![Bu gün radiomuzun 26 yaşı tamam olur!🎉🎉🎉🎂🎂🎂🎶🎶🎶Düz 26 il əvvəl – 1998-ci ilin bu günündə 100.5 FM-dalğasında ilk yayımına...](https://img5.medioq.com/669/684/492409776696847.jpg)
25/06/2024
Bu gün radiomuzun 26 yaşı tamam olur!🎉🎉🎉🎂🎂🎂🎶🎶🎶
Düz 26 il əvvəl – 1998-ci ilin bu günündə 100.5 FM-dalğasında ilk yayımına çıxan radiomuz Bürc FM adıyla bütün ölkəyə səs saldı. 2021-ci ildən Radio TMB olaraq yoluna davam edən 100.5 FM sayənizdə illərdi ki, ölkənin ən reytinqli radiousu olaraq qarşınızdadı.
Sizə minnətdarıq:
- 26 ildi ki, bizimlə olduğunuz üçün;
- Bizi reytinqlərdə ilk sıralarda saxladığınız üçün;
- Hər zaman yanımızda olub, bizi tək qoymadığınız üçün!
Dəyərli Dinləyicilərimiz! Yaxşı ki, varsız, yaxşı ki, bizimləsiz. Həmişə bizimlə olun! Ad günümüz mübarək! Təbriklərinizi yaza bilərsiz❤️❤️❤️