Dəb nə qədər dəyişsə, şıltaqlıq etsə də, toxumanın əsas qaydaları olduğu kimi qalır. Lakin bütün sənətlər kimi toxuma da daim inkişafdadır. Qaydalar təcrübəli toxucuların tapıntıları ilə yenilənir. Beləliklə, köhnələrin əsasında yeni naxışlar yaranır.
Bu kitab toxuma sənətini bütün qaydalar üzrə öyrədir. Həm şəkilli, həm yazılı izahlar olduqca effektivdir. İşin texnikası sadə dillə təqdim olunduğu üçün mənimsəmək çox asandır.
Kitabı ciddi oxuyan hər bir şəxs özünü toxucu hesab edə bilər. Bundan sonra qalır əlinə mil və ya milçə alıb işə başlamaq...
Qiyməti: 28.99₼
Endirimlə: 23.19₼
#qanunaz
“Gecəyarı kitabxanası” artıq satışda! ✨
Qiymət: 14.99 azn
Qanun.az saytından bütün nəşrlərimizi 20% endirimlə əldə edə bilərsiniz.
Yeniliklərdən və kitablardan məlumatlı olmaq üçün telegram kanalımıza abunə olmağı unutmayın. ✨
https://t.me/qanunnews
#qanundanyeninevar #qanunpublishing #qanunnəşriyyatı #kitab #books #keşfet #endirim
Elə hislər var ki, onları yazmaq olmur.
Niyazi Mehdi ilə görüşdüm, nəşrdən yeni çıxmış, müəllifi olduğu "Yəhudi dini" kitabını özünə təqdim etdim.
Siz də Niyazi Mehdini təbrik edin, ona uzun ömür arzu edin.
Quba bükməsi.Sevərək görülən işin nümunəsi.😇
#quba #qanunnəşriyyatı #qubabükməsi
İnsan təbiət qüvvəsi kimi qarşısıalınmaz ola bilər. Axı o da təbiətin bir parçasıdır. Amma necə? Əslində, çox sadə. Daxili intizam xüsusiyyətinə yiyələnməklə! Bundan sonra inkişaf etmədiyinizə görə bəhanə gətirməyəcəksiniz. Adi insanların ömrü boyu əldə edə bilmədiklərini bu kitab vasitəsi ilə bir neçə aya əldə edəcəksiniz
Qiymət: 10.99 azn
Qanun.az saytından bütün nəşrlərimizi 20% endirimlə əldə edə bilərsiniz.
Yeniliklərdən və kitablardan məlumatlı olmaq üçün telegram kanalımıza abunə olmağı unutmayın. ✨
https://t.me/qanunnews
#qanundanyeninevar #qanunpublishing #qanunnəşriyyatı #kitab #books #keşfet #endirim
Mark Manson amerikalı özünüinkişaf yazarı və məşhur bloggerdir. O, MarkManson.net saytının yaradıcısı və iki kitab müəllifidir.
“Vecinə almamağın incə sənəti” adlı ikinci kitabı 2016-cı ildə işıq üzü görüb. Kitabda öz həyat təcrübələrinə əsaslanaraq insanlara daha xoşbəxt bir həyata çatmağın yollarını izah edir. “Vecinə almamağın incə sənəti” Amerikada ən çox satılan kitablar siyahısındadır
Qiyməti: 9.99₼
Endirimlə: 7.99₼
#qanunnəşriyyatı #qanunaz #qanunpublishing #markmanson
Azərbaycanlı dövlət xadimi, akademik Moskvada – Elmlər Akademiyasının Xəstəxanasında müalicə alır. Həmişə gərgin işlə məşğul olduğu üçün burada da bikar qala bilmir. Lakin xəstəxanada elmi fəaliyyət üçün şərait yoxdur. Bəs nə etsin? Bir müddət düşünəndən sonra özünə iş tapır. Xatirələrini yazmağa başlayır. Tale möhləti ilə ölümündən az əvvəl yazdıqlarını bitirir. Beləliklə, tariximizin 1930–70-ci illərini əhatə edən bu dəyərli memuar meydana çıxır. Lakin kitab şəklində müəllifinin ölümündən qırx il sonra işıq üzü görür.
Bildiyiniz kimi, bizdə memuar janrı o qədər də geniş yayılmayıb. Əlinizdəki kitab bu boşluğu layiqincə dolduran nümunələrindəndir. Müəllifin zəngin həyat yolu, elm sahəsindəki uğurları, hətta bir neçə dəfə Azərbaycan SSR-nin rəhbərliyində təmsil olunması kitab üçün zəngin materiallar vermişdir.
