Respublikaçı

Respublikaçı Ölkədaxili və Xarici İctimai -Siyasi Xəbərlər.
(2)

⚡️Hindistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general Bipin Ravat olduğu Mi-17 tipli hərbi helikopteri qəzaya uğradı....
08/12/2021

⚡️Hindistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general Bipin Ravat olduğu Mi-17 tipli hərbi helikopteri qəzaya uğradı.

Helikopterdə ümumilikdə 14 nəfər olub. Helikopter Hindistan Hərbi Hava Qüvvələrinin Cere bazasından havaya qalxaraq Vellinqton şəhərinə doğru gedirmiş.

⚠️ Düşən helikopterdə Baş Qərargah rəisi general Bipin Ravat, onun həyat yoldaşı, köməkçisi, təhlükəsizlik işçiləri və Hindistan Hava Qüvvələri pilotları da daxil olmaqla ümumilikdə 14 nəfər olub.

AŞPA-nın Hüquq və İnsan Haqları Komitəsinin dünən Parisdə keçirilən toplantısında REAL millət vəkili Erkin Qədirli Avrop...
08/12/2021

AŞPA-nın Hüquq və İnsan Haqları Komitəsinin dünən Parisdə keçirilən toplantısında REAL millət vəkili Erkin Qədirli Avropa Şurasına üzv ölkələrin cəzaçəkmə müəssələrində sistematik işgəncə iddiaları ilə əlaqədar hesabat və qətnamənin hazırlanmasının, eləcə də Rusiya siyasətçisi Aleksey Navalninin zəhərlənməsi ilə əlaqədar Fransalı deputat Jacques Mairenin hazırladığı hesabatın lehinə səs verdi.

04/12/2021
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.Azərbaycan Respublikası humanizm prinsiplərini əs...
04/12/2021

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışlar. Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin etmişdir.

Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.

"Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk", - məlumatda deyilir.

Associated Press-in ABŞ hökumətindəki anonim mənbəyə istinadən verdiyi məlumata görə, Rusiya 2022-ci ilin əvvəlində Ukra...
04/12/2021

Associated Press-in ABŞ hökumətindəki anonim mənbəyə istinadən verdiyi məlumata görə, Rusiya 2022-ci ilin əvvəlində Ukraynaya qarşı hücuma keçməyi planlaşdırır.
Bu məqsədlə sərhədlər boyu 175 minə qədər hərbçi yerləşdirməyi planlaşdırır ki, bunun da yarısından çoxu artıq yerləşdirilib.
Müxtəlif təlim meydançalarında təxminən 50 hərbi taktiki qruplar yerləşdirilib. Bütövlükdə Rusiya taktiki qrupların sayını tank və artilleriya ilə gücləndirərək 100-ə çatdırmağı planlaşdırır.

🔴 Vitse -prezident Fuat Oktay: "Yunanıstan və Cənubi Kipr, Malta bayraqlı və İtalyanlara məxsus gəmilərdən istifadə edər...
17/10/2021

🔴 Vitse -prezident Fuat Oktay:

"Yunanıstan və Cənubi Kipr, Malta bayraqlı və İtalyanlara məxsus gəmilərdən istifadə edərək qitə rəfimizə araşdırma gəmiləri göndərməyə çalışır. Aralıq dənizində yolunu azanlar, cavabını alacaq.

İlqar Məmmədov: Tarif Şurası qiymətləri artıranda Prezident İlham Əliyev də onun acığına maaş və pensiyaları artırır. Və...
16/10/2021

İlqar Məmmədov: Tarif Şurası qiymətləri artıranda Prezident İlham Əliyev də onun acığına maaş və pensiyaları artırır. Və tərsinə. Məncə onlar arasında dialoq qurulmalıdır ki, münasibətlərindəki bu gərginlik aradan qalxsın, əməkdaşlıq ruhu yaransın. Vasitəçi rolunu öz üzərimizə götürməyə hazırıq.

12/10/2021

🟠 ƏRK QALASI - TƏBRİZ.

🔺İki Elxani hökmdarının vəziri olan Tacəddin Əlişahın göstərişi ilə 1338-1345 ci illər arası tikilmiş Ərk qalası Təbrizin əsrlər boyu simvolu olmuşdur.
Bu əzəmətli bina öz dövründə dünyanın ən böyük müsəlman tikilisi olmuşdur.

🔺Qacarlar dövrünə qədər bu möhtəşəm qala dövlət qəsri kimi istifadə edilmiş, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olmuşdur.

