24KanalAzerbaijan

24KanalAzerbaijan Kanal24Azerbaijan Media/Xəbər Şirkəti

Çinli çoxuşaqlı ana Çin bürcünün hər ilində uşaq dünyaya gətirmək istəyir.Kanal24azerbaijan xarici mediaya istinadən xəb...
23/11/2024

Çinli çoxuşaqlı ana Çin bürcünün hər ilində uşaq dünyaya gətirmək istəyir.

Kanal24azerbaijan xarici mediaya istinadən xəbər verir ki, Çinin şərqindəki Çjetsian əyalətindən olan 33 yaşlı Tyan Dunsy həyat yoldaşı Çjao Vanlunla 2008-ci ildə tanış olub və iki il sonra onunla ailə qurub.

2010-cu ildə onların ilk övladı dünyaya gəlib. Daha sonra cütlüyün əkizləri də daxil olmaqla daha səkkiz övladı dünyaya gəlib. Onların kiçik oğlu 2022-ci ilin noyabrında dünyaya gəlib. Hazırda qadın 10-cu övladını dünyaya gətirməyə hazırlaşır.

"Tyan bildirir ki, onun bu qədər çox uşaq sahibi olmaq arzusu bütün 12 Çin bürcünü əhatə etmək istəyindən qaynaqlanır, çünki o, ərinin "yaxşı genlərini" israf etmək istəmir", - deyə Çin mediası yazıb.

Cütlüyün beş oğlu və dörd qızı var, lakin onlar hələ də Öküz, Dovşan, İlan, At və Qoyun illərindən uşaq dünyaya gətirməyi planlaşdırırlar.

Son iki həftə ərzində hamımız çox gərgin işləmişik. Bilirəm, heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə e...
23/11/2024

Son iki həftə ərzində hamımız çox gərgin işləmişik. Bilirəm, heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir. İndi dünyanın gözü bizə fokuslanıb.

Kanal24azerbaijan xəbər verir ki, bu sözləri COP29-un Prezidenti Muxtar Babayev tədbirin bağlanış plenar sessiyasında çıxışı zamanı deyib.

“Vaxt bizə qarşı işləyir. Yerdə qalan fikir ayrılıqları ilə bağlı bir-birinizlə fəal şəkildə işləməyi xahiş edirəm”, - deyə əlavə edib.

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov yenidən Azərbaycan milli komandasına baş məşqçi gələ biləcəyi ilə bağlı iddial...
23/11/2024

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov yenidən Azərbaycan milli komandasına baş məşqçi gələ biləcəyi ilə bağlı iddiaları cavablandırmaq istəməyib.

Kanal24azerbaijan xəbər verir ki, o, fikrinin öz klubunda olduğunu bildirib.

Bu barədə o, Premyer Liqa çərçivəsində “Səbail”lə oyundan sonra keçirilən mətbuat konfransında danışıb:

“Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardır. Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim “Qarabağ”dadır”.

Qurbanov “Bəs, Fernandu Santuşun işini necə dəyərləndirirsiniz?” sualına isə belə şərh edib:

“Cavab verə bilməyəcəm. Hər birimiz Santuşa hörmətlə yanaşırıq. Ona uğurlar arzulayıram. Hamı öz işində məsuliyyətli olmağa çalışır”.

Ətraflı şərhdə 👇
22/11/2024

Ətraflı şərhdə 👇

Ətraflı şərhdə👇
21/11/2024

Ətraflı şərhdə👇

Ətraflı linkdə👇
21/11/2024

Ətraflı linkdə👇

Ətraflı şərh bölməsində👇
21/11/2024

Ətraflı şərh bölməsində👇

Address

Baku
1000

Alerts

Be the first to know and let us send you an email when 24KanalAzerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 24KanalAzerbaijan:

Share