Milli.Xeber

Milli.Xeber İnformasiya portalı.

Xəbər verdiyimiz kimi, bu gün Cəlilabad rayon sakini Sevil Cabbar qızı İbayeva qızılca xəstəliyindən vəfat edib. “Qafqaz...
04/01/2024

Xəbər verdiyimiz kimi, bu gün Cəlilabad rayon sakini Sevil Cabbar qızı İbayeva qızılca xəstəliyindən vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin səhifəsində də məlumat yayılıb.

Bildirilib ki, mərhum universitetin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi olub.
Sevilin fotosunu təqdim edirik:

Xəbər verdiyimiz kimi, bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbi qulluqçumuz həlak...
04/01/2024

Xəbər verdiyimiz kimi, bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbi qulluqçumuz həlak olub.
Səfərbərlik və Hərbi Çağırışa Xidmətinin İstimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər Şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir.
Qeyd olunub ki, bu gün həlak olan hərbi qulluqçular-Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.

Laçında hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.Bild...
04/01/2024

Laçında hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, rayonun çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

Yanvarın 5-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə,...
04/01/2024

Yanvarın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Xəbər verdiyimiz kimi, bu gün İranın Kirman əyalətində İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komand...
04/01/2024

Xəbər verdiyimiz kimi, bu gün İranın Kirman əyalətində İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yoldakı yürüş zamanı terror törədilib.

İnsident nəticəsində 103 nəfər həyatını itirib, yüzlərlə insan xəsarət alıb.
“Qafqazinfo” hadisə yerindən fotolar təqdim edir:

Bayram günlərində Naxçıvanda 8 zəhərlənmə halı qeydə alınıb.Bu barədə “Qafqazinfo”ya Naxçıvan Səhiyyə Nazirliyindən məlu...
03/01/2024

Bayram günlərində Naxçıvanda 8 zəhərlənmə halı qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zəhərlənənlərin 4-ü eyni ailənin üzvləridirlər: “Zəhərlənənlərin 4-ü Qasımovlar ailəsinin üzvləri salatdan zəhərləniblər. Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən zəhərlənmələrdir. Xəstələrdən 2 nəfərə stasionar, 6 nəfərə isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib. Hazırda hamısının vəziyyəti normaldır”.

Təmoyev İslam Azər oğlu kəskin leykoz xəstəliyindən əziyyət çəkir .Xəstəliyin  diaqnozu 26 noyabr 2021 ci il tarixində  ...
03/01/2024

Təmoyev İslam Azər oğlu kəskin leykoz xəstəliyindən əziyyət çəkir .Xəstəliyin diaqnozu 26 noyabr 2021 ci il tarixində qoyulub .islamın hal hazırda 8 yaşı var . Mən İslamın anası Təmoyeva Fərqanə Rüfət qızı hər bir Azərbaycanlıdan xahiş edirəm ki, oğlum İslamac yardım edəsiniz .

Əlaqə nömrəsi:(Anası Fərqanə)
070-542-40-19
Miliön və E-manat terminalları vasitəsilə hesabın artırılması -
Kart hesab:Kapital bank
5239151729568967
FARGANA TAMOYEVA

Bu gün İranda xeyli insanın ölümü və yaralanması ilə nəticələnən partlayışla əlaqədar ölkədə matəm elan edilib.Bu barədə...
03/01/2024

Bu gün İranda xeyli insanın ölümü və yaralanması ilə nəticələnən partlayışla əlaqədar ölkədə matəm elan edilib.
Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.
Xatırladaq ki, bu gün İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin dəfn olunduğu ərazidəki terrorda ölənlərin sayı 103 nəfərə çatıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Q. Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.

03/01/2024
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib...
03/01/2024

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib:

"Onu da qeyd edək ki, xanım 2006-cı il təvəllüdlüdür və ailə qurarkən 17 yaşı olub. Həyatı təhlükəsi yoxdur”.

Əldə edilən məlumata görə, xanımın bir müddət əvvəl itkin düşməsi barədə polisə məlumat daxil olub. O, evdən başqa kişi ilə qaçarkən 5000 manat dəyərində qızıl da aparıbmış.

