Ölkə.az

Ölkə.az Ölkəmizdə və dünyada baş verən xəbərləri operativ şəkildə oxuyucularımıza çatdırırıq
(4)

Yeni Kamera İdarəetmə düyməsi Google Lensin analoqunu işə salacaq
09/09/2024

Yeni Kamera İdarəetmə düyməsi Google Lensin analoqunu işə salacaq

Yeni iPhone 16 tanıtıldı.
09/09/2024

Yeni iPhone 16 tanıtıldı.

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 3 507 layihənin maliyyələşdi...
09/09/2024

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 3 507 layihənin maliyyələşdirilməsinə 138,3 milyon manat güzəştli kredit verib.

Bu barədə "Olke.az"a Fonddan bildirilib.

Məlumata görə, verilmiş kreditlər hesabına 2 808 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

İnsanlar kimi atların da rekordsmenləri var.Ginnesin Rekordlar Kitabında  dünyanın ən hündür atı kimi Böyük Cekin adı qe...
09/09/2024

İnsanlar kimi atların da rekordsmenləri var.

Ginnesin Rekordlar Kitabında dünyanın ən hündür atı kimi Böyük Cekin adı qeyd edilib Atın adı kitaba 2011-ci ildə daxil edilib.
Təəssüf ki, onun gücünü indi yalnız fotoşəkillərdən qiymətləndirmək olar.

O, ABŞ-ın Viskonsin ştatında, Poynette şəhərində “Smoky Hollow” fermasında yaşayırdı.Sahibi Cerri Gilbert üçün at dünya rekordçusundan çox , onun ailəsinin bir üzvü idi.

Doğulanda Brabançon cinsinə aid olan Böyük Cekin çəkisi demək olar ki, 109 kq idi. Yetkin yaşa çatanda çəkisi təxminən bir ton, boyu 210,19 sm idi. Əlbəttə ki, belə bir heyvanın saxlanması asan deyildi. At hər gün iki böyük vedrə taxıl və bir saman bağlaması yeyirdi.

Maraqlı odur ki, Böyük Cekin valideynləri orta ölçülü adi atlar idi.

"Qarabağ" hücumçusu Hamidu Keyta ilə yollarını ayırıb.Klubdan verilən məlumata görə, 29 yaşlı fransalı ilə müqaviləyə qa...
09/09/2024

"Qarabağ" hücumçusu Hamidu Keyta ilə yollarını ayırıb.

Klubdan verilən məlumata görə, 29 yaşlı fransalı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.

Hamidu Keyta "Qarabağ"la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Ölkə.az...
09/09/2024

Azərbaycan Prezidenti İlham Əliyev Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Ölkə.az-ın xəbərinə görə, Sərəncamda qeyd edilib ki, 2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur.

Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır. Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifinə şöhrət qazandırmışdır. Nəbi Xəzri eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür.

Sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Nəbi Xəzrinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Soda müxtəlif məqsədlər üçün istifadə edilə bilən məhsullardan biridir. Onu həm təmizlik, həm də müəyyən qidaların bişir...
09/09/2024

Soda müxtəlif məqsədlər üçün istifadə edilə bilən məhsullardan biridir. Onu həm təmizlik, həm də müəyyən qidaların bişirilməsində istifadə etmək olur.

Başqa məqsədlər üçün də sodadan istifadə etmək mümkündür. Bəs, bunlar nələrdir?

Soda yeməkdə əvəzsiz faydalarından əlavə, balıq qoxuları da daxil olmaqla, xoşagəlməz qoxuları mükəmməl aradan qaldırır.

Yuyucu tozun içinə bir az da soda əlavə etsəniz, yuyunduqdan sonra paltarlarınızın nə qədər təzə olacağına təəccüblənəcəksiniz.

Soda soyuducudakı p*s qoxulardan qurtulmağa da kömək edəcək.

Çox az miqdarda maddəni bir boşqaba tökmək və ən azı 2-3 ayda bir dəfə dəyişdirərək üst rəfdə yerləşdirmək kifayətdir. Bununla yanaşı, parçaya soda töküb axşamlar ayaqqabının içinə qoyun. Səhəri gün ayaqqabınızdan heç bir iy gəlmədiyinin şahidi olacaqsınız.

Qeyd etdiyimiz kimi sodadan zərərli məişət kimyəvi maddələrinə əla alternativdir. Məsələn, soyuducu, soba, çörək qabı və s. yuyanda təsirli olur.

