TvPress.Az

TvPress.Az Новостная страница, которая охватывает ежедневные события происходящие как в стране ,так и в мире.

17/01/2025

5 iyun 2024-cü il tarixində 8 günlüyə kosmosa – Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçmuş 2 amerikalı 59 yaşlı Batç Vilmor (Butch Wilmore) və 61 yaşlı Sunita Vilyams (Sunita Williams) indiyədək geri qayıda bilməyiblər. Onları BKS-ə Boeing şirkətinin “CST-100 Starliner” k...

17/01/2025

Dövlət xarici banklarda 1-2 faizlə saxladığı maliyyə ehtiyatlarının çox kiçik bir qismini hətta daha artıq faizlə öz vətəndaşlarına kredit şəklilndə versə… Azərbaycanda ən kəskin sosial problemlərdən biri də evsizlik problemidir. Sovet dövründən sonra bu sahədə v....

Şeytanın imperiyası ABŞ-da işə daxil olarkən hansı cinsə mənsub olmagın barədə sorğu. Rəsmi olaraq 12 cins.
17/01/2025

Şeytanın imperiyası ABŞ-da işə daxil olarkən hansı cinsə mənsub olmagın barədə sorğu. Rəsmi olaraq 12 cins.

16/01/2025

Вы не можете быть семьей с этими людьми

16/01/2025

Maşallah

16/01/2025

Türkiyədən həmişə p*s şeyləri götürürük, bəlkə bu dəfə yaxşı şeyi götürək?

Deputat: Minimum maaş orta əməkhaqqının 60 faizini təşkil etməlidir - ŞƏRHMilli Məclisin deputatı Əli Məsimli əmək haqqı...
16/01/2025

Deputat: Minimum maaş orta əməkhaqqının 60 faizini təşkil etməlidir - ŞƏRH
Milli Məclisin deputatı Əli Məsimli əmək haqqı və pensiya haqqında suallara aydınlıq gətirib. Deputat son maaş və pensiya artımlarını da şərh edib.

Deputatın fikirlərinizi oxucularımıza təqdim edirik:

Keçən ilin dekabrında əmək haqqı,pensiya və müavinətlərin artırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında 23 dekabr 2024-cü il tarixli xüsusi prezident sərəncamı ilə bağlı bizə ünvanlanan sualların bir qismini cavablandırmışdıq.Ondan sonra da bu yöndə bizə ünvanlanan sulların davam etdiyini nəzərə alaraq, onları qruplaşdırıb, daha konkret və detallaşaşdırılmış formada cavablandırmağı lazım bildik. Cavablar rəsmi dövlət sənədlərinə istinaq edilərək hazırlanıb. ”Qeyd”hissələrində isə sözügedən məsələyə dair öz fikir və mülahizələrimizi bildirmişik:

Sual: Vahid Tarif Cədvəli üzrə 2025-ci ilin maaş artımı hər bir dərəcə üzrə konkret nə qədər və neçə faizdir,kimlərə şamil edilir və artırılmış əmək haqqları nə vaxtdan başlayaraq veriləcək?

Cavab: Minimum əmək haqqı 345 manatdan 400 manata çatdırıldıqdan sonra Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli və 540 saylı Qərarı ilə təsdiq edilmiş Vahid Tarif Cədvəlinə əsasən bu ilin yanvarından dövlət təşkilatlarında çalışan və dövlət qulluqçusu olmayan işçilərin əməyinin ödənilməsi dərəcələri üzrə aylıq maaşları 1-ci dərəcə üzrə 15,9 faiz artırılaraq 345 manatdan 400 manata, 2-ci dərəcə üzrə 15,9 faiz artırılaraq 359 manat 416 manata, 3-cü dərəcə üzrə 16,7 faiz artırılaraq 371 manatdan 433 manata, 4-cü dərəcə üzrə 15,7 faiz artırılaraq 389 manatdan 450 manata, 5-ci dərəcə üzrə 15,8 faiz artırılaraq 406 manatdan 470 manata,6-cı dərəcə üzrə 16 faiz artırılaraq 422 manatdan 490 manata,7-cü dərəcə üzrə 15,6 faiz artırılaraq 441 manatdan 510 manata,8-cü dərəcə üzrə 15,7 faiz artırılaraq 458 manatdan 530 manata,9-cü dərəcə üzrə 15,1 faiz artırılaraq 478 manatdan 550 manata,10-cü dərəcə üzrə 15,6 faiz artırılaraq 497 manatdan 575 manata,11-cü dərəcə üzrə 15,8 faiz artırılaraq 518 manatdan 600 manata,12-cü dərəcə üzrə 16,2 faiz artırılaraq 538 manatdan 625 manata,13-cü dərəcə üzrə 16 faiz artırılaraq 560 manatdan 650 manata,14-cü üzrə 15,6 faiz artırılaraq 584 manatdan 675 manata,15-cü dərəcə üzrə 15,3 faiz artırılaraq 607 manatdan 700 manata, 16-cı dərəcə üzrə 15,5 faiz artırılaraq 632 manatdan 730 manata, 17-ci dərəcə üzrə 9,5 faiz artırılaraq 694 manatadan 760 manata,18-cü dərəcə üzrə 4,4 faiz artırılaraq 833 manatdan 870 manata,19-cu dərəcə dərəcə üzrə isə 2,2 faiz artırılaraq 1125 manatdan 1150 manata çatdırılıb. Həmin kateqoriyaya aid işçilərə artmış əmək haqqları bu ilin yanvarından verilir.