🔴 Tariximizdə dərin iz buraxmış hadisənin - Azərbaycan torpaqlarının iki yerə bölünməsinin əsasını qoymuş Gülüstan sülh ...
12/10/2021

🔴 Tariximizdə dərin iz buraxmış hadisənin - Azərbaycan torpaqlarının iki yerə bölünməsinin əsasını qoymuş Gülüstan sülh müqaviləsinin imzalanmasından 208 il ötür

🔺11 maddədən ibarət olan müqavilə 1813-cü ilin bu günü Gülüstan kəndində imzalanıb.

🔺Müqavilənin şərtlərinə əsasən, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycanın bütün xanlıqları – Lənkəran, Şirvan, Dərbənd, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqları Rusiya imperiyasının tərkibinə qatıldı.

12/10/2021

🟠 BƏZZ QALASI - KƏLEYBƏR, GÜNEY AZƏRBAYCAN (QARADAĞ VILAYƏTI)

🔺Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox BABƏK qalası kimi tanınır.

🔺Hazırda hər il Babəkin doğum günündə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

🔺Qala strateji cəhətdən mükəmməl ərazidə, 2300–2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400–600 metr dərinlikdə dərələr əhatə edir.

🔺Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb".

🔺Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr tapılıb.

11/10/2021

🔴 Çin, Tayvanın tam qarşısındakı Jiangsu əyalətində amfibiya hücum təlimi keçirir.
🔺Təlimlər, Si Tszinpinin Çinin Tayvanla yenidən birləşməsini "sülh yolu ilə həyata keçirilməli olduğunu" (Honq Konq analogiyasında, "bir ölkə, iki sistem" olaraq) söyləməsi sən iki gün sonra start götürüb.
🔺Eyni zamanda O, Çin xalqının separatizmlə mübarizədə geniş təcrübə topladığını qeyd edib.

🔴 Oktyabrın 9 -da Ağdərə rayonunda, təmas xəttinin ortasında, mexanikləşdirilmiş texnikanın köməyi ilə rus sülhməramlıla...
11/10/2021

🔴 Oktyabrın 9 -da Ağdərə rayonunda, təmas xəttinin ortasında, mexanikləşdirilmiş texnikanın köməyi ilə rus sülhməramlılarının iştirakı ilə erməni qanunsuz birləşmələri sərhədlərin düzəldilməsi prosesi həyata keçirirmiş. Xüsusilə, erməni separatçıları, traktorlardan istifadə edərək təmas xətti boyunca torpaq zolaqları şumlayaraq, "sərhəd pozucuları" nın keçidini tənzimləyən nəzarət zolağı düzəltməyə çalışıblar. Bu hərəkətlər Azərbaycan Respublikasının ərazi quruluşunun hüquqi əsaslarını kobud şəkildə pozur.
Nəticədə, separatçıların qanunsuz hərəkətlərinin qarşısını kəsmək üçün sərt tədbirlər görülüb.

🔺Erməni mənbələrinin, öldürülən traktorçunun kənd təsərrüfatı işləri ilə məşğul olduğu barədə söylədikləri reallığı əks etdirmir. Çünki dağlıq ərazilərdə qar əriyəndə və quruyandan sonra torpağı şumlamaq adətdir. Bir qayda olaraq, dağlıq ərazilərdə bu mart ayında baş verir.

🔺 Belə ki, Azərbaycan ordusu postlarının yaxınlığında ("!") Sözdə "əkin işi" aparan öldürülmüş erməni "fermer" əslində təmas xəttinin qanunsuz olaraq bərkidilməsi ilə məşğul olub.
Eyni zamanda, O, Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi geyimində olub və üzərində Kalaşnikov avtomatı olub. Kənd təsərrüfatı texnikasının kabinəsini bir neçə dəfə əlində avtomat tərk edib və qayıdıb ! Yanında RF SQ hərbçisi olub.

🔺Traktor təkərlərinə xəbərdarlıq atəşindən sonra qanunsuz hərəkətləri dayandırmayıb və növbəti atış artıq məhv etməyə hesablanıb.
Erməni mediasının öldürülən "kəndlinin" fotosunu göstərməməsinin səbəblərindən biri də onun hərbi geyimdə olması olub !

🔺 Azərbaycan Müdafiə Nazirliyi güman ki, elə bu sadə səbəbdən "kəndli" nin öldürülməsini haqlı olaraq inkar edir. "Kəndli" hərbi geyim geyinmir və Kalaşnikov avtomatı ilə "əkin işi" aparmır!
Məhv edilən şəxs mülki şəxs olmayıb.

