Azadliqtv.com

Azadliqtv.com "Azadliqtv.com " Dünya Azərbaycanlılarının səsinin dünyaya çatdırılması üçün ən böy?

Azadlıq, Azad olaraq Azərbaycanın hər yerinə gəlir!Çəsarətli Jurnalistlərə ehtiyacımız olacaq!!
27/07/2024

Azadlıq, Azad olaraq Azərbaycanın hər yerinə gəlir!
Çəsarətli Jurnalistlərə ehtiyacımız olacaq!!

27/07/2024

Azadlıq, Azad olaraq Azərbaycanın hər yerinə gəlir!
Çəsarətli Jurnalistlərə ehtiyacımız olacaq!

24 Fevral 2024 tarixində Mühacir Müsavatçılar Birliyinin növbəti, NRW təşkilatının təsis konfransı baş tutub.MMB-nin ida...
11/03/2024

24 Fevral 2024 tarixində Mühacir Müsavatçılar Birliyinin növbəti, NRW təşkilatının təsis konfransı baş tutub.

MMB-nin idarə heyətinin sədri başda olmaqla, idarə heyyəti üzvləri və MNTK sədrinin iştirakı ilə baş tutan təsis konfransında geniş fikir mübadiləsi aparılmış, gündəlikdə olan məsələlər müzakirə olunmuş və konfransın gedişatında gizli səsvermə yolu ilə təşkilatın strukturları formalaşmışdır.
NRW təşkilatının üzvləri arasında keçirilən seçkilərdə, Xəlil Əliyev NRW təşkilatının sədri, Rəsul Əhmədov isə NTK üzvü seçilmişdir.

NRW təşkilatının təsis konfransının protokolu, MMB İdarə heyətinin 'aylıq yekun' iclasında səsverməyə çıxarılıb və protokol yekdilliklə qəbul olunub.
MMB-nin artıq 'Rheinland-Pfalz & Hessen təşkilatı' və 'NRW təşkilatı' tam gücü ilə fəaliyyətdədir. Yaxın günlərdə Bayern təşkilatının da təsis konfransı keçirilməsi planlaşdırılıb.

Təşkilatların rəhbər strukturlarına seçilmiş hər kəsə, qarşıdakı iki il müddətində göstərəcəkləri fəaliyyətlərində uğurlar diləyirik.

Mühacir Müsavatçılar Birliyinin İdarə heyəti.

10 Mart 2024

Ölkəmizdə fəaliyyət göstərən demokratik düşərgə, insan haqları təşkilatı nümayəndələri, tanınmış jurnalistlər, vətəndaş ...
09/03/2024

Ölkəmizdə fəaliyyət göstərən demokratik düşərgə, insan haqları təşkilatı nümayəndələri, tanınmış jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri birləşib bu diktator idarəetmə sisteminə YOX deməsə, haqsız yerə şərlənərək həbs edilən şərəfli insanların sayı günü-gündən artmağa davam edəcək.

Bunun da vəbalı sadə xalqda deyil, yuxarıda sadaladığım düşərgənin üzərində qalacaq!
Bunun da çox sadə yolu var.

Heç bir siyasi partiyanın üzvü olmayan, hamımızın rəğbət bəslədiyi, bütün siyasi təşkilatların ədalətinə güvəndiyi bir nəfər zəhməti və məsuliyyəti çox ağır olsa da əlini daşın altına qoyub, bir dənə funksional əməkdaşlıq memorandumu sənədinin tərtibatında və hazırlanmasına start versin.

Ölkədə fəaliyyət göstərən həqiqi müxalif təşkilat və partiya üzvlərindən, vətəndaş cəmiyyəti nümayəndələrindən, şərəfli, dürüst insanlardan ibarət, hər təşkilatdan 1 nəfər işçi qrupuna nümayəndə seçərək (təşkilatların önərdiyi şəxslər) o sənədi hazırlayıb ərsəyə gətirsin.
Elə bir sənəd ortalığa çıxarılmalıdır ki, hər bir kəsim o sənədin tərkibində özünü görə bilsin. Bu təşkilatlar, demokratik dəyərlər çərçivəsində birlikdə alınmış qərarların icrası zamanı heç bir maneə ilə üzləşməməlidir.
Belə olduğu halda, güclər birləşərək Əliyev rejiminə qarşı vahid mərkəzdən adekvat tədbirlər həyata keçirmək imkanı yaranacaq.
Elə bir sənəd ortalığa qoyulmalıdır ki, funksional əməkdaşlıq etməyə çalışan heç kimə bəhanə yeri qalmasın.

