![27 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan gənc əməkdaşların iştirakı ilə “Azə...](https://img3.medioq.com/012/404/1186689720124041.jpg)
27/01/2025
27 yanvar 2025 – ci il tarixdə Babək Rayon Mədəniyyət İdarəsinin tabeliyində çalışan gənc əməkdaşların iştirakı ilə “Azərbaycan kinosu: dünən və bu gün” başlığı altında dəyirmi masa keçirilmişdir.
Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məsmə Kərimli tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan kinosu tarixi və şərəfli bir yol keçib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı pyesi əsasında 1905-ci ildə ekranlaşdırılmış H.Ərəblinskinin çəkildiyi səssiz “Neft və milyonlar səltənətində” filmindən indiyədək 300-dən çox tam və qısametrajlı kinosüjet və 100-dən çox cizgi, 150-dən çox xronikal sənədli, elmi-kütləvi, sifarişli, televiziya bədii və tədris filmləri istehsal edilib tamaşaçıların ixtiyarına verilib.
Babək Rayon Mədəniyyət İdarəsinin gənc əməkdaşlarından Fəridə Həsənli, Səriyyə Məhərrəmova, Məlahət Salayeva və başqaları mövzu ətrafında öz fikirlərini işrirakçılarla bölüşdülər. Səslənən fikirlərdə qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının mədəni inkişaf sahəsində kino işçilərinin xidmətlərini və ölkəmizdə çəkilmiş kinosüjetlərin ilk kinoseansının həyata keçirildiyi tarixi nəzərə alaraq bu günün qeyd olunması barədə Sərəncam imzalayıb. 2000-ci il 18 dekabr tarixli 558 saylı Sərəncama əsasən 2 avqust Azərbaycan Kinosu Günü elan edilib. İkinci Qarabağ müharibəsi, Vətən savaşındakı şanlı qələbəmiz münasibətilə filmlər yaradılır, ssenarilər üçün müsabiqələr keçirilir.
Dəyirmi masa sonra diskussiya şəklində davam etmişdir.