Газета "Очаг" Самара

  • Home
  • Газета "Очаг" Самара

Газета "Очаг" Самара Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Газета "Очаг" Самара, Newspaper, .

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏDƏT XANKİŞİYEVMədət Vəkil oğlu Xankişiyev (15 yanvar 1998, Çünzəli kəndi, Cəlilabad...
14/01/2025

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏDƏT XANKİŞİYEV

Mədət Vəkil oğlu Xankişiyev (15 yanvar 1998, Çünzəli kəndi, Cəlilabad rayonu, Azərbaycan – 18 oktyabr 2020, Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Xankişiyev Mədət Vəkil oğlu 1998-ci il yanvarın 15-i Cəlilabad rayonunun Çünzəli kəndində dünyaya göz açmışdır. Orta təhsilini Çünzəli kənd məktəbində almış, məzun olduqdan sonra hərbi xidmətə yollanmışdır.

Mədət 27 sentyabrda başlayan II Qarabağ müharibəsində iştirak etmişdir. Oktyabrın 18-i Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxararkən həlak olmuşdur.

Mədət Vəkil oğlu Xankişiyev (15 yanvar 1998, Çünzəli kəndi, Cəlilabad rayonu, Azərbaycan – 18 oktyabr 2020, Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. Xankişiyev Mədət Və…

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SALYANLI ZABİT ƏLİSAHİB ƏLƏKBƏROVƏlisahib Selman oğlu Ələkbərov (15 yanvar 1994; Saly...
14/01/2025

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SALYANLI ZABİT ƏLİSAHİB ƏLƏKBƏROV

Əlisahib Selman oğlu Ələkbərov (15 yanvar 1994; Salyan rayonu, Azərbaycan — 1 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Əlisahib Ələkbərov 1994-cü il yanvarın 15-də Salyan rayonunun Piratman-Gəncəli kəndində anadan olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Əlisahib Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Əlisahib Ələkbərov noyabrın 1-də şəhid olub. Salyan rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisahib Ələkbərov «Qarabağ» ordeni ilə təltif edildi.

Əlisahib Selman oğlu Ələkbərov (15 yanvar 1994; Salyan rayonu, Azərbaycan — 1 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi. Əlisahib Ələkbər…

15 YANVAR — QÜDRƏTLİ ŞAİR NAZİM HİKMƏTİN DOĞUM GÜNÜNazim Hikmət və ya Nazim Hikmət Ran (d. 15 yanvar 1902, Saloniki — ö....
14/01/2025

15 YANVAR — QÜDRƏTLİ ŞAİR NAZİM HİKMƏTİN DOĞUM GÜNÜ

Nazim Hikmət və ya Nazim Hikmət Ran (d. 15 yanvar 1902, Saloniki — ö. 3 iyun 1963, Moskva) — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (

Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şer yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. «Sərvliklərdə» adlı ilk şeri 1918-ci ildə «Yeni məcmuə» jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.

1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi «Oraq-çəkic» qəzetində, «Aydınlıq» jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etmişdir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlmişdir. 1928-ci ildə Bakıda şairin «Günəşi içənlərin türküsü» adlı ilk şerlər kitabı çapdan çıxmışdır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatmış və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilmişdir.

1929-cu ildə «835 sətir», 1930-cu ildə «Baron-3», 1930-cu ildə «1+1=1», 1931-ci ildə «Səsini itirmiş şəhər» kitablarındakı şerlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır. 1924-cü ildə yazdığı «Cokonda və Şi-Ya – u» poeması, 1932-ci ildə yazdığı «Benerci özünü niyə öldürdü» mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlmişdir. Onun «Kəllə», 1932-ci ildə «Bir ölü evi, yaxud mərhumun naləsi», «Bayramın ilk günü», 1935-ci ildə «Şöhrət və ya unudulan adam» pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən «Gecə gələn teleqram» şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunmuşdur. Bir ildən sonra amnistiya əsasında azad edilmişdir. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunmuşdur.