“​Bu gün saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur”. Bu barədə “Qafqazinfo...
03/01/2024

“​Bu gün saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur”.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/saniyə, Şamaxı, Qobustan, Naftalan, Altağacda isə 18 m/saniyə təşkil edib: “Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,6 metrdir.

Hazırda Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR 6, aran rayonlarında 13, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi yanvarın 4-ü gecə saatlarından tədricən zəifləyəcək. Yanvarın 4-ü gündüz və 5-də Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək”.

Ötən gün Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tü...
02/01/2024

Ötən gün Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən 1959-cu il təvəllüdlü Sevinc Tağıyeva vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümükün olmayıb.
Qeyd edək ki, yanğın nəticəsində ölən Sevinc Tağıyeva müğənni Ziba Osmanlının anasıdır.

u gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.Milli Qəhrəmanın dünyaya gəlməsind...
02/01/2024

u gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
Milli Qəhrəmanın dünyaya gəlməsindən 49 il ötür.
P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub.

Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib....
01/01/2024

Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır:

“Məsələ barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib.

O qeyd edib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.

Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb.

Nəticədə aralarında mübahisə yaranıb və danışıq dava ilə bitib.

Tərtərdə qətl hadisəsi baş verib.“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məl...
01/01/2024

Tərtərdə qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, yanvarın 1-də saat 1 radələrində rayon ərazisində yerli sakin, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü şəxs saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı rayon prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü yeniyetmə aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, 14 yaşlı yeniyetmə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.“Qafqazinfo” ...
31/12/2023

Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, 01.01.2024-cü il tarixində saat 00:01-də doğulan körpənin cinsi qız, boyu 45 sm, çəkisi 2 580 kq olub.

Doğulan uşaq ananın ilk hamiləliyi olub.

Qeyd edək ki, 24 yaşlı Göyçay sakini Sünel Rəsulzadə uşaqlıqda çapıq diaqnozu ilə təcili olaraq qeysəriyyə əməliyyatına qəbul edilib.

Əməliyyat uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.

Oğuzda Şaxta baba obrazında çıxış edən kişi ölüb.“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün rayon ərazisində keçiril...
31/12/2023

Oğuzda Şaxta baba obrazında çıxış edən kişi ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün rayon ərazisində keçirilən Yeni il şənliyində baş verib.

Belə ki, şənlikdə Şaxta baba obrazında çıxış edən rayonun Sincan kənd sakini, 1949-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu İsmayılovun halı anidən pisləşib və o, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə xalqa müraciəti...
31/12/2023

Azərbaycan Prezidenti İlham Əliyevin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə xalqa müraciəti olacaq.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının müraciəti birazdan yerli telekanallar vasitəsilə yayımlanacaq.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi instaqram səhifəsində Yeni illə bağlı paylaşım edib.“Qafqazi...
31/12/2023

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəsmi instaqram səhifəsində Yeni illə bağlı paylaşım edib.
“Qafqazinfo”nun məlumatına görə, ailə üzvləri ilə fotolar paylaşan L.Əliyeva, “Yeni iliniz mübarək! Sizə cansağlığı, xoşbəxtlik və bol sevgi arzu edirəm! Allah hamınızı qorusun!” sözlərini əlavə edib.

Yeni il bütün dünyada coşqu ilə qarşılanır.AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, saat qurşağı fərqinə görə 202...
31/12/2023

Yeni il bütün dünyada coşqu ilə qarşılanır.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, saat qurşağı fərqinə görə 2024-cü ilə girən ilk ölkə Yeni Zelandiya oldu.

Ətraflı

Yer kürəsinin cənub yarımkürəsində yerləşən və yayı yaşayan Yeni Zelandiyanın Oklend şəhərində toplaşan minlərlə insan 2024-cü ili "Sky Tower"də atəşfəşanlıq nümayişləri ilə böyük həvəslə qarşılayıb.

