24SAAT.az

24SAAT.az Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 24SAAT.az, News & Media Website, Baku.
(2)

24SAAT İnformasiya Portalı müstəqil media qrumu olaraq ölkə və dünya gündəmindən ən vacib xəbərləri, həmçinin jurnalist araşdırmalarını oxuculara operativ şəkildə çatdırmağı qarşıya əsas məqsəd qoyur.

Tofiq Yaqubluya qarşı ittihamları təkzib edən 8 faktEkspertiza rəyi saxta sənədlərdəki imzaların siyasətçiyə aid olmadığ...
17/09/2024

Tofiq Yaqubluya qarşı ittihamları təkzib edən 8 fakt

Ekspertiza rəyi saxta sənədlərdəki imzaların siyasətçiyə aid olmadığını, mobil operatorların verdiyi məlumatlar hadisə zamanı onun fərqli ünvanda olduğunu göstərsə də, istintaq bunları nəzərə almayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış müxalif siyasətçi Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesləri davam edir.

Həm Müsavat Partiyasının, həm də demokratik qüvvələrin Milli Şuranın üzvü olan Yaqublu külli miqdarda ziyan vurmaqla dələduzluq (CM 178.3.2-ci maddə), rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma (320.1-ci maddə), bilərəkdən saxta sənədlərdən istifadə etmə (320.2-ci maddə) cinayətlərində ittiham olunur.

Hakim Azər Tağıyevin sədrliyilə keçirilən məhkəmə prosesində Tofiq Yaqublu dəfələrlə bütün ittihamları rədd edib. Yaxınları və vəkilləri də siyasətçiyə qarşı ittihamların saxta olduğunu bildirirlər.

Onlar hesab edirlər ki, Tofiq Yaqublu hökuməti və əsasən də prezident İlham Əliyevi kəskin tənqid etdiyi üçün təqib olunur.

Məhkəmə ittihamlar üzrə müxalifətçini təqsirli bilsə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

“Abzas Media” Tofiq Yaqublunun mühakimə olunduğu məhkəmə prosesində üzə çıxan bir sıra ziddiyətli məqamları təqdim edir:

1) Yaqublu saxta sənəd hazırlamaqda və istifadə etməkdə ittiham olunur. Ancaq ekspertiza rəyində qeyd olunub ki, ilkin istintaq dövründə Tofiq Yaqublunun hazırladığı bildirilən sənədlərin üzərindəki imzalar onun imzası ilə eyni deyil.

2) Bu iş üzrə təqsirləndirilən Elnur Məmmədov məhkəmədə bildirib ki, o, Tofiq Yaqublu ilə sövdələşərkən əsasən "Facebook" və "WhatsAPP" vasitəsilə əlaqə saxlayıb. Ancaq hər iki platformadakı yazışmalarda cinayət işində göstərilən xüsusatlar olmayıb. Çat yazışmalarından görünür ki, Elnur Məmmədov ard-arda Tofiq Yaqubluya mesaj yazaraq onunla ünsiyyətə can atıb, Yaqublu isə qısa təşəkkürlə dialoqu davam etdirməyib.

3) Elnur Məmmədov məhkəməyə verdiyi ifadədə bildirib ki, 2023-cü il dekabrın 8-də saat 17.13-17.20 aralığında “Zabrat-1” qəsəbəsində Tofiq Yaqublu ilə görüşüb ona 25 min avro və 10 min manat pul verib. Vəkillərin sorğusu nəticəsində “Nar Mobile” və “Bakcell” mobil operatorlarının təqdim etdiyi məlumatlardan aydın olub ki, ötən il həmin tarix, həmin saat aralığında Tofiq Yaqublu “Zabrat-1” qəsəbəsində yox, Pirşağı qəbiristanlığında olub.

4) İş üzrə zərərçəkmiş kimi tanınan Elşən Hüseynovun mobil telefon nömrəsini “Getcontact” tətbiqində axtaranda məlum olub ki, o, əvvəlcədən polislə əlaqəli şəxs olub. Belə ki, onunla mobil əlaqədə olan şəxslər Hüseynovun adını öz telefonlarında “Elşən Xəzər polisində şahid”, “Elşən polisdə iş həll edən” adı altında qeyd ediblər.

5) Elşən Hüseynov məhkəmədə verdiyi ifadəsində bildirib ki, o, 2023-cü il dekabrın 8-də saat 16-da Elnur Məmmədovla “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Gold Gənclik” dükanının qarşısında görüşüb və Tofiq Yaqubluya çatacaq 25 min avro və 10 min manatı ona verib. Sonuncu da pulu dərhal aparıb Tofiq Yaqubluya verib. Ancaq Elnur Məmmədovun mobil nömrəsinin anten dairəsindən məlum olub ki, o, həmin saatlarda Mehdiabad, Pirşağı, Fatmayi ərazilərində olub.

6) Elşən Hüseynov məhkəmədə verdiyi ifadəsində bildirib ki, onun övladları yoxdur, özü isə xaricdə olmayıb. Ancaq həyat yoldaşı Sədaqət Hüseynova ifadəsində qeyd edib ki, o, Elşən Hüseynovun ikinci həyat yoldaşıdır. Bundan əvvəlki nikahından 2 övladı var və hər ikisi də İsraildə yaşayır, özü də zaman-zaman bu ölkəyə gedib-gəlib.