🔺Üçtərəfli bəyanata əsasən, erməni qüvvələri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirilmiş zonası olan Azərbaycan ərazisindən çıxarılmalı idi.

🔺Sülhməramlılar istisna olmaqla, ER Silahlı Qüvvələrinin geyim formasında olan və əlində silah olan hər hansı bir şəxs, qanuni şəkildə məhv edilmə hədəfidir.

🔺Yeri gəlmişkən erməni teleqram kanallarının, atəşi icra edən Azərbaycan hərbçisinin həbs edilməsi, prezident Əliyevin və Müdafiə naziri Zakir Həsənovun insidentlə bağlı üzr istəməsi xəbəri isə təbii ki, dezinformasiyadır, ağ yalandır !

10/10/2021

🟠 Vətən Müharibəsi iştirakçısı, Cəbrayıl şəhərinə Azərbaycan bayrağını sancan, XTQ mənsubu İlham Əliyev, döyüşlər zamanı aldığı paketdən danışır:

Paketdə 4 hissəyə bölünmüş 2 çörək var idi. Hər çörək parçasının arasında dilimlənmiş bir qədər kolbasa və soğan vardı, yanında da kiçik bir meyvə suyu və "Çox üzr istəyirəm, imkanım buna çatdı " yazısı vardı. ❤️

Bu xalq, qalib gəlməyə məhkumdur.✊ Bu xalqı heç kim sındıra bilməz ...✊

10/10/2021

🔴 Vətən müharibəsinin xronikasi

🔺Müharibənin 14-cü günü. 10.10.2020.

🔺Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 tankı, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 “Zastava” zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

🔺Müdafiə Nazirliyi: Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut qəsəbəsi, Aragül və Banazur istiqamətlərindən Cəbrayıl istiqamətində hücuma cəhd göstərib.
Bölmələrimizin qabaqlayıcı tədbirləri nəticəsində xeyli sayda canlı qüvvə və döyüş texnikası itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını sıradan çıxarılıb.

🔺Azərbaycan Ordusu Qubadlıda düşmənin “S-300” idarəetmə sistemini məhv edib.

🔺Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda, bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Azərbaycan Ordusunun bölmələri düşmənin bütün hücum cəhdlərinin qarşısını qətiyyətlə alıb.

🔺Atəşkəs rejimini pozan düşmənin zirehli və digər hərbi texnikası, tank və artilleriya bölmələri, atəş nöqtələrinə çıxardığı ağır artilleriyası, döyüşə hazır vəziyyətə gətirilən zenit-raket kompleksləri Azərbaycan Ordusu bölmələrinin dəqiq atəşi ilə məhv edilib.

🔺Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfi Azərbaycan Hava Hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

🔺Düşmənin havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası (RLS) məhv edilib.

🔺Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 10 oktyabr saat 12:00-a olan məlumata görə, mülki şəxslərdən 31 nəfər həlak olub, 171 nəfər isə xəsarət alıb, 1137 ev, 45 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.

🔴 Ocaq Necatın Bakıdakı ofisi bağlandı “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, bu gün günorta saatlarında polis ...
05/10/2021

🔴 Ocaq Necatın Bakıdakı ofisi bağlandı

“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

“Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.

🟠 Məhəmməd peyğəmbərin karikaturasını çəkən isveçli karikaturaçı Lars Vilks qəza nəticəsində ölüb. 🔺2007 -ci ildə Lars V...
04/10/2021

🟠 Məhəmməd peyğəmbərin karikaturasını çəkən isveçli karikaturaçı Lars Vilks qəza nəticəsində ölüb.

🔺2007 -ci ildə Lars Vilks kritik bir səhv etdi: o, İslam peyğəmbərinin başı olan it şəklində heykəlin eskizini çəkdi.
Belə bir "haram əməli" ona bağışlamadılar: bütün dünyada müsəlmanlar qəzəbləndilər, Əl-Qaidə Wilksin başı üçün 100 min dollar təklif etdi.
O vaxtdan bəri karikaturaçı polisin himayəsi altında yaşayıb. Ona bir neçə dəfə hücumlar olunub, evini yandırmağa cəhd olunub.
🔺Bu gün İsveçin cənubunda E4 magistralında bir yük maşını Wilksin avtomobili ilə toqquşub.
Sənətçinin özü və onu qoruyan iki polis həlak olub. Yük maşını sürücüsü xəsarət alıb, xəstəxanaya aparılıb və artıq orada dindirilib.