Bunlardan əlavə, soda otaqlarda yüksək rütubətlə mübarizə aparmağa kömək edir. Bu da divarlarda və yumşaq mebellərdə kif əmələ gəlməsinə, həmçinin baş ağrılarına və zəif nəfəs almağa səbəb ola bilər.

Sizə lazım olan tək şey müxtəlif qablara bir az toz səpmək və onları mənzilin müxtəlif yerlərinə yerləşdirməkdir. Əsasən də yatağınızın altına bir boşqabda soda qoyun. Çünki o bütün artıq nəmi udacaq, yəni orada kif əmələ gəlməsinin qarşısını alacaq.//Lent.az

09/09/2024

Ermənistan XİN: İrəvan və Bakı sülh müqaviləsinin 16 maddəsinin 13-ü üzrə razılığa gəlib, saziş ən qısa zamanda imzalana bilər

Türkiyədə avqustun 21-də Quran kursundan qayıdarkən itkin düşən və dünən çuvalda meyiti tapılan Narin Güran dəfn edilib....
09/09/2024

Türkiyədə avqustun 21-də Quran kursundan qayıdarkən itkin düşən və dünən çuvalda meyiti tapılan Narin Güran dəfn edilib.

Bu barədə "Haber Global" xəbər verib.

Bildirilir ki, Diyarbəkir Məhkəmə Tibb Ekspertizası İdarəsində aparılan ekspertizadan sonra meyit qohumlara təhvil verilib. Bundan sonra uşağın cənazəsi qonşu kənddəki məscidə aparılıb və orada cənazə namazı qılınıb.

Narin Güran Tavşantepe Məhəlləsi Qəbiristanlığında dəfn edilib.

Zəngəzur dəhlizinin İran və Rusiya üçün əhəmiyyət miqyası çox fərqlidir. Ölkə.Az xəbər verir ki, bunu politoloq Aleksand...
09/09/2024

Zəngəzur dəhlizinin İran və Rusiya üçün əhəmiyyət miqyası çox fərqlidir.

Ölkə.Az xəbər verir ki, bunu politoloq Aleksandr İskəndəryan deyib.

Ekspertin fikrincə, Zəngəzur dəhlizi doğrudan da İran üçün çox vacib məsələdir.

“Bunun səbəbləri, ümumiyyətlə, az-çox aydındır. Bəli, İranın vəziyyəti ümumiyyətlə yaxşı deyil. Onun şərq tərəfində İranın çox p*s münasibətləri olduğu Əfqanıstan və Pakistan var. Qərbdə isə İraq və Türkiyə. Hər iki halda, yumşaq desək, vəziyyət iranlılar üçün çətindir. Cənub, yəni Fars körfəzinin ərəb ölkələri haqqında isə ümumiyyətlə danışmağa dəyməz. Hər şey çətindir. İranın, əslində, Azərbaycanla ciddi, böyük problemləri var. Ona görə də bu çox kiçik sərhəd İran üçün lazım olduğundan daha çox əhəmiyyət kəsb edir. Onlar üçün Ermənistan kiçik ölkə olsa da, bu 40 km-lik məsafə çöx böyük önəm daşıyır”, - erməni politoloq qeyd

Zəngəzur dəhlizinin Rusiya üçün o qədər əhəmiyyət kəsb etmədiyini qeyd edən ekspert inanmır ki, Rusiya bunun üçün İran və Azərbaycanla mübarizə aparmağa hazırdır.

“Rusiya buna qarşı deyildi. O, əvvəldən fikirləşmirdi. Doğrudan da, 9-10 noyabr müqavilələrində bu bənd var.

İran və Rusiyanın bu mövzuda bir-birinə ciddi şəkildə qarşı çıxacağını təsəvvür etmək mənim üçün çətindir. Yenə deyirəm, bu, Rusiya üçün birinci dərəcəli məsələ deyil və çətin ki, belə bir şeyə görə Rusiyanın həm İranla, həm də Azərbaycanla münasibətləri korlansın. Ancaq bunun ətrafında bir növ oyun var. Düşünürəm ki, müşahidə etdiyimiz bəzi toqquşmalar var. İran heç bir şəkildə Ermənistanla əlaqəsini kəsmək istəmir”, - İskəndəryan vurğulayıb.