7) Elşən Hüseynov məhkəmə ifadəsində bildirib ki, Tofiq Yaqublu onun xarici ölkəyə viza və orada vətəndaşlıq almasına kömək edəcəyini bildirib. Bu məqsədlə onun öz ölkəsində guya təqib olunduğunu göstərmək üçün prokurorluğa çağırılması ilə bağlı saxta sənəd düzəldib.

Cinayət işində qeyd olunur ki, Tofiq Yaqublu Elşən Hüseynovla heç vaxt görüşməyib, yalnız vasitəçi Elnur Məmmədov onlar arasında əlaqə qurub. Prokurorluğa çağırılması haqda sənədi hazırlamaq üçün də Elşən Hüseynovun şəxsiyyət vəsiqəsinin fotosunu Tofiq Yaqubluya məhz Elnur Məmmədov göndərib.

Məhkəmədə isə məlum olub ki, Elşən Hüseynovun şəxsiyyət vəsiqəsi yeni nəsil vəsiqə olduğundan üzərində onun qeydiyyat ünvanı göstərilməyib. Buna görə də, üzərində məlumatlar qeyd olunmayan sənədlə Yaqublunun “prokurorluğa çağırış” bildirişi hazırlaması sual doğurub.

8) Tofiq Yaqublunun məhkəmədə bildirdiyinə görə, istintaqda Elnur Məmmədovla üzləşdirmə zamanı onun başında parik olduğunu görüb. Yaqublu qeyd edib ki, Elnur Məmmədov polisin ştatlı “agenti” olduğundan tanınmamaq üçün parikdən istifadə edib, başında parik olduğunu deyəndə isə o, bunu inkar edib.

Müdafiə tərəfinin vəsatəti əsasında Elnur Məmmədovun telefon danışığı məlumatları əldə edildiyi zaman məlum olub ki, elə həmin ərəfələrdə o, bir “parik” dükanın satıcısı ilə dəfələrlə telefon əlaqəsi saxlayıb.

Xatırladaq ki, bu, Tofiq Yaqublunun ilk həbsi deyil. O,1998-ci ildən etibarən dörd dəfə cinayət işi, eyni sayda inzibati iş olmaqla ümumilikdə səkkiz dəfə həbs olunub. 2020-ci ilin martında “xuliqanlıq” ittihamı ilə saxlanılan Yaqublu Nizami rayon Məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin uzunmüddətli aclıq aksiyasından sonra Yaqublu elə həmin ilin sentyabrında ev dustaqlığına buraxılıb.

İlk həbsindən etibarən yerli və beynəlxalq hüquq müdafiəçiləri Tofiq Yaqublunu “siyasi məhbus” kimi tanıyıb. “Amnesty International” beynəlxalq insan haqları təşkilatı onu vicdan məhbusu elan edib.

Büdcədəki 187 milyonluq pozuntudan yalnız 8 milyonu "cinayət" ehtimalı ilə araşdırılıbİqtisadçı ekspert: “Pozuntular ona...
17/09/2024

Büdcədəki 187 milyonluq pozuntudan yalnız 8 milyonu "cinayət" ehtimalı ilə araşdırılıb

İqtisadçı ekspert: “Pozuntular ona görə yaranır ki, dövlət maliyyəsinin idarə edilməsi üzrə qaydalara və şəffaflığa əməl olunmur”

Bu ilin yanvar-avqust aylarında büdcə vəsaitlərinin istifadəsində 187 milyon manat maliyyə pozuntusu aşkarlanıb.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən beynəlxalq konfransda danışıb. Sədr bildirib ki, bu vəsaitlərin 64,5 milyon manatı dövlət büdcəsinə dəyən zərər, 122,4 milyon manatı digər pozuntulardır.

"Qurumun kollegiyası büdcəyə dəyən zərərin 48,9 milyon manatının bərpası və yaxud əvəzləşdirilməsi üzrə təkliflər verib. Bərpası haqqında qərar verilməmiş məbləğin təxminən 7,6 milyon manatı sosial xarakterli ödənişlərlə bağlıdır".

İqtisadçı ekspert Elçin Rəşid deyir ki, pozuntular dövlət maliyyəsinin idarə edilməsi üzrə qaydalara və şəffaflığa əməl olunmadığı üçün yaranır.

Onun fikrincə, bu çatışmazlıqlar davam etdikcə belə pozuntular çox olacaq.

"Hələ bunlar aşkar olunan pozuntulardır. Təbii ki, hansı resurslarla və necə aşkarlanması sual altındadır. Çünki Hesablama Palatasının özü müstəqil deyil. Bir neçə il əvvəl bu qurum daha müstəqil idi, ona görə də daha ciddi pozuntular aşkarlayıb, daha dişli hesabatlar ortaya qoyurdu. Amma indi əvvəlki qədər pozuntu ortaya çıxarıla bilmir.

Qaydaların və şəffaflığın olmadığı dövlət maliyyəsi idarəetməsində müxtəlif qurumların pozuntular edəcəyi labüddür. Belə bir şərait onlara imkan yaradır və onlar da bunu fütsət kimi bilib istifadə edirlər. Qaydalar və şəffaflıqla bağlı çatışmazlıq da ona görədir ki, parlamentin səlahiyyəti aşağadır və şəffaf insitutlar formalaşdırılmayıb", - Elçin Rəşid əlavə edib.

Qeyd edək ki, 187 milyon manat maliyyə pozuntusundan yalnız 8 milyon manatı üzrə cinayət tərkibi ehtimalı yaranıb və sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

17/09/2024

"İnkişaf etmiş" Azərbaycan təhsili.
Avropa buna görə Azərbaycana paxıllıq edir ona görə də COP29 Azərbaycanda keçiriləcək

Heydər Əliyev Fondu Vatikanda Müqəddəs Pavel Bazilikasının bərpasına pul ödəyəcək.Vatikan və Heydər Əliyev Fondu arasınd...
12/09/2024

Heydər Əliyev Fondu Vatikanda Müqəddəs Pavel Bazilikasının bərpasına pul ödəyəcək.