03/10/2021

🔴 Vladimir Zelenski, vətənində saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini geri qaytaracağına söz verib.

🔺 Zelenski qeyd edib ki, Saakaşvili Ukrayna vətəndaşıdır və o, bütün dövlət qurumları ilə əməkdaşlıq edərək Gürcüstanın keçmiş prezidentinin Ukraynaya qaytarılmasına çalışacaq.

🔺Bu arada Gürcüstanda yerli seçkilərin nəticələri elan edildi - bələdiyyə sədrliyinə namizədlərin səslərin 50% -dən çoxunu toplaya bilməməsi səbəbindən Tbilisi də daxil olmaqla ölkənin beş böyük şəhərində ikinci tur keçiriləcək.

03/10/2021

🔴 İranın xarici işlər naziri Hüseyn Əmir Abdallahiyan:

Sitat: "Azərbaycan sərhədində keçirdiyimiz təlimlər terrorçulara bir mesajdır. Bakıya dedik ki, sərhədlərimiz yaxınlığında saxta sionist rejim elementlərinin olmasına heç vaxt dözməyəcəyik."

26/09/2021

🔴 Qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verilib. Proses Ağdərə istiqamətində başlayıb. Belə ki, erməni mövqelərinin 10-da 1-i qalır. Boşaldılan erməni mövqeləri Rusiya sülhməramlıları tərəfindən partladılır, Azərbaycan tərəfi isə partladılmış mövqeləri buldozerlərlə doldurur. Ermənilərin çıxdığı mövqelərdən, xüsusilə mübahisəli məntəqələrdə Rusiya sülhməramlıları yerləşir.

Proses davam edəcək. Mərhələli şəkildə Xocavənd, Şuşa və digər istiqamətlərdə də, bu iş aparılacaq.
Düşünürəm ki, bu proses yekunlaşandan sonra əraziyə polis daxil ola biləcək. Ağdamla bağlı narahatlıq Fərrux dağı idi. Artıq Fərruxda ermənilər posta çıxmır. Fərrux kəndini isə boşaldıb, gediblər. -Jurnalist Səxavət Məmməd

25/09/2021

🔴 Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

🔴 İranlı yanğınsöndürənlər Ermənistanda, Meğridə meşə yanğınlarının söndürülməsinə kömək edir.
23/09/2021

🔴 İranlı yanğınsöndürənlər Ermənistanda, Meğridə meşə yanğınlarının söndürülməsinə kömək edir.

23/09/2021

🔴 Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Tehranda üçtərəfli görüş keçirəcəklər.

Türkiyə və İran xarici işlər nazirləri Mevlüt Çavuşoğlu və Hüseyn Əmir Abdullahiyan Nyu -Yorkda BMT Baş Assambleyasının 76 -cı sessiyası çərçivəsində bir araya gəlib.

İran Xarici İşlər Nazirliyindən bildirilib: "Danışıqlar zamanı nazirlər İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tehranda üçtərəfli görüşünün keçirilməsi barədə də razılığa gəliblər".

🔴 Kemal Kılıçdaroğlu (CHP): 30 ildə dünya ictimaiyyəti özünün ədalətsiz münasibətilə Azərbaycana öz işğal altında olan t...
23/09/2021

🔴 Kemal Kılıçdaroğlu (CHP): 30 ildə dünya ictimaiyyəti özünün ədalətsiz münasibətilə Azərbaycana öz işğal altında olan torpaqlarını azad etmək üçün savaşmaqdan başqa çarə buraxmadı.

🔺 Türkiyə hər zaman Azərbaycanın yanındadır və böyük Atatürkün dediyi kimi Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir.

22/09/2021

🇦🇿🇮🇷 İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur

"Artıq Azərbaycanda yeni reallıq mövcuddur. 30 ildən çox işğal altında olan torpaqlarını azad etməsi münasibətilə Azərbaycanı təbrik edirəm. Bu sadəcə milli məsələ deyil, eyni zamanda, regional əhəmiyyət kəsb edir. Biz istər emosional, istərsə də siyasi zəmində buna mühüm əhəmiyyət veririk.
Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz yaxşıdır, eyni zamanda bu, Türkiyə ilə də belədir. Ümid edirəm ki, bu konfransda biz daha səmərəli regional əməkdaşlığı müzakirə edəcək, istər beynəlxalq, istərsə də regional analizlərimizi, təhlillərimizi paylaşacağıq. Bu, istər ikitərəfli, istərsə də üçtərəfli münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq”.