Sözügedən maaş artımları qeyd edildiyi kimi, dövlət təşkilatlarında çalışan və dövlət qulluqçusu olmayan təqribən 400 min işçiyə və 400 manatdan aşağı maaş alan 300 minə yaxın özəl sektor işçilərinə şamil olunub. Bəzi açıqlamara görə isə dövlət və özəl sektorda bir qədər aşağı-yuxarı olmaq şərtilə təqribən bir-birinə yaxın sayda olmaqla, toplam 700 min nəfərə şamil olunub.

Qeyd: Minimum əmək haqqı 345 manatdan 400 manata çatdırıldıqdan sonra, bu ilin rəsmi pronozlarında və 2025-ci ilin Büdcə Zərfində öz əksini tapan 1070 manatlıq orta əmək haqqının 37 faizi səviyyəsinə uyğun olacaq. Son 10 ildə minimum əmək haqqı 105 manatdan 400 manata yüksəlməklə,orta əmək haqqının 23 faizi səviyyəsindən 37 faizi səviyyəsinə çatıb. Bu sahədə .müsbət dinamika olsa da, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər baxımından və ölkəməmizdə qəbul olunmuş proqram xarakterli sənədlərin müvafiq tələbləri baxımından yetərli deyil.Ona görə də biz Milli Məclisdə bu məsələ ilə bağlı çıxışlarımızda Azərbaycanın 2004-cü ildə qoşulduğu Avropa Sosial Xartiyasının dördüncü maddəsinin birinci bəndinə,eləcə də maaş alan vətəndaşların əhəmiyyətli bir hissəsinin minimum əmək haqqına yaxın səviyyədə maaş aldığını nəzərə alaraq, ölkəmizdə minimum əmək haqqının birbaşa mümkün deyilsə,heç olmasa mərhələlərlə orta əməkhaqqının 60 faizi səviyyəsinə yəni 600 manatın üstünə qaldırmağın çox vacib olduğunu bildirmişik.

Sual: 2025-ci ildə nəzərdə tutulan pensiya artımları kimlərə şamil olunacaq?

Cavab: Minimum pensiya məbləği 280 manatdan 320 manata çatdırıldıqdan sonra minimum pensiyanın artırılması ilə əlaqədar olaraq 2025-ci ildə nəzərdə tutulan pensiya artımları ilk növbədə 320 manatdan aşağı pensiya alanlara şamil ediləcək.Bu ilin fevralından həmin məbləğdən aşağı pensiya alanların pensiyası 320 manata çatdırılacaq.

Bununla yanaşı bu il əmək pensiyalarının bütün növləri 2024-cü ildə orta aylıq əmək haqqının orta artım tempinə uyğun səviyyədə indeksləşdiriləcək.Hələlik bu artımım 8-9 faiz arasında olacağı barədə fikirlər səsləndirilir. Amma əsl artım rəqəmi gələn ay,yəni fevralın əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə xüsusi prezident cərəncamı verilək.