Vatikan və Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə imzalanıb. Sənədi sentyabrın 11-də Azərbaycan prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və kardinal Fernando Verqes Alsaqa imzalayıblar.

Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir.

VI çağırış Milli Məclisin deputatı Tahir Rzayev parlamentin fəaliyyətilə bağlı tənqidlərə münasibət bildirib. O, parlame...
12/09/2024

VI çağırış Milli Məclisin deputatı Tahir Rzayev parlamentin fəaliyyətilə bağlı tənqidlərə münasibət bildirib.

O, parlamentin fəaliyyətini tənqid edənləri ölkəni istəməyən qüvvələr adlandırıb.

"Parlament təkmilləşir, yeni tərkib yeni dövrün tələblərinə uyğun işləməlidir. Ölkə rəhbəri tərəfindən qarşıya mühüm vəzifələr qoyulur və parlament də bu vəzifələrin yerinə yetirilməsi, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi üçün çox mühüm işlər görür.

Ancaq təəssüf ki, bizi istəməyən, daxildə və xaricdə fəaliyyət göstərən bəzi qüvvələr parlamentin fəaliyyətinə daim kölgə salmağa, deputatların işini gözdən salmağa, aşağılamağa çalışırlar. Şəxsən Azərbaycan vətəndaşı kimi bu məni qane etmir, çünki görülən işlər göz qabağındadır. Parlament öz fəaliyyətində ölkə rəhbərinin siyasi kursunu, ulu öndərimiz Heydər Əliyevin qoyduğu yolu daim rəhbər tutub, bu gün də rəhbər tutur. Kim bunu qəbul edir, o, ölkənin rifahı üçün çalışır. Kim qəbul etmir, sözsüz ki, sağlam düşüncəyə, məntiqə malik deyil”.

Mənbə: Pravda.az

Fransa səfirliyi: “Həmyerlimiz açıq-aşkar ayrıseçkilik və özbaşına rəftarın qurbanıdır”Səfirlik öz vətəndaşlarına məcbur...
12/09/2024

Fransa səfirliyi: “Həmyerlimiz açıq-aşkar ayrıseçkilik və özbaşına rəftarın qurbanıdır”

Səfirlik öz vətəndaşlarına məcburi səbəblər olmadıqda, əsassız həbs və ədalətsiz mühakimə olunma riski səbəbindən Azərbaycana səfərlərin tövsiyə edilmədiyi haqda çağırış edib

"Fransa Azərbaycanda həmyerlimiz cənab Teo Klerkin qurbanı olduğu açıq-aşkar ayrıseçkilik xarakterli özbaşına rəftarı pisləyir".

Sentyabrın 12-də Fransanın Azərbaycandakı səfirliyi metroda qraffiti çəkdiyinə görə həbs edilən Fransa vətəndaşı Teo Klerklə bağlı hökmü pisləyən bəyanat yayıb.

Sentyabrın 10-da məhkəmə Bakıda metro qatarlarının üzərinə qraffiti çəkdiklərinə görə həbs edilən Yeni Zelandiya vətəndaşı İsmael De-Sen Kventin və Avstraliya vətəndaşı Han Paulun barəsində 6800 manat cərimə, Fransa vətəndaşı Teo Klerklə bağlı isə 3 illik həbs hökmü çıxarıb.

Səfirliyin yaydığı bəyanatda deyilir ki, Fransa vətəndaşı bu iş üzrə 3 il həbs cəzası alıb, amma eyni əməllərə görə onunla birgə təqsirləndirilən başqa millətdən olan iki nəfərə isə sadəcə cərimə cəzası verilib.

"Ötən ilin aprelində Fransanın Bakıdakı səfirliyi, Konsulluq Əlaqələri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, həmyerlimizin konsulluq mühafizəsini həyata keçirmək üçün Azərbaycanın səlahiyyətli orqanları ilə əlaqə saxlayıb. O, bütün məhkəmə iclaslarında iştirak edib.

Qeyd edək ki, Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara, məcburi səbəblər istisna olmaqla, məhkəmə sistemi müstəqillik və ya müdafiə hüquqları baxımından heç bir təminat təqdim etməyən bu ölkədə əsassız həbs və ədalətsiz mühakimə olunma riski səbəbindən Azərbaycana səfər etmək tövsiyə edilmir", - səfirliyin yaydığı bəyanatda qeyd olunub.

Klerk Teo Hüqo martın 28-də “Bakmil” metrostansiyasında qraffiti çəkdiyi üçün Yasamal rayon Məhkəməsi tərəfindən 4 600 manat cərimə edilmişdi. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərək zərərin məbləğini 11 min 600 manata qaldırıb.

Aprelin 2-də Yasamal rayon Məhkəməsi Klerk Teo Hüqo haqqında 3 ay həbs qətimkan tədbiri seçib. Onunla birgə saxlanılan Avstraliya vətəndaşı Han Paul və Yeni Zelandiya vətəndaşı İsmael De-Sen Kventin də eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunu

7 saylı CÇM-nin dustaqları: “Həbsxana rəhbərliyi xüsusi guşə yaradıb, orada məhbuslara işgəncə verirlər”Məhbuslardan bir...
10/09/2024

7 saylı CÇM-nin dustaqları: “Həbsxana rəhbərliyi xüsusi guşə yaradıb, orada məhbuslara işgəncə verirlər”

Məhbuslardan birinin sözlərinə görə, həbsxana rəhbərliyi Ombudsman Aparatının monitorinqindən əvvəl işgəncələri izləmək üçün qurulan “besedka”nı söküb, aparat işçiləri gedəndən sonra yenidən quraşdırıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbuslar davamlı işgəncələrə məruz qalırlar.