1935-ci ildə yazdığı «Taranta Babuya məktublar» poemasında, 1936-cı ildə qələmə aldığı «Alman faşizmi və irqçiləri» publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – «Şeyx Bədrəddinin dastanı» çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur «İnsan mənzərələri» epopeyasını, «Həbsxanadan məktublar» silsiləsini, «Məhəbbət əfsanəsi», «Yusif və Züleyxa» pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur.

1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə «Türkiyədə», 1955-ci ildə «Qərib adam», 1956-cı ildə «İvan İvanoviç vardımı, yoxdumu», 1960-cı ildə «Domokl qılıncı» və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər («Bir məhəlləli iki oğlan», «Sevdalı bulud», «Yaşamaq gözəldir, qardaşım», «Məhəbbətim, kədərim mənim») çəkilmişdir.

1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olmuşdur.

Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şerləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin «Məhəbbət əfsanəsi» pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev «Kəllə» pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.

Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.



Məmləkətim, məmləkətim, məmləkətim…
Nə səndə tikilən pencəyim qaldı,
Nə yollarını ölçmüş ayaqqabım.
Son köynəyim də üstümdə parçalandı çoxdan
Şilə parçasındandı.
Sen indi yalnız saçlarımın ağında,
infarktında ürəyimin ,
alnımın qırışındasan məmləkətim!
Məmləkətim, məmləkətim!



Memleketim, memleketim, memleketim,
ne kasketim kaldı senin ora işi
ne yollarını taşımış ayakkabım,
son mintanım da sırtımda paralandı çoktan,
şile bezindendi.
Sen şimdi yalnız saçımın akında,
enfarktinda yüreğimin,
alnımın çizgilerindesin memleketim,
memleketim, memleketim.

Nazim Hikmət və ya Nazim Hikmət Ran (d. 15 yanvar 1902, Saloniki — ö. 3 iyun 1963, Moskva) — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı ( Na…

ШИРВАНУ КЕРИМОВУ 58!Сегодня самарскому общественному деятелю, инженеру, юристу и просто нашему соотечественнику Ширвану ...
14/01/2025

ШИРВАНУ КЕРИМОВУ 58!

Сегодня самарскому общественному деятелю, инженеру, юристу и просто нашему соотечественнику Ширвану Мурват оглы Керимову исполняется 58 лет.
Долгих лет, здоровья!

13 YANVAR 1813 - LƏNKƏRANIN İŞĞALILənkəranın işğalı (rus. Штурм Ленкорани, translit. Ştrum Lenkorani) və ya Lənkəran yür...
13/01/2025

13 YANVAR 1813 - LƏNKƏRANIN İŞĞALI

Lənkəranın işğalı (rus. Штурм Ленкорани, translit. Ştrum Lenkorani) və ya Lənkəran yürüşü (fars. یورش به لنکران‎, translit. Yureş be Lankaran) — 1 (13) yanvar 1813-cü ildə Rusiya imperiyası əsgərlərinin Talış xanlığının paytaxtı Lənkəran şəhərini ələ keçirməsi. Bu hərbi münaqişə qəddarlığına və amansızlığına görə fərqlənir.

Ərazinin top atəşənə tutulduğu beş günlük mühasirədən sonra ruslar Qacar qoşunlarının üstünlüyünə baxmayaraq qalaya hücum etdilər. Sərkərdələrin və əsgərlərin əksəriyyətinin öldürüldüyü mühasirədə ağır itkilərə məruz qalsalar da, ruslar qalanı alaraq Lənkəranı işğal etdilər.

Qala ələ keçirildikdən sonra Qacar ordusunun bütün əsgərləri rus ordusu tərəfindən qətlə yetirildi və ruslar heç kimi əsir götürmədilər. General Kotlyarevski özü mühasirə zamanı ağır yaralandı və bundan sonra döyüşlərdə iştirak edə bilmədi, Qacar canişini Sadiq Xan qalaya hücum zamanı öldürüldü. Mühasirə zamanı Rusiyanın 296 nəfərdən təşkil olunan 17-ci yeger alayından cəmi 74 nəfər sağ qalmışdı.
Qalanın sağ qalan müdafiəçiləri sığınacaq tapmaq üçün çaya doğru qaçdılar, lakin onlar yolun sağ tərəfində iki topla dayanmış 80 rus əsgəri ilə üzləşdilər. Geri qayıdarkən qaçaqçılar onları mühasirəyə alan rus əsgərlərin süngüsü ilə qarşılaşdılar.