Qeyd: Keçən il pensiyalar 11,2 faiz artırılmışdı.Bizə olan müraciətlərdən görürük ki, cəmiyyətdə bu il də pensiyaların artımının keçən ildəkinə yaxın bir səviyyədə, yəni ikirəqəmli səviyyədə olacağı barədə gözləntilər var. Amma rəsmi açıqlamarda pensiyaların orta hesabla 8-9 faizlik artacağından söhbət gedir. Keçən ilin noyabrında bu məsələ Milli Məclisdə müzakirə olunarkən bizim irəli sürdüyümüz təkliflərdən biri də əgər 2024-cü ilin yekunua görə əmək haqqının nominal artım tempi birrəqəmli, yəni 9 faizə qədər olarsa, onda nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2025-ci il yanvarın 1-dək təyin edilmiş əmək pensiyaçılarına 2022-ci ildə tətbiq edilən 200 manat məbləğində maddi yardımın verilməsinin 2025-ci ildə də yenidən tətbiq edilməsinin zəruriliyi məsələsi olub.

Sual: Pensiya artımı əlillik dərəcəsi olanlara da şamil ediləcıkmi?

Cavab: Pensiya artımı əmək əmək pensiyalarının hər üç növündə, yəni yaşa görə, ailə başçısını itirməyə görə, eləcə də əlilliyə görə əmək pensiyası alanlara da şamil ediləcək.

Sual: Artan pensiyalar nə vaxtdan veriləcək?

Cavab: Pensiyaçılar bu ilin yanvar ayında da əvvəlki məblığdə pensiya aldılar,hələ almayanlar da könhə məblğdə pensiya alacaqlar.Pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla fevral ayında alacaqlar.

Sual: ”Qocalıq pensiyası”adlandırılan yaşa görə müavinət,veteran pulu və digər müavintlər nə vaxt və nə qədər artırılacaq?

Cavab: Sözügedən xüsusi prezident sərəncama uyğun Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində,yəni bu ilin martında hazırlayıb ölkə Prezidentinə təqdim edəcək.Həmin sənəd hazır olandan sonra müavinətlərin də nə qədər artırılacağına aydınlıq gətiriləcək.

Əmək haqqı, pensiya, müavinət və sairin artımı ümumulikdə 3 milyon, o cümlədən təkcə müavinət, təqaüd və sairin artımı isə 1 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edəcək.

Qeyd: Keçən ilin yayında biz bu məsələlər ətrafında Milli Məclisdə çıxış edərkən “veteran pulu” adlandırılan “Müharibə veteranlarına xüsusi Prezident təqaüdünün azı 2 dədə artırılıb 80 manatdan 160 manat çatdırılmasını təklif etmişdik. Hazırda ”Qocalıq pensiyası” adlandırılan yaşa görə müavinətin 220 manatdır. Bu, 2025-ci ildən tətbiq olunan minimum pensiya göstəricisindən 100 manat və ya 45 faiz, ölkə üzrə yaşayış minimundan isə 65 manat və ya 30 faiz azdır. Biz Milli Məclisdə bu barədə çıxış edərkən yaşa görə müavinət alanların ağır durumunu nəzərə alaraq onun məbləğinin yaşayış minimumu ilə əlaqəli şəkildə artırılmasını təklif etmişdik ki, məsələn,bu il üçün həmin müavinət ölkə üzrə yaşayış minimumu kimi müəyyənləşdirilən 285 manatdan aşağı olmasın.

Azərbaycanda hansı işlər görülməlidir ki, doğum səviyyəsi artsın, ailələrin sosial vəziyyəti normallaşsın? Redaktor.az-a...
16/01/2025

Azərbaycanda hansı işlər görülməlidir ki, doğum səviyyəsi artsın, ailələrin sosial vəziyyəti normallaşsın? Redaktor.az-a Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirdi ki, digər dövlətlər ailələrə sosial dəstəyi gücləndirmək üçün genişmiqyaslı proqramlar tətbiq etsə də, Azərbaycanda isə illərdir bu cür tədbir görülmür:

"Türkiyə hökuməti ailələrə yeni dəstək paketi tətbiq etdi, sosial dəstək artırıldı, yeni yardımlar tətbiq olundu. Yeni qəbul edilən sosial dəstək paketində doğuma görə birdəfəlik müavinət 5000 lirəyə (təxminən 250 AZN) qədər artırıldı.Bundan əlavə, birinci, ikinci uşaqlara aylıq ödənişlər, üç və daha çox uşaqlara daha yüksək ödənişlər tətbiq olundu. O cümlədən ailələrə iki illik güzəştli kreditlər tətbiq olunur. Yəni çox sayda sosial dəstək proqramı var. Demək olar ki, belə bir dəstək paketləri bütün ölkələrdə var. Elə qonşu ölkələrdə - Rusiya, Gürcüstan, Ermənistan, İran, eyni zamanda Avropa ölkələrində də var. Yalnız Azərbaycandan başqa. Çox uzun illərdir ki, bütün cəmiyyət bunun davasını döyür ki, buna ehtiyac var, vacibdir. Açıq-aşkar bizim ehtiyacımız daha çoxdur".

