DigiMark

DigiMark SMM
Digital Marketinq
Video və foto çəkilişlər
Web Development
2D, 3D Animasiya
Mavi doğrulama nişanı

20/03/2024

Xalqımızı yaz nəfəsi olan Novruz bayramı münasibətilə təbrik edirik!❤️

Dəyərli qadınlarımızı hədiyyələr və güllər ilə sevindirilə bilərik lakin bəzən şəfa sözlərdədir.  Bir xoş söz belə digər...
08/03/2024

Dəyərli qadınlarımızı hədiyyələr və güllər ilə sevindirilə bilərik lakin bəzən şəfa sözlərdədir. Bir xoş söz belə digər bütün hədiyyələri əvəz edə bilər, bayramınız mübarək!❤️

14/02/2024
Seaportdan ofisinizə, təhsil müəssisələrinizə və iş yerlərinizə gələn dadlı nahar yeməkləri DigiMark komandası ilə rəqəm...
19/01/2024

Seaportdan ofisinizə, təhsil müəssisələrinizə və iş yerlərinizə gələn dadlı nahar yeməkləri DigiMark komandası ilə rəqəmsala daşındı!🥬

Sosial Media səhifələrinin konsept və stilistikasının qurulmasında, LinkedIn platformasında daha geniş auditoriyaya çatmaq üçün SeaPort komandası ilə gücümüzü biləşdirdik və uğurla işimizi təhvil verdik. Bizə etimadınız üçün təşəkkür edirik!🤝

Salam, LinkedIn!İllərdir yazıb yaradan, rəqəmsal aləm imkanlarını müxtəlif özəl və dövlət müəssisələri daxil olmaqla müx...
16/01/2024

Salam, LinkedIn!

İllərdir yazıb yaradan, rəqəmsal aləm imkanlarını müxtəlif özəl və dövlət müəssisələri daxil olmaqla müxtəlif profilli şəxslər üçün təmin edən komandamız artıq LinkedIndədir!

Bu hesabımızda istifadəçilərə öz xidmət və portfoliomuzu təqdim edəcəyik. Uzun illər bundan sonra da görüşünüzdə və ana səhifənizdə olmaq diləyi ilə! Bizi izlədiyiniz üçün təşəkkür edirik!❤️

Bugün dünyada milyonlarla şirkət və fərdi sahibkarlar marketinq və reklam hesabına dövr edir. Biz isə nəzər yetirək alış...
11/01/2024

Bugün dünyada milyonlarla şirkət və fərdi sahibkarlar marketinq və reklam hesabına dövr edir. Biz isə nəzər yetirək alışveriş və fərqli damaq zövqlərinə xitab edən restoranlarla dolu Bakı mollarına.🏫

Bugün molda alışveriş etmək və ac zamanlarınızda üz tutduğunuz mollarda gördüyünüz amma bəlkə də heç fikir vermədiyiniz faktları sizə təqdim edirik:

1. Hansısa alış-veriş mərkəzlərində və ya mollarda nəzərə çarpan bir saat görmüsünüzmü? Bunun olmama səbəbi sizin orda olarkən zamanın necə keçdiyindən xəbərsiz şəkildə özünüzü molun imkanlarına buraxmağınızdır. 🕧

2. Həmçinin, alış-veriş mərkəzlərinin qapalı olmasına heç fikir vermisiniz?
Adətən içəri günəş işığı girmir və interyer tam işıqlandırılmış formada dizayn edilib. Beləcə, siz gecə, yoxsa gündüz olduğunu bilməz, “Aa, hava qaralıb, tez çıxaq” deməzsiniz.🌃

3. Belə mərkəzlərin əksər geyim mağazalarında həmişə ritmik musiqi qoşurlar. Adətən, ritmik musiqi dinləyəndə işlərimizi daha tez, sürətli həll edirik. Bu metoddan istifadə edərək istəyirlər ki, mağazaya girib maksimum 10 dəqiqəyə bəyənib, qərar verib, alıb çıxasınız. Çox düşünməyəsiniz.👕

4.Bütün reklam və marka strategiyaları, əslində, ilk insana əsaslanaraq yaradılır. İlk insanlar vaxtilə çox böyük qıtlıq və həyatda qala bilməmək qorxusu ilə yaşayıblar. Bu qorxu onlardan bizə ötürülən bir şeydir. Yenə belə qıtlığın içinə düşməyi istəmərik. Markalar da bu psixologiyadan çox yaxşı istifadə edirlər. Hansısa mağazaya girib “Son 1 gün”, “Tələsin! Məhdud saydadır” ifadələrini görmüsünüz? Bunlar da qıtlıq psixologiyasına nümunədir. Bugün bəyəndiyiniz məhsulu almaq üçün 2 həftə sonra alacağınız maaşı gözləyirsinizsə, mağazalar onu indi alasınız deyə 2 həftə sonra o məhsul qalsa belə onu yığışdırırlar. Beləliklə bəzən molların və mağazaların bugün və indi satmaq üçün müxtəlif strategiyalarının qurbanı ola bilirik. 📣

