Teleradio Akademiyası

Teleradio Akademiyası "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərir
© 14 İyun 2010

Azərbaycan Televiziya və Radio Verilişləri  QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının dinləyicisi Ayx...
31/01/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının dinləyicisi Ayxan Günel Fətiş qızı bir sıra tədbir və müsabiqələrdə uğurla iştirak edib.

O, Bakı Dövlət Universitetində Zəfər Günü ilə bağlı keçirilən sosial şəbəkədə "Zəfər Trendi” marafonunda fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib. Eyni zamanda, Vaqif Səmədoğlu Mərkəzi tərəfindən təşkil olunan “Vaqif Səmədoğlu "Şeyrinin qiraəti "müsabiqəsində iştirakına görə təşəkkürnamə alıb. Bundan əlavə, Medianın İnkişafı Agentliyi və "AzərCold"QSÇ-nın təşkilatçılığı ilə həyata keçirilən “Kreativ-Media Bakı” məzmun müsabiqəsində qalibi olub

Gənc dinləyicimizə gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor grupunu...
16/01/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor grupunun dinləyicisi İsmayılzade Samir Malik oğlu Akademiyada təhsil aldığı dövürdə "Qızıl Məşqçi”, “Spider Girl” və “Bədən Əsəri” sənədli filmlərin quruluşçu rejissoru,ssenaristi və operatoru olub.

Gənc müdavimizə böyük uğurlar qazanmasını diləyirik.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor dinləyi...
09/01/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor dinləyiciləri üç aylıq tədris prosesinin yekun hesabatını hazırlayıb.

Layihə çərçivəsində gənc rejissorlar qısametrajlı filmlər çəkərək öz yaradıcılıq potensiallarını nümayiş edəcəklər.

Layihənin rəhbərləri Almas Hüseynova və Nazim Məmmədovdur.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor qrupunu...
06/01/2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rejissor qrupunun dinləyicisi Pircanova Xəyalə Rayət qızı “Oleqma” və “Talya” filmlərinin quruluşcu rejissoru olaraq sənədli filmlər və tematik reportajlar üzərində çalışıb, “Onun gözündə qar”, “Özümə qayıdıram” filmləri isə Cinemoff festivalında finala çıxıb.
Gənc rejissorumuza gələcək yaradıcılığında uğurlar diləyirik.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müxbir, redaktor...
28/12/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müxbir, redaktor və radio qrupunun dinləyiciləri "44 günlük Vətən müharibəsi ədəbiyyətımızda" adlı əbədi -bədii eyni zamanda kulturoloji layihəni həyata keçirib.

Layihədə televiziyanın tanınmış simaları iştirak edib. Layihənin rəhbəri ,yazıçı-publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü, media eksperti Natavan Dəmirçioğludur.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında təhsil alan müda...
12/12/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında təhsil alan müdavimlərdən biri də Əzizəxanım Kazımovadır. Tədrisdə yaxşı göstəriciləri ilə seçilən Əzizxanım Gənclər və İdman Nazirliyinin İncəsənət Universiteti ilə birgə təşkil etdiyi kreativ gənclər düşərgəsində aparıcı və ifaçı kimi fərqlənərək, həmçinin, Füzuli şəhərinin 530 illiyinə həsr olunmuş tədbirdə qiraətçi kimi çıxış edərək xüsusi mükafatla təltif olunub. İki dəfə Gənc Qiraətçilərin Ümumi Respublika müsabiqəsinin qalibi olan Əzizxanım Kazımovaya peşəkar yaradıcılığında uğurlar arzulayırıq.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Kiçik hekayələr...
11/12/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Kiçik hekayələr” müsabiqəsi təşkil olunub.
Müsabiqə çərçivəsində tələbələr öz hekayələrini oxuyaraq münsiflər heyətinə nümayiş etdiriblər, iştirakçı dinləyicilərə müxtəlif hədiyyələr təqdim olunub.
Tədbirin sonunda QSC-nin sədri Rövşən Məmmədov müdavimlərin professional fəaliyyətini maraqla izlədiyini bildirərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, layihənin rəhbəri Əməkdar artist Sevda Ağazadədir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında media və dövlət ...
09/12/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında media və dövlət qurumları arasında effektiv kommunikasiyanın qurulması, ixtisaslaşmış jurnalistika mövzusunda dərs keçirilib.

Peşəkar jurnalist və kommunikasiya üzrə mütəxəssis Namiq Mailov Teleradio Akademiyasının tələbələrinə kommunikasiyanın qurulması prosesindən, alətlərdən necə istifadə olunmasından, eləcə də dövlət qurumları ilə əməkdaşlıq zamanı tələb olunan əsas məqamlardan danışıb.