Bununla bağlı məlumatı “Abzas Media”ya həmin müəssisədə cəza çəkən məhbuslar ötürüblər. Onlar təhlükəsizlikləri üçün adlarının anonim saxlanmasını xahiş ediblər.

Məhkumların dediyinə görə, işgəncələrə müəssisənin rəisi Mehman Əliyev rəhbərlik edir. Mehman Əliyevin müavini Kənan Orucov isə işgəncələri şəxsən icra edir, məhbusları ağır şəkildə təhqir edərək döyür. İşgəncə və qeydi-insani rəftar hallarını 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan daha 5 məhkum təsdiqləyib.

“Həbsxana rəhbərliyi müəssisənin “promzon” deyilən hissəsində, inzibati binanın yaxınlığında bir işgəncə guşəsi yaradıb. Bu guşə qışda şüşə ilə örtülən, yayda isə açılan “besedka”dan və su ilə dolu hovuzdan ibarətdir. Kənan Orucov dustaqları döyür, sonra da yay-qış demədən onları hovuza atır”, – deyə onlar bildiriblər.

Məhbusların dediyinə görə, Kənan Orucovun sevdiyi işgəncə formalarından biri də dustaqları həbsxananın həyətində olan qalın gövdəli ağaclara qandallayıb saatlarla, bəzən günlərlə saxlamaqdır. Rəis müavini məhbusların əllərini qabaqdan, ağacları qucaqlayırmış kimi qandallayır.

Məhbuslar dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, ancaq şikayətlərilə bağlı ciddi tədbir görülmədiyini bildirirlər.

“Bir dəfə Ombudsman Aparatından gəldilər, hovuzu axtardılar, həmin guşəyə baxdılar. Bu ərəfədə rəisin və müavinlərin işgənc verdikləri və ya oturub bu işgəncələri izlədikləri “besedka” söküldü. Amma bir ay keçməmiş “besedka”nı yenidən düzəldib, öz işlərinə davam etməyə başladılar”, – onlar vurğulayıblar.

İyulun əvvəlində Azərbaycan Avropa Şurasının İşgəncələrə Qarşı Mübarizə Komitəsi ilə əməkdaşlıqdan imtina edib. Qurum bəyanat yayaraq bildirib ki, ölkədə işgəncə halları sistemli xarakter alıb və hökumət bununla bağlı heç bir tədbir görmür. Bu hallar həm polis idarələrində, həm də Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində baş verir.

“Müdafiə xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, onlar həbs yerlərində monitorinq aparmaq üçün dəfələrlə Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər.

Onun sözlərinə görə, cəzanın icrası siyasətini həyata keçirən dövlət orqanları həbs yerlərini, əsasən, hakimiyyətin hüquq siyasətini təbliğ edən, dövlətin kurasiyasında olan hüquq müdafiəçilərinin monitorinq etməsində maraqlı olurlar.

"Çünki belə olduqda pozuntularla bağlı məlumatlar tam olmur və hərtərəfli, şəffaf şəkildə cəmiyyətə təqdim edilmir", – deyə o əlavə edib.

Hüquq müdafiəçisi deyib ki, hökumət “Müdafiə xətti” hüquq-müdafiə təşkilatını dövlət qeydiyyatına almayanda artıq onlara məlum olub ki, həbs yerlərində monitorinq imkanları olmayacaq.

"Azərbaycanda fiziki və psixoloji işgəncələr əlavə cəza növünə çevrilib. Bu, qanunvericilikdə nəzərdə tutulmasa da, hüquq mühafizə orqanlarının, Penitensiar Xidmətin fəaliyyətində əlavə cəza növü kimi diqqət çəkir. Zaman-zaman həm bizim təşkilat, həm də bu müəssisələrdə cəza çəkən şəxslər faktlara söykənən məlumatlar yayırlar", – Rüfət Səfərov bildirib.

Məhkumlar saytımız vasitəsilə növbəti dəfə Ombudsmana, Penitensiar Xidmətin rəhbərliyinə və Baş Prokurorluğa 7 saylı Cəzaçəkmə Müəssisəsində baş verən işgəncələrlə bağlı müraciət edərək bu halların araşdırılmasını xahiş edib.

Məsələ ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxlamaq mümkün olmayıb.

7 saylı Cəzaçəkmə Müəssisəsindən isə sualları eşitdikdə şikayətçi məhkumların adını soruşublar. Bunun konfidensial saxlanıldığı bildirildikdən sonra isə telefonu söndürüblər.

Ombudsman Aparatı “Abzas Media”nın telefonla ünvanladığı sualları cavablandırmaqdan imtina edib. Qurumdan bildirilib ki, bu kimi hallarla bağlı Ombudsman Aparatına yazılı formada müraciət etmək lazımdır.