Araşdırma üçün «SMM 3» qrupumuzun tələbəsi Bəyaza təşəkkür edirik!🫶

08/01/2024

Embawood ilə start verdiyimiz əməkdaşlıq xəbərini sizinlə bölüşməkdən qürur duyuruq!🤩

Artıq uzun müddət Embawood-un rəsmi TikTok səhifəsində hazırladığımız kontentlə görüşünüzə gələcəyik!🛋️

31/12/2023

Qarşıladığımız yeni ildə sahəmizin daha da abadlaşmasını, hazırladığımız tələbələrin və portfoliomuzda yer alan müştərilərin bu sahədə seçilməsini arzu edirik.

Hərkəsə həmrəy və uğurlu bir il arzu edirik!❤️

30/12/2023

4-cü ilimiz uğurlu gəlsin!🥳

25/12/2023

3-cü ilimizi tamamlayıb 4-cü ilimizə qədəm qoyuruq!🥂

Yeni ilin yeni yaşımızda yeni uğurlarla gəlməsini arzu edirik. 100-ə yaxın müştərimizə xidmət göstərməkdən qürurlu olduğumuzu bildirir və marketinq aləmində yeni cığır açacağımıza inanırıq.

Bizi izlədiyiniz üçün təşəkkür edirik!🫧

Uzun zamandır üzərində çalışdığımız “Praktiki PR təlimi” proqramımız artıq aktivdir!📢İş adamları, PR sahəsində özünü sın...
14/11/2023

Uzun zamandır üzərində çalışdığımız “Praktiki PR təlimi” proqramımız artıq aktivdir!📢

İş adamları, PR sahəsində özünü sınamaq istəyənlər, PR bilgilərini təkmilləşdirmək istəyən hərkəs üçün ilk olan əməkdaşlığa imza atdıq! Artıq Nəsimi Paşayev və başqa PR ekspertlərinin də iştirakı ilə keçirilən təlimimiz qarşınızdadır!

Əsas mövzular aşağıdakılardır:

-PR-ın mahiyyəti, vəzifələri, prinsipləri;
-Böhran kommunikasiyası;
-PR strategiyasının hazırlanması;
KİV-lərlə əlaqələrin idarəedilməsi;
-PR kampaniyaların təşkili və idarəedilməsi;
-Press konfrasların təşkili və keçirilməsi;
-PR yoxsa reklam?;
-Press relislərin hazırlanması;
-KİV-lərə məlumat axınının yaradılması;
-Jurnalistlər üçün tədbir və brifinqlərin təşkili;
-Şirkət rəhbərinin imicinin idarəedilməsi

08/11/2023

PR təlimlərinə qeydiyyat başladı!

PR sahəsində karyera qurmaq və yaxud bu sahədə olub bilik və bacarıqlarını artırmaq istəyən şəxslər, bu təlim sizin üçündür. Təlim ölkə üzrə tanınmış PR mütəxəssislərindən olan Nəsimi Paşayev tərəfindən tədris olunacaq. Qeyd edək ki, təlimlər praktiki üsulla tədris edilir. Bundan əlavə ölkənin bir neçə tanınmış PR mütəxəssisləri də təlimlərdə iştirak edəcək.

Ətraflı məlumat üçün rəy bölümünə “+” yazmağınız kifayətdir. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçməyə tələsin!

Təlim keçiriləcək ünvan: Ağ şəhər, Hünər Group
Son qeydiyyat: 25 noyabr

26/10/2023

Dərslərimizlə bağlı isə:

“SMM strategiyasının yaradılması” dərs proqramımız 12 dərs + simulyasiya + 4 praktiki dərsdən ibarətdir.

📌Dərslərimizin ilk yarısı:
-SMM, PR, Marketinq barədə anlayışları fərqləndirə bilmək;
-sosial media platformaları üzrə kontentin yaradılması;
-bir sosial media menecerinin müştəri görüşünə hazırlıq prosesi;
-real müştəri görüşü simulyasiyası;
-Reels, TikTok çəkilişləri üçün təcrübi dərs;
-marketinq mühitinə hazırlıq;

📌İkinci yarısı:
-Reklam anlayışları;
-Bütün sosial media platformaları üzrə reklam qoyulması;
-Reklamların tələbələr tərəfindən səhifələrdə qoyulması və hesabatı.

