Anews.az

Anews.az Anews.az - Milli Xəbər Portalı 5 may 2016-ci ildən fəaliyyət göstərir.
(6)

01/09/2024

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başa çatıb.

01/09/2024

Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları- Arif Hacılı DANIŞDI

01/09/2024

"Mən istərəm ki, nəticələri hamı qəbul etsin. Təzədən burda yeni savaş açılmasın"- Zahid Oruc

01/09/2024

ATƏT: "Neftçaladakı insidentdən xəbərsizik"

01/09/2024

MSK: Saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20.39 faiz olub.

01/09/2024

70 saylı seçki dairəsinin 43 saylı sayı məntəqəsində bir yerdə iki nəfər səs verir.

01/09/2024

Ağdam 119 nömrəli seçki dairəsinin namizədi Asif Mirzəli bildirir ki, müşahidəçiləri və o içəri buraxılmayıb.

01/09/2024

⚠️ Azad edilmiş ərazilərdə saat 10:00-a olan seçici fəallığı

118 saylı Ağdam-Xocalı – 12,6 %
119 saylı Ağdam – 13,63%
120 saylı Cəbrayıl-Qubadlı -9.85%
121 saylı Laçın -13%
122 saylı Xankəndi -17,54%
123 saylı Kəlbəcər -8,25 %
124 saylı Şuşa-Ağdam-Xocavənd -13.43%
125 saylı Zəngilan-Qubadlı -11,4 %

01/09/2024

Neftaçaladan deputatlığa namizədiyini verən Vəfa Nağı seçki məntəqəsindən qovulub

01/09/2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.

Seçki məntəqələri səsvermə üçün tam hazır vəziyyətə gətirilib. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Mə...
01/09/2024

Seçki məntəqələri səsvermə üçün tam hazır vəziyyətə gətirilib. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb. Seçkilər Azərbaycanda böyük hadisəyə çevrilib. Parlament seçkiləri ilk dəfə ölkəmizin bütün suveren ərazisində keçiriləcək.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinin başlamasına dair mətbuat konfransında söyləyib.

O deyib ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçiriləcək

01/09/2024

🗳Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

📢Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

30/08/2024

‼️‼️‼️NİİM: Suraxanı rayonu, “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu gün səhər saatlarından  "20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini daya...
30/08/2024

Bu gün səhər saatlarından "20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, 20 Yanvar və Cəfər Cabbarlı metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.

Ətraflı videomaterialdan izləyəbilərsiniz...

0 Yanvar Metrosunun yeraltı keçidlərindəki mağazalar fəaliyyətini dayandırıb. Qərarın dünən axşam saatlarında verildiyi bildirilib. İndiyədək nə Bakı Şəhər...

Azərbaycanla Ermənistana rasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Əsasnamənin razılaşdırılması işləri başa ...
30/08/2024

Azərbaycanla Ermənistana rasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Əsasnamənin razılaşdırılması işləri başa çatıb. Bu barədə bu barədə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatında qeyd edilib.

Anews.az » Delimitasiya ilə bağlı Komissiyaların razılaşdırılması başa çatıb

Hazırkı dövrədək erməni işğalından azad olunan ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və ...
30/08/2024

Hazırkı dövrədək erməni işğalından azad olunan ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədovun məqaləsində qeyd olunub.

Onun sözlərinə görə, həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilib.

“Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilib”, - Dövlət Komissiyasının rəsmisi əlavə edib.

30/08/2024
1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, I qrup əlil Famil Xəlilovun məhkə...
29/08/2024

1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, I qrup əlil Famil Xəlilovun məhkəməsi sentyabrın 5-nə təyin edilib. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.

Anews.az » Famil Xəlilovun məhkəməsi sentyabrın 5-nə təyin olunub

Ermənistanda 2027-ci il referendum keçirilməsi gözlənilir. Bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan deyib.  "Biz o mü...
29/08/2024

Ermənistanda 2027-ci il referendum keçirilməsi gözlənilir. Bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan deyib.

"Biz o mürəkkəb sənəd üzərində ətraflı, ictimai müzakirələrlə, həmçinin bütün mütəxəssislərlə işləyəcəyik”, - nazir bildirib.

Konstitusiya islahatı komissiyasının növbəti iclası isə sentyabrın 5-də baş tutacaq.

