️