Azad Lenkoran

  • Home
  • Azad Lenkoran

Azad Lenkoran Bu səhifədə bölgədə baş verən hadisələr və sakinlərin problemləri işıqlandırılır.

Lənkəran Özbəkistanın Buxara şəhəri ilə qardaşlaşıb. Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forum...
25/02/2023

Lənkəran Özbəkistanın Buxara şəhəri ilə qardaşlaşıb.

Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində fevralın 24-də iki ölkə arasında 11 sənəd imzalanıb.

İmzalanan sənədlər arasında Buxara və Lənkəran, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər mövcuddur.

Xatırladaq ki, Lənkəran indiyə qədər Türkiyənin İskəndərun, ABŞ-ın Monterrey (Kaliforniya ştatı) və İtaliyanın Çerveteri şəhərləri ilə qardaş idi. Buxara Lənkəranla qardaşlaşan dördüncü şəhər oldu.

Hamı sussa da, bu danışıb Lənkəranı biabır etməlidir
01/02/2023

Hamı sussa da, bu danışıb Lənkəranı biabır etməlidir

27 yanvar 2008-ci il.Xəzər-Lənkəran Daşkəndin "Paxtakor" komandasını məğlub edərək (4:3) Birlik kubokunu qazanır.
27/01/2023

27 yanvar 2008-ci il.
Xəzər-Lənkəran Daşkəndin "Paxtakor" komandasını məğlub edərək (4:3) Birlik kubokunu qazanır.

Lənkəranlı tarixçi Yadigar Sadıqlının “Yaxın Şərq tarixi” adlı kitabı çapdan çıxıb. Kitabda XX əsrdə Türkiyə və Kirpdə, ...
07/01/2023

Lənkəranlı tarixçi Yadigar Sadıqlının “Yaxın Şərq tarixi” adlı kitabı çapdan çıxıb.

Kitabda XX əsrdə Türkiyə və Kirpdə, İran və İsraildə, Əfqanıstan va ərəb ölkələrində baş verən hadisələrdən bəhs edən 72 məqalə yer alır.Maraqlı faktlarla zəngin, obyektiv və oxunaqlı tərzdə yazılan, əksəriyyəti Azərbaycan dilində ilk dəfə işlənən məqalələrdən ibarət kitab regionda cərəyan edən proseslərin səbəb və nəticələrini öyrənmək üçün ciddi vasitədir.

İ Ç İ N D Ə K İ L Ə R

TÜRKİYƏ və KİPR

Türkiyə Cümhuriyyəti və Mustafa Kamal Atatürk
Boğazlar məsələsi və Montrö müqaviləsi
Hatay sorunu
Türkiyə İkinci dünya müharibəsi illərində
SSRİ-nin Türkiyəyə qarşı iddiaları
Çoxpartiyalılığa doğru ilk addımlar
Demokrat Partiyasının yaranması
1950-ci il seçkiləri
Demokrat Partiyası iqtidarının yüksəlişi
Demokrat Partiyası iqtidarının avtoritarlaşması
1957-ci il seçkiləri
Adnan Menderesin təyyarə qəzası
Demokrat Partiyası iqtidarının tənəzzülü
27 may çevrilişi
Hərbi idarə və Yassıada məhkəməsi
ASALA
Kipr Respublikasının yaranması
Kipr problemi

İRAN
Stalin və şah
İran neftinin milliləşdirilməsi və “Ayaks” əməliyyatı
SAVAK-ın dörd rəhbəri
Ağ inqilab
İran monarxiyasının 2500 illiyi ziyafəti
İran: inqilab öncəsi
İran İslam inqilabı
İran və ABŞ arasında girov böhranı
“Qartal caynağı” əməliyyatı
İran-İraq müharibəsi
İran aviasiyasının H-3 aviabazasını bombalaması
Ayətullah Məhəmmədkazım Şəriətmədari
Mehdi Bazərgan
Dissident ayətullah Möntəziri
Şapur Bəxtiyar
Xomeyninin üç silahdaşı (Bənisədr, Qotbzadə, Yəzdi)
Qulamrza Təxti – İranın qüruru