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov  Rusiya mətbuatına verdiyi müsahibədə deyib ki, “mənə verilən ordenl...
29/08/2024

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Rusiya mətbuatına verdiyi müsahibədə deyib ki, “mənə verilən ordenlə ancaq metroya minmək olur”.

Dediklərinə görə daha sonra üzr istəyib:

"Rusiya mətbuatına verdiyim müsahibədə səsləndirdiyim fikirlər yanlış anlaşılmanın nəticəsidir.Prezidentin mənə verdiyi orden mənim üçün çox dəyərlidir və heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Baş verənlərlə əlaqədar mən Azərbaycan Prezidentindən və bütün Azərbaycan xalqından üzr istəmək istəyirəm"

Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiya Uğrunda Təlim Mərkəzinin (MSMOD) rəhb...
28/08/2024

Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiya Uğrunda Təlim Mərkəzinin (MSMOD) rəhbəri Anar Məmmədlinin şikayətinə baxılıb, fəalın yaxınları bildirib.

Anews.az » Apellyasiya Məhkəməsi Anar Məmmədlini həbsdə saxlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) eks-deputat və iş adamı Hüseyn Abdullayevin vəkillərinin ona təcili, effektiv ti...
28/08/2024

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) eks-deputat və iş adamı Hüseyn Abdullayevin vəkillərinin ona təcili, effektiv tibbi yardım göstərilməsinin zəruriliyi ilə bağlı müraciəti ilə bağlı qərar çıxarıb.Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

Avqustun 27-də AİHM öz Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, təcili stasionar və ya ambulator müalicəyə və ya hər hansı digər tibbi yardıma ehtiyacın olub-olmadığını müəyyən etmək üçün Azərbaycan hökumətini Abdullayevi əlavə hərtərəfli tibbi müayinədən keçirməyə məcbur edən qərar qəbul edib.

Anews.az » Avropa İnsan Haqları Məhkəməsi Hüseyn Abdullayevlə bağlı qərar verib

28/08/2024

“Sea Breeze” istirahət mərkəzində LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı olub, Prezident və xanımı açılışda iştirak edib.

Putin və İlham Əliyev arasında telefon danışığı olub, Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması  müzakirə ed...
28/08/2024

Putin və İlham Əliyev arasında telefon danışığı olub, Azərbaycan-Ermənistan sülh müqaviləsinin hazırlanması müzakirə edilib.

Azərbaycanda suyun azalması prosesi növbəti illərdə də davam edəcək - Nazir müavini
28/08/2024

Azərbaycanda suyun azalması prosesi növbəti illərdə də davam edəcək - Nazir müavini

Anews.az » Azərbaycanda suyun azalması prosesi növbəti illərdə də davam edəcək - Nazir müavini

Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən, tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamın...
28/08/2024

Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən, tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının ildönümüdür.

Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 32 il ötür.

Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib.

Qətliam nəticəsində aralarında 6 uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.Bu barədə Müdafiə Nazirliyindən bildirilib.Qeyd ed...
28/08/2024

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putin Bakıya səfəri zamanı Rusiya qazının A...
27/08/2024

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya prezidenti Vladimir Putin Bakıya səfəri zamanı Rusiya qazının Azərbaycana tədarükündən başqa digər məsələləri də müzakirə edə bilərdi.

"Putinin Azərbaycanda nə dediyini bilmirəm. Qazdan danışdığında da əmin deyiləm. Düşünürəm ki, başqa suallar da var”, - Ukrayna prezidenti Vladimir Zelenski mətbuat konfransı zamanı deyib.

Anews.az » Zelenski Putinin Bakı səfəri ilə bağlı bəyanat verib

27/08/2024

Cənubi Koreyada yeni tanış olan cütlüklərə 360 dollar, evlənənlərə isə 15 min dollar pul verilir.

Bu barədə “China Morning Post” nəşri yazıb.

Doğum səviyyəsinə görə dünyada sonuncu yerlərdən birini tutan Cənubi Koreyada hökumət bu problemi aradan qaldırmaq istəyir.

Ölkənin Pusan şəhərinin bir rayonunda yerli idarəetmə orqanı yeni tanış olanlara və evlənənlərə pul verir.

Faydalı olarsa, bu tendensiya ölkə boyunca genişlənə bilər.

Address

ASK Plaza
Baku

Telephone

+994506322756

Website

https://t.me/anews_az

Alerts

Be the first to know and let us send you an email when Anews.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anews.az:

Videos

Share

Nearby media companies


Other Media/News Companies in Baku

Show All

You may also like