
24/11/2022
❓SEO mənə nə qazandıracaq? Bu sual bir çoxlarının ağlına gələ bilər. Düşünə bilərsiniz ki, mən saytım üçün lazım olan trafiki sosial media paylaşımlarından, display və SEM reklamlarından əldə edirəm, bir də bunun üçün niyə əlavə büdcə, resurs ayırım? Təbii ki, digər kanallar da önəmlidir, lakin SEO prosesinin nəticəsində əldə edəcəyiniz orqanik trafik bir çox üstünlüklərə malikdir. Bu üstünlüklərin bir neçəsini sadalayaq:
➖Orqanik trafik tamamilə pulsuzdur. Siz klik və ya görüntülənmə başına axtarış sistemlərinə heç bir məbləğ ödəmək məcburiyyətində deyilsiniz. Beləliklə satışa çevrilməyən heç bir klik üçün narahat olmağa dəyməz.
➖Orqanik trafik daha yaxşı “conversion rate”-ə malikdir. Əgər məhsul və xidmətlərinizə uyğun sorğularda ön sıralarda yer alırsınızsa, kliklərin satışa çevrilmə faizi daha da yüksək olacaq.
➖Daha aşağı “bounce rate” və daha çox “view duration”. Axtarış sistemlərindən sayta giriş edən istifadəçilər digər kanallardan gələnlərə nisbətən saytda daha çox vaxt keçirirlər və daha çox səhifəyə keçid edirlər.
➖Uzunmüddətli nəticə. Düzgün SEO strategiyası uzunmüddətli nəticələr verəcək ki, bu da uzun dönəmdə sizə daha çox qazanc gətirəcək. Təbii ki, bunun üçün peşəkarlarla çalışmalısınız.
📲+994 70 817 91 07
📍Teymur Elçin 5. (Çəmbərəkənd park yaxınlığı)
🌐Devrun.az