Qacar qarnizonu tamamilə darmadağın edildi. Heç kəs əsir götürülmədi. Qalanın komandiri Sadiq xan və təxminən 10 nəfər yüksək vəzifəli xan öldürüldü.

Kotlyarevski ölü cəsədlərin altında tapıldı. Sağ gözündən qan axan Kotlyarevskinin çənəsi qırılmışdı və ayağının üstündən güllə yarası almışdı, lakin sağ qala bilmişdi

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRİD CƏFƏROVFərid İsmixan oğlu Cəfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.Cəfə...
13/01/2025

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRİD CƏFƏROV

Fərid İsmixan oğlu Cəfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cəfərov Fərid İsmixan oğlu 13 yanvar 1998-ci ildə Yevlax rayonunun Quşçu kəndində anadan olub.

Fərid Cəfərov 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fərid Cəfərov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı həlak olub. Yevlax rayonunda dəfn edilib.

Fərid İsmixan oğlu Cəfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Cəfərov Fərid İsmixan oğlu 13 yanvar 1998-ci ildə Yevlax rayonunun Quşçu kəndində anadan olub. Fərid Cəfərov 2020-ci ilin sentya…

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAHGÜNDÜZ CABBAROVŞahgündüz Habil oğlu Cabbarov, Azərbaycan Silahlı Qüvvələrinin əsgə...
13/01/2025

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAHGÜNDÜZ CABBAROV

Şahgündüz Habil oğlu Cabbarov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Şahgündüz Cabbarov 13 yanvar 1995-cü ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub. Əslən Laçın rayonunun Oğuldərə kəndindəndir. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdən geri döndükdən sonra Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlayır.

Şahgündüz Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Binə qəbiristanlığında dəfn edilib.

Şahgündüz Habil oğlu Cabbarov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Şahgündüz Cabbarov 13 yanvar 1995-cü ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub. Əslən Laçın rayonunun Oğuldərə kəndind…

«APREL ŞƏHİDLƏRİ»: FƏXRƏDDİN QURBANLIFəxrəddin Seyfəddin oğlu Qurbanlı (d. 13 yanvar 1994; Bakı, Azərbaycan — ö. 2 aprel...
13/01/2025

«APREL ŞƏHİDLƏRİ»: FƏXRƏDDİN QURBANLI

Fəxrəddin Seyfəddin oğlu Qurbanlı (d. 13 yanvar 1994; Bakı, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.

Fəxrəddin Qurbanlı 1994-cü ilin 13 yanvar günündə Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. Qurbanlı 2011-ci ildə orta təhsilini başa vurdu və Azərbaycan Universitetinin «Sosial iş» fakültəsinə daxil oldu. Fəxrəddin Qurbanlı həmdə Aprel döyüşləri zamanı şəhid olan digər əsgər Mahir Mirzəyev ilə qohum idi.

Fəxrəddin Qurbanlı 2016-cı ilin aprel ayında Azərbaycan—Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Fəxrəddin Qurbanlı doğulduğu Bakı şəhərinin Sabunçu rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qurbanlı uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Fəxrəddin Seyfəddin oğlu Qurbanlı (d. 13 yanvar 1994; Bakı, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.…

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 13 YANVAR 199013 yanvar 1990. Gündüz saat 2-də mitinq olub. Mitinqdə vəziyyətin çox ağ...
13/01/2025