Sosioloqun sözlərinə görə, Azərbaycanda ailələrin rifahını artırmaq və doğum göstəricilərini yüksəltmək üçün bir sıra addımların atılması zəruridir:

"Rəqəmlərə, statistikaya baxanda aydın olur ki, boşanmalar 50 faizə çatıb. Yəni çox biabırçı, faciəvi bir vəziyyətdir, ailə institutumuz dağılıb, evlənmələr kəskin azalıb. Bir uşaqlı ailələrin sayı artıb. Artıq bir uşaqlı ailə modelinə keçmişik. Nadir hallarda iki-üç uşaq olur. Bir xalqın davamlılığı üçün ailələrdə uşaq sayı təxminən üç olmalıdır. Ortalama əgər bir və iki olursa, burada ciddi azalma gedir. 30-40 il ərzində həmin millətin qocalması baş verir və məhv olur. Bu, yalnız strateji, milli təhlükəsizlik məsələsidir. Bu baxımdan Azərbaycanda da mütləq şəkildə ehtiyac var ki, yeni qurulan ailələrə birbaşa dəstək verilməlidir. Sosial ipoteka formasında normal bir məbləğdə ev almalarına kömək olunmalıdır, doğum zamanı birdəfəlik yardım artırılmalıdır, uşaq pulu bərpa olunmalıdır.
Sovet dövründə çox uşaqlılara görə əlavə yardımlar var idi, beş-altı uşaq olanda qəhrəman ana statusu verilirdi. Onlar bərpa olunmalıdır. Buna həddən artıq ehtiyac var. Yəni burada artıq əks fikir söyləmək mümkün deyil. Hərçənd, bəzi deputatlar arada bir deyirdi ki, bizdə ehtiyac yoxdu, amma dövlətin rəsmi statistikası göstərir ki, çox güclü ehtiyac var. Faktiki olaraq boşanma, evlilik, uşaq doğumunun sayının orta tərkibinə baxmaq kifayətdir".

E.Bayramlı əlavə etdi ki, bu tədbirlərin tətbiqi artıq gecikib və bu gün addımlar atılsa belə, nəticələr yalnız uzunmüddətli dövrdə hiss olunacaq.

"Yəni belə böyük bir ehtiyac şəraitində hələ də hansısa səbəbdən bunun tətbiq olunmaması başa düşülən deyil. Bunun üçün maliyyə imkanları həddindən artıq çoxdur. Hətta o qədər çoxdur ki, bizim büdcədə hər il bir neçə milyard xərclənməmiş pul qalır, strateji rezervlərimiz sürətlə artır, 75 milyardı keçib. Neft Fonduna yığılan pullar bir xalqın gələcəyi üçündür, sağlamlığı üçündür, sağlam gələcəyi üçündür. Onu bu sağlam gələcəyə xərcləməyib, nəyə xərcləyəcəyik, nəyə yığırıq? Bu məsələlər artıq kritik həddə gəlib. Onsuz da çox gecdi, bundan sonra hətta tədbir görsələr belə, yaxın illərdə bu problem tamamilə aradan qalxmayacaq. Çünki elə bir vəziyyətə gəlib çıxıb ki, həm sosial problemlərdən, həm mənəvi deqradasiyadan bütün ailə sistemimiz məhv olub. Uşaq dünyaya gətirmək arzusu insanlarda yoxdur, çalışırlar ailələrdə maksimum bir-iki uşaq olsun. Bu, çox ciddi bir problemdir. Bütün ölkələr bunun qarşısını almaq üçün mümkün olan hər şeyi edirlər. Saysız-hesabsız güzəştlər, yardımlar, stimullaşdırıcı addımlar atırlar. Məsələn elə, Rusiyada birinci uşaq doğulanda bizim pulla 11-12 min manat, ikinci uşaq doğulanda təxminən 13-14 min manat, üçüncü uşağı olanda 17 min manat məbləğində birdəfəlik köçürmə olur", - deyə sosioloq qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

