Azerbaijan News24

Azerbaijan News24 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azerbaijan News24, Media/News Company, Baku. Nobel Avenue, 15, Baku.

03/02/2025

Türkiyənin ən uzaqmənzilli ballistik raketi “Tayfun”dan atəş açıldı

̈rkiye

Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilibAzərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direkt...
03/02/2025

Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən bildilib.

Səfər çərçivəsində Baş direktor Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb. Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın qədim tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra Qazaxıstan Respublikası müdafiə nazirinin müavini general-mayor Şayx-Xasan Jazıkbayev ilə görüş keçirilib.

Hər iki tərəf bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini vurğulayıb, keçirilən birgə təlimlərin hərbi qulluqçularımızın peşəkarlığının artırılmasına və ordularımızın daha da güclənməsinə müsbət təsir etdiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.

Adıyaman valisi: Fəlakət zonasının sakinləri qardaş Azərbaycana və şəxsən Prezident İlham Əliyevə minnətdardırFəlakət zo...
03/02/2025

Adıyaman valisi: Fəlakət zonasının sakinləri qardaş Azərbaycana və şəxsən Prezident İlham Əliyevə minnətdardır

Fəlakət zonasının sakinləri 2023-cü ilin dağıdıcı fevral zəlzələlərinin fəsadlarının aradan qaldırılmasında dəstəyinə görə qardaş Azərbaycana ürəkdən minnətdardırlar. İstərdik ki, şəxsən Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümüzü bildirək.

Bu barədə Türkiyənin Adıyaman vilayətinin valisi Osman Varol bildirib.

Vali vurğulayıb ki, Azərbaycan həm maliyyə yardımı göstərərək və xilasediciləri fəlakət zonasına göndərərək, həm də konteyner şəhərcikləri yaradaraq və humanitar yükləri tədarük edərək öz qardaş köməyini əsirgəməyib.

O.Varol qeyd edib ki, son iki ildə fəlakət zonaları olan bütün vilayətlərdə bərpa işləri istiqamətində atılan addımlarda Azərbaycanın dəstəyi hiss olunub.

Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənibMilli Məclis Azərbaycanda əmək pensiya...
03/02/2025

Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib

Milli Məclis Azərbaycanda əmək pensiyasının minimum məbləğinin 320 manat müəyyən olunması haqqında məsələni qəbul edib.

Bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunub.

Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği bu il fevralın 1-dən 280 manatdan 320 manata çatdırılacaq.

Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

Rusiya ilə sərhədyanı ərazilərdə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilirAzərbaycanın Rusiya ilə sə...
03/02/2025

Rusiya ilə sərhədyanı ərazilərdə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir

Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.

Əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.

Bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.

Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.

Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək.

Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək SƏRƏNCAM2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk ...
03/02/2025

Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək SƏRƏNCAM

2025-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olur.

Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə Sərəncam imzalayıb.

Sərəncama əsasən Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncamda qeyd edilib ki, Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir.

Rüfət Eyvaz oğlu Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.Prezident İlham Əliyev bun...
03/02/2025

Rüfət Eyvaz oğlu Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azad edilmiş ərazilərdə ötən ay 762 mina, 1497 PHS aşkarlanıbİşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə...
03/02/2025

Azad edilmiş ərazilərdə ötən ay 762 mina, 1497 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat (Yanvar 2025-ci il) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 505 piyada əleyhinə mina, 257 tank əleyhinə mina, 1497 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 3583,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

İran XİN: Qarşılıqlı səfərlər Tehran-Bakı münasibətlərinin yaxşılaşmasına kömək edəcəkÜmid edirik ki, Tehran və Bakı ara...
03/02/2025

İran XİN: Qarşılıqlı səfərlər Tehran-Bakı münasibətlərinin yaxşılaşmasına kömək edəcək

Ümid edirik ki, Tehran və Bakı arasındakı səfərlər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycan və İran rəsmiləri arasında keçirilən görüşləri şərh edərkən deyib.

“Bu ikitərəfli səfərlər İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Bakıya son səfərindən sonra baş tutub. Sözügedən səfər zamanı əlverişli görüşlər olub, iki ölkə rəsmiləri arasında münasibətlərin möhkəmləndirilməsi və bəzi media anlaşılmazlıqları müzakirə olunub. Ümid edirik ki, bu səfərlər ümumi narahatlıqlar və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı daha yaxşı və qarşılıqlı anlaşma üçün mühüm başlanğıc olacaqdır”, - sözçü vurğulayıb.