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 13 YANVAR 1990

13 yanvar 1990. Gündüz saat 2-də mitinq olub. Mitinqdə vəziyyətin çox ağır olduğu qeyd edilib.Nemət, Əbülfəz bəy, Kərbəlayı Əlikram və b. danışıb. Mitinqdə Milli Müdafiə Şurası yaradıldığı elanedilib. Milli Müdafiə Şurası sədrinin Əbülfəz bəy, üzvlərinin Etibar Məmmədov, Nemət Pənahov vəRəhim Qazıyev olduğu qeyd edilib.Nemət öz zavodlarında — Şmidt zavodunda silah istehsal olunmasına başlandığını bildirib.Mitinq belə qərarlar çıxarıb:1. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilməlidir.2. Ermənistanla bütün əlaqələr kəsilməlidir.3. ……………………………..“Günün ekranı”nda mitinq və Əbülfəz müəllim göstərildi. Çıxışın-dan az verdilər. Sonra KərbəlayıƏlikram çıxış edib xalqı sakitliyə, birliyə çağırdı.“Günün ekranı”ndan əvvəl isə Vəzirovun soyuducular zavodunun fəhlə-ləri ilə görüşünü vənitqini verdilər. Artistlik edirdi yenə də. Bir qadın iki dəfə ayağa qalxıb sualllar verdi:1. Biz bilirik, gəlib çox iş görmüsünüz. Bizə Qarabağdan danış!2. Siz birlikdən danışırsınız, amma Xalq Cəbhəsinin adını çəkmir-siniz. Bunu necə başa düşək? SƏNƏDAXC İDARƏ HEYƏTİNİN QƏRARI Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyəti Respublika Hərbi Müdafiə Şurası-nın yaradılmasınılazım bilir. Şuranın işini təşkil etmək, onun respublika rəhbərliyi arasında əlaqələri, gedənproseslərdə AXC-nin ümumi siyasi rəhbərliyini təmin etmək məqsədilə AXC-nin Sədri ƏbülfəzƏliyevə, İdarə Heyətinin üzvləri Etibar Məmmədova və Rəhim Qazıyevə lazımi səlahiyyət verilir.İclasın sədri S. Bağırov(“Azadlıq” qəzeti, 14.01.1990, N:2).

13 yanvar 1990. Gündüz saat 2-də mitinq olub. Mitinqdə vəziyyətin çox ağır olduğu qeyd edilib.Nemət, Əbülfəz bəy, Kərbəlayı Əlikram və b. danışıb. Mitinqdə Milli Müdafiə Şurası yaradıldığı elanedil…

13 YANVAR — DÖVLƏT XADİMİ VƏ ALİM RUHULLA AXUNDOVUN DOĞUM GÜNÜРухулла Али оглы Ахундов (азерб. Ruhulla Əli oğlu Axundov;...
13/01/2025

13 YANVAR — DÖVLƏT XADİMİ VƏ ALİM RUHULLA AXUNDOVUN DOĞUM GÜNÜ

Рухулла Али оглы Ахундов (азерб. Ruhulla Əli oğlu Axundov; 1 (13) января 1897, село Шувеляны Бакинского уезда — 21 апреля 1938) — азербайджанский революционер, советский партийный и государственный деятель, публицист, учёный, нарком просвещения Азербайджанской ССР.

RUHULLA AXUNDOV 1923Ruhulla Axundov, 1923

Axundov Ruhulla Əli oğlu — Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926). Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayıb. Latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.

Ruhulla Axundov Bakının Şüvəlan kəndində müəllim ailəsində dünyaya gəlmişdir. Mədrəsədə, realni məktəbdə, ticarət məktəbində təhsil almışdır, bir neçə Şərq və Avropa dillərini bilirdi.

1916-cı ildə mətbəədə işləmişdir. 1917-ci ildə «sağ» azərbaycanlı eserlər qrupunun üzvü olmuşdur. 1918-ci ildə Bakı Sovetinin «İzvestiya», 1919-cu ildə ildə Azərbaycan bolşeviklərinin qeyri-leqal çap olunan «Kommunist» qəzetinin baş redaktoru vəzifələrini icra etmişdir. Azərbaycanda kommunist rejimi qurulduqdan sonra Azərbaycan KP(b) MK-nın kəndlərdə iş üzrə şöbəsinin müdiri, partiyanın Bakı komitəsinin katibi, «Kommunist» qəzetinin və digər dövrü nəşrlərin redaktoru olmuşdur. 1924-1930-cu illərdə Azərbaycan KP(b)MK-nın katibi, Azərnəşrin direktoru, Azərbaycan SSR maarifi xalq komissarı vəzifələrini tutmuşdur. 1927-1930-cu illərdə Azərbaycanın xalq maarifi komissarı olan Ruhulla Axundov hələ Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdə yazırdı ki, tarix Azərbaycanın öhdəsinə Yaxın Şərq zəhmətkeşlərinin avanqardı olmaq kimi bir vəzifə qoyub.