“Mən, Həyat və Gələcək” memuar janrını sevən geniş oxucu kütləsi üçün əvəzolunmaz kitabdır.
Qiyməti: 9.99₼
Endirimlə: 7.99₼
#qanunnəşriyyatı #qanunaz #qanunpublishing #bioqrafiya #memuarlar
Sumqayıt Dövlət Universiteti. Təşəkkür edirik.📚
#qanunnəşriyyatı #qanunaz #qanunpublishing
BakuTV-nin araşdırması öz əxlaqlarına uyğundur. Tərbiyyəsizlikdir. İlk növbədə orda işləyənlər vicdanlı insanların adına böyük ləkədir.
Fazil Qaraoğlu haqqında vəziyyəti ictimailəşdirəndən sonra camaat kart nömrəsini istədi. Fazil bəydə depozit kartı yox idi, iş günü olmadığından yeni kart almaq da mümkün deyildi, həm də şəxsiyyət vəsiqəsi üstündə deyildi, dedi qutulardadır tapmaq mümkün deyil. Onun ağır günlərində daim yanında olan qonşusu, mənim də çox qədimdən tanıdığım Tahir bəyin kartını alıb Fazil bəyə verdik. Və həmin kartın nömrəsini yaydıq.
Hər gün çox şəffaf şəkildə, qəpiyinə qədər hesabat verdik. Vəsait çox yığıldığından Tahir bəy narahat oldu, Fazil bəyin adına yeni bank hesabı açılana qədər kartı vəsait çəkməkdən blok etməyi qərara aldıq.
Evə köçəndən sonra bir necə dəfə Fazil müəllimdən hesab açmaq barədə xahiş etdim. O sənədi tapmadığını dedi. Dedim onda hazırlaş gedək ASAN xidmətə yenisini alaq.
Nəhayət dünən Tahir bəy onu banka aparmaq üçün yanına getdi. Banka saat 3-də getməyi qərarlaşdırdıq.
Dünən Sirac Eldarlı adında bir nəfər zəng etdi ki, Fazil müəllimə yardım etmək istəyirik, bu səbəblə onu banka aparırıq. Sumqayıtdan olduğunu və tələsdiyini bildirdi, dərhal gəlməyimi xahiş etdi.
Banka gedəndə artıq sənədləşmə başlamışdı, Tahir və Fazil bəylə söhbət edərkən Bakı TV gəldi, çəkiliş üçün icazə istədi. Etiraz etmədim. Necə uyğunsa elə edin dedim.
Sən demə bu piyada jurnalist özlüyündə araşdırma aparırmış.
Əxlaq yaman şeydir. Ona sahib olan yalnız onun varlığını dərk edir. Sahib olmayana elə gəlir ki, dünya əxlaqsız və vicdansız insanlardan ibarətdir.
Tahir bəyə və bizim işimizə şər atanlar özlərini təftiş etsinlər, əxlaq və vicdan varmı onlarda?!
Bu gün Professor Fazil Qaraoğlunun bank hesabı açıldı və karta yığılan 39 275 manat vəsait onun hesabına qoyuldu.
Xatırladım ki, kirayə haqqını ödəyə bilmədiyi üçün alim yaşadığı evdən küçəyə atılmışdı. 5 gecə küçədə gecələmişdir.
Bazar günü axşam başladığımız ianə kampaniyası vicdanlı insanlarımız sayəsində uğurlu oldu.
Professor 3 otaqlı mənzilə göçürüldü.
Yardım edən böyük ürəkli insanların sayəsində xəcalət yükündən xilas olduq. Daha işimizə rahat dönə bilərik, evimizdə ruhani dincliklə yaşa bilərik.
Bir daha xalqımıza təşəkkür edirəm. Siz təftiş etmədən yardım etdiniz. Bir insanımızı acınacaqlı durumdan xilas etdiniz. Var olun. Birliyimiz əbədi olsun.
(Şahbaz Xuduoğlu)
#qanunnəşriyyatı #qanunaz #gücbirlikdədir
Romanda yazılan fikirlər və ideyalar, dini, tarixi, etnik düşüncələr yalnız əsərdəki qəhrəmanların şəxsi fikirləridir. Müəllif obrazların dilindən verilən sözlərə görə məsuliyyət daşımır.