Diplomat eyni zamanda Qafqaz regionunun, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyinin İran üçün mühüm olduğunu qeyd edib: “İranın hər iki ölkə ilə yaxşı münasibətləri mövcuddur və diplomatik səfərlər artmaqdadır. İran Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün hər bir dəstəyə hazıdır”.

Ağdam şəhərində xəstəxana kompleksi tikilir İşğaldan azad olunmuş Ağdam şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri...
03/02/2025

Ağdam şəhərində xəstəxana kompleksi tikilir

İşğaldan azad olunmuş Ağdam şəhərində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Keçmiş məcburi köçkünlərin doğma şəhərlərinə qayıdışı və layiqli həyat şəraiti üçün mühüm infrastruktur layihələri icra olunur, istehsal müəssisələri yaradılır, yaşayış binaları, təhsil, səhiyyə, mədəniyyət müəssisələri inşa edilir.

AZƏRTAC-ın bölgə müxbiri 210 çarpayılıq Ağam Rayon Mərkəzi Xəstəxanası kompleksinin tikildiyi ərazidə olub, inşaat işləri ilə maraqlanıb. Sahə mühəndisi Rövşən Hüseynov bildirib ki, 6,01 hektar torpaq sahəsində inşa edilən əsas xəstəxana binası zirzəmi və dörd mərtəbədən ibarətdir. Əsas xəstəxana binasından əlavə, kompleksə Yoluxucu xəstəliklər və Hemodializ korpusları, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Təcili Tibbi Yardım Stansiyası üçün binalar da daxildir.

Artıq xəstəxananın C blokunda dəmir beton işləri yekunlaşıb. A-1, A-2, A-4, B-1, B-2, E-1, E-2 bloklarında dəmir-beton işləri davam edir, C, E-1, E-2 bloklarında hörgü işləri aparılır.

Müalicə ocağı ən müasir tibbi avadanlıqla təchiz ediləcək.

Erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ölübMoskvada partlayış nəticəsində yaralanan Ukraynada Rusi...
03/02/2025

Erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ölüb

Moskvada partlayış nəticəsində yaralanan Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Armen Sarkisyan ölüb.

Bu baradə Rusiya teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Sarkisyan həyatını itirib.

Bildirilib ki, erməni batalyonunun yarıdıcısına sifarişli sui-qəsd olub və bu, dəqiqliklə planlaşdırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıye Parusa” yaşayış kompleksində partlayış baş verib. Yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Rusiyanın teleqram kanalları ölən şəxsin Ukraynada Rusiyanın tərəfində döyüşən erməni batalyonu olan “Arbat”ın yaradıcısı, qondarma Donetsk Xalq Respublikasının Boks Federasiyasının prezidenti Armen Sarkisyan olduğunu yazıblar.

Daha sonra Rusiya KİV-ləri Sarkisyanın ölmədiyini, ağır yaralandığını bildiriblər.İstintaqın versiyasına görə, erməni batalyonunun yaradıcısı mühafizçəliləri ilə birlikdə yaşayış kompleksinə daxil olarkən bomba işə düşüb.

1 kiloqram tratil gücündə olan bomba yaşayış kompleksinin foyesinə ciddi zərər vurub. Verilən məlumata görə, partlayış nəticəsində yaralılanların da vəziyyəti çox ağırdır. Bu səbəbdən onların xəstəxanaya təcili çatıdırlması üçün hadisə yerinə helikopter cəlb olunub.

AZAL Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırırSon zamanlar, o cümlədən bu gün Ru...
03/02/2025

AZAL Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır

Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.

Moskvadakı "Azərbaycan" pavilyonunda tanınmış azərbaycanlılarla görüş layihəsinə start verilibMoskvadakı Xalq Təsərrüfat...
03/02/2025

Moskvadakı "Azərbaycan" pavilyonunda tanınmış azərbaycanlılarla görüş layihəsinə start verilib

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki "Azərbaycan" pavilyonunda Rusiyada yaşayan tanınmış azərbaycanlılarla görüş platformasına çevriləcək “Nəzər nöqtəsi” adlı yeni layihəyə start verilib.

