infoSfer

infoSfer İnfosfer İnformasiya Agentliyi

Norveçli şaxmatçı rus həmkarı Yan Nepomnyaşiyə qalib gəlib.
11/12/2021

Norveçli şaxmatçı rus həmkarı Yan Nepomnyaşiyə qalib gəlib.

Valyuta bazarında 1 dolların qiyməti 11.97 lirəyə yüksəlib.
25/11/2021

Valyuta bazarında 1 dolların qiyməti 11.97 lirəyə yüksəlib.

“İnterpol”un prezidenti Birləşmiş Ərəb Əmirliklərindən olan general-mayor Əhməd Nasir əl-Rəisi seçilib.“İnterpol”a prezi...
25/11/2021

“İnterpol”un prezidenti Birləşmiş Ərəb Əmirliklərindən olan general-mayor Əhməd Nasir əl-Rəisi seçilib.

“İnterpol”a prezident 4 il müddətinə seçilir.

Əl-Rəisinin bu posta namizədliyi daha əvvəl beynəlxalq ictimaiyyət tərəfindən tənqid edilib.

Belə ki, o, məhbuslara işgəncə verməkdə və digər insan hüquqlarını pozmaqda ittiham olunur.

Seçkilər “İnterpol”un Baş Assambleyası çərçivəsində keçirilib.

Türkiyənin İstanbul şəhərində baş tutan iclaslarda cinayətkarlıqla mübarizə, cinayətkarlıq meylləri kimi mövzularda məsələlər müzakirə olunub.

İşğaldan azad edilmiş ərazilərdə 62,86 kvadrat kilometr ərazi minadan təmizlənib.Nəzərə alsaq ki, “Landmine Monitor Repo...
22/11/2021

İşğaldan azad edilmiş ərazilərdə 62,86 kvadrat kilometr ərazi minadan təmizlənib.

Nəzərə alsaq ki, “Landmine Monitor Report” nəşrinin hesablamalarına görə, Qarabağda minalanmış ərazi 350-830 kvadrat kilometr ola bilər, o halda, minadan təmizlənmiş ərazinin faiz nisbəti 17.9-7.5 təşkil edir.

İşğaldan azad edilmiş ərazilərin ümumi sahəsi, təxminən, 10 min kvadrat kilometrdir.

2020-ci il noyabrın 10-dan etibarən minaya düşmələri nəticəsində, əsasən, mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

Ərazilərdə 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina və 12 637 PHS (Piyada Əleyhinə Sursat) aşkarlanıb.

Venesuelada 12 min ifaçının iştirakı ilə keçirilən tədbir Ginnes Dünya Rekordları kitabına düşüb.
22/11/2021

Venesuelada 12 min ifaçının iştirakı ilə keçirilən tədbir Ginnes Dünya Rekordları kitabına düşüb.

Saxta sənədlərin hazırlanmasında 48 nəfər iştirak edib.
22/11/2021

Saxta sənədlərin hazırlanmasında 48 nəfər iştirak edib.

Baş nazir Əli Əsədov bu gün Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin rəhbərli...
18/11/2021

Baş nazir Əli Əsədov bu gün Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Anna Byerden bildirib ki, ötən illər ərzində Azərbaycan aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrilib.

Görüşdə Dünya Bankının hazırlanmaqda olan Azərbaycana dair yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədi, Bankın Azərbaycanın “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, Dünya Bankının və onun strukturuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın özəl sektoru ilə əməkdaşlığının genişləndirilməsi, həmçinin, Bank ilə ölkəmiz arasında kənd təsərrüfatı, rəqəmsal inkişaf, bərpa olunan enerji mənbələri və bir çox digər sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Sonda Azərbaycan Respublikasında ofislərin qurulması və fəaliyyətinə dair Azərbaycan Respublikası və Dünya Bankı Qrupu Təşkilatları arasında yeni Saziş imzalanıb.

Sazişi Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde imzalayıblar.

Belarusun Polşa ilə sərhədi yaxınlığında - “Bruzqi” nəqliyyat-logisitika mərkəzində mühacirlər üçün xidmət məntəqəsi yar...
18/11/2021

Belarusun Polşa ilə sərhədi yaxınlığında - “Bruzqi” nəqliyyat-logisitika mərkəzində mühacirlər üçün xidmət məntəqəsi yaradılıb.

Məntəqədə 1000-ə yaxın mühacir yerləşdirilib. 30 nəfərə tibbi yardımın göstərildiyi bildirilir.

İnsanlar döşək, yorğan və isti qida ilə təmin ediliblər.