1930-cu ildə ÜKP(b)-nin Zaqafqaziya vilayət komitəsinin katibi seçilmişdir. 10-17-ci partiya qurultaylarının və Kominternin 2-ci konqresinin nümayəndəsi olmuşdur. Ömrünün son illərində Azərbaycan KP(b) MK nəzdindəki Tarix İnstitutunda, Azərbaycan SSR XKİ nəzdindəki incəsənət işləri üzrə idarənin müdiri vəzifələrində çalışmışdır, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının yaradılmasında və idarə olunmasında yaxından iştirak etmişdir. K.Marksın, F.Engelsin, V.İ.Leninin əsərlərini Azərbaycan dilinə ilk tərcümə edənlərdəndir.

RUHULLA AXUNDOV OĞLU FƏRİD İLƏ MÜH HƏLAK OLUB R.Axundov oğlu Fərid ilə, 1925. (Fərid müharibədə həlak olub)

1929-cu ildə savadsızlıqla mübarizə daha da güclənir, Azərbaycan XMK bu məqsədlə bir sıra tədbirlər həyata keçirir: kurslar təşkil edir, kitabların qiymətini ucuzlaşdırır. 1929-1930-cu illərdə Azərbaycanda ümumtəhsil məktəblərinin sayı təxminən 2000-ə çatdırılır. Bütün bu tədbirlərdə xalq maarifi komissarı, ictimai xadim, vətənpərvər alim kimi Ruhulla Axundov fəal iştirak edib. Tarix, incəsənət, ədəbiyyat sahələri üzrə bir sıra əsərlərin müəllifi, iki cildlik rusca-Azərbaycanca lüğətin (1928-1929) redaktoru olmuşdur.

1938-ci ildə tutduğu bütün vəzifələrdən azad edilmiş, partiya sıralarından uzaqlaşdırılmış və həbsə alınmışdır. Ali məhkəmənin hərbi kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum edilmişdir. Güllələnmiş və NKVD-nin gizli poliqonu olan «Kommunarka-Loza»da basdırılmışdır. Ölümündən sonra bəraət almış və 1959-cu ildə partiya üzvlüyü bərpa olunmuşdur.

Рухулла Али оглы Ахундов (азерб. Ruhulla Əli oğlu Axundov; 1 (13) января 1897, село Шувеляны Бакинского уезда — 21 апреля 1938) — азербайджанский революционер, советский партийный и ....

12 ЯНВАРЯ РОДИЛСЯ АВТОР СКАЗКИ "КОТ В САПОГАХ" ШАРЛЬ ПЕРРОШарль Перро́ (фр. Charles Perrault; 12 января 1628, Париж, Кор...
12/01/2025

12 ЯНВАРЯ РОДИЛСЯ АВТОР СКАЗКИ "КОТ В САПОГАХ" ШАРЛЬ ПЕРРО

Шарль Перро́ (фр. Charles Perrault; 12 января 1628, Париж, Королевство Франция— 16 мая 1703, Париж, Королевство Франция) — французский поэт, теоретик искусства и критик эпохи классицизма, член Французской академии с 1671 года, ныне известный в основном как автор «Сказок матушки Гусыни».
В 1697 году Перро опубликовал сборник «Сказки матушки Гусыни, или Истории и сказки былых времён с поучениями». Сборник содержал восемь сказок, представлявших собой литературную обработку народных сказок (как полагают, услышанных от кормилицы сына Перро) — кроме одной («Рике-хохолок»), сочинённой самим Перро. Эта книга широко прославила Перро за пределами литературного круга. Фактически Перро ввёл народную сказку в систему жанров «высокой» литературы.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZİYADXAN ƏLİYEVZiyadxan İbrahim oğlu Əliyev (12 yanvar 1997; Kürdəmir, Azərbaycan — 3...
12/01/2025

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZİYADXAN ƏLİYEV

Ziyadxan İbrahim oğlu Əliyev (12 yanvar 1997; Kürdəmir, Azərbaycan — 30 sentyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən idi. 2003-2012-ci illərdə Kürdəmir rayonu Carlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Qubadlı rayonu Fərcan kənd tam orta məktəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (ATU) “Kompüter mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi.

