Maaşımızdan tutulan vergilər hara xərclənir? Bu suala vergi və maliyyə məsələləri üzrə ekspert, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Elmir Hüseynov “İdarəetmənin əsasları” verilişində aydınlıq gətirib.
Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib ki, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququ olanların sayı 1 milyon 143 min 620 nəfər artıb: “Seçici siyahılarında sayın artması bir sıra daxili və xarici miqrasiya ilə şərtlənib”.
Dövlət Statistika Komitəsinin xəbərinə görə, 2023-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 459,2 manatlıq, o cümlədən 256,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 202,4 manatlıq qeyri-ərzaq malları alıb.
Aşıq Çingiz Mehdipur “Can, Azərbaycan”da qonağımız idi.
15:00-da yenidən efirdəyik. #profilaktika
Uşaq yazıçısı Sevinc Nuruqızı qonağımız idi. Onun uşaqlar üçün bir neçə kitab tövsiyəsi var.
Rəqəmsal marketinq üzrə menecer Tural Rüstəmli 2024-cü ilin sosial media trendlərindən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli dekabrın 7-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, zəlzələ Siyəzən qırılmasının aktivləşməsi ilə əlaqədardır. Zəlzələdən sonra 6 afterşok qeydə alınıb. Zəlzələnin davametmə müddəti 51 saniyə, hissolunma müddəti isə 47 saniyə təşkil edib.
Səhiyyə Nazirliyinin eksperti Nigar Bayramova “Can, Azərbaycan”da son günlərdə gündəmdə olan qızılca xəstəliyi, onun müalicəsi və profilaktikası haqqında danışıb.
⠀⠀⠀⠀
Azərbaycanın 5 milyonuncu sakininin hazırda 55 yaşı var.
Son günlər bank kartları ilə aparılan dələduzluq hadisələri ilə bağlı şikayətlər artıb. "İdarəetmənin əsasları" verilişində qonağımız Mərkəzi Bankın əməkdaşı Rəşad Qasımov ilə bu mövzuda danışdıq. Onun bir neçə məsləhəti var.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə indiyə qədər Füzuli şəhərinə 308 ailə (1 106 nəfər), Laçın şəhərinə 363 ailə (1389 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Talış kəndinə 20 ailə (90 nəfər), Zabux kəndinə isə 121 ailə (476 nəfər) köçürülüb.
Ölkəmizi “Avroviziya 2024” müsabiqəsində təmsil etmək üçün yarışan 6 finalçı “Can, Azərbaycan” verilişinə qonaq gəlmişdi. Efirdəki maraqlı söhbətin sonunda sosial media izləyicilərimiz üçün qısa video çəkdik. Onları başqalarından fərqləndirərək böyük səhnəyə çıxaracaq əsas xüsusiyyətlərini soruşduq.
Bu ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,2 faiz azalaraq 1661 nəfər olub. Onlardan 627-si həlak olub, 1034-ü isə yaralanıb.
Əməkdar artist Sənubər İsgənlərli “Can, Azərbaycan” verilişinə qonaq gəlmişdi. Sənubər xanımdan 90 FM-in sosial mediadakı izləyiciləri üçün də qısa video müsahibə aldıq.
⠀⠀⠀⠀
Bu gün "Dan ulduzu" instrumental ansamblının rəhbəri, pianoçu, Azərbaycan SSR əməkdar incəsənət xadimi Gülarə Əliyevanın doğum günüdür. Qonağımız xalq artisti Zamiq Əliyev "Can, Azərbaycan" verilişində onunla olan xatirələrindən danışıb.
Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 44,5 min müqavilə və ya 2,6 faiz artaraq 1 milyon 791 minə çatıb. Ümumilikdə, son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda 2,6 dəfə artım baş verib.
Ümumdünya Diabetlə Mübarizə Günündə endokrinoloq Könül İsmayılova ilə elə bu mövzuda danışmışıq. Könül xanım deyir ki, bu xəstəliyə yoluxmada genetik faktorların mühüm payı olsa da doğru qidalanma ilə ondan qorunmaq mümkündür.
Əməkdar incəsənət xadimi, Zəfər paradının ssenari müəllifi və rejissoru Abdulla Qurbani 90 FM-də qonağımız idi. O, həm də Zəfər paradının aparıcısıdır.
Ekspertimiz İradə xanım deyir ki, bölgələrdə istifadə olunan talış dili dərslikləri 2006-cı ildən etibarən yenilənməyib. Prezident İlham Əliyevin əmri ilə 2017-ci ildən başlanan layihə nəticəsində artıq talış kəndlərində şagirdlər yeni kitablarla talış dilini öyrənirlər.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a müsahibəsində deyib ki, bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpik olub. Həmçinin qeyd edib ki, metropolitenin son iki il üçün maliyyə hesabatı müstəqil auditin yoxlamasındadır. Normativ tələblərə uyğun olaraq, bu rəy alındıqdan sonra hesabatlar dərc olunacaq, bir sərnişinin neçəyə və nə üçün qeyd edilən qiymətə başa gəldiyi hesabatda daha əyani görünəcək.
Bu dəfə "Can, Azərbaycan"da sevgisinə qovuşa bilməyən Sarı Aşıqdan danışmışıq. Qonağımız şair-publisist İlham Qəhrəman onun həyatı haqqında qısa hekayə danışıb.
Azərbaycan Respublikasının xalq rəssamı Arif Hüseynov 80 yaşını radiomuzda qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla “Şöhrət” ordeni ilə təltif edilib. Hər iki münasibətlə dəyərli rəssamımızı təbrik edirik. Yubileyiniz mübarək!
⠀
Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2019-cu ilin sonuna 263,59 manat, 2020-ci ilin sonuna 302,24 manat, 2021-ci ilin sonuna 331,75 manat, 2022-ci ilin sonuna 372,13 manat təşkil edib.
Oktyabr ayı dünyada süd vəzi xərçənginin fərqindəlik ayı kimi qeyd olunur. Qonağımız həkim-mammoloq Vəfa Vəliyevanın bu mövzuda vacib mesajları var.
Reportun xəbərinə görə, 2022-ci il ərzində ümumi abortların sayı 31747 təşkil edib. 2021-ci ildə bu rəqəm 46877 olub.
“Can, Azərbaycan”da qonağımız tədqiqatçı Razim Əliyevdir. O, işğaldan əvvəlki dövrdə Qubadlıda müəllim kimi fəaliyyət göstərib.
Kaninhop isveç dilindən tərcümədə dovşan tullanması deməkdir. Bu, konkurun dovşanlar yarışan versiyasıdır. Konkurda bildiyiniz kimi atlar müxtəlif maneələri aşmalıdır. Kaninhop idman növü 1970-ci ildə İsveçdə yaradılıb. Burada xüsusi təlim keçən dovşanlar sonradan arenaya buraxılır.
Dovşanlar arasında hündürlüyə tullanma üzrə dünya rekordu 106 santimetrdir. Bu rekordu 2019-cu ildə “Dobby” adlı dovşan qırıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan 66 istiqamət üzrə 33 ölkəyə səyahət etmək mümkündür. Bakıdan ən populyar istiqamət isə şərq və qərb mədəniyyətlərinin qovuşduğu İstanbuldur. 2023-cü ilin 9 ayı ərzində Bakı-İstanbul-Bakı marşrutu üzrə 745 mindən çox sərnişin daşınıb.
Səsini 90 FM-də tez-tez eşitdiyiniz psixoloq Məleykə İsmayılovadan bu dəfə sosial media izləyicilərimiz üçün müsahibə aldıq.