İMahammad Digital

İMahammad Digital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İMahammad Digital, Digital creator, Baku.

Biznes sahibləri niyə SEO-ya investisiya etməlidir?- Axtarışlardan gələn satışlar: Statistikaya görə, müştərilərin 68%-i...
25/11/2024

Biznes sahibləri niyə SEO-ya investisiya etməlidir?

- Axtarışlardan gələn satışlar: Statistikaya görə, müştərilərin 68%-i məhsul və ya xidmətləri almağa qərar verməzdən əvvəl Google-da araşdırma aparır. SEO olmadan bu müştəriləri rəqiblərinizə əldən verə bilərsiniz.

- Kliklərin böyük hissəsi ilk səhifədədir: Google axtarış nəticələrində birinci səhifə 95%-dən çox klik alır. İkinci səhifədə isə bu göstərici əhəmiyyətli dərəcədə azalır. Yəni, saytınız ilk səhifədə deyilsə, demək ki, müştərilər sizi görmür.

- ROI-nin (İnvestisiya gəliri) yüksəkliyi: SEO, uzunmüddətli effektivliyi ilə digər rəqəmsal marketinq kanallarına nisbətən daha yüksək gəlir gətirir. 60%-dən çox marketoloq SEO-nu ən yüksək ROI-yə malik marketinq strategiyası kimi qiymətləndirir.

- Mobil axtarışın gücü: Mobil cihazlar vasitəsilə edilən axtarışlar, ümumi axtarışların 60%-dən çoxunu təşkil edir. Mobil dostu SEO strategiyası ilə müştərilərinizin alış qərarlarını asanlıqla təsir edə bilərsiniz.

- Rəqibləriniz hərəkətə keçib: Rəqiblərinizin 50%-dən çoxu artıq SEO-ya sərmayə qoyur. Yəqin ki, siz də bu yarışda geri qalmaq istəməzsiniz.

Vacib qeyd: SEO sadəcə bir xərc deyil, biznesinizin böyüməsi üçün strateji bir sərmayədir. Müştəriləriniz sizi onlayn tapmazsa, rəqiblərinizi seçəcək. İndi hərəkətə keçin və SEO vasitəsilə biznesinizi gələcəyə daşıyın!

Belədəki, bilirsiz də, SEO xidməti lazım olsa buralardayam!

Axtarış nəticələrində rəqibləri geridə buraxmaq üçün SEO taktikaları!SEO dünyasında rəqabət çox böyükdür və bu rəqabətdə...
16/10/2024

Axtarış nəticələrində rəqibləri geridə buraxmaq üçün SEO taktikaları!

SEO dünyasında rəqabət çox böyükdür və bu rəqabətdə irəlidə olmaq üçün düzgün strategiyalardan istifadə vacibdir. Veb saytınızın Google və digər axtarış sistemlərində daha yuxarı sıralarda yer alması üçün müasir SEO texnikalarını tətbiq etmək lazımdır. Bu yazıda, rəqiblərinizi geridə buraxmaq üçün istifadə edə biləcəyiniz bir neçə əsas SEO taktikasını paylaşacağam.

1. Açar söz araşdırması və strategiyası

Rəqiblərinizin hansı açar sözlərdən istifadə etdiyini öyrənmək və daha yaxşı açar sözlər seçmək çox vacibdir. Bunun üçün müxtəlif açar söz araşdırma alətlərindən istifadə edə bilərsiniz. Hədəf kütləniz üçün ən uyğun və yüksək dəyərə sahib açar sözləri tapın və onları məzmununuza düzgün inteqrasiya edin. Uzun quyruqlu açar sözlər (long-tail keywords) rəqabətdə daha asanlıqla irəliləmənizi təmin edəcək.

2. Keyfiyyətli və orijinal məzmun yaratmaq

SEO-nun ən vacib amillərindən biri keyfiyyətli və istifadəçi üçün faydalı məzmun yaratmaqdır. Məzmununuz oxucular üçün informativ, maraqlı və orijinal olmalıdır. Axtarış motorları təkrarlanan və ya aşağı keyfiyyətli məzmunu sevmir, buna görə də məzmununuzu daim yeniləməli və istifadəçilərin suallarını cavablandıran dəyərli məlumatlar təqdim etməlisiniz.

3. Texniki SEO-nu yaxşılaşdırmaq

Saytınızın texniki SEO aspektləri də böyük əhəmiyyət daşıyır. Sürətli yükləmə vaxtı, mobil uyğunluq, düzgün URL strukturu və sitemap kimi texniki aspektlər axtarış sistemləri üçün əhəmiyyətlidir. Saytınızın texniki cəhətlərini optimallaşdırmaq həm istifadəçi təcrübəsini yaxşılaşdıracaq, həm də axtarış motorlarında daha yaxşı indeksləşməyə kömək edəcək.

4. Daxili və xarici link quruluşu (internal və external link)

Saytınızda daxili link quruluşu yaratmaq istifadəçilərin saytda daha uzun müddət qalmasına kömək edir və bu da SEO reytinqinizə müsbət təsir göstərir. Eyni zamanda, yüksək keyfiyyətli və etibarlı xarici saytlardan backlink almaq saytınızın axtarış sistemlərində daha güclü mövqe tutmasına kömək edəcək.