Ziyadxan Əliyev REAL Partiyasının üzvü idi.

Ziyadxan Əliyev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ziyadxan Əliyev hərbi hospitalda müalicə alırdı. Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olub. Könüllü olaraq döyüş meydanına yollanan Ziyadxan Əliyev, yaralı hərbçiləri təxliyyə edən zaman erməni tərəfinin snayper gülləsi ilə həlak olub. Kürdəmirin Şəhidlər Xiyabanında dəfn olunub.

Ziyadxan İbrahim oğlu Əliyev (12 yanvar 1997; Kürdəmir, Azərbaycan — 30 sentyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Ziyadxan Əliyev 19…

ƏBƏDİ ON DOQQUZ YAŞLILAR: AĞDAMLI NİZAMİ ƏLƏKBƏROVNizami Ələkbərov 1978-cı il yanvar ayının 17-də Ağdam rayonunun Quzanl...
12/01/2025

ƏBƏDİ ON DOQQUZ YAŞLILAR: AĞDAMLI NİZAMİ ƏLƏKBƏROV

Nizami Ələkbərov 1978-cı il yanvar ayının 17-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Altı qardaşın ən kiçiyi idi. 1982-ci ildə Quzanlıdakı orta məktəbin I sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirib. 1995-ci il iyul ayının 27-də hərbi xidmətə yollanıb. «N» saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edib. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərərgah rəisinin əmri ilə döyüş tapşırığı yerinə yetirmək üçün döyüş bölgəsinə göndərilib. 7 nəfər kəşfiyyatçı ilə birgə erməni hərbçilərinin arxa cəbhəsinə adlayıb. Üç gün burada qalıb və həmin istiqamətdə ermənilərin bütün mühüm hərbi obyektlərinin yerini öyrənərək radiostansiya vasitəsilə öz komandanlığına çatdırıb. Lakin əməliyyatı tamamlayıb geri dönərkən erməni hərbçiləri onların izinə düşüb. Döyüşdə xeyli sayda erməni hərbçisini məhv etsələr də, güllələri qurtardığına görə düşmən əlinə keçməmək üçün qranatla özlərini partladaraq həlak olublar. Onların meyitləri yalnız 1997-cı ilin oktyabr ayında Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə geri alınıb. Onlar 1997-cı il oktyabr ayının 16-da Bakı şəhərindəki İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıblar.

Nizamı Səfi oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunmuşdur.

Nizami Ələkbərov 1978-cı il yanvar ayının 17-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Altı qardaşın ən kiçiyi idi. 1982-ci ildə Quzanlıdakı orta məktəbin I sinfinə daxil olub, 1992-ci ildə …

12 YANVAR 1989 — AZƏRBAYCAN DAĞLIQ QARABAĞ ÜZƏRİNDƏ FORMAL NƏZARƏTİ DƏ İTİRİR12 января 1989-го года Верховный Совет СССР...
12/01/2025

12 YANVAR 1989 — AZƏRBAYCAN DAĞLIQ QARABAĞ ÜZƏRİNDƏ FORMAL NƏZARƏTİ DƏ İTİRİR

12 января 1989-го года Верховный Совет СССР принимает решение о создании в Нагорном Карабахе Комитета особого управления под руководством Аркадия Вольского. Это решение было очередным незаконным шагом в направлении выхода области из-под азербайджанского контроля.

Ermənistanın Ali Soveti hələ 1988-ci il iyunun 15-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə keçməsi haqqında” qərar qəbul etmişdi. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bəyanat qəbul edərək mərkəzi hakimiyyətdən — SSRİ Ali Sovetindən Ermənistanın bu hərəkətlərini önləməyi xahiş etmişdi.