Gürcüstan Hökumət Evinin qarşısında Aksiya etdik. Gürcüstan dövlətindən Tələbim DİCTATOR ALİYEVİN siyasi sifarişini durd...
10/09/2024

Gürcüstan Hökumət Evinin qarşısında Aksiya etdik. Gürcüstan dövlətindən Tələbim DİCTATOR ALİYEVİN siyasi sifarişini durdurmaq və Əfqan Sadıqovu dərhal AZAD etmək!!!
Azərbaycanda 300-dən çox siyasi girov var. Hər birinə azadlıq tələb edirəm!

Həyat bumeraqdır! Əliyev və hakimiyyəti gec və ya tez azərbaycan xalqına yaşatdıqlarını yaşayacaqlar. Yaşanan represiyaları tarix unutmayacaq!
Karrupsaner Əliyev, bizləri “korrupsada”, “qaçaqmalçılıqda”, “dövlətə xətanətdə”, “şantajda” ittiham edir. Ən böyük korrupsaner özüdü, dövlətə və millətə xəyanət edəndə özüdü, cinayət edəndə özüdü, şantaj və təhdid edəndə İlham Əliyev və komandasıdır. “Adımı sənə qoyum sənidə yana-yana qoyum” İlham Əliyevin hakimiyyəti bu cür “idarə” edir dövləti. Dövlət başında cinayətkarlar oturub.Xalqı, dövləti əzməyə, məhv etməyə and içib.

Mandatsız qalan keçmiş deputatlar hələ 1 il ərzində maaşlarının 80 faizini alacaqlarCəmil Həsənli: "Deputat işdən ayrıld...
09/09/2024

Mandatsız qalan keçmiş deputatlar hələ 1 il ərzində maaşlarının 80 faizini alacaqlar

Cəmil Həsənli: "Deputat işdən ayrıldıqdan sonra 1 il ərzində maaşının 80 faizini alacaqsa, bu, neftçiyə, elektrikə, sürücüyə də aid edilməlidir"

Növbədənkənar parlament seçkilərindən sonra VI çağırış Milli Məclisin mandatsız qalan 16 üzvü maaşlarının 80 faizi qədər müavinət alacaq.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 30-cu maddəsində qeyd olunur ki, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirmiş qaydada müavinət alır.

1 sentyabrda keçirilən parlament seçkilərində iştirak etməmiş və ya səs toplaya bilməmiş 26 nəfərdən 9-u deputat pensiyası, 16-sı isə müavinət alacaq.

Beləliklə, keçmiş millət vəkilləri Vasif Talıbov, Cəbi Quliyev, Elnur Allahverdiyev, Əliabbas Salahzadə, Etibar Əliyev, Emin Hacıyev, İltizam Yusifov, Jalə Əhmədova, Rüfət Quliyev, İqbal Məmmədov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Nizami Cəfərov, Kamilə Əliyeva, Mahir Abbaszadə, Aqil Məmmədov iş tapana qədər 1 il müddətində müavinət ala biləcəklər.

Bəs bu qayda digər vətəndaşlar üçün necə tətbiq olunur?

"İşsizlikdən sığorta haqqında" Qanuna əsasən, əgər şəxs əmək müqaviləsinə xitam verilənədək ardıcıl 12 ay sığorta stajına malik olubsa, itirdiyi orta aylıq əmək haqqının 50 faizi məbləğində işsizlikdən sığorta ala bilər.

Eyni qanunda deyilir ki, əgər şəxsin əmək müqaviləsinə xitam verildiyi günədək sığorta stajı 12 aydan azdırsa, o zaman həmin şəxsə minimum əməkhaqqı, yəni 345 manat məbləğində işsizlikdən sığorta ödənir.

Azərbaycanda işsizlikdən sığorta alma ilə bağlı şərtlərin qəliz olması və əlçatan olmaması tez-tez müzakirə edilən mövzulardandır.

"Deputat üçün bir qayda, digər işçilər üçün başqa bir qayda yolverilməzdir"

Bunu keçmiş millət vəkili, professor Cəmil Həsənli deyir. Sabiq parlamentarinin sözlərinə görə, Əmək Məcəlləsində vahid sistem olmalıdır.

"Dünyanın bir çox ölkələrində işçi işdən azad edildikdə ya iş tapana qədər, ya da pensiya təminatı həll olunana qədər yardım göstərilir. Bir sıra ölkələrdə nəinki 1 il, 3 ilə qədər davam edir. Bəzi hallarda isə işçi işdən azad olunduqdan sonra ona böyük həcmdə kompensasiya ödənilir. Bu da onun bir neçə illik yaşayışını təmin edir".

Cəmil Həsənli deyir ki, Azərbaycanda bu istiqamətdə də sosial ədalət prinsipi pozulur. Onun fikrincə, əgər deputat işdən ayrıldıqdan sonra 1 il ərzində maaşının 80 faizini alacaqsa, bu, neftçiyə də, elektrikə də, sürücüyə də aid edilməlidir.

"Aid edilməməsi diskrimnasiyadır, ayrıseçkilikdir. Bu, həm də deputatların öz vəzifələrindən sui-istifadə etmək cəhdləridir. Heç bir ədalət prinsipinə sığmır", - Həsənli fikrini tamamlayır.

"Bu sistem nəinki ədalətsiz, həm də yırtıcı və xalqı kölə vəziyyətinə salan bir sistemdir"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı deyir ki, ölkədə sosial təminat sistemi müasir dünyada qəbul olunmuş prinsiplər əsasında formalaşdırılmayıb.

Onun sözlərinə görə, deputatlara tanınan bu imtiyazın digər işçilərə tanımaması ədalətsizlikdir.