5. Rəqiblərin SEO analizi

Rəqiblərinizin hansı strategiyalardan istifadə etdiyini öyrənmək və onların zəif nöqtələrini tapmaq uğur qazanmaq üçün mühüm addımlardan biridir. Bunun üçün müxtəlif analiz alətlərindən istifadə edərək rəqiblərin backlink profilini, açar sözləri və məzmun strategiyalarını araşdırın. Bu məlumatlar sayəsində onların zəif nöqtələrini görərək öz strategiyanızı daha da gücləndirə bilərsiniz.

6. Mobil uyğunluq və istifadəçi təcrübəsi

Mobil cihazlardan axtarış edən istifadəçilərin sayı sürətlə artır. Buna görə də, saytınızın mobil uyğunluğu çox vacibdir. Mobil uyğunluq olmayan bir sayt həm istifadəçi təcrübəsi baxımından, həm də SEO sıralaması baxımından böyük zərər görür. Saytınızın həm sürətli, həm də mobil dostu olduğuna əmin olun.

Bu taktikalardan istifadə etməklə rəqiblərinizə üstünlük qazana bilərsiniz. SEO davamlı inkişaf edən bir sahədir və uğurlu olmaq üçün strategiyalarınızı mütəmadi olaraq yeniləməlisiniz.

Veb saytınızı SEO etmək istəyirsinizsə, bunları diqqətdə saxlayın:- SEO zaman alır- SEO-nun büdcəyə ehtiyacı var - Googl...
02/10/2024

Veb saytınızı SEO etmək istəyirsinizsə, bunları diqqətdə saxlayın:
- SEO zaman alır
- SEO-nun büdcəyə ehtiyacı var
- Google yaxşı dost deyil. Bir alqoritma ilə hər şeyi bərbad edə bilər
- SEO mütəxəssisləri sehrbaz deyil
- Bütün SEO çalışmalarını izləyə bilməzsiniz
- SEO tək başına əksər vaxt işə yaramır
- SEO mütəxəssisləri satış meneceri deyil
- SEO çalışmasının uğurlu olması üçün backlink almaq lazımdı (bu proses ayrıca büdcə tələb edir)
- Bəzən uğurlu SEO çalışması üçün saytı yenidən qurmaq lazım gəlir və s.

Hər şeyi SEO mütəxəssisindən gözləməyin... SEO - UX, dizayn, development və dönüşümlərdən sonra ikinci yerdədir. Qəbul e...
11/09/2024

Hər şeyi SEO mütəxəssisindən gözləməyin...

SEO - UX, dizayn, development və dönüşümlərdən sonra ikinci yerdədir. Qəbul etsək də, etməsək də bu reallıqdır.
Burada markaların narahat olması lazım olan ən kritik sahə SEO deyil. (nəticə olmayanda, əksər hallarda işi SEO mütəxəssisinin üzərinə atırlar)

Markaların veb saytlarının funksional olması lazımdır. Markalar, veb saytlarının və kontentlərinin istifadəçi dostu və diqqətçəkici olmasını istəyir. Bununla da istifadəçiləri öz veb saytlarına cəlb etmək istəyirlər. Onların veb-saytlarına daxil olduqdan sonra 2 saniyədən çox müddətə qalmaq üçün insanların kifayət qədər saytda olan məlumatlarla maraqlanmalarına ehtiyacı var...
Yəni, demək istəyirəm ki, veb saytınızın UX dizaynı bərbaddırsa və standartlara cavab vermirsə, saytın inkişafına, çoxlu trafik cəlb etməsinə kimsə yardımçı ola bilməz.

Buradakı dərs nədir? SEO mütəxəssisi olaraq saytı yaradacaq developer komandası ilə birlikdə və mehriban çalışmalıyıq. Veb sayt hazırlanmadan öncə ciddi bir araşdırma edilməli, SEO mütəxəssisi ilə məsləhətləşmələr aparılmalıdır ki, daha sonra ciddi problemlər yaşanmasın.

“SEO orqanik trafik gətirir, amma biznesimə müştəri qazandırmır” deyirsiniz?Gəlin bir az düşünək…Avtomobili yalnız yanac...
02/09/2024

“SEO orqanik trafik gətirir, amma biznesimə müştəri qazandırmır” deyirsiniz?

Gəlin bir az düşünək…
Avtomobili yalnız yanacaqla işlədə bilməzsiniz; mühərrikin işə düşməsi, təkərlərin fırlanması lazımdır. Eyni şəkildə, SEO-nu yalnız trafik çəkmək üçün bir vasitə kimi istifadə edə bilməzsiniz. SEO, ümumi marketinq strategiyanızın bir hissəsi olmalıdır.

Niyə?
Çünki SEO, marketinq çarxında dişli çarxdır. Təkəri çevirmək üçün digər dişlilərlə inteqrasiya edilməlidir. Yalnız SEO-dan istifadə təkərin dönməsini gözləməyə bənzəyir, lakin digər dişlilər olmadan bu mümkün deyil.

SEO-nun işinizi böyütməsi üçün nə etməlisiniz?

1. Satış fokuslu kontent strategiyası
Məlumatlandırıcı məzmunlar önəmlidir, amma kifayət deyil. SEO məzmunlarınızın satışa yönəlmiş olması, yəni müştərinin alış qərarını stimullaşdırması vacibdir.
• Məhsul və ya xidmətləriniz üçün xüsusi açılış səhifələri yaradın.
• TOFU (Satış funnelinin üstü) əvəzinə MOFU (Satış funnelinin ortası) yönümlü məzmunlar hazırlayın.
Məsələn: "XYZ məhsulunun üstünlükləri" və ya "XYZ məhsulu ilə investisiya geri dönüşü necə artır?" kimi məzmunlar, potensial müştərilərinizi bir addım irəli aparacaq.