🧰Dərs sonunda:
•Sertifikatla təminat;
•Portfolio və cv üçün əlinizdə real işlər olacaq.

Qiymət endirimlə: 150 AZN

Artıq bir neçə aydır ki, Micro Group MMC daxilində olan şirkətlərinin sosial media hesablarını bizə əmanət etmişdir.🤝Ele...
24/10/2023

Artıq bir neçə aydır ki, Micro Group MMC daxilində olan şirkətlərinin sosial media hesablarını bizə əmanət etmişdir.🤝

Electronics sahəsinin seçilənlərindən, logistika sahəsində sürətlilərindən və ən əsası keyfiyyətdə üstün məhsullara sahib olan Micro Group şirkətlərinin Sosial mediadakı reklamlarını necə rəngləndirdiyimizə baxın.

Sosial media idarəedilməsindən tutmuş fotosessiya və çəkilişilərinə kimi biz yaradıcılıqda heç bir məhdudiyyət tanımırıq!📸

Fərqlilik və kreativlik axtarırsınızsa, DigiMark sizinlədir!✨

Saytımızı ziyarət etmisiniz?🤔Saytımızla tanış olmağınız üçün xeyli səbəblərimiz var. Öz tarixçəmizi, xidmətlərimizi, por...
30/09/2023

Saytımızı ziyarət etmisiniz?🤔

Saytımızla tanış olmağınız üçün xeyli səbəblərimiz var. Öz tarixçəmizi, xidmətlərimizi, portfoliomuzu bölüşdüyümüz saytda həmçinin sizi maraqlı məqalələr də gözləyir. Markdan Elona, müştərilərdən marketoloqlara, yerli bazardan Kanadaya fırlanıb gələn kontentlərimizə göz gəzdirməyinizi məsləhət görürük.👀

🌐www.digimarkagency.az

23/09/2023

Göygöl Futbol Klubu haqqında Araz Mansurov danışır!

Göygöl FK-nun baş məşqçisi Araz Mansurovun dilindən klubun yaranma və inkişaf tarixi barədə hazırladığımız video-müsahibəni sizin üçün təqdim edirik. Klubla marketinq xidmətləri çərçivəsində olan əməkdaşlığımız artıq doğmalığa çevrilib və onlardan gələn hər qələbə sədası bizi çox sevindirir. Araz bəyə və komandaya öz fəaliyyətlərində bol uğurlar arzu edirik!🌟

Həmçinin qeyd etmək istərdik ki, DigiMark komandası olaraq Goygol FK komandası ilə bir neçə ay öncə yerli futbol tarixində bir ilkə imza atmışıq. Yaratdığımız “Crowdfunding” sistemi ilə kluba öz ianələrinizlə də dəstək ola bilərsiniz.
Qələbə daim sizinlə olsun, Göygöl FK!✊

21/09/2023

DigiMarkın hər günü rənglidir!✨

Komandamızın həm iş, həm asudə vaxtları dinamik və rəngarəngdir. İcazə verin bu rənglərdən bura da sıçradaq!🌟

14/09/2023

Partnyorumuz Bio Organic-i təmsilən Naxçıvan MR-da keçirilən Agro Fest 2023-də biz də iştirak etdik. Festival haqqında daha ətraflı vlogda bölüşmüşük.

Diqqətiniz üçün öncədən təşəkkür edirik!

Digimark komandasının rəhbəri, sevimli bossumuz  xanımın ad gününü təbrik edirik!Yeni yaşınızda birgə daha böyük addımla...
22/08/2023

Digimark komandasının rəhbəri, sevimli bossumuz xanımın ad gününü təbrik edirik!

Yeni yaşınızda birgə daha böyük addımlara, uğurlara, yeniliklərə, əyləncələrə imza ataq✨

Təməli 22 iyul, 1875-ci ildə “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuatımızın bugün 148-ci yaşı tamam olur. Milli mətbuat...
22/07/2023

Təməli 22 iyul, 1875-ci ildə “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuatımızın bugün 148-ci yaşı tamam olur.

Milli mətbuat günü münasibətilə bütün qələm əhlini təbrik edirik!🖋️⌨️

Gündəmi zəbt edən Threads haqqında 4 maraqlı faktı sizə təqdim edirik!
18/07/2023

Gündəmi zəbt edən Threads haqqında 4 maraqlı faktı sizə təqdim edirik!