Səhiyyə rəsmiləri mühacirləri gələn həftənin əvvəlində başlayaraq koronavirusa qarşı peyvənd edəcəyini də açıqlayıb.

Qeyd edək ki, Polşa ilə sərhəddə, təxminən, 2 minə yaxın mühacir var.

Onların bir hissəsi buraxılış məntəqəsi ərazisinə, bir hissəsi isə meşəlikyə sığınıb.

Polşa rəhbərliyinin sözlərinə görə, mühacirlərin qruplar halında sərhədləri keçmək cəhdləri davam edir.

Ötən gün sərhədi keçməyə cəhd edən, təxminən, 100 nəfər saxlanılıb.

Mühacirlərin bir hissəsi ölkəsinə qayıdıb.

Böyük Britaniyanın paytaxtı Londonda Viktoriya və Albert Muzeyində nadir incəsənət nümunələrinin sərgisi fəaliyyətə başl...
18/11/2021

Böyük Britaniyanın paytaxtı Londonda Viktoriya və Albert Muzeyində nadir incəsənət nümunələrinin sərgisi fəaliyyətə başlayıb.

Sərgidə ilk dəfə Rusiya imperiyası dövrünə aid pasxa yumurtaları nümayiş olunub.

Türkiyənin Düzcə vilayətində 5,0 bal gücündə zəlzələ olub.Zəlzələnin episentri 18,02 kilometr dərinlikdə qeydə alınıb.Zə...
17/11/2021

Türkiyənin Düzcə vilayətində 5,0 bal gücündə zəlzələ olub.

Zəlzələnin episentri 18,02 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ İstanbul və qonşu vilayətlərdə də hiss olunub.

İlkin məlumata görə, təbii fəlakət nəticəsində xəsarət alan və ya dağıntılar olmayıb.

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunmuş ərazilərdə xidmətini davam etdirir.DİN Mətbuat xidmətinin şö...
15/11/2021

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunmuş ərazilərdə xidmətini davam etdirir.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bu barədə sosial şəbəkədə paylaşım edib.

Paylaşımda Azərbaycan polisinin Gorus-Qafan yolunda xidmət apardığı müşahidə olunur.

“Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunan bütün ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin keşiyindədir. Qarabağ Azərbaycandır!”, - deyə o, paylaşımda qeyd edib.

Ermənistanın müdafiə naziri Arşak Karapetyan istefaya göndərilib.“News.am”ın verdiyi məlumata görə, Karapetyanı Suren Pa...
15/11/2021

Ermənistanın müdafiə naziri Arşak Karapetyan istefaya göndərilib.

“News.am”ın verdiyi məlumata görə, Karapetyanı Suren Papikyan əvəz edib.

O, baş nazir Nikol Paşinyanın müavini vəzifəsində çalışıb.

Avstriyada koronavirusa qarşı peyvənd olunmamış şəxslər üçün lokdaun məhdudiyyətləri tətbiq edilməyə başlayıb.Yeni qərar...
15/11/2021

Avstriyada koronavirusa qarşı peyvənd olunmamış şəxslər üçün lokdaun məhdudiyyətləri tətbiq edilməyə başlayıb.

Yeni qərar əsasında, peyvənd olunmayan şəxslərin regionlararası hərəkəti dayandırılıb.

Bu müddət ərzində sakinlərin təkcə ərzaq alması üçün onların mağazaya və ya işə getmələrinə icazə veriləcək.

Qeyd edək ki, Avstriya Avropada vaksinasiya reytinqinə görə geridə qalan ölkələr sırasına daxildir.

Burada əhalinin 63.40 faizi, təxminən, 5.73 milyon nəfər hər iki doza ilə peyvənd olunub.

Bununla belə, son bir neçə həftədir ki, ölkədə gün ərzində virusa yoluxma halları artır.

Xəstəxanaların intensiv qayğ şöbələrində çarpayıların 20 faizi məşğuldur.

Avstriyada 959 mindən çox insan virusa yoluxub.
Virusdan 11 706 nəfər ölüb.

Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatına qatılacaq 9 komanda artıq məlumdur.Vəsiqəni təmin etmiş komandalar sı...
15/11/2021

Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatına qatılacaq 9 komanda artıq məlumdur.

Vəsiqəni təmin etmiş komandalar sırasına Qətər, Braziliya, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya daxildir.

Avstriya, Çexiya, Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, Uels isə DÇ-yə vəsiqə uğrunda play-off (pleyof) oynayacaq.

Address


Telephone

+994507806088

Website

Alerts

Be the first to know and let us send you an email when infoSfer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to infoSfer:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share