2. Dönüşüm fokuslu Lead Magnetlər
Trafiki sayta çəkmək işin yalnız bir hissəsidir; bu trafiki müştəriyə çevirmək daha önəmlidir. Bunun üçün bir lead magnet hazırlayın.
Məsələn, sektora xüsusi bir e-kitab, checklist və ya bələdçi hazırlayın. Bu resursu, ziyarətçilərinizin e-poçt ünvanları qarşılığında təklif edin. Əldə etdiyiniz bu e-poçt siyahısını, fərdi e-poçt kampaniyalarında istifadə edin.

3. Stratejik link strukturunun qurulması
Diqqət etmək lazımdır ki, linklər müştərini yönləndirmək funksiyasını da yerinə yetirir. Link çıxışlarınızı strateji bir şəkildə edin.
• Aşağı sıralarda qalan səhifələrə keyfiyyətli linklər əlavə edərək orqanik sıralamaları yaxşılaşdırın.
• Satışa yönəlmiş məzmunlarınıza link verərək, ziyarətçiləri alış prosesinin növbəti mərhələsinə yönəldin.
• Sosial sübut və ya referans səhifələrinə linklər əlavə edərək, ziyarətçilərin etibarını qazanın.
• Satış çağırışı olan linklərlə, birbaşa alış prosesini stimullaşdırın.

Nəticə olaraq, SEO-nun potensialını tam olaraq istifadə etmək, düzgün strategiya və hədəfləmə ilə mümkündür. SEO yalnız trafik gətirməklə kifayətlənməməli, həm də satışları artıran bir vasitə olmalıdır.

SEO strategiyası və SEO taktikası eyni şeydirmi?SEO sektorunda ən çox rast gəlinən yanlışlıqlardan biri SEO mütəxəssislə...
29/08/2024

SEO strategiyası və SEO taktikası eyni şeydirmi?

SEO sektorunda ən çox rast gəlinən yanlışlıqlardan biri SEO mütəxəssislərinin SEO taktikaları ilə SEO strategiyasını qarışdırmasıdır. Bir çox SEO mütəxəssisi müəyyən taktikaları tətbiq edərək uğurlu nəticələr əldə etdikdə, bunun bir strategiya olduğunu düşünə bilər. Lakin bu yanaşma, SEO-nun uzunmüddətli uğuru üçün yetərli və dəqiq deyil. Qısa da olsa SEO taktikaları və SEO strategiyası arasındakı fərqləri qeyd etmək istərdim.

SEO taktikaları nədir?
SEO taktikaları müəyyən bir məqsədə çatmaq üçün istifadə edilən qısa müddətli üsullardır. Məsələn:
• Açar söz optimizasiyası
• Backlink qurulması
• Meta etiketlərinin tənzimlənməsi
• Sayt sürətinin optimizasiyası
• Məzmun yenilənmələri və s.

Bu taktikalar SEO-nun əsas elementləridir və düzgün şəkildə tətbiq edildikdə tez nəticələr verə bilər. Ancaq bu taktikalar yalnız müəyyən bir problemi həll etmək və ya qısa müddətli bir hədəfə çatmaq üçün istifadə edilir. Taktikalar, adətən SEO mütəxəssislərinin gündəlik olaraq diqqət etdikləri vəzifələrdir.

SEO strategiyası nədir?
SEO strategiyası uzun müddətli məqsədlərə çatmaq üçün bir plan qurmaqdır. Strategiya bir sıra taktikaları əhatə edir, lakin bu taktikaların necə və nə üçün istifadə ediləcəyini müəyyən edir. Bir SEO strategiyası adətən bunları əhatə edir:
• Hədəf auditoriyanın müəyyən edilməsi: Hansı auditoriyaya çatmaq istədiyinizi müəyyən etmək.
• Rəqib analizi: Rəqiblərin nə etdiyini təhlil etmək və bu məlumatı strategiyanızı formalaşdırmaq üçün istifadə etmək.
• Məzmun planlaması: Hansı növ məzmunların hazırlanacağı, hansı tezliklə yayımlanacağı və hansı açar sözlərin hədəflənəcəyi.
• Performans ölçülərinin müəyyən edilməsi: Uğurun necə ölçüləcəyi və hansı KPI-ların izlənəcəyi.
• Uzunmüddətli planlama: Məqsədlərə çatmaq üçün hansı addımların atılacağı və bu addımların hansı zaman cədvəlinə uyğun olaraq həyata keçiriləcəyi.

Taktikalar və strategiya arasındakı fərqlər
SEO taktikləri ilə SEO strategiyası arasındakı əsas fərq vaxt və miqyas baxımından ortaya çıxır. Taktikalar qısa müddətli və spesifik vəzifələrdir; strategiya isə uzun müddətli bir yol xəritəsidir və ümumi məqsədlərə çatmağa yönəlib.
1. Miqyas: Taktikalar müəyyən bir sahəni hədəfləyərkən, strategiya bütün SEO prosesini əhatə edir.
2. Zaman Çərçivəsi: Taktikalar anlıq nəticələr verir, strategiya isə uzun müddətli uğuru hədəfləyir.
3. Məqsəd: Taktikalar gündəlik vəzifələri tamamlayır, strategiya isə ümumi məqsədlərə çatmağa çalışır.