16/01/2025

Qanunvericiliyə görə, Azərbaycanda minimal nikah yaşı (MNY) 18-dir. Lakin mətbuatda yetkinlik yaşına çatmamış gənclərin evləndirilməsi hadisələrinə dair tənqidi yazılara tez-tez rast gəlirik...
Bəs demokratiyanın və insan hüquqlarının "ikonası" ABŞ-da bu sahədə vəziyyət necədir?
ABŞ-da MNY haqda federal qanun yoxdur. MNY hər bir ştatın özü tərəfindən müəyyən olunur. 2017-ci ilədək bütün 50 ştatda 18 yaşadak nikah qanuni idi.
2017-ci ildə Delaver 18 yaşı MNY kimi müəyyən edən və uşaq nikahlarını qadağan edən ilk ştat oldu.
Delaverdən sonra daha 9 ştatda MNY 18 yaş müəyyən olundu (Nyu-Cersi, Minnesota, Pensilvaniya, Rod-Aylend, Nyu-York, Vermont, Massaçusets, Konnektukut və 2023-də Miçiqan).
ABŞ ştatlarının yarıdan çoxunda 16-17 yaşlı gənclərin nikahı, valideynlərinin razılığı olduğu təqdirdə, qanuni sayılır.
10 ştatda məhkəmənin müsbət qərarı olduqda, 4 ştatda qızın hamilə olduğu təqdirdə 16 yaşadək nikaha icazə verilir.
8 ştatda, o cümlədən Vaşinqton və Kaliforniya ştatlarında MNY, ümumiyyətlə, müəyyən olunmayıb. Yəni lap 8 yaşında da nikaha icazə verilir.
Bundan başqa, ABŞ Dövlət Departamentinin məlumatına əsasən, xarici vətəndaşın ABŞ vətəndaşı ilə evlənməsi üçün MNY müəyyən olunmayıb. Buna görə də xarici vətəndaşlar viza almaq üçün azyaşlı ABŞ vətəndaşları ilə nikaha girirlər.
Nikah şəhadətnamələri üzrə statistikaya əsasən, 2000-2018-ci illərdə ABŞ-da 300 minə yaxın 18 yaşdan aşağı şəxsin nikahı qeydə alınıb. Onların əksəriyyəti 16-17 yaşda olsalar da aralarında hətta 10 yaşlılar da olub.
Nikaha girən azyaşlıların 86%-i qız, 14%-i oğlan olub.
Bir məsələni də deyim ki, rahat olasınız. Ştatların çoxunda MNY-nin artırılmasına nəinki əhali, hətta ştatların qanunverici orqanları səviyyəsində etiraz olunur və belə təşəbbüslər rədd edilir.
Bax belə...
Azərbaycan adətləri heç də gerilik əlamətləri deyilmiş ))
Asif Şəfəqqətov

16/01/2025

Gülməkdən yıxılacaqsınız

15/01/2025

Yeni evlərin həyətində ağac əkilmir, süni dekorasiya yaradılır- Sosioloq

14/01/2025

Rusiyanın xarici işlər naziri Sergey Lavrov: “Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin “qara qutu”sunun məlumatları mediada yayılan bəzi ilkin versiyaları təsdiq etmir.
Araşdırma çərçivəsində Braziliyada xüsusi görüş baş tutub, “qara qutu”lar açıldı orada maraqlı məlumatlar var. Onun tərkibi tam araşdırmanı gözləməyin lazım gəldiyini bir daha təsdiq edir”

"Son dövrlərdə zombiləşdirilmə prosesi aparılır"- SOSİOLOQDAN SƏRT TƏNQİD"Ailə və karyera arasında seçim dilemması"– İns...
14/01/2025

