Teleradio Akademiyası

Teleradio Akademiyası "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərir
© 14 İyun 2010

16/11/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyasında növbəti kurslar üçün seçim prosesi aktiv şəkildə davam edir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyasında növbəti kurslar üçün seçim prosesi aktiv şək...
15/11/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyasında növbəti kurslar üçün seçim prosesi aktiv şəkildə davam edir.

Bu gün televiziya jurnalistikası sahəsində inkişaf etmək istəyən daha 30 gənc müsahibə mərhələsində öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanıb. Onlar gələcək media kariyeraları üçün ilk addımlarını məhz bu seçim prosesində atırlar.

Qeyd edək ki, müsahibədən uğurla keçən və potensialı ilə seçilən namizədlər 3 ay nəzəri, ardınca isə 3 ay praktiki təlim proqramında iştirak edərək real media mühitində peşəkar təcrübə əldə edəcəklər.

14/11/2025

Teleradio Akademiyası növbəti seçimlərə başlayıb.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyası növbəti kurslar üçün seçim prosesinə start veri...
14/11/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyası növbəti kurslar üçün seçim prosesinə start verib. Məqsəd Teleradio jurnalistikası, rəqəmsal və vizual data jurnalistikası, media menecmenti, hekayə və kontentlərin yaradılması istiqamətində istedadlı gənclərin inkişaf etməsinə, bacarıqlarının ortaya çıxarılmasına dəstək olmaqdır. Eyni zamanda rejissorluq, operatorluq və montaj ixtisası ilə bağlı özünü sınamaq istəyənlər də bu kurslardan faydalanacaqlar.
İlk gün Teleradio jurnalistikası üzrə müraciət edən gənclər müsahibədə iştirak edir. Onların arasından seçilən ən istedadlı və bacarıqlılar 3 ay müddətində nəzəri və 3 ay praktik biliklərə yiyələnəcəklər.

07/10/2025

Diqqət!!!
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyasına növbəti qəbul başlayır.

Sənədlər oktyabrın 10-dan noyabrın 10-na kimi qəbul edilir:
Email: [email protected]
Əlaqə nömrəsi: +994 10 325 83 71

Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında tədris işləri üzrə p...
22/07/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında tədris işləri üzrə prorektor vəzifəsinə yeni təyinat.

Bu vəzifəni İctimai-siyasi Proqramlar Studiyasında şərhçi-ekspert kimi çalışan Mahmud Yaqub icra edəcək.

O, Bakı Dövlət Universitetinin kimya, beynəlxalq münasibətlər üzrə bakalavr, həmin universitetin SABAH qruplarının jurnalistika ixtisası üzrə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Beynəlxalq və yerli jurnallarda 10-dan çox elmi məqalənin müəllifi olan Mahmud Yaqub, jurnalistika ilə bağlı müxtəlif konqreslərdə məruzələrlə çıxış edib.

Bundan başqa, jurnalistika sahəsi üzrə ABŞ-nin Yel Universiteti (Yale University), Pensilvaniya Universiteti (University of Pennsylvania), Kaliforniya Universiteti (University of California), Dük Universiteti (Duke University) və bir çox beynəlxalq universitetlərin kurslarını müvəffəqiyyətlə bitirərək sertifikatlar əldə edib.
Hazırda Bahçeşehir Kıbrıs Universitesinin doktorantıdır.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında rektor vəzifəsinə ye...
18/07/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında rektor vəzifəsinə yeni təyinat.

Artıq bu vəzifəni əvvəllər akademiyada prorektor kimi çalışan Nəsibova Almaz Mahmud qızı icra edəcək.

Qeyd edək ki, filologiya üzrə fəsəfə doktoru Almaz Mahmud 20-dən çox məqalə və kitabın müəllifidir.

24/05/2025
Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının 6 aylıq...
23/05/2025

Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının 6 aylıq kurslarını uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunub. Tədbirdə QSC-nin sədri Rövşən Məmmədov, sədr müavini Rafiq Həşimov, Akademiyanın rektoru Telli Pənahqızı, eləcə də təhsil mərkəzinin müəllim və tələbə heyəti iştirak edib.

Qeyd edək ki, 7-ci tədris ilini yekunlaşdıran Teleradio Akademiyasında son 6 il ərzində 440 müdavim təhsil alıb. Onlardan 345-nə sertifikat təqdim edilib və 45-dən çox müdavim AzTV-də fəaliyyət göstərir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında imtahan keçirili...
22/04/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında imtahan keçirilib.

Teleradio Akademiyasında 6 aylıq tədris-təcrübə kursu proqramını başa vuran tələbələr yekun imtahanında mənimsədikləri təlim və keçdikləri təcrübədən qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.

Akademiyanın təcrübəli müəllimlərindən və yüksək ixtisaslı mütəxəssislərindən dərs alan gənclər 6 aylıq tədris və təcrübə prosesində televiziya və radio jurnalistikası, nitq mədəniyyəti, efir davranışı və peşəkar material hazırlığı üzrə həm nəzəri, həm də praktiki biliklər öyrəndiklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Teleradio Akademiyasının məqsədi media sahəsinə yeni nəfəs gətirəcək, peşəkar və bacarıqlı kadrların yetişdirilməsidir.

Address

Agdam

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125370223

Alerts

Be the first to know and let us send you an email when Teleradio Akademiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Teleradio Akademiyası:

Share

Category