Yekun olaraq SEO taktikaları bir strategiyanın tərkib hissəsi olmalı və strategiyaya xidmət etməlidir. SEO mütəxəssisləri yalnız taktikalara fokuslanaraq müvəqqəti uğurlar əldə edə bilərlər; lakin uzunmüddətli və davamlı uğur üçün güclü bir SEO strategiyası qurmaq olduqca vacibdir. SEO fəaliyyətlərinizdə həm taktikaların, həm də strategiyanın rolunu düzgün şəkildə anlayaraq daha təsirli və uğurlu nəticələr əldə edə bilərsiniz.

Çətin satış:"Mən sizin üçün ayda 1000 dollara SEO edəcəm."Asan satış:"Mən sizin veb saytınızı axtarış motorlarında sıral...
26/08/2024

Çətin satış:
"Mən sizin üçün ayda 1000 dollara SEO edəcəm."

Asan satış:
"Mən sizin veb saytınızı axtarış motorlarında sıralayacağam və (müəyyən zaman sonra) aylıq satışlarınızı ayda cəmi (xidmət haqqı) 1000 dollara 10.000$+ artıracağam."

Xüsusiyyətlər üzərində üstünlüklər...
Unutmayın: İnsanlar məhsul deyil, nəticələri satın alırlar...

Bu arada sual verilə bilər. Satışa necə zəmanət verirsiniz?
1. Müştəriləri seçməklə (ciddi araşdırma tələb edir)
2. Məqsədə çatmaq üçün lazım olanları müəyyən etməklə (düzgün strategiya və marketinq planı olmalıdır)
3. Xidmətinizi təkmilləşdirməklə

Uzun sözün qısası, SEO xidməti zamanı şirkət SEO ilə yanaşı digər tələbləri də icra etməlidir.

Məzmun yalnız axtarış motorları üçün deyil, insanlar üçündürAxtarış motorları üçün optimizasiya etmək və potansial müştə...
24/08/2024

Məzmun yalnız axtarış motorları üçün deyil, insanlar üçündür

Axtarış motorları üçün optimizasiya etmək və potansial müştəri əldə etmək asandır. Bəs biz bu prosesdə ən vacib elementi unutmuşuqmu?

Keyfiyyətli məzmun real dəyəri təqdim etməkdir. Maarifləndirmək, məlumatlandırmaq və auditoriya ilə etimad təməli yaratmaqdir.

Biz bilirik ki, hər bir potensial müştəri hazırda almağa hazır deyil; əldə olan datalar təxminən 95%-nin bazarda aktiv olmadığını göstərir. Bununla belə, onlar öyrənmək və aktual qalmaq istəyirlər. Məzmununuz onlara kömək edən bir mənbə olmalıdır, buna görə də markanız bazarda etibarlı bir şəkildə mövqelənməlidir. Onlar nəhayət alış qərarı verməyə hazır olduqda, ağıllarına gələn ilk ad siz olacaqsınız.

Bəli, axtarış sisteminin optimallaşdırılması məzmunun aşkar edilməsi üçün vacibdir, lakin bu, yalnız başlanğıcdır. Əsas məqsəd həqiqətən faydalı məlumat verməkdir. Sırf boşluğu doldurmaq üçün eyni təkrarlanan fikirləri təklif etmək sizi fərqləndirməyəcək. Bunun əvəzinə, həqiqətən vacib olan fikir və biliklərin çatdırılmasına diqqət yetirin.

Əgər backlink yaratmaq istəyirsinizsə, Rəqəmsal PR həqiqətən oyun dəyişdirici ola bilər. Ancaq bu sahəyə daxil olmaq ist...
23/08/2024

Əgər backlink yaratmaq istəyirsinizsə, Rəqəmsal PR həqiqətən oyun dəyişdirici ola bilər. Ancaq bu sahəyə daxil olmaq istəyirsinizsə, ciddi büdcə ayırmağa hazır olmalısınız. Böyük xərclər etməyi planlaşdırmırsınızsa, bu strategiyanı tamamilə görməməzlikdən gəlmək daha məntiqli ola bilər.

Yeni başlayanlar üçün, keçid əlavələri və qonaq yazıları kimi daha sərfəli üsullarla imkanlarınızı artırmaq yaxşı bir fikir ola bilər. Bu üsullar SEO strategiyanızın təməl daşlarını təşkil edir və axtarış motorlarında daha yaxşı reytinqlər əldə etməyə kömək edir. Bu mərhələdə, hətta kiçik investisiyalarla da artan ROI (İnvestisiya gəliri) görə bilərsiniz.

Bununla belə, ROI-nin müsbət nəticələr verməyə başladığını görəndə, Rəqəmsal PR kimi daha böyük və daha təsirli strategiyalara sərmayə qoymağı düşünə bilərsiniz. Bu, yalnız qısa müddətdə deyil, həm də uzunmüddətli perspektivdə brendinizin bilinirliyini artıraraq daimi nəticələr əldə etməyə imkan verir. Böyük xərcləri əsaslandıra biləcəyiniz bir nöqtəyə çatdıqdan sonra Rəqəmsal PR strategiyanızı genişləndirmək və daha geniş auditoriyaya çatmaq üçün lazım olan resursları ayırmağın mənası var.

Unutmayın ki, SEO-da uğur doğru zamanda doğru strategiyaların həyata keçirilməsindən gəlir. Kiçik başlayın, gəlirləri təhlil edin və sonra büdcənizi daha böyük hərəkətlər üçün istifadə edin. Bu balanslaşdırılmış yanaşma uzunmüddətli perspektivdə daha möhkəm backlink profili və avtoritet yaratmağa imkan verir.