İSRAİL
Sionizm və yəhudilərin Fələstinə köçü
Britaniya mandatına qarşı yəhudi üsyanı
İsrail dövlətinin yaranması
Deyr Yasin qətliamı
Ayxmanın oğurlanması
“Brilyant əməliyyatı”
Altıgünlük müharibə
Yəhudilərin radarı oğurlaması
Yəhudilərin katerləri qaçırması
Münxen olimpiadasında qətliam
‘’Tanrının qəzəbi’’ əməliyyatı
Məşhər günü savaşı
Maalot faciəsi
Entebbe əməliyyatı
“Opera” əməliyyatı

DİGƏR ÖLKƏLƏR
Qüds
Livan respublikasının yaranması və Milli pakt
1958-ci il Livan böhranı
Livan vətəndaş müharibəsinin başlanması
“Qalileyaya sülh” əməliyyatı və Bəşir Cümayelin qətli
Səbra və Şətila qətliamı. Livan vətəndaş müharibəsinin sonu
Misir krallığı
Süveyş böhranı
Birləşmiş Ərəb Respublikası
Ənvər Sadat – sülhün qurbanı
İraq krallığı
İraq Respublikasının yaranması
İraqın Küveyti işğalı
Suriya respublikasının yaranması
Suriya: hərbi çevrilişlər ölkəsi
İordaniyada “Qara sentyabr” hadisələri
Fransızların Əlcəzairdə Setif qətliamı
Kəbə basqını
Əfqanıstanda Saur inqilabı
Əfqanıstana sovet təcavüzü
Məhəmməd Nəcibulla
Əfqanıstanın ilk və yeganə Kosmonavtika

Qiyməti: 17 manat 50 qəpik

01/10/2022

Lənkəranın deputatı Rüfət Quliyev parlamentdəki çıxışında çox vacib məsələyə toxunub: bakkuşun qiymətinə

Rayondan Bakıya böyrəyini satmağa gəlib
04/08/2022

Rayondan Bakıya böyrəyini satmağa gəlib

Prezidentin köməkçisi Lənkəranda torpaqları zəbt edib - VİDEO
20/07/2022

Prezidentin köməkçisi Lənkəranda torpaqları zəbt edib - VİDEO

İcra başçısının müavini işdən çıxarıldı
18/07/2022

İcra başçısının müavini işdən çıxarıldı

Lənkəranda məktəblinin döyülməsində təqsirli bilinən icra başçısının müavini Rasilə Arifqızı işdən azad edilib. Bu barədə Lənkəran Şəhər İcra Hakimiyyətindən Modern.az-a məlumat verilib. Bildirilib ki, Rasilə Arifqızı bu gündən etibarən Lənkəran Şəhər İcra...

Lənkəran şəhər 4 saylı məktəbin məzunu, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim prezident Co Baydenlə g...
25/06/2022

Lənkəran şəhər 4 saylı məktəbin məzunu, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim prezident Co Baydenlə görüşüb

Yadigar Sadıqlı: Lənkəranın mərkəzi meydanı 1970-ci illərin ortalarında istifadəyə verilib. O vaxtdan xüsusən yay ayları...
03/06/2022

Yadigar Sadıqlı: Lənkəranın mərkəzi meydanı 1970-ci illərin ortalarında istifadəyə verilib. O vaxtdan xüsusən yay aylarında insanların istirahət etdiyi, axşam sərinliyi aldığı yerdir.

Əvvəllər Lenin, Azadlıq və 23 avqust adını daşıyan meydana 2005-ci ildə Heydər Əliyevin adı verildi və yenidənqurma işləri aparıldı. Nəhəng və gözəl, bəlkə heç bir əyalət şəhərində olmayan fəvvarə vardı, məhv etdilər, əvəzində hamam hovuzunu xatırladan üçünü tikdilər. Lənkəran florasına aid ağaclar çıxarıldı, əvəzində kol-kos əkildi, meydan gündüz saatlarında oturulmaz hala gəldi.

Amma indi deyəcəyim bu deyil. Həmin yenidənqurmanın bir yaxşı işi də oldu ki, yaxınlıqdakı keçmiş hərbi hissənin hesabına ərazisi xeyli genişləndirildi. İşlər qurtarandan sonra burada tələbatı tam ödəməsə də, xeyli skamyalar vardı. Amma tədricən yoxa çıxdılar.