Bugün ofisimizin sosial media mütəxəssisi, çəkilişlərimizin və kontentlərimizin göyqurşağı Aydanın ad günüdür. Bu gün hə...
17/07/2023

Bugün ofisimizin sosial media mütəxəssisi, çəkilişlərimizin və kontentlərimizin göyqurşağı Aydanın ad günüdür. Bu gün həm də emoji günü kimi qeyd olunduğu üçün biz də Aydanı yerli anti kəm göz emojisi ilə paylaşmaq istədik!

Daha uğurlu və gözəl illərə, Aydan!

Əməkdaşlıqlarımız günü gündən çiçəklənir deyəndə bunu nəzərdə tuturduq!🌾Artıq 3 aya yaxındır əməkdaşlıq etdiyimiz Bio Or...
10/07/2023

Əməkdaşlıqlarımız günü gündən çiçəklənir deyəndə bunu nəzərdə tuturduq!🌾

Artıq 3 aya yaxındır əməkdaşlıq etdiyimiz Bio Organic təbii gübrə istehsalı ilə işləməkdən zövq duyuruq. Brend üçün hazırlanan sosial media strategiyası hazırda şirkətə öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı zəhmətkeşlərinin əlindən tutan bu vasitə üçün hazırda individual vebsayt da hazırlanmaqdadır.

Etimadınız üçün təşəkkür edirik!🤝

05/07/2023

Müdirini sevənlər “+” atın görək neçə nəfərik🤪

Dünya müsəlmanlarının müqəddəs bayramı olan Qurban Bayramı münasibəti ilə millətimizi təbrik edir, onlara cansağlığı, bo...
28/06/2023

Dünya müsəlmanlarının müqəddəs bayramı olan Qurban Bayramı münasibəti ilə millətimizi təbrik edir, onlara cansağlığı, bol ruzi-bərəkət və xoşbəxtlik arzu edirik!🐏

SMM Meneceri olmaq üçün axtardığın dərs proqramı buradadır!🤩Fərqimiz təcrübəyə köklənən, ölkədə ilk olaraq simulyasiyala...
24/06/2023

SMM Meneceri olmaq üçün axtardığın dərs proqramı buradadır!🤩

Fərqimiz təcrübəyə köklənən, ölkədə ilk olaraq simulyasiyalarla tədris olunan, real müştərilər üzərində çalışmaq imkanı ilə hazırladığımız bu dərs proqramı endirimli təkliflə sizin üçündür.
-Dərslərimiz SMM olmaq istəyən;
-SMM olaraq çalışan və özünü inkişaf etdirmək istəyən;
-Kiçik bizneslə məşğul olan insanlar;
-Həmçinin müəssisə rəhbərləri və idarəetmə üzvləri olan hərkəs üçündür.

Biz kurs olaraq deyil, agentlik olaraq sizə hazırladığımız dərs proqramını təqdim edirik. Dərslərimizdə nəzəriyyədə tədris olunanlar agentliyin müştəriləri üzərində sizə təcrübə ilə ötürülür, real müştərilərlə aranızda görüş təşkil edilir, Reels və TikTok kontentlərini təcrübi çəkilişlərlə öyrənirsiniz.

Əlavə suallarınızı cavablamaq üçün operativ komanda yaradılıb və xidmətinizdədir. Peşəkar olmaq növbəsi indi sizdədir!

Biz aparıcı yük maşını ehtiyat hissələri mağazası ilə tərəfdaşlığımızı elan etməkdən qürur duyuruq! Yüksək keyfiyyətli y...
05/06/2023

Biz aparıcı yük maşını ehtiyat hissələri mağazası ilə tərəfdaşlığımızı elan etməkdən qürur duyuruq!

Yüksək keyfiyyətli yük maşını ehtiyat hissələri ilə birləşən kreativ reklamın gücünün şahidi olmağa hazırlaşın!😎

Hər işi görmək olar amma həzz alaraq o işi görmək başqadır.🫠Healthfit crosstraining centerdə bu silsilədən olan işlər sı...
20/05/2023

Hər işi görmək olar amma həzz alaraq o işi görmək başqadır.🫠

Healthfit crosstraining centerdə bu silsilədən olan işlər sırasındadır.1-il ərzində sosial media marketinq strategiyasının hazırlanması, tərkib hissəsi olan reklam kampaniyalarını idarə edilməsi, targetinq, kreativ dizaynlar, ən əsası isə keyfiyyətli kontent qurulması kimi bütün işlər icra olunub.

Bu işlərin görülməsi mərkəzin müştəri bazasını artırmağa, bizi isə qürurlandırmağa əsas verib.✨

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when DigiMark posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DigiMark:

Videos

Share


Other Digital creator in Baku

Show All

You may also like