O, həmçinin ixtisaslaşmış jurnalistikanın peşəkar mühitə verdiyi töhfələri də dinləyicilərin diqqətinə çatdırıb.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müxbir, redaktor...
05/12/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müxbir, redaktor və radio qrupunun dinləyiciləri “44 günlük Vətən Müharibəsi ədəbiyyatımızda” adlı ədəbi-bədii eyni zamanda kulturoloji bir layihə hazırlayırlar. Layihənin rəhbəri yazıçı-publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü, media eksperti Natavan Dəmirçioğludur.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müxbir qrupunda ...
04/12/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müxbir qrupunda təhsil alan tələbə Abbasov Samir Rahim oğlu “Zəngilan rayonu və kəndləri, Füzuli və kəndləri” mövzusuna həsr edilmiş mətnlər hazırlamışdır.
Azərbaycanın azad edilmiş torpaqlarını və onların tarixi əhəmiyyətini dünyaya tanıtmaq istiqamətində yazılmış bu məqalələr Beynəlxalq radioda da səsləndirilərək geniş auditoriyaya çatdırılıb.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müdavimi Ruslan ...
27/11/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının müdavimi Ruslan Qasımov müxbir ixtisası üzrə təhsil alır. Prezident təqaüdçüsü olan gənc jurnalist, 70-dən çox mükafata layiq görülüb. Onun məqalələri BMT-nin rəsmi saytında dərc edilib. İctimai-siyasi tədbirlərdə fəal iştirakı ilə seçilən Ruslan Qasımova peşəkar yaradıcılığında uğurlar arzu edirik.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin  nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında maraqlı təşəbbü...
26/11/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında maraqlı təşəbbüs həyata keçiriləcək. Akademiyanın müxbir, redaktor, radio ixtisasları üzrə təhsil alan müdavimləri “ Kiçik hekayələr” adlı müsabiqəyə hazırlıq görürlər.
Müsabiqə tələbələrin 2 ay ərzində qazandıqları biliklərin hesabatıdır.
Layihənin rəhbəri Əməkdar artist Sevda Ağazadədir.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında Milli Qvardiyanın əm...
25/11/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında Milli Qvardiyanın əməkdaşları oktyabr ayından nitq mədəniyyətindən təlimlərə başlayıblar.

Tanınmış aparıcılar Milli Qvardiya əməkdaşları ilə öz təcrübələrini bölüşüblər.

Tanınmış filosof, sosioloq, pedaqoq və fəlsəfə elmləri doktoru Mail Yaqub Azərbaycan Televiziya və Radio Verilişləri QSC...
22/11/2024

Tanınmış filosof, sosioloq, pedaqoq və fəlsəfə elmləri doktoru Mail Yaqub Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında dinləyicilərlə görüş keçirib. Görüş zamanı Mayıl Yaqub jurnalistikanın sosioloji və psixoloji aspektləri mövzusunda çıxış edib, tədbirin sonunda isə tələbələrin suallarını cavablandırıb.

05/11/2024

COP29-la bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Təbiət və mən” adlı foto ekspozisiya təqdim edilib. Layihə rəhbəri Hüseyn Hüseynov olan sərgi haqqında Mədəniyyət TV-də yayımlanan “Səhərçağı” verilişində süjet hazırlanıb.

Bakının ev sahibliyi edəcəyi COP29-la bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstər...
01/11/2024

Bakının ev sahibliyi edəcəyi COP29-la bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında montaj və operator müdavimləri “Təbiət və mən” adlı foto ekspozisiyanı təqdim edib. Fotosərgidə təbiətdəki iqlim dəyişiklikləri tələbələrin gözü ilə nümayiş olunub. Layihə rəhbəri Hüseyn Hüseynov olan sərginin təqdimatı Teleradio Akademiyasında baş tutub.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında hazırda 37 tələb...
29/10/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında hazırda 37 tələbə təhsil alır. Onlar arasında yaradıcılığı ilə seçilən Pərviz Qurbanlı oxuculara “Ən gözəl darıxmaq bazar günüdür” adlı kitabını təqdim edib. Kitabda müəllifin həyata, sevgiyə, vətənə aid maraqlı şeirləri toplanıb.
Gənc şairə yaradıcılığında uğurlar arzulayırıq.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının tədris hissə müdiri ...
26/10/2024

Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının tədris hissə müdiri Sədaqət Məmmədova müdavimlərə ingilis dərsi zamanı Azərbaycanda keçiriləcək COP29 iqlim konfransının əhəmiyyətindən danışıb. O, müdavimlərə böyük həvəslə bu qlobal təşəbbüsə dəstək olmağı və biliklərini genişləndirməyi arzulayıb.

Address

Agdam

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125370223

Alerts

Be the first to know and let us send you an email when Teleradio Akademiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category