"Müasir dünyada qəbul olunmuş sosial ədalət sistemi burada da yaradılmalı idi. Bunun da ilkin təməlini, hüquqi bazasını elə o pralamentdə oturan deputatlar yaratmalı idilər. Azərbaycanda bu sahədə də xaos var. Bu baxımdan, əlbəttə, ədalətsizdir".

Azər Qasımlının fikrincə, sistem elə olmalıdır ki, vəzifəli şəxslər rüşvət ala bilməsinlər.

"Amma Azərbaycanda bu sistem də formalaşmayıb. Tam əksinə, icraedici orqanda olan bir qrup şəxs özü üçün parlament, müxalifət, bələdiyyə yaradıb, bu insitutları bizə demokratik insitutlar kimi təqdim edir. Amma əslində isə altı boşdur. Sadəcə bu bir qrup insandır ki, ölkənin bütün resurslarını ələ alıb, özləri üçün bölüşdürürlər. Deputatlara yüksək maaş yazırlar, digər işçilərin isə buna əli çatmır. Bu sistem nəinki ədalətsiz, həm də yırtıcı və xalqı kölə vəziyyətinə salan bir sistemdir", - Azər Qasımlı bildirib.

Sentyabrın 1-də Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib. VI çağırışda deputat seçilən 121 nəfərdən 89-u yenidən mandat qazanıb.

9 ay sonra yenə birlikdə ❤️❤️ Ulvi Hasanli Sevinc Vaqifqizi Nərgiz Absalamova Hafiz Babalı Məhəmməd Kekalov      .
07/09/2024

9 ay sonra yenə birlikdə ❤️❤️ Ulvi Hasanli Sevinc Vaqifqizi Nərgiz Absalamova Hafiz Babalı Məhəmməd Kekalov


.

🇹🇷 🤔 🇪🇬 Ərdoğan "qatil, zalım, darbeci" dediyi Misir prezidentini Türkiyədə qarşılayıb.Misir Prezidenti Əbdülfəttah Əs-S...
05/09/2024

🇹🇷 🤔 🇪🇬 Ərdoğan "qatil, zalım, darbeci" dediyi Misir prezidentini Türkiyədə qarşılayıb.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilk dəfə Türkiyəyə rəsmi səfərə gəlib.

Səfər Ərdoğanın dəvətiylə baş tutub.

Ölkələr rasında münasibətlər 2013-cü ildə pozulmuşdu. Türkiyə seçkilərlə hakimiyyətə gəlmiş Müsəlman Qardaşlar hərəkatının lideri Məhəmməd Mursinin devrilməsində Sisini ittiham edirdi, onu "darbeci" adlandırırdı.

Məhəmməd Mursi 2012-ci ildə prezident kimi Türkiyəyə səfər etmişdi.

Tərəflər enerji, səhiyyə, turizm, müdafiə sahələrində uzunmüddətli əməkdaşlıq məsələləri ilə yanaşı, Qəzzadakı son vəziyyəti də müzakirə edirlər.

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə görə, Milli Məclisin VII çağırış deput...
04/09/2024

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə görə, Milli Məclisin VII çağırış deputatları arasında keçmiş millət vəkillərinin, bir sıra məmurların da qohumları yer alıb.

Milli Məclis yaranandan etibarən 30 ildir davamlı olaraq deputat seçilənlər də yenidən mandat qazanıblar.

Polis əməkdaşlarının paytaxtın Sabunçu rayonunda bir nəfər vətəndaşı güllələyərək öldürdüyü bildirilir. Hadisə sentyabrı...
04/09/2024

Polis əməkdaşlarının paytaxtın Sabunçu rayonunda bir nəfər vətəndaşı güllələyərək öldürdüyü bildirilir. Hadisə sentyabrın 4-də axşam saat 21.00 radələrində baş verib. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidməti də təsdiqləyir.

Bu qurumun məlumatında iddia olunur ki, öldürülən Akif Məmmədov polislərə silahlı müqavimət göstərib. Bu səbəbdən ona qarşı tabel silahı tətbiq olunub.

İddiaya görə, narkotiklərin qanunsuz dövriyyəsilə bağlı məlumat əsasında evdə polislər evdə əməliyyat keçirən zaman bu hadisə baş verib:

“Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança aşkar olunaraq götürülüb”.

Öldürülən Akif Məmmədovun yaxınlarının onun haqqındakı rəsmi açıqlamaya münasibəti hələlik məlum deyil.

Bir gün əvvəl də Sabunçu rayonu ərazisində bənzər hadisə baş vermişdi. Sentyabrın 3-nə keçən gecə polis əməkdaşları 25 yaşlı Elşən Haqverdiyevi güllələyərək öldürmüşdü.

03/09/2024

Bunun kimi,şərəfdən vicdandan xəbəri olmayanların üzündən mln insanlar əziyyət çəkir.

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində VI çağırış Milli Məclisdə təmsil olunan 89 deputat yenidə...
02/09/2024

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində VI çağırış Milli Məclisdə təmsil olunan 89 deputat yenidən mandat qazanıb.

Seçkilərin ilkin nəticəsi göstərib ki, yeni parlamentin 78 faizi ya VI çağırışda, ya da ondan əvvəlki çağırışlarda deputat seçilənlərdir.

Cəmi 28 deputat (22 faiz) ilk dəfə seçilib. Onlardan 19-u kişi, 9-u isə qadındır.

Mənbə: Mərkəzi Seçki Komissiyası

Möcüzələrə inanırsınız?Neftçaladan deputatlığa namizəd Vəfa Nağı paylaşım edib:“Tənzilə Rüstəmxanlı gecə 45 qutudan çıxa...
02/09/2024

Möcüzələrə inanırsınız?