Sakit okeandakı Kiribati və Samoa adaları da yeni ili ilk qarşılayan ölkələr sırasındadır.
2024-cü ilə girəcək son ölkə Sakit okeanın başqa bir ada bölgəsi olan Amerika Samoası olacaq.

Amerika Samoası Qrinviç vaxtından 11 saat geri qalır ki, bu da onu yeni ili qarşılamaq üçün son yerlərdən birinə çevirir.

Laçın şəhərinin sakinləri Yeni ili qeyd edirlər.“Qafqazinfo” xəbər verir ki, şəhərin mərkəzində Laçın məhsullarından iba...
31/12/2023

Laçın şəhərinin sakinləri Yeni ili qeyd edirlər.
“Qafqazinfo” xəbər verir ki, şəhərin mərkəzində Laçın məhsullarından ibarət “Can, Laçın” adlı yarmarka təşkil olunub.
Bayram münasibətilə şəhər mərkəzində konsert proqramı keçirilir.
Həmin görüntüləri təqdim edirik:

Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar...
30/12/2023

Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşılan fotonun üzərində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!” sözləri yazılıb.

Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin prezidentl...
30/12/2023

Mərkəzi Seçki Komissiyası (MSK) Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə MSK-nın bugünkü iclasında qərar qəbul olunub.

Xatırladaq ki, YAP İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.

MSK dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

YAP dekabrın 26-da İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə MSK-ya təqdim edib.

Qeyd edək ki, Azərbaycanda gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Türkiyəli siyasətçi Sinan Oğan “Fənərbaxça” və “Qalatasaray” arasındakı Superkubok matçının Xankəndidə keçirilməsini tək...
30/12/2023

Türkiyəli siyasətçi Sinan Oğan “Fənərbaxça” və “Qalatasaray” arasındakı Superkubok matçının Xankəndidə keçirilməsini təklif edib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə öz “X” hesabındakı paylaşımında bildirib:

“Əgər xarici ölkədə oynamaq istəyirsinizsə, Xankəndi stadionunu məsləhət görürəm. Əks halda, final Türkiyə paytaxtına yaraşır”.
Qeyd edək ki, Türkiyə Superkubokunda keçirilməli olan “Fənərbaxça” – “Qalatasaray” matçı Səudiyyə Ərəbistanı hökumətinin qadağalarına görə təxirə salınıb.

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib.Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, qı...
30/12/2023

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca infeksiyasına yoluxma hallarının artması daha çox müşahidə edilir.

Bildirilir ki, hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə, həmçinin qızılcaya qarşı yüksək həssaslığa malik əhali qrupları hesab edilir.

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyi, əl gigiyenasına riayət etməyi, həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir.

Hər bir vətəndaş sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır.

Baş Dövlət Yol Polisi İdarəsi 2023-cü ildəki qəzalarla bağlı statistika paylaşıb. AZXEBER.COM qafqazinfo-ya istinadən xə...
29/12/2023

Baş Dövlət Yol Polisi İdarəsi 2023-cü ildəki qəzalarla bağlı statistika paylaşıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, il ərzində baş vermiş yol-nəqliyyat hadisələri səbəbindən vəfat edənlərin bir neçəsi sürücülərin ailə üzvləri olub.

Belə ki, 2023-cü ildə qeydə alınan qəzalarda 3 halda sürücünün atası, 8 halda anası, 3 halda qardaşı, 3 halda bacısı, 8 halda oğlu, 4 halda qızı, 11 halda həyat yoldaşı, 21 halda isə yaxın qohumu olan şəxs həyatını itirib.

52“Qızılca hava-damcı yolu ilə ötürülən virus infeksiyasıdır. Qızılca infeksiyasının etioloji amili “Paramyxoviridae” fə...
29/12/2023

52
“Qızılca hava-damcı yolu ilə ötürülən virus infeksiyasıdır. Qızılca infeksiyasının etioloji amili “Paramyxoviridae” fəsiləsinin Morbilli virus cinsinə aid olan RNT tərkibli virusdur. Virus sferik formada olub, diametri 120-230 nm-dir. Qızılca virusu ətraf mühitdə az davamlı olaraq, 2 saat aktiv qala bilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Lalə Rüstəmova deyib.