Bugün gözəyarı baxdım, o meydanda 10-12 oturacaq olar, ya olmaz. Bilmirəm qalanları necə oldu. Uca millətimizin bəzi nümayəndələri ictimai əmlakı sındırmağa meyllidirlər. Pandemiya zamanı parklara giriş qadağan ediləndə də skamyalar yığışdırıldı, sonra hamısı qaytarılmadı.

Artıq istilər düşüb. Bir azdan yüzlərlə insan, xüsusən də gəzməyə, əylənməyə elə bir seçimi olmayan qadınlar axşamlar bir az hava almaq üçün bu meydana gələcəklər və oturmağa yer tapmayacaqlar..

Parkın quruluşu elədir ki, qazonların ətrafında xeyli qövs şəklində yerlər var. Düşünürəm ki, çıxış yolu həmin yerlərdə oturacaqlara və bel söykənəcək yerlərinə taxta vurulan daş skamyaların inşa edilməsidir. Həm görünüş, zənnimcə, normal olacaq, həm tələbatı xeyli şəkildə ödəyər, həm də davamlı olar.

02/05/2022

Lənkəran bazarından reportaj

Səmayə ana və Mübariz Mənsimov.Bu gün Yalovada general Polad Həşimovun adını daşıyan tanker suya buraxılacaq. Palmalı şi...
30/03/2022

Səmayə ana və Mübariz Mənsimov.
Bu gün Yalovada general Polad Həşimovun adını daşıyan tanker suya buraxılacaq. Palmalı şirkətlər qrupu bu münasibətlə Milli Qəhrəmanın anasını Türkiyəyə dəvət edib.

20/02/2022

Sakinlər UNESCO-nun siyahısına düşən şəhərin çirklənməsindən narazıdır “Hələ bu, Lənkəranın ... Davamı

73 saylı Lənkəran şəhər dairəsindən deputat Rüfət Quliyev: "Prezidentə qurban olum, onun boyuna qurban olum".Prezident İ...
07/02/2022

73 saylı Lənkəran şəhər dairəsindən deputat Rüfət Quliyev: "Prezidentə qurban olum, onun boyuna qurban olum".

Prezident İlham Əliyev sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

BNA-nı daim tənqid edən millət vəkili Rüfət Quliyev Qaynarinfo.az-a açıqlamasında sərəncamı belə qarşılayıb:

"Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun boyuna qurban olum. Xeyir xəbər olasan”.

Lənkəran şəhərinin Ləvəngi adlanan ərazisində Azərişıq əməkdaşının avtomobili yanıb. İlkin məlumata görə hadisə vətəndaş...
09/12/2021

Lənkəran şəhərinin Ləvəngi adlanan ərazisində Azərişıq əməkdaşının avtomobili yanıb. İlkin məlumata görə hadisə vətəndaşın elektrik xəttinin kəsilməsinə görə baş verib. İşığı kəsilən vətəndaş etirazını Azərişıq əməkdaşının maşınını yandırmaqla bildirib.

İkinci Qarabağ müharibəsi zamanı Lənkəran rayonundan 66 nəfər qəhrəmancasına Şəhid olmuşdur. Allah rəhmət eləsin.
28/09/2021

İkinci Qarabağ müharibəsi zamanı Lənkəran rayonundan 66 nəfər qəhrəmancasına Şəhid olmuşdur. Allah rəhmət eləsin.

28/09/2021

Yığmısan ətrafına cinayətkarları, haqdan danışırsan! Belə prezidentlik olar?

22/09/2021

Qarabağ qazisi Müdafiə Nazirliyi qarşısında üsyan edir - CANLI

20/09/2021

"Nazirlərin arvadlarının videolarını çəkib şantaj edib pul alırlar"