Neftçaladan deputatlığa namizəd Vəfa Nağı paylaşım edib:

“Tənzilə Rüstəmxanlı gecə 45 qutudan çıxan səsə görə 1100 səs yığmışdı.

Bu səhər isə yerdə qalan 4 qutudan Tənzilə üçün 3093 səs çıxıb.

MSK-nın yekun nəticələri: Tənzilə 5707, Vəfa Nağıyeva 3029”.

Vəfa Nağı deyir ki, saxta deputatın neftçalalıları təmsil etməməsi üçün əlimdən gələn hər şeyi edəcəm.

01/09/2024

Saxtakarlıq olmazsa belə bir vəhşilik olarmı?Belə şərəfsiz,vicdanını İlham Əliyev hakimiyyəti ömrünü uzatmaq üçün belə vəhşi cəmiyyətə təhlükəli yırtıcı məxluqlar sayəsində olur.

İlham Əliyev xalqın səsini bu şəkildə boğaraq təyin edir milli olmayan məclisə
01/09/2024

İlham Əliyev xalqın səsini bu şəkildə boğaraq təyin edir milli olmayan məclisə

01/09/2024

Analoqsuz "seçki" Avropa dünya İlham Əliyevin siyasətinə paxıllıq edir.

01/09/2024

31 saylı Suraxanı ikinci dairəsindən Müsavat partiyasının namizədi Ərzulla Bulud deyir ki, bu dəfə seçki saxtakarlığına şəhid ailələri və qazilər də qatılıb. Ərzulla Bulud hücuma məruz qaldığını, etiraz edərkən bir neçə müşahidəçisinin də qovulduğunu deyir.

01/09/2024

70 saylı Neftçala seçki dairəsində daşınan qutu qalmaqalı olub. Deputatlığa namizəd Vəfa Nağı xeyli sayda daşınan qutu aşkarlayıb. O, deyir ki, daşınan qutularla bağlı sənədləşmə düzgün aparılmayıb. Vəfa bildirir ki, bu tip üsullarla seçkiyə gəlməyən vətəndaşların yerinə də səs verilir.

01/09/2024

Seçki adı altında ortaya bir qrup raketlər çıxır və başlayır bax beləcə tamaşalar gösdərməyə YAP hakimiyyəti əsil gərçək üzü budur Seçki şousu davam edir

01/09/2024

Parlament seçkiləri ənənəvi seçki elementləri ilə davam edir: seçki kabinetinə cüt girənlər, bir dəfə səs verməklə kifayətlənməyənlər, qutuya t**a bülleten atanlar, müşahidəçiləri təhdid edənlər və s.

01/09/2024

70 saylı Neftçala seçki dairəsinin 40 saylı məntəqəsində seçki günü gərgin başlayıb. İlk saatlardan Vəfa Nağı və jurnalistlər məntəqədən uzaqlaşdırılmağa çalışılıb. Ardınca müşahidəçi də təhqir edilir. Daha sonra məntəqəyə Hüseyin Qurbanov adlı şəxs daxil olur, Vəfa Nağını təhqir edir. Bundan sonra hadisələr nəzarətdən çıxır.

PAYLAŞ! Bahalı maşınlara görə, Villalara  görə Neftçaladan vaz geçermiyim??? 😁Çoxları Neftçalada baş verənləri yaxşı gör...
01/09/2024

PAYLAŞ! Bahalı maşınlara görə, Villalara görə Neftçaladan vaz geçermiyim??? 😁

Çoxları Neftçalada baş verənləri yaxşı görür. Amma sizin görmədiyiniz və bilmədiyiniz çox şeylər var. Dedim sizlə bölüşüm. Sabir və Tənzilə Rüstəmxanlı haqda bilmədikləriniz!

Mən son baş verənləri görüb bəzi məqamları yazmağı borc bildim. Bu xalq hər şeyi bilməlidir, ələlxüsus da, NEFTÇALA camaatı... Çünki bu ailə özündən başqa heç kəsi düşünmür. Onların Şamaxıdakı və Gənclikdə "Milyonerlər məhəlləsində"ki milyonluq villaları ilə bütün Neftçalanın su problemini həll etmək olardı...

Tənzilə Rüstəmxanlı bütün gün Qarabağ savaşlarından, şəhid olan əsgərlərdən danışır. Amma mənim Tənzilə Rüstəmxanlıya və Sabir Rüstəmxanlıya sualım var: xalqın balası müharibədə iştirak edəndə, şəhid olanda, qazi olanda sizin övladınız Cəmil Rüstəmxanlı harada idi bəs? Təkrar soruşuram, oğlunuz Cəmil Rüstəmxanlı harada idi? Bəlkə, o da döyüş zonasında idi? Bilirəm, siz bu sualın cavabını verə bilməzsiniz. Amma mən sizə deyə bilərəm ki, övladınız Cəmil Rüstəmxanlı harada idi.

Tənzilə və Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı həmin müddətdə Azərbaycan Avtomobil Yollarının sədr muavini işləyib. Cəmil Rüstəmxanlı "Azəravtoyol"da işləyə-işləyə 800-900 manat dövlət maaşı alıb, amma necəsə bu xırda-xuruş pullarla milyonlarla dəyəri olan maşın qarajına sahib olub. Mətbuatda dəfələrlə bu xəbər gedib!