Qızılca virusu ilə bağlı geniş məlumat verən həkim bildirib ki, infeksiya mənbəyi qızılca ilə xəstə şəxsdir və inkubasiya dövrünün (8-17 gün) 4-cü günündən səpkilərin 4-cü gününə qədər yoluxdurucu olur:

“Səpkilərin 5-ci günü xəstə artıq yoluxdurucu olmur. Xəstədə 38-40°С hərarət, zökəm, quru öskürək, işıqdan qorxma, baş ağrısı, konyuktivanın qızarması, əsnəyin hiperemiyası, enantema (bərk və yumşaq damaqda qırmızı ləkələr) qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə əsasən, hazırda epidemioloji nəzarətin 2 əsas növü qeyd olunur: indikator əsaslı və siqnal hadisələrə əsaslanan epidemioloji nəzarət.

Qızılcanın eliminasiyası dövründə xüsusilə siqnal hadisələrə əsaslanan epidemioloji nəzarətin aparılması və qızılca virusunun popuyasiyada dövr etməsinin aşkar edilməsi çox vacibdir. Eyni zamanda, hər bir ərazidə qızılca hadisələrinin olması barədə bildirişlərin həftəlik toplanması, 48 saat ərzində şübhəli halların tam araşdıdılması, adekvat müayinə olunan halların, laborator müayinə üçün nümunə götürülən, ilk 4 gündə laborator müayinə aparılan halların xüsusi çəkisinin müəyyənləşdirilməsi çox mühümdür”.

Həkim qızılca ilə xəstələnmə hallarının təsdiqlənməsi üçün laborator diaqnostikanın rolu barədə də danışıb:

“Qızılcanın son diaqnozu laborator təsdiq olduqda, yaxud digər təsdiq olunmuş hal ilə epidemik əlaqə olduqda müəyyən edilir. Qızılca ilə xəstələnmənin azaldılmasında virus izolyatlarının identifikasiyası və onların endogen, yaxud xaricdən gəlmə olduğunun təyin edilməsidir. ÜST-nin ekspertlərinin fikrincə, molekulyar epidemiologiya üsulları qlobal miqyasda qızılca virusunun dövr etməsinin izlənməsində standart alət olmalıdır.

Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması müzakirələrə səbəb olub.“Qafqazinfo” xəbər verir ki, “Təsir dairəsi” ver...
29/12/2023

Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Təsir dairəsi” verilişində 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb.

Bildirilib ki, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişi nişanlanıb. Cütlük arasında 20 yaş fərqinin olması, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:

“Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub....
28/12/2023

Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub.

Bu barədə TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.

Təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər. Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar.

Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub.

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparı...
27/12/2023

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.

Oxu.Az-ın əldə etdiyi məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyat...
27/12/2023

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib.

Bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.

Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.

Bakı-Quba yolunda dəhşətli hadisə baş verib.“Qafqazinfo” xəbər verir ki, dekabrın 25-də saat 19:30 radələrində Bakı-Quba...
27/12/2023

Bakı-Quba yolunda dəhşətli hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 25-də saat 19:30 radələrində Bakı-Quba yolunun 37-ci kilometrində Vüsal Xangəldiyev idarə etdiyi "Ford Tranzit" markalı yük maşını ilə yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Oruc Osmanovu vurub. Nəticədə piyada xəsarət alaraq yolun asfalt örtüyünün üzərində qalıb.

Təxminən yarım saat sonra isə Elşən Cəfərov adlı şəxs idarə etdiyi “QAZ 31” markalı avtomobillə yolun üzərində qalmış O.Osmanovu vurub. Bu dəfə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Prezident İlham Əliyevin Ermənistanın ...
26/12/2023

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub.

“Qafqazinfo” xəbər verir ki, söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.

Address

Bakı

Alerts

Be the first to know and let us send you an email when Milli.Xeber posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Milli.Xeber:

Videos

Share


Other News & Media Websites in Bakı

Show All

You may also like