Heç kim xatırlamayacaq: - Açar söz, rəqib analizinə sərf etdiyiniz saatları - Kontent yaradarkən çəkdiyiniz əziyyəti  - ...
23/08/2024

Heç kim xatırlamayacaq:

- Açar söz, rəqib analizinə sərf etdiyiniz saatları
- Kontent yaradarkən çəkdiyiniz əziyyəti
- Backlink yaratma prosesində yaşadığınız stressi
- Texniki problemləri aradan qaldırarkən qarşılaşdığınız çətinlikləri

Ancaq xatırlayacaqlar:

- Günlərlə davam edən çalışmanın nəticəsində orqanik trafiki 150% artıran blog yazılarını
- Aşağı keyfiyyətli backlinklərin SEO performansını necə məhv etdiyini
- Saytın sürətini artırmaq üçün təklif etdiyiniz, aylarla diqqətdən kənarda qalan təkmilləşdirmələrin nəhayət həyata keçirilib və səhifənin yüklənmə müddətinin 3 saniyədən 1 saniyəyə qədər azalmasını
- Saytın strukturunu düzəltmək üçün etdiyiniz təkliflərin rədd edilməsi və nəticədə reytinqlərdə dramatik enişin baş verməsini
- Rəqibinizin təhlilinə əsaslanaraq təklif etdiyiniz strategiyaların həyata keçirilməməsi nəticəsində böyük imkanların əldən verilməsini və s.

SEO təkcə texniki biliklər və strategiyalarla bağlı bir məsələ deyil. Bu sahədə çalışarkən qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması üçün göstərilən səylər ən az nəticələr qədər önəmlidir. Beləliklə, bəlkə də heç kim nə qədər çalışdığınızı xatırlamayacaq, amma hər kəs işinizin nəticəsini xatırlayacaq.

SEO layihələrinin uğursuz olmasının bir çox səbəbi var və bu səbəblər layihənin hər mərhələsində baş verə bilər. SEO dün...
22/08/2024

SEO layihələrinin uğursuz olmasının bir çox səbəbi var və bu səbəblər layihənin hər mərhələsində baş verə bilər. SEO dünyasında uğur hekayələri tez-tez danışılsa da, bu uğurların arxasında daha çox uğursuzluq hekayələri var. Bu uğursuzluqların əsas səbəbləri bunlardır:

📌Qeyri-kafi büdcə: SEO uzunmüddətli və strateji investisiyadır. Bununla belə, layihəyə ayrılan büdcənin kifayət qədər olmaması lazımi resursların təmin edilməməsinə və buna görə də layihənin uğursuzluğuna səbəb ola bilər.

📌Yanlış gözləntilər: SEO prosesi vaxt aparır və daimi səy tələb edir. Brendlər tez nəticə gözləyərək səbirsizlik göstərdikdə bu prosesin təbii gedişatını pozurlar.

📌Səhv strategiya: Hər sektor və hər bir rəqib fərqlidir. Düzgün SEO strategiyası yaradılmasa, brendin sektorda rəqabət qabiliyyəti zəifləyəcək və hədəflənən nəticələr əldə etmək mümükün olmayacaq.

📌Kənar müdaxilə və nəzarət problemləri: Əgər brendlər SEO mütəxəssislərinə etibar etmirlərsə və prosesə həddindən artıq müdaxilə edirlərsə, bu, mütəxəssislərin işlərini səmərəli şəkildə yerinə yetirməsinə mane ola bilər.

📌İT komandası ilə anlaşılmazlıq: SEO layihələrində proqram təminatı qrupu ilə koordinasiyada işləməmək saytda edilməli olan texniki tənzimləmələrdə pozuntulara səbəb ola bilər.

📌Texniki problemlərə məhəl qoymamaq: Saytdakı texniki problemlər birbaşa SEO performansına təsir göstərir. Bu problemlərə məhəl qoymamaq saytın axtarış sistemlərində zəif işləməsinə səbəb olacaq.

📌Hədəf auditoriyasını başa düşməmək: SEO, hədəf auditoriyanın ehtiyaclarına və axtarış niyyətlərinə uyğun məzmun təmin etməyi tələb edir. Bununla belə, hədəf auditoriyanı və onların axtarış davranışını tam başa düşməmək layihənin uğursuzluğuna səbəb ola bilər.

📌Alqoritm yeniləmələrinə əməl etməmək: Axtarış motorları alqoritmlərini daim yeniləyir. Bu yeniləmələrə əməl edilməməsi saytın axtarış reytinqlərində geriləməsinə səbəb ola bilər.

Nəticə olaraq, SEO layihələrinin uğursuzluğunun arxasında müxtəlif səbəblər var. Müvəffəqiyyət əldə etmək üçün bu səbəbləri başa düşmək və lazımi tədbirləri qabaqlayıcı bir yanaşma ilə almaq çox vacibdir. SEO proseslərinə ciddi yanaşan və bu prosesdə ekspertlərə güvənən brendlər uğur şanslarını artıracaq. Sizcə, uğursuz layihələrin başqa əsas səbəbləri varmı?