🔴 Nikol Paşinyan:30 ildir qonşularla savaş içərisindəyik, biz blokada şəraitində yaşayırıq. Ermənistanın keçmiş rəhbərlə...
22/09/2021

🔴 Nikol Paşinyan:

30 ildir qonşularla savaş içərisindəyik, biz blokada şəraitində yaşayırıq. Ermənistanın keçmiş rəhbərləri sizə,erməni xalqına ancaq əsarət, qan, müharibə qoxusu vəd edib.
Ermənistan inqilabla müstəqil olmaq,demokratik olmaq, azad olmaq istiqamətində ilk addımını atdı. Bu gün biz qonşularla münasibətləri normallaşdırmalıyıq,düşmənlərə belə münasibətləri idarə olunan səviyəyə çatdırmalıyıq, kommunikasiyaları açmaq, münasibətləri normallaşdırmaq məhz bizim öz gələcəyimiz üçün olduqca vacibdir.

21/09/2021

🔴 Fransa Xarici Işlər naziri: İran nüvə anlaşması ilə bağlı öhdəliklərini pozmağa davam edir və bu bizi narahat edir. İran məsələsini Rusiya və Çinlə müzakirə edəcəyik.

🔴 Co Baydenin təbrik mesajı: 🔺Erməni xalqı "Dağlıq Qarabağ"da çətinliklər ilə üzləşib. Erməni xalqının dərdini bölüşərək...
21/09/2021

🔴 Co Baydenin təbrik mesajı:

🔺Erməni xalqı "Dağlıq Qarabağ"da çətinliklər ilə üzləşib. Erməni xalqının dərdini bölüşərək Ermənistan hökuməti ilə əl-ələ çalışacağıq.

🔺Minsk Qrupu, ATƏT formatı və digər regional formatlar çərçivəsində regional sabitliyi və münaqişələrin həllini stimullaşdırmaq üçün birlikdə çalışacağıq.

🔺Dövlət başçısının təbrik mesajında həmçinin deyilir ki, "Birləşmiş Ştatlar Azərbaycanda saxlanılan erməni əsirlərin azad edilməsi üçün tədbirlər görməyə davam edəcək".

19/09/2021

🔴 İqor Korotçenko: Paşinyana əsla inanmaq olmaz. O, imkan düşən kimi Rusiyaya atacaq . Erdoğanla görüşdə də, o, Rusiya məsələsini masaya yatıra bilər. Ondan hər şey gözləmək olar.

19/09/2021

Ermənistan Gəncə-Naxçıvan reysləri üçün hava məkanını açdı

Ermənistan hava yollarından bildirilib ki, beynəlxalq tələblərə uyğun olaraq tranzit uçuşları üçün Ermənistan Azərbaycana hava məkanın açıb.

🔵  İran tərəfinin Azərbaycan Respublikası sərhədinə, təlim üçün göndərilən texnikalarının şəkilləri.Qeyd: Bannerdə  "İsr...
19/09/2021

🔵 İran tərəfinin Azərbaycan Respublikası sərhədinə, təlim üçün göndərilən texnikalarının şəkilləri.

Qeyd: Bannerdə "İsrail növbəti 25 ili görməyəcək"- yazılıb.

19/09/2021

🔴 SEPAH qüvvələrinə məxsus helikopterlər Xudafərin məntəqəsində uçuşlar keçirir.

19/09/2021

İran təlim adıyla Azərbaycan sərhədinə hərbi texnika yığır

Nikol Paşinyan: Artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır...
15/09/2021

Nikol Paşinyan: Artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib. Əgər dialoq başlayacaqsa, Ermənistan hökuməti təbii olaraq bu barədə vətəndaşlarını məlumatlandırmalıdır. Digər tərəfdən Türkiyə tərəfinin normallaşma ilə bağlı təkliflərinə müsbət baxırıq, biz də buna hazırıq, amma təbii ki, müsbət ritorika ilə.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Kato Katsunobu:    🔺 Rusiyaya aid təyyarənin Yaponiyanın hava sərhədini pozması...
15/09/2021

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Kato Katsunobu:

🔺 Rusiyaya aid təyyarənin Yaponiyanın hava sərhədini pozması suverenlik üçün təhdiddir.

🔺 Bu hadisəni şiddətli şəkildə qınayırıq. Rusiyadan belə bir hadisənin yenidən baş verməməsini tələb edirik.