06/09/2021

2021/2022-ci tədris ilində Lənkəran Dövlət Universitetinə qəbul olunmuş ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
“LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ ”nə (bundan sonra LDU)
qəbul üçün qeydiyyata tələb olunan sənədlər və qaydalar:
2021/2022-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin (LDU) bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı onlayn qaydada həyata keçirilir. Tələbə adını qazanmış şəxslər 07 sentyabr 2021-ci il tarixindən 19 sentyabr 2021-ci il, saat 23:59-dək www.portal.edu.az internet ünvanına daxil olaraq qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Abituriyentlər aşağıda göstərilən sənədlərin elektron surətlərini (yəni skan olunmuş formalarını) www.portal.edu.az internet ünvanına daxil etməklə qeydiyyatdan keçməlidirlər (bütün sənədlərin elektron surətlərinin (yəni skan olunmuş formalarının) tam, oxunaqlı və möhürlərinin yerində olduğuna diqqət yetirilməlidir):
1. Şəxsiyyət vəsiqəsinin (hər iki üzü);
2. Abituriyentin qəbul olunması barədə DİM-in saytındakı şəxsi səhifəsindən çıxarış;
3. Əvvəlki təhsili barədə sənəd (attestat və ya əvvəlki təhsili barədə diplom);
4. Oğlanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (möhür olan bütün səhifələr təqdim olunmalıdır);
5. Ödənişli əsaslarla qəbul olanlar müvafiq ixtisas üzrə illik təhsil haqqının ən azı 50 (əlli) faizini ödəməlidir.
Ödəniş qaydaları: Abituriyent portal.edu.az internet ünvanından ilkin qeydiyyatdan keçdikdən sonra LDU əməkdaşları portal üzrərindən daxil edilən ilkin sənədləri yoxlayıb abituriyenti ödəniş etməyə yönləndirir. Bu proses bitdikdə abituriyentin www.portal.edu.az internet ünvanında yaratdığı səhifədə “Ödəniş et” bölməsi görünür.
I. Abituriyent bu bölməyə daxil olub “Kart” vasitəsi ilə ödəniş üsulunu seçərək istənilən bank kartı ilə tələb olunan illik təhsil haqqını onlayn qaydada ödəyə bilər.
II. Ödənişlər həmçinin Kapital Bankın ödəniş terminalları vasitəsi ilə də həyata keçirilə bilər. Ödəniş qaydası üçün video təlimata keçid edib izləyə bilərsiniz. (Keçid linki: https://www.youtube.com/watch?v=CAVbuUZuWn4 )
Lənkəran Dövlət Universitetinin cari rekvizitləri:
Valyuta: AZN
Benefisiarın Bankı: Kapital Bank ASC Lənkəran filialı
Filialın Kodu: 200383
VÖEN: 9900003611
SWIFT kod: AIIBAZ2X
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Benefisiarın adı: LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ
Hesab № AZ97AIIB33080019443870045138
VÖEN: 2600135481
Qeydiyyatdan keçən tələbələr tədris ili başlayanda aşağıdakı sənədləri universitetə şəxsən təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü);
2. Əvvəlki təhsili barədə sənədin əsli (attestat və ya əvvəlki təhsili barədə diplom);
3. Abituriyentin qəbul olunması barədə DİM-in saytındakı şəxsi səhifəsindən çıxarış;
4. 3x4 ölçüdə 4 (dörd) ədəd fotoşəkil;
5. Sağlamlıq haqqında tibbi arayış (LDU-ya təqdim etmək üçün);
6. Oğlanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (möhür olan bütün səhifələrin);
7. İpli qovluq.
www.portal.edu.az internet ünvanından qeydiyyatdan keçərkən yaranmış çətinliklərlə bağlı əlaqə nömrələri:
Ülvi Məhərrəmov (+994) 51 406-76-11
Gülarə İsmayılova (+994) 50 546-54-76
Təhsil haqları ilə bağlı hər növ əlavə məlumat üçün əlaqə nömrələri:
İş: 025 255 06 92
Mobil: Şəhriyar Həsənzadə (+994) 77 530-01-59
Aybəniz Əliyeva (+994) 51 335-60-67
İmtiyazlı abituriyentlər üçün əlaqə nömrələri:
Əziz Əzizzadə (+994) 50 898-40-84
“AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”na əsasən “Xüsusi güzəşt və imtiyazları olan abituriyentlər” yuxarıda göstərilən sənədlərdən (İllik təhsil haqqı ödənişi istisna olmaqla) əlavə olaraq tələb olunan sənədlər:
İmtiyazlı abituriyentlər www.portal.edu.az internet ünvanında uyğun olduğu kateqoriyanı seçdikdən sonra həmin kateqoriya üzrə aşağıda göstərilmiş sənədləri portala daxil etməlidir. Həmçinin, dərslər əyani formada başladıqda imtiyazlı abituriyentlər qeydiyyat üçün portal.edu.az internet ünvanına daxil etdiyi sənədləri universitetin “Maliyyə və mühasibat” şöbəsinə təqdim etməlidir.
1. Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial təsdiqli elektron surəti (bütün imtiyazlı kateqoriyalarda tələb olunur).
Əlavə olaraq,
I. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları illik təhsil haqqı ödənişindən azad edilirlər.
Tələb olunan sənədlər:
1. Abituriyentin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial təsdiqli elektron surəti (vəsiqənin şəkil olan və son qeydiyyat səhifəsi təqdim olunmalıdır).
II. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu (maddə 5) və "Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanununa (maddə 14-8-1) əsasən aşağıdakı kateqoriyalara aid olan ən çoxu 23 yaşınadək şəxslər illik təhsil haqqı ödənişindən azad edilirlər:
1. Hər iki valideyni vəfat etmiş şəxslər üçün - Hər iki valideynin ölüm haqqında şəhadətnaməsinin notarial təsdiqli elektron surəti;
2. Bir valideyni vəfat etmiş və o biri valideyni isə I və ya II qrup əlil olan şəxslər üçün - Bir valideynin ölüm haqqında şəhadətnaməsi, digərinin I və ya II qrup əlillik vəsiqəsi notarial təsdiqli elektron surəti (vəsiqənin şəkil olan və son qeydiyyat səhifəsi təqdim olunmalıdır, vəsiqə olmadıqda arayış təqdim olunmalıdır) və şəxsiyyət vəsiqəsinin (hər iki üzü) elektron surəti;
3. Hər iki valideyn himayəsindən məhrum olmuş şəxslər üçün - Qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən şəxslərə aid müvafiq sənədlərin notarial təsdiqli elektron surəti.
III. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi haqqında” 3 may 2019-cu il tarixli Sərəncamına əsasən bu kateqoriyalardan olan şəxslər illik təhsil haqqı ödənişindən azad edilirlər.
Tələb olunan sənədlər:
1. I və ya II qrup əlillik vəsiqəsinin (vəsiqə olmadıqda arayış) və ya sağlamlıq imkanları məhdudluq haqqında arayışın notarial təsdiqli elektron surəti.
IV. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən 2014/2015-ci tədris ilindən etibarən həmin şəxslərin təhsil alan övladları illik təhsil haqqı ödənişindən azad edilirlər.
IV.I. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
Tələb olunan sənədlər:
1. Valideynin əlillik vəsiqəsinin notarial təsdiqli elektron surəti (Əlillik səbəbi birbaşa Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqəli olmalı və sənəddə bu haqda məlumat öz əksini tapmalıdır, vəsiqənin şəkil olan və son qeydiyyat səhifəsi təqdim olunmalıdır);
2. Əlil valideynin şəxsiyyət vəsiqəsinin (hər iki üzü) elektron surəti.
IV.II. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:
Tələb olunan sənədlər:
1. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial təsdiqli elektron surəti.
V. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa (maddə 3) əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri ən çoxu 23 yaşınadək illik təhsil haqqı ödənişindən azad edilirlər. 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır.
Tələb olunan sənədlər:
1. Şəhid ailəsi olması haqqında vəsiqəsinin notarial təsdiqli elektron surəti (Şəhid ailəsi üzvlük vəsiqəsinin möhür olan bütün səhifələri təqdim olunmalıdır);
2. Mərhum ailə üzvünün ölüm haqqında şəhadətnaməsinin notarial təsdiqli elektron surəti.
Diqqət: Müəyyən olunmuş müddətdə portal.edu.az internet ünvanında qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və həmin abituriyent LDU-nun tələbələri sırasına daxil edilməyəcəkdir!
REKTORLUQ

İcra hakimiyyəti tərəfindən darmadağın edilən Dostluq parkı
16/08/2021

İcra hakimiyyəti tərəfindən darmadağın edilən Dostluq parkı

Avqustun 6-dan etibarən hər həftənin cümə günü Lənkəran-Novosibirsk birbaşa hava reysləri təşkil olunacaq.
02/08/2021

Avqustun 6-dan etibarən hər həftənin cümə günü Lənkəran-Novosibirsk birbaşa hava reysləri təşkil olunacaq.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Azad Lenkoran posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share