Sonda ekspert onu da əlavə edib ki, Zəngəzur dəhlizinin əhəmiyyəti çox şişirdilib və buna ehtiyac yoxdur.

70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı.Ədliyyə nazirinə iki yeni müavin təyin edilib.Bununla əlaqədar daha əvvə...
09/09/2024

70 və 66 yaşlı nazir müavinləri işdən çıxarıldı.

Ədliyyə nazirinə iki yeni müavin təyin edilib.

Bununla əlaqədar daha əvvəlki müavinlər Azər Cəfərov və Vilayət Zahirov işdən çıxarılıblar.

Bu barədə ölkə başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Keçmiş müavinlərin yerinə Mübariz Əhmədov və Toğrul Hüseynov təyin edilib.

Qeyd edək ki, 70 yaşlı A.Cəfərov 12, 66 yaşlı V.Zahirov isə 20 ildir ki, nazir müavini idi.

Bakıda ictimai nəqliyyatın effektivliyini artırmaq və yollarda hərəkəti tənzimləmək məqsədilə avtobuslar üçün xüsusi zol...
09/09/2024

Bakıda ictimai nəqliyyatın effektivliyini artırmaq və yollarda hərəkəti tənzimləmək məqsədilə avtobuslar üçün xüsusi zolaqlar ayrılıb.

http://xn--lk-eka63l.az/ xəbər verir ki, bu zolaqlar əsasən avtobusların hərəkətini sürətləndirmək və sərnişinlərin vaxtında çatdırılmasını təmin etmək üçün nəzərdə tutulub.

Avtobus zolaqlarına daxil olmaq isə müəyyən qaydalar çərçivəsində tənzimlənir.

Sürücülər hansı halda avtobus zolağına daxil olarsa onları cərimə gözləmir? Bəzi avtobus zolaqlarının girişində qoyulan nişanlara saatlar yazılıb, bəzilərində isə yox. Bu, hansı mənanı verir? Məsələ ilə bağlı Baş DYP İdarəsinin inspektoru polis leytenantı Hacıyev Elvin BAKU.WS-ə bildirdi ki, bəzi hallarda sürücülər avtobus zolaqlarına daxil olarsa, onları cərimə gözləmir:

"Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinə əsasən 5.9 (Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq) nişanı və 1.23 ("BUS" yazısı) nişanlanması ilə işarələnən zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Zolaq 1.1 bütöv nişanlanma xətti ilə digər hərəkət zolaqlarından ayrılmışdırsa, digər nəqliyyat vasitələrinin bu zolağa bütün hallarda daxil olması qadağandır.

🔽 Ətraflı şərh bölməsində 🔽

Ailə başçısı qadın olduqda ailənin xərcləri artır. Bu barədə Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının tədqiqin...
09/09/2024

Ailə başçısı qadın olduqda ailənin xərcləri artır.

Bu barədə Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının tədqiqinə dair məlumatında bildirilib.

Belə ki, məlumata görə, ev təsərrüfatından məsul şəxs kişi olduqda adambaşına xərclər 348 manat, qadın olduqda isə 5% artaraq 365 manatdır.
Həmçinin, ailə baçısı qadın olduqda geyimə, ev əşyalarına, səhiyyəyə, istiahətə, qida məhsullarına xərclənən vəsait artsa da, nəqliyyata, alkoqollu içkilərə, tütünə xərclənən pul azalır.

Maraqlıdır ki, ailədəki adambaşı xərclənən vəsait və s xərclər niyə ailə başçısının qadın və ya kişi olmasından asılıdır? Buradakı fərq nədir?

http://xn--lk-eka63l.az/ xəbər verir ki, sosioloq Lalə Mehralı Bizim.Media-ya açıqlamasında suallarımızı cavablayıb. O deyir ki, burada məsələ ailə baçısının qadın və ya kişi deyil, müşahidə və analiz qabiliyyətinin olmasıdır.

"Çünki indi istehlak olunan məhsullar illər öncəki kimi 1-2 çeşid deyil. Məsələn, biz yağ alarkən onun büdcəmizə uyğun, sağlamlıq üçün təhlükəsiz olub-olmamasını və s analiz etməliyik”.

Sosioloq nəzərə çatdırır ki, kişilərin analiz və müşahidə qabliyyəti daha çox inkişaf edib, ancaq qadınların da vaxtla bağlı məhdudiyyətləri daha çox olur. Yəni, həm iş, həm ev, həm övladlarının məktəb, bağça qayğıları, onların tərbiyə edilməsi, xərclərin tənzimlənməsi, bölüşdürülməsi, analiz edilməsi əlavə yükdür”.