İran XİN sözçüsü Səid Xətibzadə: 🔺 Tehran, İran avtomobillərindən ödəniş tələbi məsələsini diqqətlə izləyir. İran bütün ...
14/09/2021

İran XİN sözçüsü Səid Xətibzadə:

🔺 Tehran, İran avtomobillərindən ödəniş tələbi məsələsini diqqətlə izləyir. İran bütün qonşuların iştirakı ilə regional inkişaf, sülh və sabitlik üçün öz imkanlarından istifadə etməyə çalışır.

🔺 Buradan çıxış edərək, xüsusilə Ermənistanla əlaqələrin inkişafı və yol maneələrinin və problemlərin aradan qaldırılması gündəmdədir.

Hərbi ekspert David Camalyan: "İndi Rusiya faktoru əsas əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, onlar (hakimiyyət orqanl...
14/09/2021

Hərbi ekspert David Camalyan: "İndi Rusiya faktoru əsas əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, onlar (hakimiyyət orqanları) və ağaları Rusiya əleyhinə kampaniya başladıblar. Rusiyaya qarşı iddia olunur ki, guya ruslar dəhlizdən imtina etmək istəyir. Mümkün variant Paşinyanın müəyyən sənədi imzalamaq cəhdi ola bilər. Sənədin imzalanmasından sonra növbəti addım Rusiya hərbi bazasının geri çəkilməsini tələb etmək olacaq. Hər şeyə imza atıb türklərlə dostluq edirsənsə, bazanın özü də mənasını itirir. İndi Rusiya Syunikin itkisini ləngidir. O (Paşinyan) nəyin bahasına olursa olsun onu hakimiyyətə gətirilənləri təslim etməyə çalışacaq. Amma Rusiya faktorunu da qiymətləndirməmək də olmaz. Müttəfiqə nə qədər ümid etsəniz də, ərazini təslim etməyə çalışan ölkə başçısıdırsa, bu zaman heç bir şey edə bilməzsiniz".

Hulusi Akar: Qardaş Azərbaycan ordusunun modernləşdirilməsi üçün dəstəyimizi bundan sonra da davam etdirəcəyik. 🔺 Türkiy...
14/09/2021

Hulusi Akar: Qardaş Azərbaycan ordusunun modernləşdirilməsi üçün dəstəyimizi bundan sonra da davam etdirəcəyik.

🔺 Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır.

General John Hayten, nüvə silahını modernləşdirən Rusiya ilə müharibə istəmədiklərini bildirib.
14/09/2021

General John Hayten, nüvə silahını modernləşdirən Rusiya ilə müharibə istəmədiklərini bildirib.

86 dairədən 320+ vətəndaş REAL`ın kvotasına əsasən Məntəqə Seçki Komissiyası üzvü olmaq haqqında çağırışımıza cavab verd...
14/09/2021

86 dairədən 320+ vətəndaş REAL`ın kvotasına əsasən Məntəqə Seçki Komissiyası üzvü olmaq haqqında çağırışımıza cavab verdi və bu gün 86 dairənin hamısına ayrıca rəsmi məktubla onların adlarını və detallarını göndərib namizədliyini komissiyalara təklif etdik.

Onların heç biri partiyamızın üzvü deyil, ancaq çağırışımıza cavab verərək Seçki Məcəlləsinin düzgün icrası naminə çalşmaq istəyən vətəndaşlardır. Hamısına təşəkkür edirəm!

resPUBLİKaçı:🔴 Hikmet Hacıyev və İran İslam respublikasının Azərbaycandakı səfiri arasında görüş baş tutub.🔴 Seyid Abbas...
13/09/2021

resPUBLİKaçı:
🔴 Hikmet Hacıyev və İran İslam respublikasının Azərbaycandakı səfiri arasında görüş baş tutub.

🔴 Seyid Abbas Musəvi, Iranın Azərbaycandakı səfiri:

Azerbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdüyüm üçün məmnunam. Onunla ikitərəfli əlaqələrimizin son vəziyyətini və ümumi narahatlıq doğuran məsələləri məsələləri müzakirə etdik.

🔴 Hikmət Hacıyev, Azərbaycan Prezidentinin köməkçisi:

Bizi ziyarət etdiyiniz üçün təşəkkürler. Gündəliyimizdəki məsələlər üzrə səmərəli müzakirələr apardıq və həll yollarını nəzərdən keçirdik.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Respublikaçı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Respublikaçı:

Videos

Share


Other News & Media Websites in Baku

Show All

You may also like