1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin qərarını «yolverilməz» adlandırdı və onu ləğv etməyə çağırdı. Yerevan bu çağırışı saya salmadı.

1989-cu il 12 yanvarında Azərbaycan SSR Dağlıq Qarabağ üzərində formal hüquqi nəzarəti də itirdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti muxtar vilayətdə birbaşa Moskvaya tabe olan «xüsusi idarə forması»nın tətbiq edilməsi barədə fərman verdi.

Bunun ardınca azərbaycanlı əhaliyə qarşı hücumlar genişləndi. 1989-cu il iyulun 14-də Steparakert şəhərində R.Zorge küçəsi, 51 ünvanındakı yaşayış binasında törədilən partlayış nəticəsində onlarla insan yaralandı, binada yaşayan 26 azərbaycanlı ailəsi şəhəri tərk etməli oldu.

12 января 1989-го года Верховный Совет СССР принимает решение о создании в Нагорном Карабахе Комитета особого управления под руководством Аркадия Вольского. Это реше...

11 ЯНВАРЯ 1803 ГОДАМонро и Ливингстон отправились в морское путешествие из США в Париж для покупки Нового Орлеана, в рез...
11/01/2025

11 ЯНВАРЯ 1803 ГОДА

Монро и Ливингстон отправились в морское путешествие из США в Париж для покупки Нового Орлеана, в результате чего США приобрели весь штат Луизиана.

Новый Орлеан был основан весной 1718 года французской «Компанией Миссисипи» по указу Жан-Батиста Ле Муана де Бьенвиля на землях народа Читимача. Он был назван в честь Филиппа II, герцога Орлеанского, бывшего на тот момент регентом Франции. Его титул происходит от французского города Орлеан.

Наполеон продал Луизиану США в 1803 году — эта сделка стала известна как «Луизианская покупка». После этого город начал быстро расти с притоком американцев, французов, креолов и африканцев. Более позднюю волну иммиграции составили ирландцы, немцы и итальянцы. Сахарный тростник и хлопок, культивируемые на крупных плантациях с применением рабского труда, стали основным источником дохода того времени.

Луизианская покупка (англ. Louisiana Purchase, фр. Vente de la Louisiane) — сделка по приобретению Соединёнными Штатами французских владений в Северной Америке в 1803 году. Размер приобретённой территории, по приблизительным оценкам, равен 530 миллионам акров (828 000 миль² или 2 100 000 км²). Цена сделки составила 15 миллионов американских долларов (около 418,8 млн долларов США в 2025 году) или 80 миллионов французских франков (окончательная сумма сделки для США, включая проценты по кредиту, составила 23 213 568 американских долларов). Исходя из этого, цена одного акра составила 3 цента (7 центов за гектар).

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT EMİL ƏSƏDOVEmil Balaqardaş oğlu Əsədov (11 yanvar 1998; Salyan rayonu, Azər...
11/01/2025

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT EMİL ƏSƏDOV

Emil Balaqardaş oğlu Əsədov (11 yanvar 1998; Salyan rayonu, Azərbaycan — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Emil Əsədov 1998-ci il yanvar 11-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 2004-2012-ci illərdə Z. Həmidov adına Çuxanlı kənd orta məktəbində, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini isə 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) «Motoatıcı» ixtisası üzrə alıb.

Emil Əsədov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində taqım komandiri olaraq Hadrutun, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı yaralanıb, hospitala təxliyə olunsa da, bir müddət sonra yenidən döyüş meydanına qayıdıb. Emil Əsədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı həlak olub. Salyan rayonunda dəfn edilib.

Emil Balaqardaş oğlu Əsədov (11 yanvar 1998; Salyan rayonu, Azərbaycan — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri…

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NADİR SOLTANOVNadir Soltanov (tam adı: Nadir Nazir oğlu Soltanov; 11 yanvar 1984; Şam...
11/01/2025

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NADİR SOLTANOV

Nadir Soltanov (tam adı: Nadir Nazir oğlu Soltanov; 11 yanvar 1984; Şamaxı, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.