Arada belə də olur. Mart ayında baş verən Google alqoritma yeniləməsindən sonra baş verən mənzərə
22/08/2024

Arada belə də olur.
Mart ayında baş verən Google alqoritma yeniləməsindən sonra baş verən mənzərə

Əgər veb saytınızda kifayət qədər bloq yazısı varsa, yenisi yazmaq əvəzinə, aşağıdakıları mütləq edin. Toz basmış konten...
21/08/2024

Əgər veb saytınızda kifayət qədər bloq yazısı varsa, yenisi yazmaq əvəzinə, aşağıdakıları mütləq edin. Toz basmış kontentlərinizi təmizləyin və daha çox yeni trafiklər əldə edin.

📌Köhnə məzmununuzu təmizləyin:

• Bütün məzmun datanızı Google Search Consoledən export edin və Excelə əlavə edin. Performansı zəif olan bloqlarınızı təkmilləşdirin (rəqib araşdırmasını gözardı etməyin)
• Hər bir məqalə üçün keyfiyyət, sıralama və trafiki təhlil edin, səbəbləri ortaya çıxarın və onları aradan qaldırın.
• Eyni açar sözü hədəfləyən bir neçə məqalə varsa, onları birləşdirin və 301 yönləndirməsi edin.
• Yenilənməsi lazım olan məqalələri yeniləyin, yeni tendensiyalar, statistika və şəkillər əlavə edin.
• Trafik qəbul etməyən və açar sözləri hədəfləməyən yazıları silin və onları ana səhifənizə yönləndirin.

📌Daxili linklərinizi təkmilləşdirin:

• Hər bir açar söz üçün Topic Cluster yaradın və geniş daxili linkləmə qurun.
• Ən vacib yazılarınızla bloqunuzun ana səhifəsinə "Ən Yaxşı Resurslar" bölməsini əlavə edin.
• SEO açılış səhifələrinizi blog yazılarınızda bolca əlaqələndirin.

📌Backlink profilinizi gücləndirin:

• Pitchbox-dan istifadə edərək nişinizdəki veb saytları tapın və onlara e-poçt göndərin.
• 50%-i ana səhifənizə, 30%-i yüksək prioritet blog yazılarınıza, 20%-i isə pul qazandığınız səhifələrə gedən 100-200 backlink hədəfləyin.
• Mövcud spam backlinkləri aradan qaldırın

Sosial media - SEO deyil,Ödənişli axtarış reklamları - SEO deyil,SEO, Google-u aldatmır...SEO, qəhvə kimi sevgidir,SEO, ...
16/06/2024

Sosial media - SEO deyil,
Ödənişli axtarış reklamları - SEO deyil,
SEO, Google-u aldatmır...
SEO, qəhvə kimi sevgidir,
SEO, texnikidir,
SEO, incəsənətdir...

Qeyd: Veb saytlar, zaman-zaman bir az SEO sevgisinə ehtiyac duyurlar... Onları bu sevgidən məhrum etməyin...

HR sektoru və AI- HR mütəxəssilərinin 81%-i öz şirkətlərində səmərəliliyi artırmaq üçün süni intellektləri araşdırır və ...
17/05/2024

HR sektoru və AI

- HR mütəxəssilərinin 81%-i öz şirkətlərində səmərəliliyi artırmaq üçün süni intellektləri araşdırır və ya istifadə edir
- HR mütəxəssislərinin süni intellektə keçməsi üçün əsas maneə (37%) mövcud sistemlərə inteqrasiyanın olmamasıdır.
- AI alətlərindən istifadə edən HR menecerlərinin 93%-i bunun xərclərə qənaət etməyə kömək etdiyinə inanır
- Skrininq və qiymətləndirmə HR liderlərinin işə qəbul prosesində AI-nin təkmilləşdirilməsini ən çox istədikləri qabiliyyətdir

Mənbə:
https://shorturl.at/fMcnj
https://shorturl.at/3pmaF
https://shorturl.at/PwWoR
https://shorturl.at/fkP72

JavaScript ilə SEO optimizasiya edərkən nəzərə almalı olduğunuz bəzi vacib nüanslar:1. Server tərəfində renderləmə (SSR)...
24/04/2024

JavaScript ilə SEO optimizasiya edərkən nəzərə almalı olduğunuz bəzi vacib nüanslar:

1. Server tərəfində renderləmə (SSR): JavaScript-də yaradılan məzmunun axtarış motorları tərəfindən düzgün indeksləşdirilməsi üçün məzmunun server tərəfində renderlənməsi vacibdir. SSR, bütün səhifə məzmununun server tərəfində işləndiyi və istifadəçiyə təqdim edildiyi bir üsuldur.
2. Dinamik məzmun İdarəetməsi: AJAX və Fetch API kimi texnologiyalardan istifadə edərək dinamik şəkildə yüklənən məzmunun SEO ilə uyğun olduğuna əmin olun. Axtarış motorlarının bu tip dinamik məzmunu izləyə bilməsi üçün düzgün meta teqlərdən və SEO-ya uyğun URL strukturlarından istifadə edin.
3. Yönləndirmələri optimizasiya etmə: JavaScript yönləndirmələrinin, xüsusilə 301 və 302 yönləndirmələrinin düzgün istifadə edildiyinə əmin olun. Bu, axtarış motorlarının sayt quruluşunuzu və səhifə əlaqələrinizi düzgün başa düşməsini təmin edir.
4. Meta teqlər və başlıqlar: JavaScript ilə dinamik olaraq dəyişdirilən başlıq və meta təsvir teqlərinin səhifə məzmununa uyğun olduğundan və SEO baxımından təsirli olduğundan əmin olun.
5. Yükləmə sürəti: JavaScript kodunuzun yüklənmə vaxtını minimuma endirmək üçün kodun sıxılması, faylın kiçildilməsi və lazımsız kodun silinməsi kimi üsullardan istifadə edin. Google səhifə yükləmə sürətini sıralama amillərindən biri hesab edir.
6. Lazy loading: Səhifə yükləmə sürətini artırmaq və resurs istifadəsini optimallaşdırmaq üçün şəkillər, videolar və digər media faylları üçün lazy loading üsullarından istifadə edin.
7. Axtarış motorları üçün əlçatanlıq: JavaScript istifadə edərək hazırlanmış saytlarda məzmunun və naviqasiyanın axtarış motorları üçün əlçatan olduğundan əmin olun. robots.txt və sitemap.xml fayllarını düzgün konfiqurasiya etməklə sayt xəritəsi və robota giriş qaydalarını optimallaşdırın.
8. Axtarış motorları üçün testlər: Google Axtarış Konsolu və oxşar vasitələrdən istifadə edərək saytınızı mütəmadi olaraq yoxlayın və hazırladığınız saytın axtarış motorlarında necə göründüyünü yoxlayın.
9. Strukturlaşdırılmış Data və Şema İşarələmə (Schema Markup): Veb saytınızdakı məzmunun axtarış motorları tərəfindən daha yaxşı başa düşülməsini təmin etmək üçün strukturlaşdırılmış dataların istifadəsini optimallaşdırın. Schema.org lüğətləri kimi strukturlaşdırılmış data formatlarından istifadə edərək məqalələr, məhsullar, tədbirlər və sair üçün zəngin fraqmentlər yaradın. Bu, axtarış nəticələrinizin daha cəlbedici və informativ görünməsinə kömək edir.
10. Proqressiv veb tətbiqləri (PWA): Problemsiz mobil təcrübə təqdim etmək üçün Proqressiv veb tətbiqləri kimi JavaScript ilə hazırlanmış saytları dizayn edin. PWA-lar sürətli yükləmə vaxtları, oflayn giriş və mobil uyğunluq kimi xüsusiyyətlərlə mobil istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
11. Kanonik URL-lər: JavaScript ilə dinamik məzmun yaratarkən, xüsusilə AJAX əsaslı məzmun yükləmələri nəticəsində URL müxtəlifliyini idarə etmək üçün kanonik URL-lərdən səmərəli istifadə edin. Bu, məzmununuzun təkrarlanmasının qarşısını alır və axtarış motorlarına hansı URL-lərə üstünlük verilməli olduğunu anlamağa kömək edir.
12. Hreflang teqləri: Çoxdilli saytlarda JavaScript dinamik yüklənməsi istifadə olunursa, müxtəlif dil versiyalarında düzgün hreflang teqlərini təmin etmək vacibdir. Bu, axtarış motorlarına istifadəçilərin dil seçimlərinə uyğun məzmun təqdim etməyə imkan verir.
13. JavaScript xətalarının aradan qaldırılması: JavaScript xətalarının istifadəçi təcrübəsinə və axtarış motorlarına saytınızı düzgün taramasına mane olmadığından əmin olmaq üçün mütəmadi olaraq veb saytınızı yoxlayın. Konsol səhvləri və istifadəçinin qarşılıqlı əlaqəsi problemləri saytınızın performansına mənfi təsir göstərə bilər.
14. Link və naviqasiya əlçatanlığı: JavaScript ilə hazırlanmış naviqasiya elementlərinin axtarış motorları tərəfindən izlənilə bildiyinə əmin olun. Naviqasiyanın açılan menyular, tablar və ya AJAX zəngləri ilə dinamik şəkildə yaradıldığı yerlərdə həmişə bu strukturların SEO-ya uyğun olmasını təmin edin.
15. Analitika və izləmə: JavaScript əsaslı qarşılıqlı əlaqəni dəqiq izləmək və təhlil etmək üçün Google Analytics kimi alətlərdən istifadə edin. İstifadəçi davranışı, səhifəyə baxma vaxtları və dönüşüm nisbətləri kimi metriklər saytınızın SEO uğurunu və istifadəçi əlaqəsini qiymətləndirməkdə mühüm rol oynayır.

Mebel satışı edən mağazalar nə üçün veb sayt yaratmalı və mütləq SEO xidməti almalıdır?İndiki vaxtda bir çox istehlakçı ...
22/04/2024

Mebel satışı edən mağazalar nə üçün veb sayt yaratmalı və mütləq SEO xidməti almalıdır?

İndiki vaxtda bir çox istehlakçı məhsulu onlayn araşdırmağa və satın almağa üstünlük verir. Mebel alqı-satqısı da bu tendensiyaya qoşulur və müştərilər mebeli almazdan əvvəl internetdə araşdırırlar. Odur ki, mebel satışı ilə məşğul olan bir şirkət üçün internet saytının yaradılması (e-ticarətə keçid) və ardınca SEO xidmətləri alması son dərəcə vacibdir. Bu qərarın arxasında duran bir neçə səbəblər mövcuddur. Bu səbəblərdən bəzilərinə işarə edək:

- Geniş auditoriyaya çatmaq: Veb sayt, mebel satan şirkətə potensial müştərilərə çatmağa imkan verir. İnternetin gücü sayəsində şirkətin məhsul və xidmətləri dünyanın istənilən yerindən əlçatan olur. Bu, şirkətə müştəri bazasını genişləndirməyə və satışları artırmağa imkan verir.