Qiyməti: 7.50₼
Endirimlə: 6₼
Qaraqanın “Bir milyon dollarım olsaydı...” adlı romanı kasıb və namuslu mətbəə işçisi – Kərəmin həyatından bəhs edir. Qazandığı cüzi maaşı həyat yoldaşına və övladlarına xərcləyən qəhrəmanın həyatını təsadüfən tikintidən tapdığı bir milyon dollar necə dəyişir? O, namuslu və dəyişilməyən insan obrazı kimi bu hadisədən sonra başına gələnlərlə mübarizə aparır. Pul hər zaman xoşbəxtlik gətirirmi?..
“Bir milyon dollarım olsaydı...” romanı müasir dövrün müxtəlif ailə-məişət problemlərinə işıq tutur.
Qiyməti: 7₼
Endirimlə: 5.60₼
#qanunaz #qanunnəşriyyatı #qanunpublishing #qaraqan
Dünya ədəbiyyatının birmənalı olaraq ən əhəmiyyətli müəlliflərindən biri kimi qəbul olunmuş dahi rus yazıçısı Fyodor Dostoyevskinin “Yeraltından qeydlər”i bədii nümunə olmaqdan çox insanlığın zaman içindəki təkamülünü və bu təkamül nəticəsində gəldiyi nöqtəni ən yaxşı izah edən əsər kimi tanınır. Xarakterin psixoloji analizini, onun ətrafındakı insan və hadisələrlə qarşıdurmalarını son dərəcə təbii və aydın şəkildə əks etdirən Dostoyevski, bu əsərlə yalnız öz dövrünün deyil, eyni zamanda günümüzün oxucusuna da xitab edə bilir.
Dostoyevskinin əsərləri arasında xüsusi yeri olan “Yeraltından qeydlər” xarakterin özü və xarici dünya ilə mübahisəsi kimi qiymətləndirilir. Özünü zəif, heyvan kimi faydasız hiss edən xarakter, digər insanları da düşüncəsiz, axmaq və yaşadıqları dünyadan xəbərsiz təsvir edir. O, bu insanlardan daha ağıllı və gözəl yaşamağa layiq olduğu halda qaranlıq yeraltında qalmağa və dünyaya oradan baxmağa məcburdur.
Qiyməti: 6.40₼
Endirimlə: 5.19₼
#qanunnəşriyyatı #qanunaz #qanunpublishing #dostoyevsky
Bu gün dünya uşaq kitabları günüdür.👼
#qanunnəşriyyatı #qanunaz #qanunpublishing #uşaqkitabları
Bu gün Emil Zolyanın doğum günüdür.
Müəllifin hansı kitabını oxumusunuz?
#qanunnəşriyyatı #emilzolya #qanunpublishing #qanunaz
İstənilən insanla istənilən vəziyyətdə ünsiyyət qurmaq. Nəzarəti ələ alaraq qarşı tərəfə təsir etmək. İstənilən mövzuda sizi bağışlayacaq insanı tapmaq. İş görüşmələrindən qalib ayrılmaq. İdman oyunlarında qələbə qazanmaq. Etibarlı sirdaşa çevrilə bilmək. Bircə sehrli cümlə ilə insanların geri zəng etməsinə nail olmaq. Sözlə psixoloji təzyiqin qarşısını almaq. İstənilən şəxsin qısqanc davranışını otuz saniyədə sona çatdırmaq. Və daha nələr, nələr. Hamısının öyrənilə və öyrədilə bilən qaydaları var. Yetər ki, qarşınızdakı ciddi mütəxəs-sis olsun. İnsan psixikasını ən yaxşı tədqiq edən ustadlardan biri Devid C. Lieberman kimi. Siz onu “New York Times”ın ən çox satılan “Bir də heç vaxt aldanma” kitabının müəllifi kimi tanıyırsınız. Bu kitabda isə insan münasibətlərinin daha dərin qatlarına enib. İstənilən situasiyada nəzarəti ələ almaq üçün psixoloji sirlər təqdim edib. Kitab sayəsində siz özünüzü bir də heç vaxt gücsüz hiss etməyəcəksiniz.
Qiyməti: 10.99₼
Endirimlə: 8.80₼
#qanunnəşriyyatı #qanunaz #qanunpublishing
Dəyərli dostlar, izləyicilər, oxucular:
Sizi 30 mart, 15:00-da baş tutacaq “20-ci sahə” hekayələr kitabının imza gününə dəvət edirik.
Gəlin, söhbətləşək, kitablaşaq, ədəbiyyatla bir olaq.
#qanunnəşriyyatı #qanunaz #qanunpublishing #oxu
Bu gün Jo Nesbonun doğum günüdür.
#qanunnəşriyyatı #qanunpublishing #jonesbo #books #kitab #keşfet