Nadir Soltanov 1984-cü il yanvarın 11-də Şamaxı şəhərində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Nadir Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Nadir Soltanov sentyabrın 27-də həlak olub.

Nadir Soltanov (tam adı: Nadir Nazir oğlu Soltanov; 11 yanvar 1984; Şamaxı, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi. Nadir So…

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 11 YANVAR 199011 yanvar 1990.23 Vəziyyət çox pisdir. “Planetimizin mənzərəsi” verilişi...
11/01/2025

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 11 YANVAR 1990

11 yanvar 1990.23 Vəziyyət çox pisdir. “Planetimizin mənzərəsi” verilişində icmalçı QabilHüseynov heç bir xarici ölkədən yox, yalnız öz respublikamızın vəziyyətindən danışdı. Qeyd etdi ki,bu işdə təqsirkar Moskvadır. Lap axırda dedi ki, xalqımız yırtıcı, hiyləgər, məkrli, canavar təbiətlidüşmənə qarşı Cəbhənin bayrağı altında birləşməlidir.

“Günün ekranı” proqramı da çox üsyankar oldu. Volodarski adına tikiş fabrikinin partiya təşkilatkatibi danışdı və bildirdi ki, ermənilərin havadarı Moskvadır. Başqa 10-15 nəfərə yaxın adamdanmüsahibə alındı. Xalqı sıx birliyə çağırdılar. (Qəribədir — Vəzirov bu çıxışlara necə icazə verir?!). SƏNƏDLƏNKƏRAN XALQ CƏBHƏSİNİN YERLİ RADİO İLƏ ƏHALİYƏ MÜRACİƏTİ Hörmətli xanımlar və bəylər!Lənkəran Xalq Cəbhəsi DQMV məsələsi, respublikanın suveren hüquqlarına hörmət edilməsi iləəlaqədar olaraq yanvarın 11-dən bütün hakimiyyət orqan-larının, şəhər və rayon partiyakomitələrinin, DİŞ-in fəaliyyətini dayandırır. Müvəqqəti Müdafiə Komitəsi aşağıda sadalanan ədalətli tələblər həyata keçirilməyincə onahəvalə olunmuş vəzifələri yerinə yetirməyi qərara alır:1. Müvəqqəti Müdafiə Komitəsi respublikanın mərkəzi və rayonun yerli hakimiyyət orqanlarınıtanımır, çünki onlar Azərbaycan xalqının şərəf və ləyaqətini, SSRİ Konstitusiyasının 76-cımaddəsində təsbit olunmuş respubli-kanın suverenlik statusunu lazımınca müdafiə etmir.2. Respublikanın Ali Soveti təcili olaraq DQMV-nin muxtariyyətini ləğv etməli və onun yerinərespublika mərkəzi orqanlarının tabeliyində olan rayonlar yaradılmalıdır.3. Ölkənin və respublikanın mərkəzi orqanları, xüsusilə də yerli orqanlar Azərbaycan xalqınınmilli şərəf və ləyaqətinin müdafiəsi üçün konkret qərarlar qəbul edib müvəqqəti tədbirlər həyatakeçirən kimi bizim tələblər qüvvədən düşmüş sayılır. Yuxarıda sadalanan tələblər yerinəyetirildikdən sonra Müvəqqəti Müdafiə Komitəsi öz səlahiyyətlərini qanuni hakimiyyət orqanlarınatəhvil verəcək.Vətən qeyrətini, namusunu çəkmək vaxtı çatmışdır. Vətən övladları bir nəfər kimi birləşməlidir. Ya ölməli, ya da qalib gəlməliyik.11 yanvar 1990-cı il.

11 yanvar 1990.23 Vəziyyət çox pisdir. “Planetimizin mənzərəsi” verilişində icmalçı QabilHüseynov heç bir xarici ölkədən yox, yalnız öz respublikamızın vəziyyətindən danışdı. Qeyd etdi ki,bu işdə t…

Address


Alerts

Be the first to know and let us send you an email when Газета "Очаг" Самара posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share