- 24/7 əlçatanlıq: Veb sayt, müştərilərə günün istənilən vaxtında giriş imkanı verir. Mağaza saatları və ya bayram günləri kimi məhdudiyyətlər olmadan müştərilər istədikləri zaman məhsullara baxa, qiymətləri müqayisə edə və sifariş verə bilərlər.

- Brend məlumatlılığı: Veb sayt, mebel satan bir şirkət haqqında marka məlumatlılığını artıra bilər. Keyfiyyətli vebsayt, şirkətin etibarlılıq və peşəkarlıq imicini əks etdirə bilər. Bu, müştəriləri şirkətin məhsul və xidmətlərinə daha inamlı edə bilər.

- Rəqabət üstünlüyü: Mebel sənayesində rəqabət kifayət qədər yüksəkdir. Veb sayt şirkətə rəqiblərindən bir addım öndə olmağa kömək edə bilər. Müştərilərin onlayn məhsulları müqayisə və nəzərdən keçirmə qabiliyyəti şirkətin satışlarını artıra bilər.

- SEO ilə daha çox orqanik trafik: SEO, axtarış motorlarında daha yüksək yer tutmaqla vebsayta orqanik trafik cəlb etməyə kömək edir. Mebel satışı ilə məşğul olan şirkət SEO xidmətləri əldə etməklə öz vebsaytını axtarış sistemlərinin nəticələrində daha çox görünə bilər. Bu, potensial müştərilərin şirkətin veb saytına daha çox daxil olmasına kömək edir və satışları artıra bilər.

Qeyd edək ki, ölkəmizdə Google-da mebel sektoru ilə bağlı aylıq açar söz axtarış həcmi 100K üzərindədir. Bu rəqəm çox ciddi bir rəqəmdir. Nə qədər gec deyil, digitala keçid etmək lazımdır.

SEO-nun orqanik trafiki yönləndirmək və onlayn mövcudluğu artırmaq üçün son dərəcədə effektiv və təsirli olmasına baxmay...
21/04/2024

SEO-nun orqanik trafiki yönləndirmək və onlayn mövcudluğu artırmaq üçün son dərəcədə effektiv və təsirli olmasına baxmayaraq, bununla yanaşı bu xidmətin bahalı və zamanalıcı olduğu bilinməlidir. (əksinə bəziləri elə düşünür ki, SEO ucuz xidmətdir. xeyr əzizim) Bunun səbəbləri çoxdur. Bunlardan bəzilərinə işarə edək:

- Rəqabətin intensivliyi: Onlayn mühit son dərəcə rəqabətlidir, milyonlarla vebsayt istifadəçilərin diqqətini cəlb etməyə çalışır. SEO oxşar açar sözlər və auditoriyaları hədəfləyən bir çox digər veb saytlarla rəqabət tələb edir. Yüksək mövqelərə çatmaq geniş araşdırma, strateji planlaşdırma və davamlı səy tələb edir.
- Daimi alqoritma yeniləmələri: Google kimi axtarış sistemləri istifadəçilərə ən uyğun və yüksək keyfiyyətli axtarış nəticələrini təqdim etmək üçün alqoritmalarını daim yeniləyir. Bu yeniləmələr veb saytların reytinqinə əhəmiyyətli dərəcədə təsir göstərir. SEO mütəxəssisləri bu dəyişikliklərdən xəbərdar olmalı və öz strategiyalarını buna uyğun uyğunlaşdırmalıdırlar ki, bu da vaxt və təcrübə tələb edir.
- Keyfiyyətli məzmun yaratmaq: Məzmun SEO-nun təməlidir. Necə deyərlər - Kontent kraldır. Yüksək keyfiyyətli, uyğun və cəlbedici məzmun yaratmaq ziyarətçiləri cəlb etmək və saxlamaq üçün vacibdir. Buraya açar söz araşdırması, cəlbedici məzmun yaratmaq və həm istifadəçilər, həm də axtarış motorları üçün məzmunu optimallaşdırmaq daxildir. Belə məzmunun hazırlanması təcrübə və resurslar tələb edir.
- Texniki optimizasiya: SEO vebsaytın müxtəlif texniki aspektlərinin optimallaşdırılmasını nəzərdə tutur; sayt quruluşu, səhifə sürəti, mobil uyğunluq və URL strukturu kimi. Texniki SEO veb saytın inkişafı və kodlaşdırma dilləri haqqında dərin bilik tələb edir. Texniki məsələlərin həlli və optimallaşdırmaların həyata keçirilməsi çox vaxt apara bilər və veb tərtibatçılarının köməyini tələb edə bilər.
Link strukturunun qurulması: Yüksək keyfiyyətli backlinklərin qurulması SEO uğuru üçün çox vacibdir. Bununla belə, nüfuzlu və müvafiq backlinklər əldə etmək çətin və vaxt aparan bir prosesdir. Bundan əlavə, backlinklərin keyfiyyətini və aktuallığını daim izləmək və saxlamaq lazımdır.
- Ölçülə bilən nəticələr: SEO uzunmüddətli investisiyadır və nəticələr dərhal görünməyə bilər. Axtarış motorlarının veb səhifələri taraması və indeksləməsi və reytinqlərdə və orqanik trafikdə irəliləyişləri görmək üçün vaxt tələb oluna bilər. SEO mütəxəssisləri öz strategiyalarının effektivliyini ölçmək üçün performans göstəricilərini daim izləməli və təhlil etməlidirlər.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when İMahammad Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share