Müsahibimiz əlavə edib ki, sözügedən məsələdə fərqin çox olmasının səbəbi qadının sosial yükünün çox olmasıdır:

"Vaxtına qənaət etmək istəyən qadınlar cüzi qiymət dəyişikliklərinə əhəmiyyət vermir. Buna görə də düşünürəm ki, kiçik fərqlər qadının sosial yükünün çox olmasıyla əlaqədardır”.

Qaradağ rayonunun “Lökbatan” dairəsindən mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.Bu bar...
09/09/2024

Qaradağ rayonunun “Lökbatan” dairəsindən mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə Olke.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin səbəbi yolda aparılan təmir işləridir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yeni tədris ili ilə bağlı müraciət edib.Bu ba...
09/09/2024

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yeni tədris ili ilə bağlı müraciət edib.

Bu barədə "http://xn--lk-eka63l.az/"a NİİM-dən məlumat verilib.

Bildirilib ki, yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar:

"Mərkəzin əməkdaşları tərəfindən paytaxtın küçə və prospektlərində yerləşən həm təhsil müəssisələrinin yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək. Hansı ərazidə süni sıxlıq yaranacaqsa, sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün svetoforlara verilən “yaşıl dalğa” rejimi artırılacaq. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər".

“Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı istintaqın ciddi şəkildə davam etməsi, hadisənin tam aydınlaşdırılması və Narin ...
09/09/2024

“Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı istintaqın ciddi şəkildə davam etməsi, hadisənin tam aydınlaşdırılması və Narin qızımızın canına q*sd edənlərin ədalət qarşısında cavab verməsi üçün məsələni yaxından izləyir”.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında yazıb.

Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın m*yiti Tavşantəpə kəndi ərazisində tapılıb.

08/09/2024

⚡ Formula-1 yarışı əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanacaq.

📣 1 avtobus marşrutunun fəaliyyəti müvəqqəti dayandırılır, 18 avtobus marşrutunun hərəkət sxemi isə dəyişdirilir.

📌 Avtobusların yeni hərəkət sxemini təqdim edirik:

🚌 1 nömrəli avtobus marşrutu (istiqamət: “Neftçilər” m.st.),

🚌 46 nömrəli avtobus marşrutu (istiqamət: “Əhmədli” m.st.) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

🚌 2 nömrəli avtobus marşrutu (istiqamət: “Dərnəgül” m.st) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi,daha sonra öz hərəkət sxemi üzrə;

🚌 4 nömrəli avtobus marşrutu (istiqamət: “Xətai” m.st.) Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrəfəaliyyət göstərəcək.

🚌 5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət “Nəriman Nərimanov” m.st. – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət 20-ci Sahə dairəsi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.

🚌 6, 10, 18, 31, 37, 77, və 205 nömrəli avtobus marşrutları (istiqamət: “İçərişəhər” m.st.) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;

🚌 61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank): Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;

🚌 65 nömrəli avtobus marşrutu (istiqamət: “İçərişəhər” m.st.) Murtuza Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;

🚌 88 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” m.st.) Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

🚌 125 nömrəli avtobus marşrutu (istiqamət: “28 May” m.st.) Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi, “28 Mall” t/m) əhatə edəcək.

🚌 149 nömrəli avtobus marşrutunun (istiqamət: Bakı Funikulyoru) son dayanacaq məntəqəsi Bəhram Gur heykəlinin qarşısı olacaq.

❌ E1 nömrəli avtobus marşrutu isə fəaliyyətini müvəqqəti dayandıracaq.

08/09/2024

❗️İş adamı Emin Ağalarov: SeaBreeze layihəsinə 1 milyard dollarlıq investisiya cəlb edəcəm

08/09/2024

Türkiyədən Rusiyaya gələn təyyarə ilə bağlı dəhşətli kadrlar yayıldı.🛬Sərnişin təyyarəsinin pilotları Qroznıda (Çeçenistan, Rusiya) tikilməkdə olan uçuş-enmə zolağına eniş etmək istəyiblər.Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Noyabr ayında Bakıda keçiriləcək COP29 sammiti müddətində ümumi orta təhsil müəssisələrində payız tətilinin elan olunaca...
07/09/2024

Noyabr ayında Bakıda keçiriləcək COP29 sammiti müddətində ümumi orta təhsil müəssisələrində payız tətilinin elan olunacağı, ali təhsil və peşə məktəblərində isə tədrisin distant təşkil ediləcəyi açıqlanıb.