Layihənin məqsədi Azərbaycan icmasının nümayəndələri arasında açıq dialoq yaratmaq, Azərbaycan mədəniyyətini təbliğ etmək və soydaşlarımızı narahat edən aktual məsələləri müzakirə etməkdir.

Layihənin ilk qonağı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev olub.

Azərbaycan ziyalılarını, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəallarını, Moskva ali məktəblərində təhsil alan azərbaycanlı tələbələri, eləcə də Rusiya ictimaiyyətinin nümayəndələrini bir araya gətirən görüş səmimi və konstruktiv şəraitdə keçib.

Tədbiri "Azərbaycan" pavilyonunun direktoru Səadət Kadırova aparıb.

O, “Nəzər nöqtəsi” layihəsinin fikir mübadiləsi, Azərbaycan icmasının inkişaf perspektivlərinin müzakirəsi, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün platforma kimi əhəmiyyətini vurğulayıb.

Görüş zamanı milli özünəməxsusluğun qorunub saxlanması, mədəniyyətlərarası əməkdaşlıq, gənclərin təşəbbüslərinin dəstəklənməsi və təhsil proqramları müzakirə edilib. Azərbaycan və Rusiya aili təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyətə, mədəni və işgüzar əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Səfir Rəhman Mustafayev fəal mövqeyə görə layihə təşkilatçılarına və görüş iştirakçılarına minnətdarlığını bildirib, xaricdəki Azərbaycan icmasının konsolidasiyasının vacibliyini vurğulayıb.

O, belə təşəbbüslərin Azərbaycan və Rusiya arasında dostluğun möhkəmlənməsinə töhfə verdiyini qeyd edib, həmvətənləri ilə açıq dialoqa hazır olduğunu bildirib.

Görüş zamanı səfir, Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti, dünya siyasəti və iqtisadiyyatının aktual problemlərinə dair rəsmi Bakının mövqeyi, Rusiyadakı Azərbaycan icmasının səylərini birləşdirmək üçün səfirlik tərəfindən həyata keçirilən layihələr barədə danışıb.

Görüşün sonunda qonaqlar mühüm məsələləri müzakirə etmək imkanına görə təşkilatçılara təşəkkürlərini bildiriblər və

Rusiyada elm, mədəniyyət, biznes və ictimai həyatının inkişafına töhfə vermiş tanınmış azərbaycanlılarla görüş platformasına çevriləcək “Nəzər nöqtəsi” layihəsinin davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

🇺🇦 Zelenski: Ukrayna heç vaxt olmadığı qədər sülhə yaxındırMüharibənin davam etdiyi üç il ərzində Ukrayna heç vaxt olmad...
03/02/2025

🇺🇦 Zelenski: Ukrayna heç vaxt olmadığı qədər sülhə yaxındır

Müharibənin davam etdiyi üç il ərzində Ukrayna heç vaxt olmadığı qədər sülhə yaxınlaşıb.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti sülhün yaxınlaşması üçün əlindən gələni edir.

Hidayət Heydərov 2024-cü ilin ən yaxşı cüdoçusu seçilibAzərbaycan millisinin üzvü Hidayət Heydərov Beynəlxalq Cüdo Feder...
02/02/2025

Hidayət Heydərov 2024-cü ilin ən yaxşı cüdoçusu seçilib

Azərbaycan millisinin üzvü Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyası tərəfindən “İlin kişi cüdoçusu” adına layiq görülüb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Hidayət Heydərov sevincini bu sözlərlə ifadə edib:

“Hər kəsi salamlayıram. Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm”.

Qeyd edək ki, H.Heydərov 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu olub.

02/02/2025

🇦🇿 ❤ Zeynəb Xanlarovanın bu mahnısı Güney Azərbaycanda trend oldu.

Məsud Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul edibİran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikası Prezidentinin...
02/02/2025

Məsud Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul edib

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.

Bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" hesabında məlumat yayıb.

Görüşdə H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıbAzərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğun...
02/02/2025

Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.

Titullu idmançı bu barədə instaqramdakı şəxsi hesabında paylaşım edib.

"Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm".

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.

Address

Baku. Nobel Avenue, 15
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan News24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azerbaijan News24:

Videos

Share