Bəli, Cəmil Rüstəmxanlı "Azəravtoyol"a işə gedib-gəlmək üçün "99-AA-290" və "77-AA-290" nömrələri istifadə edirdi. "77-AA-290" nömrəsi 150 min manatlıq "Toyota Land Cruiser" markasının üstündə idi, "99-AA-290" nömrə nişanı isə qiyməti 250 min manat olan "BMV x7" markalı maşının üstündə olub.
Gördüyünüz kimi, Tənzilə Rüstəmxanlının oğlu Cəmil də arxa cəbhədə "döyüşüb", həm də “zerkalnı” nömrələr uğrunda savaşda. Tipik məmur balası. Bunlar hələ işə gedib gəldiyi maşınlardır...
İşdən kənarda isə asudə vaxtı o, "10-YY-002", "10-OY-010" və "10 YY 007" nömrələri ilə şəhərdə fırlanırdı. Misal üçün, "10-OY-010" dövlət nişanı qiyməti 200 min manat olan "Mersedes Galenvagen" markalı maşına taxılıb. "10-YY-002" dövlət nişanı isə qiyməti 250 min olan "Range Rover" markalı maşınına taxılıb, arada həmin bu nömrəni "Nisaan Patrul" markalı maşınına da taxıb. "10-YY-007" nömrəsinin qiyməti isə 300 min olan "Bentley markalı" maşına taxılıb.

İndi gördünüz xalqın övladları müharibədə olanda Cəmil Rüstəmxanlı harada olub? Ona görə də xalq kimin kim olduğunu tanımalıdır. Tənzilə Rüstəmxanlı indi başa düşürsünüz o söydükləriniz, “qanqal” adlandırdıqlarınız niyə müharibəyə qarşı idi? İndi dərk edirsiniz ki, niyə ədalətli cəmiyyət qurmaq üçün mubarizə aparırlar?

Qarabağı əlinizdə bayraq edib xalqın hisslərilə oynamağa çalışırsınız, amma Qarabağ savaşında xalqın övladları şəhid olanda, sizin övladınız gündə bir maşın dəyişirdi.

NEFTÇALA üçün VƏFA vaxtıdır! Seçiminizi düzgün edin NEFTÇALA camaatı!

Mehman Huseynov

01/09/2024

Azərbaycan bu il BMT-nin iqlim konfransına - COP29-a ev sahibliyi edəcək.

Ölkə rəhbərliyi noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək tədbirə xüsusi diqqətlə hazırlaşır.

Paytaxtın bir çox yerində təmir-tikinti işləri gedir. Əksər park və yollar sakinlərin üzünə qapadılıb, binaların üzləri yenilənir, mərkəzi yollar isə asfaltlanır.

Hökumət rəsmiləri COP29-a ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirirlər. Hətta ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Bəs yaşıl iqtisadiyyata keçid planları quran Azərbaycanda əslində ekoloji vəziyyət necədir?

Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “Landau Məktəbi”nin və “The Grand” apart hotelinin açılışı...
29/08/2024

Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “Landau Məktəbi”nin və “The Grand” apart hotelinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak edib.

“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Prezident İlham Əliyevə görülən işlər, o cümlədən “Sea Breeze”in əsas layihələri – 231 şagird üçün nəzərdə tutulmuş “LANDAU School” Təhsil Kompleksinin “Sea Breeze”dəki məktəbi və 450 şagird üçün nəzərdə tutulmuş “SABAH.school” barədə məlumat verib.

Emil Leznik 2021-ci ildə mətbuata verdiyi müsahibəsində bildirmişdi ki, onların Azərbaycanın Xalq artisti, Rusiyanın ən böyük şirkətlərindən birinin – “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov ilə birlikdə “LANDAU Sea Breeze” adlı layihələri var.
İllik təhsil haqqının 8-10 min manat olduğu “Landau School”un təhsil üzrə direktoru isə ataları Yefim Leznikdir.

Yefim Leznik Petroviç uzun illər Bakının Xətai rayonu ərazisində fəaliyyət göstərən “Xabad or Avner” yəhudi məktəbinin direktoru olub. “Xabad Or-Avner” məktəbi 2003-cü ildən Bakı şəhərində fəaliyyət göstərir. Məktəbdə Azərbaycan vətəndaşları olan yəhudi uşaqları təhsil alırlar.

“The Grand” apart hoteli “Sea Breeze” yaşayış və istirahət komplekləri zəncirinə daxil olan şəbəkəyə aiddir. “Sea Breeze” saytında qeyd olunub ki, kurort istirahət mərkəzi kimi fəaliyyət göstərəcək olan məkan Xəzər dənizinin birinci sahil zolağında yerləşir və çimərlikdən yalnız gəzinti zolağı ilə ayrılır.
Bura ilboyu yaşamaq və ya kirayə vermək üçün nəzərdə tutulmuş 224 mənzil və 3 penthausdan ibarətdir. Təmirli 100 mənzil əşyalarla birlikdə artıq satılıb. Apart otelin ərazisində iki hovuz, üç restoran, konfrans zalı, butiklər, SPA mərkəzi və qəbul xidməti fəaliyyət göstərir.

“Sea Breeze” yaşayış və istirahət kompleksi 2006-ci ildə Azərbaycanın Xalq artisti, elə o zamanlar İlham Əliyevin qızı Leyla Əliyeva ilə ailə həyatı qurmuş Emin Ağalarov tərəfindən təsis edilib və ilkin olaraq otel, restoran və kiçik çimərlikdən ibarət olub.
Bu gün “Sea Breeze” 500 hektar ərazini əhatə edir.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when 24SAAT.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other News & Media Websites in Baku

Show All

You may also like