Həmçinin paytaxtda, Abşeron və Sumqayıt şəhərləri ərazisində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi bildirilir. Buna uyğun olaraq sammit müddəti ərzində Bakıya giriş-çıxışın məhdudlaşdırılacağına dair məlumatlar yayılıb.

Noyabr ayında təhlükəsizliyin təmin edilməsi üçün belə bir addım atıla bilərmi?

"http://xn--lk-eka63l.az/" xəbər verir ki, mövzunu "Globalinfo"a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza Bakıya giriş-çıxışın məhdudlaşdırılmasının gözlənilən məsələ olduğunu deyib.

Onun sözlərinə görə, təhlükəsizliyin maksimum dərəcədə təmin edilməsi üçün bu addımın atılması münasib və mümkün variantdır:

"Əgər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilərsə, o zaman müəyyən yüngülləşdirici hallar nəzərə alına bilər. Bütün sualların cavabı qarşıdan gələn günlərdə bəlli olacaq. Lakin bunun üçün Bakı tamamilə boşaldılmalıdır. Ona görə də, giriş-çıxışın məhdudlaşdırılacağını düşünürəm".

Mirmahmud Mirəlioğlu qəzaya düşübKXCP-nin sədri Mimahmud Mirəlioğlu avtomobil qəzasıns uğrayıb. Ölkə.Az xəbər verir ki, ...
07/09/2024

Mirmahmud Mirəlioğlu qəzaya düşüb

KXCP-nin sədri Mimahmud Mirəlioğlu avtomobil qəzasıns uğrayıb.

Ölkə.Az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şirvan şəhərindən Bakıya toydan qayıdarkən baş verib. Yolda sürətlə hərəkət edən hərbi yük maşının təkəri avtomobildən qoparaq qəfildən arxadan gələn Mirmahmud Mirəlioğlunun olduğu avtomobilə dəyib. Zərbə nəticəsində avtomobilə ciddi ziyan dəysə də, xoşbəxtlikdən sərnişinlərin heç biri xəsarət almayıb.

Zəlzələnin xəbər verilməsi və ya öncədən təxmin edilməsi illərdir araşdırma mövzusudur.Bəzi canlılar 2 min 500 ildən art...
07/09/2024

Zəlzələnin xəbər verilməsi və ya öncədən təxmin edilməsi illərdir araşdırma mövzusudur.

Bəzi canlılar 2 min 500 ildən artıqdır ki, adıyla belə artıq fəlakətin baş verəcəyini xəbərdar edirlər. Eyni ilə yaponların qorxulu röyası "Qiyamət balığı" kimi.

Çox adam Günəş tutulması ya da Ay tutulması sonrasında zəlzələ olduğu ilə bağlı inancı bu günə kimi təsdiqini tapmayıb. Bir yad planetin yerdə seysmik aktivliklə əlaqəsi hər hansı bir sübuta sahib deyil.

Ancaq orta məktəbdən etibarən öyrəndiyimiz bəzi şeylər var. Qarışqa yuvaları, it ulamaları, pişikləri qoxu duymalarısayəsində dəyişən atmosferik tarazlığı aşkar etməsindən də köhnə bir üsul mövcuddur.

"Qiyamət balığı" ya da "zəlzələ balığı" deyə adlandırılan bu nazik uzun balığın bəzi böyük zəlzələlərin xəbərçisi olduğuna inam çoxdur. Üstəlik bu inanc günümzdən min illər əvvələ gedib çıxır.

Təqvim 3 aprel 2024-cü ili göstərirdi.

Səhər saat 07.58-də Tayvanda başverən 7.4 bal gücündəki zəlzələ nəticəsində 10 nəfər dünyasın dəyişdi.

Bu hadisədən düz 30 gün əvvəl dənizdə sahilə yaxın bir yerdə balıqçılar tərəfindən "qiyamət balığı" aşkar edilib. Səndemə yapon mifologiyasında qeyd edildiyi kimi, zəlzələlərin "müjdəçisi" olan bu balıq 1 ay əvvəl sonrakı günlərdə baş verəcəklər barədə xəbərdar etmək üçün 250-1000 metr dərinlikdən suyun üzünə çıxıbmış.

Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıbAzərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil ol...
07/09/2024

Paris-2024: İlham Zəkiyev bürünc medal qazanıb

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Ölkə.az-ın məlumatına görə, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.

Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Son vaxtlar Dövlət Gömrük Komitəsində qanunsuzluqlar və korrupsiya halları ilə bağlı silsilə həbslər baş verir. 2022-ci ...
07/09/2024

Son vaxtlar Dövlət Gömrük Komitəsində qanunsuzluqlar və korrupsiya halları ilə bağlı silsilə həbslər baş verir. 2022-ci ildə komitə sədri Səfər Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra, gömrükdə bir sıra ciddi dəyişikliklər aparılsa da, faktiki pozuntuların qarşısı almaq mümkün olmadı. Sahibkarlar və vətəndaşlar arasında da Gömrük Komitəsinə münasibət birmənalı deyil. Bir çox iş adamı DGK-nın onların fəaliyyətinə ciddi zərbə vurmasından şikayət edirlər.

http://xn--lk-eka63l.az/ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Dövlət Gömrük Komitəsinin müstəqil qurum kimi fəaliyyəti yersizdir:

“Birinci növbədə, Azərbaycanda Gömrük Komitəsinin müstəqil və ayrıca bir qurum kimi qalmasına ehtiyac yoxdur. Ləğv edilib ya İqtisadiyyat Nazirliyində, ya da Maliyyə Nazirliyində bir şöbə, departament kimi fəaliyyət göstərməlidir. İkincisi, Komitənin istintaq orqanları ləğv edilməlidir. Bu, vətəndaşlar üçün çox ciddi problem yaradır. Üçüncüsü isə, yeni Gömrük Məcəlləsi yazılmalıdır”.

Ekspertin fikrincə, hazırki Gömrük Məcəlləsi iş adamlarının “kabusuna” çevrilib:

“Bir çox hallarda gömrük orqanları elə həmin bir-birinə zidd maddələrlə dolu olan, sanki iş adamlarının və insanların əleyhinə yazılmış Gömrük Məcəlləsinə istinad edirlər. Vətəndaşlar və sahibkarlar da incidiləndə həmin məcəlləyə istinadən addımlar atılır. Bu məcəllə kökündən dəyişdirilməli, yenidən yazılmalıdır. Bir sözlə gömrüyün, həm idarəetməsi, həm fəlsəfəsi, həm də qanunvericilik bazası dəyişdirilməlidir ki, bundan sonra iş adamlarının kabusuna yox, dostuna çevirilsin”.

Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Eldəniz Yəhyayev icra edir...
07/09/2024

Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Eldəniz Yəhyayev icra edir.

Ölkə.az-ın “Report”a istinadən məlumatına görə, E.Yəhyayev bir müddət öncə bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Eldəniz Telman oğlu Yəhyayevə 2022-ci ildə Prezident İlham Əliyevin "Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

O, daha əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov vəzifəsindən azad edilib.

Azərbaycanın məqsədi təkcə danışıqlar prosesində Ermənistana təzyiq göstərmək deyil, ciddi strateji üstünlüklər əldə etm...
07/09/2024

Azərbaycanın məqsədi təkcə danışıqlar prosesində Ermənistana təzyiq göstərmək deyil, ciddi strateji üstünlüklər əldə etmək idi və bu, istəyinə də nail oldu.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan deyib.

“Ətraflı təhlillər və araşdırmalar onu göstərir ki, Azərbaycanın məqsədləri təkcə danışıqlar prosesində üstünlüyü təmin etmək və ya Ermənistanla şantaj dili ilə danışmaq deyildi. 2023-cü ildə Azərbaycanın kifayət qədər ciddi strateji üstünlük imkanı əldə edib", - Abramyan qeyd edib.

O bildib ki, Azərbaycanın ötən il əsas məqsədi Zəngəzur, Dərələyəz, Basarkeçərdə və digər istiqamətlərdə Ermənistanın ən mühüm kommunikasiyaları, infrastrukturları və ya ölkə üçün həyati əhəmiyyət kəsb edən və təhlükəsizliyini təmin edən mühüm qovşaqlar üzərində nəzarəti ələ keçirmək idi. Və demək olar, istəyinə də nail oldu", - erməni deputat qeyd edib.