"Filan təşkilat varıydı də, niyə orada fəaliyyət göstərmədilər" kimi, fikirlərin də formalaşdırılmaması nəzərə alınmalıdır.
Hər kəs öz təşkilatında, öz birliyində, öz siyasi strateji fəaliyyətində olaraq, vahid mərkəzdən tək adamlıq diktator idarəetməyə qarşı səfərbər halında formalaşan bir sistem oluşdurmaq lazımdır.
Bunun üçün də Azərbaycanda yetərincə şərəfli- savadlı, demokrat insanlarımız var!
Sadəcə əllər daşın altına qoyulmalıdır!

Azadlıq Tv sizin televiziyanız olacaq.Azadlig TV will be your new Azadlig TV.Azadlig TV wird Ihr neuer Azadlig TV sein.«...
09/08/2023

Azadlıq Tv sizin televiziyanız olacaq.
Azadlig TV will be your new Azadlig TV.
Azadlig TV wird Ihr neuer Azadlig TV sein.
«Азадлыг ТV» станет вашим новым «Азадлыг ТV».
Biz, Azərbaycanın azadlığı uğrunda azadlığa doğru fəaliyyət göstərmək niyyətindəyik.

Azərbaycanda , Türkiyədə, Avropada, Amerikada və Rusiyada, yaşayan jurnalistlərə ehtiyacımız olacaq..
Ödəniş və qanarlar gizli tutulacaq.
Fəaliyyət göstərən, bizimlə iş birliyində olan hər kəs özləri istəmədikləri təqdirdə kimlikləri gizli tutulacaq.

Arzu edənlər Redaksiya heyəti ilə əlaqə saxlasın.
[email protected]

🇺🇦 Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb .
28/02/2022

🇺🇦 Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb .

08/07/2020
Tezliklə sizlərə xidmət edəcək. Operativ,  tərəfsiz, şərtsiz,  azadfikirli TV - Azadlıq TV.Jurnalistlər tələb olunur.Mar...
11/05/2020

Tezliklə sizlərə xidmət edəcək.
Operativ, tərəfsiz, şərtsiz, azadfikirli TV - Azadlıq TV.
Jurnalistlər tələb olunur.
Maraqlananlar aşağıdakı emailə yaza bilər.
[email protected]

"Azadlıq" TV tezliklə canlı yayımda olacaq.Azadliq TV bald in Liveübertragung Azadliq TV soon in live broadcastСкоро в е...
13/11/2019

"Azadlıq" TV tezliklə canlı yayımda olacaq.
Azadliq TV bald in Liveübertragung
Azadliq TV soon in live broadcast
Скоро в ефире Азадлыг ТВ.

Biz bütün dünyada olacağıq, azad media olaraq hər bir fərdin televiziyası olacağıq.
Türkiyə, Avropa, Almaniya, Amerika, Rusiya kimi böyük ölkələrdən gündəlik informasiya və xəbərləri sizlərə çatdıracağıq.

Siyasət, mədəniyyət və incəsənət istiqamətləri üzrə canlı dialoqlar təşkil edəcəyik..
Azərbaycanın ərazi bütövlüyü bizim diqqət mərkəzimizdə olaq.
Azərbaycan ərazisinin işqal altında olan 20% torpaqlarının azadlığı ücün dünya mediası ilə birgə işləmək, bir milyondan artıq məcburi köçkünlərin haqlarını bütün dünya çatdıracağıq.

Azərbaycanda və dünya ölkələrində səriştəli jurnalistlərlə əməkdaşlıq etmək, onların əməyi qarşılığında maddi ödənişlər etməklə fəaliyyət aparmağı öz strategiyamızın bir hissəsi olaraq dəyərləndirmişik. Bu barədə arzu edənlər aşağıdakı elektron poçt vasitəsilə bizə müraciət edə bilər. [email protected]

Azadlıq arzusu bizim arzumuzdur.
AZADLIQTV.COM
AZADLİQTV.COM

13/11/2019

AzadlıqTV tezliklə canlı yayımda.
AzadliqTV bald in Liveübertragung .
AzadliqTV soon in live broadcast.
Скоро в ефире Азадлыг ТВ.

Adresse

Almaniya-Mainz. , Deutschland : Stadt MAINZ-ZDF
Mainz

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Azadliqtv.com erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Service Kontaktieren

Nachricht an Azadliqtv.com senden:

Teilen


Andere Nachrichten- und Medienseite in Mainz

Alles Anzeigen