"Son dövrlərdə zombiləşdirilmə prosesi aparılır"- SOSİOLOQDAN SƏRT TƏNQİD
"Ailə və karyera arasında seçim dilemması"– İnsanlar niyə bu iki sahə arasında seçim etməyə məcbur olur?
"Belə bir dilemma normal insanlar üçün mövcud deyil. Biz əgər normal insanlardan danışırıqsa onlar üçün yaradılışın, təbiətin, sosial mahiyyətin, psixoloji mənəvi, ruhi vəziyyətin təməl prinsipləri və dəyərləri var, onların başında isə ailə sistemi dayanır. Ailədən üstün heç bir dəyər yoxdur, ola da bilməz. İnsan həyatında iş və kariyera fəaliyyətinin mövzusudur. Hər hansı bir işdə, sahədə fəaliyyət göstərmək, özünün ehtiyaclarını təmin etmək, cəmiyyətə fayda vermək, ideyalarını həyata keçirmək olar. Bunlar ailəyə heç bir maneə törətmir və törədə də bilməz, əgər belə bir hal baş verərsə o işdən imtina olunmalıdır". Bu sözləri Sağlam Cəmiyyət Hərakatının rəhbəri Elçin Bayramlı SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, anormal adamlara gəldikdə onlar üçün heç bir dəyər yoxdur: "Belələri yalnız maddi dəyərlər üzərində qurulmuş bir varlıq formasıdır. Bu barədə danışmağa dəyməz, çünki onlar üçün prinsip, qayda, sosial məsuliyyət yoxdur. Sadəcə şəxsi maraq və məqsədləri üçün çalışan, eqoist və narsist insanlardır. Normal insanlar üçün heç bir problem yoxdur, onlar həmişə öz ailəsini qoruyub saxlayıb, işlərinidə ona uyğunlaşdırır. Məsələn, Sovet dövründə ailələrdə qadın və kişi də ictimai fəaliyyətlə məşğul idilər. Buna baxmayaraq heç bir problem yox idi. Yəni ailə və iş öz yerində idi və heç vaxt bir-birinə maneə olmurdular. Nə vaxtsa maneə olanda isə o işi ya təxirə salırdılar, ya da ki dəyişirdilər. Bu ən sadə və insani prinsipdir. Normal insan həyatında ailə və iş fəaliyyəti bir-birinə qarşı deyil, paralleldir. Bu xətlər qırırlarsa, o zaman sosial mühit, cəmiyyət dağılır, heç bir dəyər qalmır. Yalnız eqoist fərdlərdən ibarət, heç bir dəyərə malik olmayan məxluqlar formalaşır. İnsan isə tamamilə ruhi, mənəvi varlıqdır, yalnız ət və sümükdən, eqoist maraqlardan ibarət deyil, onun üçün ən yüksək mənəvi dəyər ailədir".

Sosioloq həmçinin qeyd edib ki, normal adam üçün ailə heç bir şeyə qurban verilə bilməz: "Son dövrlərdə heç bir mənəvi dəyərə malik olmayan zombilər formalaşır. Əgər heç bir mənəvi dəyər yoxdursa, o zaman o yalnız bioloji canlı növü kimi formalaşa bilər. Sadəcə karyerası və işi üçün, özünün ambisiyalarını, eqosunu təmin etmək üçün mübarizə aparıb, hər şeyi buna qurban verirsə normal sayıla bilməz. İstər psixoloji ədəbiyyatda, istərsə də sosiologiyada, insanın, cəmiyyətin tarixinkişaf mərhələlərində, yəni hansı tərəfdən yanaşsaq bu mümkün deyil. Normal insanı keyfiyyətlər baza prinsipləridir və bu əsasda da inkişaf etməlidir.

Son dövrlərdə başqa bir tendensiyalar ortaya buraxılaraq zombiləşdirmə prosesləri aparılır. Həmçinin gənclərə sadəcə öz kariyeraları uğrunda mübarizə aparmaq aşılanır. Ailə yox, dəyər yox, yalnız özünüzün gəliri üçün çalışın deyilir, lakin bu normal insan forması deyil. İnsan cəmiyyəti min illərdir ki, normal qaydada yaşayır, bacardığı və imkan çatdığı qədər ailə sisteminə uyğun işlərini qurur. Hər kəsin öz mənəvi, sosial öhdəlikləri var və onları yerinə yetirməlidir, işini isə ona uyğun qurmalıdır. Digər keyfiyyətlər isə qeyri-mənəvi, qeyri-əxlaqi tendensiyalardır, bunun sonu isə insanın zombiləşdirilməsidir. Ancaq ət kütləsindən ibarət olan eqoist varlığa çevrilməsidir. Başqa cür yanaşmalar insan cəmiyyətinə təhqir, milli-mənəvi dəyərləri çökdürməkdir".

14/01/2025
14/01/2025

Address

Baku

Telephone

+994702900270

Alerts

Be the first to know and let us send you an email when TvPress.Az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TvPress.Az:

Videos

Share

Category