İlin sonuna 3 aydan bir qədər artıq vaxt qaldığı üçün pensiya və maaşların artması məsələsi yenidən gündəmə gəlib. Vətən...
07/09/2024

İlin sonuna 3 aydan bir qədər artıq vaxt qaldığı üçün pensiya və maaşların artması məsələsi yenidən gündəmə gəlib. Vətəndaşlar artımların ilin sonunda baş verəcəyinə ümid edirlər.

Globalinfo.az-a danışan iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədovun fikrincə, cari ilin sonuna yaxın maaş və pensiyaların artımı ilə bağlı müvafiq qərarların verilməsi gözlənilir:

"Məlumdur ki, əməkhaqqı fondunun artımına, bu fonddakı dəyişikliklərə stimul verən əsas istiqamətlərdən biri də minimum əməkhaqqının artması ilə bağlıdır. Həmin seqment üzrə qərarlar isə prezidentin sərəncamı əsasında qəbul olunur. Minimum əməkhaqqının artımı, şübhəsiz ki, bütövlükdə ölkə üzrə əməkhaqlarına təsirlərini göstərir".

İqtisadçının fikrincə, ilin sonunda minimum əməkhaqqı 400 manat ola bilər:

"Pensiya artımı ilə bağlı prosedur isə ondan ibarətdir ki, il ərzində rəsmi statistik məlumatlara görə, inflyasiyanın göstəricilərinə uyğun hər il pensiyalarda indeksləşmə həyata keçilir. Ona görə düşünürəm ki, pensiya artımını gələn ilin əvvəlində görmək mümkün olacaq. O artımlar isə bu ilin inflyasiya göstəricilərinə uyğun həyata keçiriləcək".

Elşad Məmmədov deyib ki, ölkədə son illər sosial artımlar edilir:

"Sosial müdafiə sistemindəki şəffaflığın, effektiv idarəetmənin tətbiqi nəticəsində bu istiqamətlər üzrə mütərəqqi yanaşmalar qeydə alınır. Bunlara əsaslanaraq, ilin sonunda müvafiq artımları gözləmək olar. Sözsüz ki, bu həm əhalinin sosial rifahının möhkəmlənməsinə, həm də iqtisadiyyatın müvafiq təkan almasına xidmət edir. Çünki sosial sahədəki artımlar əhalinin alıcılıq qabiliyyətinin qorunmasına, inkişaf etdirilməsinə xidmət edir ki, bu da öz növbəsində iqtisadiyyata təkan verir".

Elon Musk əmindir ki, Avropa İttifaqı aşağı doğum səviyyəsinə görə qaçılmaz olaraq demoqrafik böhranla üzləşəcək.Ölkə.Az...
07/09/2024

Elon Musk əmindir ki, Avropa İttifaqı aşağı doğum səviyyəsinə görə qaçılmaz olaraq demoqrafik böhranla üzləşəcək.

Ölkə.Az xəbər verir ki, bu barədə milyarder cümə axşamı X-də (keçmiş Twitter) yazıb.

“Doğum göstəriciləri kəskin şəkildə azalmağa davam edir. Demoqrafik kollaps (çöküş-red) qaçılmazdır”, - İlon Mask yazıb.

Milyarder bunu 2022-ci ildə Aİ-də 3,88 milyon uşağın doğulması ilə bağlı məlumatı şərh edərkən yazıb. O qeyd edib ki, bu da Aİ üçün çox aşağı göstəricidir.

Mask bundan əvvəl demoqrafik böhrana görə İtaliya, Fransa və Yaponiya mədəniyyətləri də daxil olmaqla bütöv xalqların yox ola biləcəyi barədə də fikirini səsləndirib.

Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qız...
07/09/2024

Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Ölkə.az-ın məlumatına görə, idmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib.

Aslanov 7,29 metr nəticə ilə çempion olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıbAzərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təş...
07/09/2024

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Ölkə.az-ın məlumatına görə, idmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib.

Aslanov 7,29 metr nəticə ilə çempion olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Address

Bakı şəhəri, Nərimanov Ray. , Nəcəf Nərimanov 5C
Baku

Telephone

+994772888890

Website

http://t.me/olkeaz

Alerts

Be the first to know and let us send you an email when Ölkə.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ölkə.az:

Videos

Share


Other News & Media Websites in Baku

Show All